" 6 ildir ərimin ikinci arvadıyam "

" 6 ildir ərimin ikinci arvadıyam ""6 ildir evli kişi ilə dini nikahla yaşayıram, onun ikinci həyat yoldaşıyam. Yoldaşım sürücüdür. Az-çox qazandığını iki ailəsi arasında bölür. Narazılığım yoxdu. Amma mənə çox az zaman ayırır. Bu il bir övladım da dünyaya gəlib. Bədbəxt deyiləm, amma sevdiyini paylaşmaq çətindir. İstərdim o, tək mənim olsun. Amma ailəsini də dağıtmaram", - deyir 27 yaşlı İlahə Nəbiyeva.

BiG.AZ lent.az-a istinadən bildirir ki, başına gələnləri İlahə ilk dəfə 17 yaşında ailə qurub. Daha doğrusu, sevdiyi oğlana qoşulub qaçıb. Bir ildən sonra isə əri İlahəni tərk edib. Valideynlərinin üzünə baxa bilmədiyi üçün doğulduğu rayona yox, Bakıya gəlib və kafelərin birində ofisiant kimi çalışmağa başlayıb. Elə Rəşadla da kafedə tanış olub. Rəşad evli və iki övladı olduğunu ondan gizlətməyib. Kirayə ev tutaraq, kəbin kəsdirərək onunla yaşamağa başlayıb.

İlahə deyir ki, Rəşada heç vaxt xəyanət etməyib: "Bəzi gecələr olur ki, özümü tənha hiss edirəm. Mən də istərdim normal ailəm olsun. Amma neyniyim, Allah mənə belə qismət yazıb".

Müasir dövrdə texnoloji yeniliklər və sosial şəbəkələrin həyatımızın bir parçasına çevrilməsi insanların bir-birilə ünsiyyət və münasibət qurmasını daha da asanlaşdırıb. Bunun nəticəsi kimi evli ola-ola sevgilisi olan insanların sayında kəskin şəkildə artımlar müşahidə olunmağa başlayıb. Bəs evli kişi ilə yasaq münasibət yaşamağın çətinlikləri və sıxıntıları nələrdir? Ailəli kişilərlə birlikdə olan qadınlar hansı hissləri keçirirlər?

Bu tip qadınların davranışının altında bir neçə səbəb yatır ki, bunlar da özlüyündə qadını evli kişi ilə münasibət qurmağa sövq edir. Bu səbəblərə sevgi, pul, məcburiyyət, seks istəyi və gücü aid etmək olar.

Mütəxəssislərin fikrincə, evli kişi ilə birlikdə olan qadınların həyatında kədər, üzüntü, yalanlar, qısqanclıqlar, dava-dalaşlar əskik olmur. Bunun səbəbi isə kişinin sevgilisi ilə münasibətini həyat yoldaşından boşanmadan davam etdirməyə çalışmasıdır.

Psixoloq Rövşən Hümbətovun sözlərinə görə, evli kişi ilə münasibət quran qadın ilk növbədə özünə bu sualları verməlidir - "Bu adam yoldaşına yalan danışıb mənimlə birlikdə olursa, demək, nə vaxtsa mənə də yalan söyləmə ehtimalı var. Yox, əgər yoldaşını sevmirsə və ona görə mənimlə birlikdədirsə, o zaman nəyə görə ondan ayrılıb, rahat şəkildə mənimlə münasibət qurmur?". Psixoloq deyir ki, Azərbaycan cəmiyyətində əsasən evli kişi ilə birlikdə olan qadınları günahlandırıb, qınaq obyektinə çevirirlər: "Amma həqiqət kişinin evli olmasıdır, yəni ailəli olan və yoldaşına sadiq qalacağına söz verən tərəf kişidir. Evli kişi ilə birlikdə olan qadının isə digər qadına qarşı heç bir məsuliyyəti yoxdur. Bunu yalnız kişilərə aid olan bir vəziyyət kimi dəyərləndirmək də düzgün olmaz. Evli qadınla birlikdə olan kişilərdə də vəziyyət eyni cürdür. Yəni evli biri ilə münasibətə girənin kişi və ya qadın olması vəziyyəti dəyişmir".

Bəs evli kişilərlə qadınların münasibəti necə başlayır?

