Lənkəranski ilə "Lotu Quli"nin düşmənçiliyi belə başladı

Lənkəranski ilə "Lotu Quli"nin düşmənçiliyi belə başladı"Lotu Quli" (Nadir Səlifov) ilə Azərbaycanın ən titullu "oğrular"ı arasında problem Bayıl təcridxanasında baş vermiş bir hadisədən başlayıb. Belə ki, "Quli" oğru etiketlərinə zidd olaraq "böyük qardaş" - "Sabirabadlı Hikmət" kimi tanınan Hikmət Muxtarova əl qaldırıb. Məhz bu hadisədən sonra digər azərbaycanlı oğrular da bu və ya digər dərəcədə tərəf tutmağa başlayıblar".

BiG.AZ xəbər verir ki, bu sözləri lent.az-a "Lotu Quli" və "Rövşən Lənkəranski"nin düşmənçilik tarixiylə bağlı danışan kriminal ekspertlərdən biri deyib. Bu düşmənçiliyin indi yenidən xatırlanması isə təsadüfi deyil. Söhbət ondan gedir ki, ötən gün Azərbaycan mətbuatında hələ 7 il əvvəl, 2009-cu ilin dekabrında "Lotu Quli"nin Lənkəranski tərəfindən öldürülməsi planıyla bağlı yazı dərc edilib. Bu iddialar həm də müəmmalı səs yazıları ilə müşayiət olunub.

Telefon danışıqlarından məlum olur ki, "Lotu Quli"nin o vaxt cəza çəkdiyi 13 saylı cəzaçəkmə müəssisəsində öldürülməsi planını Rövşən Lənkəranskinin klanına daxil olan İlqar adlı şəxs hazırlayıb. O, "Lotu Quli" ilə eyni həbsxanada cəza çəkən Hikmət Muxtarovla (Sabiraabadlı Hikmətin ad-soyad adaşı) hansısa yolla yaxın münasibət qurub. Daha sonra "Lotu Quli"ni həbsxanada öldürmək üçün inanılmış adam tapdığını "Rövşən Lənkəranski"yə çatdırıb. Sonuncu bu təkliflə razılaşıb və məsələnin həllini İlqara həvalə edib. Ancaq plan baş tutmayıb, çox güman ki, "Lotu Quli"nin həbsxanada ona sui-qəsd hazırlanmasından xəbəri olub və zəhərləmə əməliyyatı alınmayıb.

Bəs Lənkəranski Nadir Səlifovla niyə düşmən olub?

Yuxarıda qeyd etdiyimiz kimi bu düşmənçilik məhz "Quli"nin hərəkətindən sonra hələ "Sabirabadlı Hikmət"in sağlığında Moskvada 9 "oğru"nun toplaşdığı "sxodka"da qəbul edilən qərarla bağlıdır. Həmin qərar "Quli"dən "oğru" adının alınması barədə olub. Bu şifahi qərar yazılı formada Azərbaycanın əksər "zon"larına paylanılıb. Bundan sonra kriminal aləmdə azərbaycanlılar arasında parçalanma dərinləşib, tərəflər çoxsaylı itkilər verib. Öldürülənlər sırasında bir çox "qanuni oğru"lar "Sabirabadlı Hikmət", "Otar", "Nardaranlı Mirseymur", "Ağbaş Çingiz" və başqaları olub.

Həmin "sxodka"da iştirak edənlərdən biri də Rövşən Lənkəranski olub. Bir sözlə, "sxodka"nın qərarını Lənkəranski də dəstəkləyib.

Təbii ki, belə olan halda onunla "Quli" arasında münasibətlər korlanmalı idi. Digər tərəfdən, kriminal aləmdə Gürcüstan klanı "Quli"ni "oğru" kimi qəbul edirdi. Rövşən Lənkəranskinin bu klanın xaç atası sayılan Aslan Usoyanla ("Ded Xasan") problemi olduğu isə heç kimə sirr deyildi.

Bundan sonra "Lotu Quli" də hərəkətə keçmişdi. Yuxarıda adlarını qeyd etdiyimiz nüfuzlu azərbaycanlı qanuni oğrular qətlə yetirildikdən sonra həmin "sxodka"dan sağ qalan təkcə "Lənkəranski" idi deyə, "Quli" onun haqda Azərbaycan və Rusiya həbsxanalarına "proqon" göndərir. Həmin "proqon"da "Rövşən Lənkəranski"nin qanuni oğru adından məhrum edildiyi bildirilir.

Lent.az internet resurslarının və mənbənin köməkliyi ilə həmin "proqon"un mətnini də əldə edib. Orada deyilir:

"Hər vaxtınız xeyir olsun, məhbuslar. Sizə və Oğru Evinizə rifah və sülh diləyirəm. Ən xoş hisslərlə sizi oğru qardaşlar adından salamlayıram. Əvvəlcə sizlərə bir-birinizlə mehriban və ayrılmadan yaşamağı arzulayıram. Oğru qanunlarına uyğun nümunəvi məhbus həyatı yaşayan məhbus kimi sizlərin də bu müqəddəs qanunlara hörmətlə yanaşdığınızı bilirəm. Həmçinin, bildiyiniz kimi, oğru proqonları məhz oğrular tərəfindən verildiyinə görə, bir oğru kimi mənim proqonuma da hörmətlə yanaşacağınızı bilirəm.

Kim oğru qanunlarını tapdalayacaqsa, onun cəzası da oğru qanunlarıyla veriləcək. Aramızda bir sıra problemlər olub, var və olacaq. Amma biz bütün problemləri öz qanunlarımızla həll edəcəyik.

