Ömründə iki dəfə çimən kral, tualetsiz saray - FOTOLAR +VİDEO

Ömründə iki dəfə çimən kral, tualetsiz saray - FOTOLAR +VİDEOÖmründə iki dəfə çimən kral, tualetsiz saray - FOTOLAR VİDEO

Dünyanın ən möhtəşəm saraylarından olan, Fransa monarxiyasının atributu hesab edilən Versal sarayını görmək çoxlarının arzusudur. Hər il 7 milyon turistin ziyarət etdiyi bu saray təkcə gözəlliyi ilə deyil, qoxusu ilə hər kəsi təəccübləndirir. Niyəsini oxuyub bilək...
256 milyard dollarlıq saray

BiG.AZ xəbər verir ki, Versalın tikintisinə 1661-ci ildə başlanılıb. Bu tikinti işləri təxminən 50 il çəkib. Roma İmperatorluğundan sonra Avropada ilk dəfə böyük ölçüdə saray vəziyyətinə gəlib. Bunun səbəbi sabit və mərkəzi monarxiya idarəsi idi. İtaliya, Almaniya, İngiltərədə siyasi şərait fərqli olduğundan uzun müddət oralarda belə saraylar tikilməyib. Qeyd edək ki, Versalın salınması üçün Lüdovik 800 hektar bataqlığı qurudub. 101 hektarlıq bağın salınması məqsədilə bir meşənin ağacı bura köçürülüb. Burada qazon, çiçək ləkləri, göllər, hovuzlar, fontanlardan və heykəllərdən ibarət xiyaban salınıb. XIV Lüdovik Parisin siyasi intriqalarından uzaq durmaq və aristokratları göz önündə saxlamaq məqsədilə onları da monarxın mütləq hakimiyyətini ifadə edən bu nəhəng ölçülərə malik sarayda yerləşdirmişdi. 30 min işçinin tikdiyi sarayın o zaman 10.500 ton gümüşün dəyərindəki 25 milyon lirəyə, indiki ekvivalentlə 259,56 milyard avroya başa gəldiyi deyilir.

6 min nəfərin tualet kimi istifadə etdiyi saray
Sarayın maraqlı cəhəti tikilərkən tualet və ya vanna otağının layihələndirilməməsidir. 1000-dən çox otağın olmasına rəğmən, sarayda tualet və vanna otağının olmamasının səbəbi isə o dövrdə zadəganların istədiyi yerdə ehtiyaclarını qarşılamalarına dair inanc idi. Yəni sarayda yaşayan zadəganlar təbii ehtiyaclarını istədikləri yerdə edə bilərdilər. Xidmətçilər isə onların arxasınca bu natəmizliyi təmizləməliydilər.

Kralın özünün isə dəbdəbəli kreslo-qarşoğu var idi. O, hətta əyanlarının yanında həmin kresloya əyləşib təbii ehtiyaclarını edirdi. Bəzi zadəgan qadınlar isə özləri ilə kiçik qab gəzdirirdilər. Hətta bal zamanı belə kənara çəkilib qabı enli ətəklərinin altına sürüşdürüb asan şəkildə təbii ehtiyaclarını edirdilər.

Xidmətçilərə gəlincə, onlara harda gəldi bunu etməyə icazə yox idi. İşçilər adətən gizli-gizli "qarşoqlardan" istifadə edərək, güvəcləri Versalın pəncərələrindən aşağı boşaldırdılar. Nəzərə alsaq ki, 1682-ci ildən etibarən sarayda 6 min nəfər yaşayırdı, bu cür natəmizlik Versalın pis qoxumasına gətirib çıxardı. Avropada Versal sarayının qoxusunu "Avropadakı bütün saraylardan fərqli" (Memoirs: Duc de Saint-Simon) adlandırırdılar. Nəhayət, məhz üfunət iyinə görə 1789-cu ildə imperiyanın mərkəzini Yeliseyə dəyişdilər. Bir maraqlı faktı da qeyd edək ki, Versal şəhərciyində gəzintiyə çıxan zənginlər daim özləri ilə çətir götürürdülər. Bu onların günəşdə yanmaq, yaxud da yağışda islanmaq qorxuları ilə bağlı deyildi. Onlar məhz Versal sarayının balkonlarından atılan güvəclərin üst-başlarını bulaşdırmasından ehtiyat edirdilər.
Saray əhli çimmirdi
Çimmək məsələsinə gəlincə, dövrün kralları ildə bir dəfə bağçadakı hovuzda yuyunurlarmış. Sarayı tikdirən XIV Lüdovik 77 il yaşasa da, həyatı boyu cəmi 2 dəfə çimmişdi. Bu da həkimlərin məsləhəti ilə baş vermişdi. Ümumiyyətlə, 17-ci əsrdən fransızlar çimməyin daşını atmışdılar. Buna görə, sarayda vanna otağının olmaması heç kimi narahat etmirdi. Sadəcə insanlar bədənlərindən gələn pis qoxuya qarşı qəribə mübarizələr aparırdılar. Məsələn, ətir kəşf edilmişdi. Ətir istehsalçılarının əsas vəzifəsi onun qalıcı olmasını təmin etmək idi. Bundan əlavə, qadınlar üst-üstə ətəklər geyinməklə qoxunu həfiflədirdilər. Enli ətəklərin daha bir funksiyası da vardı. Qadınlar onun altında balaca itlər gəzdirirdi ki, bədənlərindəki birələr itin canına daraşsın.
Versalda ilk tualet tikilir
Sarayda ilk tualet 16-cı Lüdovikin əmri ilə həyat yoldaşı, Avstriya imperatorunun qızı Mariya Antuanetta üçün tikilir. 1789-cu ildə Fransa inqilabından sonra sarayda daha bir neçə tualet layihələndirilir. Ərazisinə görə, dünyanın ən böyük saraylarından olan Versalda tualetlərin sayı 9-a çatdırılır. Bu tualetlərdən isə ancaq kral və yaxınları istifadə edə bilərdi. Xidmətçilər isə yenə də qarşoqlardan istifadə edirdilər.(publika)

BiG.AZ sözü gedən görüntüləri sizlərə təqdim edir:

Ömründə iki dəfə çimən kral, tualetsiz saray - FOTOLAR +VİDEOÖmründə iki dəfə çimən kral, tualetsiz saray - FOTOLAR +VİDEOÖmründə iki dəfə çimən kral, tualetsiz saray - FOTOLAR +VİDEOÖmründə iki dəfə çimən kral, tualetsiz saray - FOTOLAR +VİDEOÖmründə iki dəfə çimən kral, tualetsiz saray - FOTOLAR +VİDEO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 10861   Tarix: 30 oktyabr 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ

14.09.2021 1051
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164
.

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm

11.09.2021 659
.

Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı

Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib

13.09.2021 2571
.

Cənazə mərasiminə açıq geyimdə getdi - Cəsədə yaxınlaşıb... / FOTO

Sosial mediada yayılan görüntülər müzakirələrə yol açıb. Reddit portalında paylaşılan məlumata görə, qız babasının cənazə mərasiminə açıq geyimdə qatılıb. Qohumların etirazlarına baxmayaraq, qız paltarını dəyişməyib. O cəsədə yaxınlaşıb və bildirib ki, babası sağ olub onu bu göyümdə görsəydi etiraz etməzdi

12.09.2021 2549
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960
.

Qızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO

İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz

16.09.2021 3329
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505