"Məzarına aparıram xonçalarını..." - 20 yaşlı şəhidimizin anası FƏRYAD ETDİ - FOTO

"Məzarına aparıram xonçalarını..." - 20 yaşlı şəhidimizin anası FƏRYAD ETDİ - FOTOAta o hadisədən bu yana isti yemək yemir, rahat yatağında yatmır. Evində oğlunun şəkillərindən ibarət düzəltdiyi guşənin qarşısında yatır.

Əzizzadə Xaliq Həsən oğlu 1996-cı il avqust ayının 27-də anadan olub. Evin sonbeşiyi olub. Və cəmi 19 il ömür sürüb. Aprel döyüşlərində qəhrəmancasına şəhid olan Xaliqin ailəsi ilə görüşüb, daha bir qəhrəmanımızı xalqa tanıtmaq istədik. Evlərini tapmaq o qədər də çətin olmadı. Əhmədli qəsəbəsi, "Radiozavod" kimi tanınan ərazidə, kimdə "Şəhid Xaliqin ailəsi harada yaşayır?" soruşsan, hamı sənə bu ünvanı göstərər. Getməmişdən öncə anası Nigar xanımla əlaqə saxlayıb görüşmək istədiyimi bildirdim.

"Gəl, qızım. Atasının ürəyi dözmür, evdə olmayacaq. Amma kimdən soruşsan, ünvanımızı göstərəcəklər" dedi. Xanımın dediyi ərazidə yerləşən mağazanın qarşısında dayanmış, hüznü gözlərindən oxunan bir kişiyə yaxınlaşıb ünvanı soruşdum. Atasıymış… Kişi ilə birlikdə evə doğru addımladıq. "Biz Ermənistandan gəlməyik. Allah ermənilərin evini yıxsın. 1992-ci ildə qaçıb gəldik bura. Bilsəydim, bura gəldikdən sonra balamı itirəcəm, heç gəlməzdim. Qalıb ölərdim orada…", — deyir şəhid atası Həsən kişi. O, sonuncu dəfə oğlunu, onun ölümündən 5 gün əvvəl görübmüş. Anası Xaliqin hər gün onunla danışdığını deyir: "Hər dəfə də xidmət etdiyi hərbi hissədən razılıq edirdi. Hər gün mənə deyirdi ki, "ana, mən də ön cəbhəyə getmək istəyirəm, amma məni aparmırlar". Amma Tərtər döyüşlərində özü könüllü getmişdi ön cəbhəyə".
Nigar xanım danışdıqca göz yaşlarını saxlaya bilmir. "Üç balamdan ən gözəli, ən ağıllısı, ən sözəbaxanı idi Xaliq" deyir.

Xaliq 6 ayın əsgəri olub. Toğanada hərbi hissədə sürücü imiş. Ana oğlu ilə sonuncu dəfə aprelin 4-də danışır. O, anasına yenə hərbi hissədə olduğunu deyir, təbii ki, aldadır… "Səhər oturub televiziyada şəhid xəbərlərinə baxırdım. Yoldaşım da demişdi ki, yas yerinə gedəcək. Birdən mənə elə gəldi ki, televizorun ekranından Xaliq keçdi. Bədənim əsdi, "İlahi bu nədir?" dedim öz-özümə. Elə həmin an telefon zəng çaldı, qaynımın yoldaşı idi. Dedi, "Nigar neynirsən? Xaliqlə danışmısanmı?". Və o, sağollaşıb dəstəyi asdı. Sən demə, bilirmiş Xaliqin şəhid olduğunu. Yoldaşıma da deyiblərmiş. Bir də gördüm, böyük qaynım gəldi. Dedi, "Xaliq yaralanıb". Dedim, "Ay Telman, de ki, Xaliq ölüb də"".

Ertəsi gün səhər 5.30-da Xaliqin cənazəsi evlərinə gətirilir. "Qoymadılar, balama baxım. Üzünə baxmaq istədim, dedilər, "əl vursan, cənazəni aparacağıq". Qorxumdan daha heç nə etmədim ki, heç olmasa, balam 5-6 saat qalsın yanımda", — deyir ana. "Həmişə ayağımdan öpürdü ki, "sən mənim ürəyimsən". Cənazəsini evə gətirəndən sonra, o qədər ayağından öpdüm ki, bəlkə oyana… Oyanmadı balam. Dedilər, başından yaralanıb", — Nigar xanım davam edir. Həsən kişi də söhbətə qoşulur. "Çox ağıllı, tərbiyəli oğul idi. Bizi elə bağlamışdı özünə ki…" deyir və qəhərdən fikrini davam etdirə bilmir. Xaliqin sevdiyi qız da varmış. Onunla nişanlanmaq istəyirmiş. Nigar xanım isə istəyirmiş ki, oğlu hərbi xidmətini bitirəndən sonra onu nişanlasın. Amma indi ana övladının arzusunu həyata keçirmədiyinə görə, hər gün özünü qınayır. "Qız ona yazıbmış ona ki, "məni verirlər, fikrin nədir?". Xaliq də "Ayın 15-i məzuniyyətə gələcəyəm, anamı göndərəcəyəm sizə" yazıb. Kaş gələydi, kaş gedəydim alaydım o qızı. İndi məzarına aparıram xonçalarını. Atası ona qəbiristanlıqda ev düzəldib. Hər gün ordayıq, gedib Xaliqimizi görüb gəlirik. Atası deyir, "onun başına yağış yağsa, mən ölərəm"", — gözüyaşlı qadın danışır. Həsən dayı o hadisədən bu yana isti yemək yemir, rahat yatağında yatmır. Evində Xaliqin şəkillərindən ibarət düzəltdiyi guşənin qarşısında yatır.

Qeyd: Şəhid Əzizzadə Xaliq Həsən oğlu 2016-cı il aprel ayının 5 də, Tərtər istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak olub. Məzarı Kürdəxanı qəbiristanlığındadır.(sputnik)

"Məzarına aparıram xonçalarını..." - 20 yaşlı şəhidimizin anası FƏRYAD ETDİ - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2285   Tarix: 23 noyabr 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497