Meyxana, yoxsa narkotika reklamı? - "Ürəyim sıxılır, sıxılır"

Meyxana, yoxsa narkotika reklamı? - "Ürəyim sıxılır, sıxılır"Meyxana deyiləndə ağla gələn ilk iki-üç nəfərdən biri də Aydın Xırdalanlıdı. Həm də Aydın ən çox narkotik maddə qəbul edən meyxanaçı kimi də məhşurdur. Bu yaxınlarda onun bir müsahibəsini oxudum. Aydının dediyi bu cümlə xüsusilə diqqətimi çəkdi; "Gənclərə bir tövsiyəm var ki, nəinki narkotika, hətta spirtli içkidən, siqaretdən də uzaq olsunlar".

Bəlkə də, hansı meyxanaçını danışdırsan, bu sözləri deyər, məsləhət edər ki, narotika pis şeydi, çəkməyin, falan...

Amma bu gün, insanların bəzən məcbur qalıb, bəzən isə qulağına xoş gəldiyi üçün dinlədiyi - narkotikanı reklam edən yüzlərlə meyxanalar var.

Məcbur qalıb ona görə deyirəm ki, şəxən mən hər gün işə gələndə mindiyim "manatlıq taksi"lərin əsas repertuarı belə "mahnılar"dan ibarətdir. Hətta arxa oturacaqda oturan qaqaşlardan biri, "xodunu qaldır" deyə müraciət etdisə, vay sənin yarım saatına!

Yutub sosial şəbkəsində olan belə meyxanaların dinlənmə sayı isə milyonlarladır. Əsasən gənclər belə meyxanaları dinləyir. Ürək ağrıdan hal isə odur ki, belə meyxanalara yazılan şərhlərin çoxu, "super", "əla", "qəşəng", "bomba", "yeri var" kimi təriflərdən ibarətdir.

Elə hər gün mənim qulağımı dəng edən "Ürəyim sıxılır, sıxılır" meyxanasını "Youtube"da axtardım. Bir neçə yüklənməsini tapdım. Videonun birində 600 000 baxış var idi. Digərləri də ondan geri qalmırdı. Ümümilikdə 2 milyondan çox baxılıb.

Deyək ki, bu meyxananı deyənlər tanınmamış və nisbətən gəncdir. Məsələn, Aydın Xırdalanlı, Rəşad Dağlı, Ağamirzə, Kərim və Ələkbərin dediyi "Çək nəşəni, qoy, tüstüsü dağlara yayılsın" meyxanasını dinləyəndə adamda elə bir təəssürat yaranır ki, meyxana deyənlərlə narkotika istehsalçılarının arasında reklam müqaviləsi mövucuddur.

Qəribə olan odur ki, belə meyxanaçılar narkotikanı pisləmək əvəzinə tərifləyir, bunun insana "kayf" verdiyini dönə-dönə vurğulayırlar.

Belə meyxanaları dinləyənlərin əksəriyyəti yeniyetmələr və gənclərdir. Və milyonlarladır.

Problem aydındır, bəllidir və məlumdur. Baş Narkotiklərlə Mübarizə İdarəsi də yəqin ki, bu barədə öz tədbirlərini görməkdədir.

Ancaq, amma və lakin belə meyxanalar getdikcə artır, çoxlalır, yayılır...

Meyxanalardakı pis hallar təkcə narkotika ilə də bitmir, içkini və pozğunluğu tərənnüm edən yüzlərlə meyxanalar da mövcuddur. Buna bir əlac varmı, görəsən... Cəmiyyəti uçruma aparan bir haldır.

Şey demişkən, məndən demək...

Bu meyxanaları və gənclərin belə meyxanalra "super" deməsini düşündükcə, elə o məşhur meyxanada deyildiyi kimi, "Əfqaniski şey cəhənnəm", ürəyim sıxılır, sıxılır...
atv.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2064   Tarix: 28 oktyabr 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bu halda qadınlar pensiyaya tez çıxa biləcək - PREZİDENT TƏSDİQLƏDİ

Yalnız valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşağı övladlığa götürüb səkkiz yaşınadək tərbiyə edən həmin kateqoriyadan olan qadınların, eləcə də əlilliyi müəyyən edilmiş uşağı olan şəxslər erkən pensiyaya çıxacaq. xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "Əmə

17:07 210
.

