Süni yumurta Azərbaycanda hazırlanır? - VİDEO

Süni yumurta Azərbaycanda hazırlanır? - VİDEOÇinlilər saxta düyüdən sonra saxta yumurta da istehsal etməyə başlayıblar. Bir neçə gün öncə sosial şəbəkələrdə yayılan video insanların təşvişinə səbəb olub. Belə ki, bir gənc Sabunçu rayonunda yerləşən mağazalardan birindən aldığı yumurtanı sındırdıqdan sonra onun sarısının qəribə olmasının fərqinə varır. Yumurtanın sarısını əli ilə tərpətdikdə onun plastikə bənzər şəkildə olduğuna diqqət çəkir. Bəs bu görüntülərdəki yumurta haradan gəlir və nədir?

BiG.AZ bizimyol-a istinadən xəbər verir ki, hələ bir neçə gün öncə Türkiyə mətbuatında Çində saxta yumurtaların hazırlanması ilə bağlı məlumatlar yer alıb. "Milliyet" qəzetində yer alan materiala əsasən, çinlilər bununla kifayətlənməyərək sirlərini paylaşmaq üçün "saxta yumurta kursları" açıblar. Belə kurslardan biri ölkənin cənubundakı Şenjen şəhərində açılıb. Məhz həmin kursa gizli yolla daxil olan honkonqlu jurnalistin əldə etdiyi məlumat ölkə ictimaiyyətini heyrətləndirib. Parafin və jelatin kimi müxtəlif kimyəvi maddələr sayəsində istehsal edilən yumurtaları əslindən fərqləndirmək xeyli çətindir.

Saxta məhsullar uzaq Çindən hansısa yollarla gəlib bazarımıza, süfrələrimizə daxil ola bilib. Süni yumurtanın da gətirilməsi istisna deyil. İlkin baxışda adi toyuq yumurtasından heç nə ilə fərqlənməyən saxta yumurtaları adi toyuq yumurtasından seçmək üçün diqqətli olmaq lazımdır. Belə ki, bu yumurtanın rəngi daha şəffaf olur. Qabığı gips, kalsium və parafindən ibarətdir. İçərisindəki yumurta ağı və sarısı jelatin və kalsium qarışığından əmələ gəlir. Əvvəlcə yumurtanın sarısı hazırlanır. Kimyəvi qarışıq piqmentlərlə sarı rəngə boyanır, xüsusi forma verilir. Sonra bu qarışıq maddə kaliuma salınır və onun ətrafında nazik qoruyucu təbəqə formalaşdırılır. Bununla da yumurta sarısının axmasının qarşısı alınır. Bu formada yumurta sarısı zülalla böyüyür.

Hazırlanmış məhlul süni qabıqla örtülür, bir neçə dəfə parafin, gips və kalium tozundan hazırlanmış məhlula salınır. Bu yumurtalar toyuq yumurtasına nisbətən daha ucuz qiymətə satılır.

Xəbərin mətbuatda yer almasından sonra insanlar bazar və marketlərdən aldıqları yumurtalara artıq şübhə ilə yanaşırlar.

Bakı Şəhər Baytarlıq İdarəsinin nümayəndəsi də videogörüntülərdə yer alan yumurtanın süni olmasını təsdiqləyib. O bildirib ki, təbii yumurta sınan kimi sarısı da, ağı da görünür: "İçərisindən su da tökülür. Bilinir ki, bu təbii yumurtadır. Videodakı görüntülərə mən də baxdım. O saat bilinir ki, sünidir. Belə yumurtadan istifadə etmək olmaz. Təbii yumurtanın özünün keyfiyyətindən, mikrobioloji əsasından, vitaminlərindən bilinir. Süni yumurta bilinmir nədən hazırlanır. İnsana ziyan verə bilər"

Dövlət Gömrük Komitəsi yaydığı açıqlamada bildirilir ki, Azərbaycana saxta yumurta və düyü idxal edilməsi ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayılır. "2016-cı il ərzində Çin Xalq Respublikasından Azərbaycana, ümumiyyətlə yumurta idxalı qeydə alınmayıb".

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov məsələ ilə bağlı mətbuata açıqlamasında bildirib ki, Azərbaycanda təbii yumurtanı istehsal etmək problemi yoxdur: "Sadəcə istehsalla bağlı süni problem yaradılır. Ümumiyyətlə, Çinin istehsal etdiyi kənd təsərrüfatı, geyim, sənaye məhsulları keyfiyyət baxımından fərqlənir. Bu məhsullar dünya standartına uyğun deyil. Düzdür, Çin həm də keyfiyyətli məhsul istehsal edir, ancaq bu keyfiyyətli məhsullar Avropa bazarına ixrac olunur. Ancaq yumurta süni də olsa orada təbii qatqılardan istifadə olunub. Birbaşa süni yumurta istehsal etmək düzgün deyil. Ola bilsin, həmin yumurtanın ixracı baxımından qabığının möhkəm olması, uzun müddət saxlanılması kimi amillər nəzərə alınıb. Bu kimi hallar isə məhsulun keyfiyyətinə mənfi təsir göstərir".

Ekspert qeyd edib ki, Azərbaycanda laborotoriyalarda peşəkar kadrlar olmadığı üçün süni yumurtaları təhlil edib tərkibində hansı zərərli maddələrin olduğunu aşkar etmək mümkün deyil: "Onsuz da Azərbaycan daxili bazarı kənd təsərrüfatı məhsulları ilə tam təmin edə bilmir. Belə olan halda heç olmasa nəzarəti gücləndirmək lazımdır. Ölkəyə keyfiyyəti aşağı olan mal və məhsulların gətirilməsinə icazə verilməməlidir. Həmin məhsulların sertifikatında insan orqanizmi üçün zərərli olmadığı qeyd olunur. Zərərli deyilsə, bəs faydalıdırmı? Bizim məmurlarımız isə təəssüf ki zəhər də olsa onu ölkəyə idxal etməkdə daha maraqlıdır".

