Əməliyyatdan əvvəl bunları etmək olmaz!

Əməliyyatdan əvvəl bunları etmək olmaz!Xəstəxanaya getməzdən və əməliyyatdan əvvəl nə etməli olduğunuzu bilirsiniz?

İngiltərənin sağlamlıq sistemlərinin apardıqları araşdırmalardan məlum olub ki, hər 10 cərrahiyyə əməliyyatından biri xəstə təlimatları yerinə yetirmədiyinə görə təxirə salınır. Bu təlimatları yerinə yetirməmək xəstənin sağlamlığını risk altına alır.

BiG.AZ Aile.lent.az-a istinadən cərrahiyyə əməliyyatlarının təxirə salınmasına səbəb olan risk faktorlarını təqdim edir.

Təraş olmaq

Əməliyyatdan əvvəl bədənin hər hansı yerini təraş etmək mikroskopik kəsik və qıcıqlanmaya səbəb olduğu üçün dərinin infeksiyalara qarşı yaratdığı təbii müdafiəni zəiflədir. Təraş edilən zaman meydana gələn mikroskopik kəsiklərdə virus və bakteriyalar əməliyyat zamanı açıq yaralarla birləşə bilər. Mütəxəssislər əməliyyata bədəni təmiz getmək istəyənlərə bir neçə gün əvvəldən təraş edilməyi məsləhət görürlər. Misal üçün, cərrahiyyə əməliyyatından bir həftə, ya 10 gün əvvəl təraş edilməlidir. Bu müddətdə isə dəri tamamilə sağalmalıdır. Digər halda isə əməliyyatdan dərhal əvvəl, yəni dəri infeksiya qəbul etməyə imkan tapmamış təraş edilmək olar.

Arıqlamaq

Əməliyyatdan əvvəl qəfil arıqlamaq əməliyyatdan sonra sağalma müddətini uzadır və fəsadların yaranma riskini artırır. Pəhriz saxlanılsa belə, əməliyyatdan ən azı 5 gün əvvəl kalori azaltmağı sonlandırmaq lazımdır.

Qanı duruldan qidalar yemək və dərman atmaq

Həkim bildirir ki, infarkt riskinin qarşısını almaq üçün əməliyyatdan əvvəl qan duruldan dərmanlardan imtina etmək lazımdır. Çünki bu dərmanlar qanın laxtalanmasına mane olduğu üçün qanama riskini artırır. Qanı duruldan təsirə malik zəncəfil və sarımsaq kimi qidalar da yeyilməməlidir. Bu qidalar da qanama riskini artırır və əgər yemək məcburiyyətində qalmısınızsa, bunu mütləq həkiminizə bildirməlisiniz.

Saqqız çeynəmək

Həkimlər əməliyyatdan əvvəl qatı yeməklər yeməməyi məsləhət görür. Bununla yanaşı, mədənin boş olması da vacibdir. Bəzi xəstələr saqqız çeynəyərək aclıq hissinə qalib gəlməyə çalışırlar. Saqqız çeynəyən zaman mədə turşusu qida gəldiyini zənn etdiyi üçün artır. Narkoz zamanı mədə-bağırsaq kanalındakı əzələlər gərildiyi üçün qusma halları baş verə bilər. Əməliyyatdan əvvəl həkimin qidalanma ilə bağlı məsləhətlərinə mütləq əməl etmək lazımdır.

Manikür etdirmək və lak çəkmək

Xəstəxanaya getməzdən əvvəl bəzi xəstə xanımlar baxımlı və səliqəli görünmək üçün manikür etdirir və ya dırnaqlarına lak çəkirlər. Bu kimi hallar əslində həkimlərin işini çətinə salır. Həkimlər xəstənin qanındakı oksigen səviyyəsini ölçmək üçün istifadə etdikləri ölçü alətlərini barmaqlara taxırlar. Dırnaqlarda lakın olması isə düzgün ölçü götürməyə mane olur. Buna görə də lak mütləq silinməlidir. Manikür etdirmək də təraş edilmək kimi, kəsik və ya infeksiya qəbul etmə riskini artırır".

Siqaret çəkmək

Həkimlər siqaret çəkməyin əməliyyatdan sonra sağalma müddətini uzatdığını vurğulayırlar. Əməliyyatdan ən azı bir gün əvvəl siqaret çəkməyə son qoymaq lazımdır. Bundan başqa, siqaret çəkmək öskürəyə səbəb olduğu üçün sinədə infeksiya yaranma riskini artırır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 2301   Tarix: 19 noyabr 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

İnfarkt riskinizi özünüz ölçün

Həyati orqanların başında gələn ürək bir çox xəstəliklərin əsas səbəbidir. xəbər verir ki, xüsusilə də son illərdə gənclərin belə, infarkt riski xeyli yüksəlib. Mütəxəssislər çox bəsit bir testlə infarkt riskini təxmini şəkildə müəyyən etməyin mümkün olduğunu bildirirlər. Ayrı-ayrı tədqiqatların nəticələr

05.05.2024 650
.