İndilikdə isə sizə Rövşən Lənkəranskiylə bağlı məqamı çatdırmaq istəyirəm. Hamınız biləsiniz ki, Rövşən Lənkəranski heç kimdi və o, adı öz üzərinə götürə bilməz. Bu, oğruların qərarıdır. O ki qaldı Hacı ("Beyləqanski") və Rüfətə ("Gəncinski") onlar yalançıdırlar. Belə yaramazlar bütün zamanlarda olub və onlardan bütün ciddiliklə hesab sorulacaq.

Sizə uğurlar və qızıldan da qiymətli olan azadlığı arzulayıram. Özünüzü və oğru ideyalarınızı qoruyun. Bu proqon Azərbaycanın və Rusiyanın bütün həbsxanalarına yayılsın. Ən xoş arzularla Oğru Quli".

Məhz bundan sonra Azərbaycanlı "qanuni oğru"lar Moskvada qanlı "razborka"lara start verirlər. Və bu "razborka"lar hətta indi də - "Lənkəranski" öldürüləndən sonra belə davam edir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 3213   Tarix: 26 oktyabr 2016  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Tramp: "İŞİD ABŞ əsgərlərinin öldürülməsinə görə cavab verəcək"

"Vaşinqton Administrasiyası Suriyada iki ABŞ əsgərinin və bir amerikalı tərcüməçinin öldürülməsindən sonra terrorçu İŞİD qruplaşmasına qarşı cavab tədbirləri görəcək. xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "Truth Social" platformasında yazıb. O, Suriyada "ABŞ-yə qarşı İŞİ

16:20 111
.

Ukraynanın Trampın sülh planına cavabının təfərrüatları məlum olub

Ukrayna ABŞ Prezidenti Donald Trampın sülh planına cavab olaraq qoşunların Donbasdan çıxarılması və NATO üzvlüyündən imtinası ilə bağlı təklifləri rədd edib. "Report" xəbər verir ki, Kiyevin cavabının təfərrüatlarını "New York Times" açıqlayıb. "Cavabda bildirilib ki, Kiyev Ukraynanı

14:30 114
.

Kamboca Tailandla bütün sərhəd keçidlərini bağlayıb

Kamboca gərginləşən münaqişə fonunda Tailandla bütün sərhəd keçid mətəqələrini bağlayıb. "Report"un məlumatına görə, bu barədə Kamboca Daxili İşlər Nazirliyi bəyanat yayıb. Nazirlik qeyd edib ki, bu qərar "sərhəddə Tailand tərəfinin Kambocanın suverenliyinə qarşı təcavüz aktları törətdiy

17:00 103
.

Qapısı açıq "Hyundai"dan oğurluq edən şəxs saxlanıldı

Paytaxtın Nəsimi rayonunda "Hyundai" markalı avtomobildən pul və bank kartı oğurlanıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinə

13:20 136
.

Rusiyada "Honkonq qripi"ndən ölüm hallarının baş verməsi təsdiqlənib

Rusiyada "Honkonq qripi"ndən ölüm hallarının baş verməsi təsdiqlənib. xəbər verir ki, bu barədə yerli mətbuata Rusiya Elmlər Akademiyasının akademiki Gennadi Onişenko məlumat verib. "Ölüm hallarının olmadığını demək mümkün deyil, təəssüf ki, bu, baş verir. Adətən, belə hallar xroniki ağciyər

17:20 101
.

Naim Qasem: "Hizbullah" İsrailin şərtlərini qəbul etməyəcək və ABŞ-yə təslim olmayacaq

İsrail ilə Livan arasında atəşkəs razılaşması qüvvəyə minəndən sonra başqa yanaşma tələb olunan yeni mərhələ başlayıb. "Report" xəbər verir ki, bunu "Hizbullah"ın baş katibi Naim Qasem "Al-Manar TV"nin canlı yayımında bildirib. Onun sözlərinə görə,Livan hökuməti ölkəni

14:40 121
.

Almaniyada məcbur hərbi xidmət gündəmdədir, qadınlar da çağırıla bilər

Almaniya Kansleri Fridrix Merts yaxın illərdə ölkədə həqiqi hərbi xidmətin geri qaytarılmasını istisna etməyib və məcburi alternativ mülki xidmətin bərpasını müdafiə edib. "Report"un xəbərinə görə, bu barədə o, Almaniyanın hakim blokuna daxil olan Xristian Sosial Birliyinin qurultayında çıxış

16:50 107
.

Hakan Fidan: Biz yaxşı olmaq istədiyimiz üçün yaxşı davranırıq

"Bizim gücümüz, qüvvətimiz və iradəmiz var, amma biz yalnız yaxşı olmaq istədiyimiz üçün yaxşı davranırıq. Suriyada, İranda, İraqda, bölgədəki bütün münasibətlərimizdə bu vəziyyət bizi şəffaf olmağa məcbur edir". "Report" "Ahaber"ə istinadən xəbər verir ki, bunu Türkiyəni

12:40 116
.

Taksi sürücüsü həbs edildi: Hava limanından müştəri götürübmüş

Bakı Beynəlxalq Hava Limanında icazəsiz sərnişin daşıyan taksi sürücüsü həbs edilib. BİG.AZ "Qaynarinfo"ya istinadla xəbər verir ki, hadisə dekabrın 11-i gecə saat 3 radələrində baş verib. Belə ki, 1997-ci il təvəllüdlü G.H. İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə barəsind

15:10 166
.

TOP MP3