Psixoanaliz nəzəriyyəsinə görə, atası tərəfindən tərk edilmiş, özgüvən əskikliyi ilə böyümüş qadınlar özlərini təsdiq etmək, digər qadınlardan daha üstün olduqlarını özlərinə sübut etmək üçün bu yola əl ata bilirlər. Yəni başqa qadına aid olan kişini əldə edərək, özgüvənlərini bərpa etmiş olurlar: "Psixoanalitik yanaşmaya görə, bunun əsas səbəbi evli kişi ilə birlikdə olmaqla, uşaqlığında atası tərəfindən aldadılmış olan anasının şüuraltı intiqamını almaq hissinin önə çıxmasıdır. Ancaq bu faza insan beyninin dərinliklərində (təhtəlşüurda) olduğundan bu vəziyyəti asanlıqla anlayıb, dərk etmək mümkün deyil. Ancaq yalnız ata obrazının əskikliyi ilə bu cür yasaq münasibətləri tam izah etmək də mümkün deyildir. Bildiyimiz kimi, əlçatmaz görünən və bizdə olmayan şeyləri gözümüzdə ideallaşdırıb, onları əldə etməyə can atırıq. Evli kişilər bu səbəbdən cazibədar və əlçatmaz sandığı qadınlarla münasibət qurmağa və sevgili olmağa çalışırlar".
Psixoloq bildirir ki, qadının həyatda yalnız olması və iqtisadi çətinlikləri, özünü dəyərli hiss etmək istəməsi, eyni anda bir neçəsi ilə münasibət yaşaya biləcəyini düşünməsi, ata fiqurunun uşaqlıqdan bəri çatışmazlığı və s. bu kimi səbəblər qadınların evli kişilərə yönəlməsində vacib rol oynayır: "Xəyanət edən kişinin vəziyyəti isə burada qadından daha ağır olur çox zaman. Adam evli olduğu üçün gecələri telefonla rahat danışa bilmir, ətrafdan görən ola bilər qorxusu ilə nə yoldaşı, nə də sevgilisi ilə ictimai yerlərdə gəzməyə və ya istirahətə gedə bilmir, bir sözlə, yaşamına istəməyərək də olsa, sərhədlər qoyur. Daim gizlənməyə çalışır və buna görə hər iki tərəfə yalanlar söyləməyə məcbur olur. Münasibətdə olduğu qadın kişinin evli olduğunu bilirsə, bir müddət sonra ondan boşanmasını və açıq şəkildə birlikdə olmalarını tələb edir. Amma kişi ailəsini dağıtmaq istəmədiyindən hər dəfə yalanlarla sevgilisini aldadır və müxtəlif bəhanələr gətirir. "Ayrılsam, karyeram bitər", "ev problemi yaşayaram", "onsuz da yoldaşımı sevmirəm, ayrı otaqlarda yatırıq", "uşaqlara görə bu vəziyyətə dözürəm" kimi bəhanələrlə vəziyyətdən çıxmağa çalışır. Hər dəfə yeni bəhanələr və yalanlarla zaman qazanmağa çalışır".

Statistika da göstərir ki, əgər evli kişi başqası ilə münasibətə başladığı müddətdən 12 ay ərzində yoldaşından ayrılmırsa, 90% göstərici ilə sonrakı illərdə də boşanmır. Çünki asılı insan nə yoldaşından, nə də sevgilisindən ayrılmaq istəyir. Onun əsas məqsədi hər iki tərəfi balanslı şəkildə idarə etməkdir. azadqadin.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 7083   Tarix: 11 noyabr 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi

15.09.2021 1571
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

13.09.2021 1024
.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188
.

Duz istifadəsi zamanı diqqətli olun, yoxsa...

Sağlam və düzgün qidalanma zamanı gündəlik qəbul edilən duzun miqdarına diqqət yetirilməlidir. Gündəlik duzun normal qəbulu üçün aşağıdakılara diqqət yerirmək lazımdır:. * Duz qəbulu və arterial təzyiq arasında bir yaxınlıq var. Belə ki, çox duz qəbulu artıq mayenin qəbuluna və təzyiqin yüksəlməsin

18.09.2021 882
.

Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO

Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ

14.09.2021 1946
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO

Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric

13.09.2021 490
.

Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?

Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin

16.09.2021 1627
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121