"Fastfood" yaddaş üçün ciddi təhlükədir

"Fastfood" və un məhsulları yemək yaddaşı zəiflədir". Bu barədə Moskva Dövlət Universitetinin Fundamental Tibb fakültəsinin baş elmi işçisi Zuxra Pavlova danışıb. Onun fikrincə, yeniyetməlik dövründə həddindən artıq "zibil" yesəniz, yaddaşla bağlı problemləri aradan qaldırma

21.04.2024 316
.

Hər gün süd içmək olmaz – Həkimdən XƏBƏRDARLIQ

Süd sağlam və qidalı bir məhsul hesab olunur. Ancaq həkimlər onun həddindən artıq istehlakının böyüklər üçün zərərli ola biləcəyini açıqlayıblar. BİG.AZ -a istinadən bildirir ki, buna görə mütəxəssislər gündəlik süd içməyi və ya bu məhsulu çox miqdarda istehlak etməyi məsləhət görmürlər. Həkimlərin sözlərin

16.03.2024 920
.

Kifayət qədər yuxulamamaq insanı qocaldır

Stokholm Universitetinin alimləri özlərini gənc və sağlam hiss etməyin yolunu kəşf ediblər. xarici mətbuata istinadən xəbər verir ki, araşdırmalara görə, yuxu keyfiyyəti insanın özünü nə qədər gənc hiss etməsi ilə əlaqələndirilir. Mütəxəssislər 18 yaşdan 70 yaşa qədər 429 nəfərin məlumatlarını təhli

31.03.2024 565
.

Yağışın yağacağını əvvəlcədən hiss etdirən xəstəlik daha çox qadınları "sevir"

Havaların soyuması ilə revmatizm (kəskin revmatizmal qızdırma) xəstələrinin çətin günləri başlayır. Oynaq ağrılarından şikayətlər çoxalır, xəstələrin həyat keyfiyyəti aşağı düşür. Narahatedici məqam isə odur ki, bu xəstəlik xeyli cavanlaşıb. Əvvəllər oynaq ağrıları ilə bağlı şikayətləri yaşlı nəsildə

11.02.2024 848
.

İnsan ömrünü uzadan ərzaqlar AÇIQLANDI

"Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, son 10 ildə ürək-damar xəstəlikləri səbəbindən ölüm halları birinci yerdədir. Xəstəliyin səbəblərindən biri beyin damarlarının, ürəyin tac arteriyalarının, böyrək damarlarının aterosklerotik zədələnməsidir. Bu, düzgün olmayan qidalanma, qeyd oluna

31.03.2024 782
.

Zərərsiz hesab etdiyimiz vərdişlər mədə xərçəngi yaradırmış

Həddindən artıq çox yemək və ya ayaqüstü istehlak vərdişi mədə xərçənginə səbəb olan zərərsiz faktorlardandır. Bu barədə rusiyalı onkoloq və cərrah Beslan Balkarov xəbərdarlıq edib. Mütəxəssisin sözlərinə görə, mədədə xərçəng hüceyrələrinin digər potensial səbəbi "Helicobacter pylori" bakteriyasıdır

20.01.2024 1230
.

Masaj xidməti faydaları

Masajın rahatladıcı və sağlamlıq üçün faydalı təsirləri ilə hər kəsə məlumdur. Gündəlik həyatın stress və gərginliyindən bir anlıq xilas olmaq istəyirsinizsə, peşəkar bir masaj xidməti tam sizin üçündür. Masaj sayəsində sizə ən uyğun masaj xidməti asanlıqla tapa bilərsiniz. İmmunitetinizi qaldırmaq v

24.03.2024 657
.

Mədə ağrısı olanların diqqətinə

Mədə müxtəlif səbəblərə görə ağrıya səbəb ola bilər. Tətbiq edəcəyiniz sadə üsullarla mede agrisi xilas ola bilərsiz. xəbər verir ki, ağrın başlayanda daha rahat bir mövqeyə keçərək, qidalanmaya ara verməyiniz lazımdır. Beləliklə, ağrının haradan qaynaqlandığını anlaya bilərsiniz. Mədə ağrısı səbəblər

23.03.2024 23480