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, Bakı Şəhər Baytarlıq İdarəsinin nümayəndəsi Sabunçu bazarında süni yumurta satılması xəbərini təsdiqləyib: "Mən də çox təəssüfləndim ki, Azad İstehlakçılar Birliyində bunun nümunəsi çıxmayıb. Lakin belə bir texnologiya var. Artıq 20 ilə yaxındır ki, Azərbaycanda süni kürü istehsal olunur. Ölkəmizi kürü istehsalçısı kimi tanıyan xaricilər çox da ucuz olmayan qiymətə süni kürünü alıb aparırlar. Bizim təşkilat onun üzərindən nərə balığının şəklini götürməyə nail oldu. Yəni, Azərbaycan özü də belə şeylərdə Çindən geri qalmır. Lakin dövlət orqanlarının birinin efirdə belə yumurtanın olduğunu təsdiqləməsi, digərinin isə inkar etməsi məndə süni yumurtanın birbaşa Çindən yox, digər ölkələrdən idxal olunması fikrini yaratdı. Yəni, Çində istehsal olunan məhsul başqa ölkələr vasitəsi ilə ölkəyə gətirilir".

Ekspert bildirir ki, yerli istehsalçılar Hacıqabul broyler kimi yumurtaların üzərində ştamp vursunlar. Beləliklə yumurtanın mənşəyi bilinər. Yaxşı olar ki, buraxılma tarixi də qeyd olunsun. Onda əhali aldanmaz", - deyə E.Hüseynov bildirib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2540   Tarix: 25 noyabr 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

AFFA nümayəndəsi ilk dəfə Avropa çempionatına təyinat alıb

AFFA-nın vitse-prezidenti və AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Könül Mehtiyeva bu il Almaniyada keçiriləcək Avropa çempionatının final mərhələsinə UEFA tərəfindən təyinat alıb. BİG.AZ AFFA-nın rəsmi saytında istinadən xəbər verir ki, ilk dəfə Azərbaycandan olan nümayəndə belə mötəbər turnir

01.05.2024 266
.

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə yeni hüquq verilib

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə yeni hüquq verilib. APA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Media haqqında" Qanuna dəyişiklikdə əksini tapıb. Beləliklə, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi çap mediası subyektinin təsisçisi ola biləcək. Qeyd edə

01.05.2024 199
.

"Qarabağda insanların yaşaması üçün tikilən evlər müasir deyil" - Memar

Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib.Baş planda nəzərdə tutulan illər üzrə şəhər əhalisinin yaşayış fondu, sosial və mədəni-məişət xidməti obyektləri üçün ərazilər ayrılıb. Bundan əlavə, şəhərin inkişafına uyğun olaraq təbii landşaftın qorunması və ərazi zonalarını

13:29 0
.

Azərbaycanda korrupsiya əməliyyatının TƏFƏRRÜATI - Vəzifəli şəxslər cinayət başında TUTULUBLAR

Respublika Sanitariya-Karantin Mərkəzinin vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb ediliblər. Bu barədə Baş Prokurorluq və Səhiyyə Nazirliyi birgə məlumat yayıb. Bildirilib ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən əhalinin sağlamlığının qorunması sahəsində insan və vətəndaş hüquqlarını

01.05.2024 468
.

Azərbaycanda ardıcıl 5 gün iş olmayacaq - RƏSMİ

Bu il Azərbaycan xalqının Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq. apa-ya istinadən xəbər verir ki, 15 iyun Azərbaycan xalqının Milli Qurtuluş Günüdür. Nazirlər Kabinetinin "2024-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında"

01.05.2024 1611
.

Ankaraya kəskin yağışlar yağdı

Türkiyənin paytaxtı Ankara şəhərində kəskin yağışlar yağıb. BİG.AZ xəbər verir ki,yağışlar zamanı evləri, iş yerlərini, metro stansiyaları suyun altında qalıb. Hava şəraiti gündəlik həyatı iflic edib. Ərazidən olan görüntüləri təqdim edirik:

01.05.2024 367
.

Məhkəmədən Qubad İbadoğlu ilə bağlı YENİ QƏRAR

Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib. "Report" xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində keçirilən prosesdə vəsatətə baxılıb və təmin olunması barədə qərar çıxarılıb. Xatırladaq ki, Qubad İbadoğlu aprelin 22-də Nərimanov Rayon Məhkəməsində keçirilə

01.05.2024 378
.

İsrail 20 fələstinli əsir götürüb

İsrail qüvvələri İordan çayının qərb sahilində 20 fələstinlini əsir götürüb. xəbər verir ki, Fələstin Azadlıq Təşkilatının (FAT) Fələstin Məhbus İşləri Komitəsi və Fələstinli Əsirlər Dərnəyinin birgə bəyanatına görə, son həbslər Beytləhm, Elhalil, Nablus, Qalqilya, Tubas, Yerixo və Ramallah kimi şəhərlərd

01.05.2024 232
.

Sənədsiz evlərlə bağlı YENİLİK - VİDEO

"Bu ilin ilk üç ayı ərzində daşınmaz əmlak üzərində 88 mindən çox mülkiyyət hüququnun qeydiyyatı aparılıb". Bunu "XəzərXəbər"ə açıqlamasında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri public hüquqi şəxsinin departament direktoru Lalə Əkbərova deyib. Bu dövrdə qeydiyyata alınan mülkiyyə

01.05.2024 611