143 milyonluq yeyintiyə görə daha bir zabit həbs edildi

Müdafiə Nazirliyinin müxtəlif hərbi hissələrində maliyyə xidmətin rəisi vəzifəsində işləmiş Elvin Cəfərov həbs edilib. APA xəbər verir ki, ona Cinayət Məcəlləsinin 179.4-ci (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham olunub. Elvin Cəfərov 143 milyonluq mənimsəmə üzrə cinayət işində təqsirl

14:01 243
.

Rusiyada TikTokun fəaliyyəti yenidən məhdudlaşdırıldı

TikTok Rusiyada istifadəçilər üçün məhdudlaşdırılıb. "Qafqazinfo" xəbər verir ki, bu haqda TASS məlumat yayıb. Bildirilir ki, proqrama daxil olmaq istədikdə müvafiq bildiriş görünür:. "Bölgənizdə bəzi TikTok funksiyalarını məhdudlaşdırdıq. Siz müvəqqəti olaraq videolar yerləşdirə və y

11:18 202
.

Braziliyada daşqınlar nəticəsində ölənlərin sayı 29-a çatıb

Braziliyada güclü yağışlar zamanı daşqınlar nəticəsində ölənlərin sayı artıb. BİG.AZ xəbər verir ki, ölənlərin sayı 29-a, itkin düşənlərin sayı isə 60 nəfərə çatıb. Bu barədə Ştatın Mülki Müdafiə nazirliyi bəyanat yayıb. Açıqlamada qeyd edilib ki, yağışlar 154 qəsəbədə ciddi fəsadlar törədib. Daşqınları

11:52 94
.

Motosiklet istehsalı müəssisəsində yanğın olub - VİDEO

Adanada motosiklet istehsalı müəssisəsində yanğın olub. BİG.AZ xəbər verir ki, yanğının baş vermə səbəbi məlum deyil. Əraziyə yanğınsöndürənlər cəlb olunub. Hadisə nəticəsində ölən olmayıb. Daha ətraflı olaraq videonu təqdim edirik:

16:48 100
.

Dəfnə yarpağının inanılmaz faydaları: Bu haqda nə bilirik?

Bitkilərdən keçmişdən bu günə qədər bütün dünyada müxtəlif məqsədlər üçün geniş istifadə olunur. Bu bitkilər ənənəvi olaraq müxtəlif xəstəliklərin müalicəsində təsirli olurlar. xarici araşdırmalara istinadən xəbər verir ki, dəfnə yarpağı ümumiyyətlə oxşar dad və qida dəyərlərinə malikdir. Tərkibind

02.05.2024 936
.

Tərtərdə 15 yaşlı qız qaçırılıb, yoxsa itkin düşüb? - VİDEO

Tərtərdə itkin düşən 15 yaşlı Nigar Niyaməddin qızı Məhərrəmlinin axtarışları davam edir. xəbər verir ki, Xəzər TV-də yayımlanan "Təsir dairəsi" verilişində hadisənin təfərrüatı məlum olub. Belə ki, Nigarın anası Günel bildirib ki, qardaşının yoldaşı qızının oxuduğu məktəbə gedərək direktor

02.05.2024 561
.

Azərbaycanda Analar Günü təsis oluna bilər

"Azərbaycanda Analar Gününün təsis olunması məsələsinə baxıla bilər". Bunu "Report"a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib. O bildirib ki, belə günlər başqa ölkələrdə də qeyd edilir:. "Bizim də başqa ölkələrdə olmaya

12:36 363
.

Adı lüğətə salınacaq

Amerikalı müğənni Beyonsenin adı Fransanın "Le Petit Larousse illustré" ensiklopedik lüğətinin 120-ci nəşrində yer alacaq. "Qafqazinfo" xəbər verir ki, bu barədə "The Times" məlumat yayıb. Ulduzun adının yanındakı təsvirdə "Amerikalı R&B və pop müğənnisi" sözlər

15:54 186