"Lənkəranski 500 min dollara killer tutub Lotu Qulini öldürmək istəyirdi..." - VİDEO

"Lənkəranski 500 min dollara killer tutub Lotu Qulini öldürmək istəyirdi..." - VİDEOBu ilin avqustunda İstanbulda güllələnən məşhur azərbaycanlı kriminal avtoritet, "Rövşən Lənkəranski" ləqəbli Rövşən Canıyevin barışmaz düşməni olan "Lotu Quli"ni (Nadir Səlifov) həbsxanada öldürmək üçün killer tutduğu üzə çıxıb.

Bu plan barədə təkzibolunmaz dəlillər YouTube şəbəkəsində yerləşdirilib. "Rövşən Lənkəranski"nin İlqar adlı killeri ilə bir vaxtlar "Lotu Quli"nin yaxın ətrafına daxil olan nüfuzlu kriminal element Hikmət Muxtarov ("Sabirabadlı Hikmət" kimi tanınan mərhum Hikmət Muxtarovla eyni ad-soyadı daşıyır-red) arasında telefon danışıqlarının internetdə yerləşdirilmiş audioyazısından məlum olur ki, bu iş üçün tərəflər 500 min dollara anlaşıblar. Hadisələr 2009-cu ildə cərəyan edib. Həmin ərəfədə "Rövşən Lənkəranski" özü Kiyevdə saxlanılmışdı və onun Azərbaycana deportasiyası gözlənilirdi.

Telefon danışıqlarından məlum olur ki, "Lotu Quli"nin o vaxt cəza çəkdiyi 13 saylı cəzaçəkmə müəssisəsində öldürülməsi planını "Rövşən Lənkəranski"nin klanına daxil olan İlqar adlı şəxs hazırlayıb. O, "Lotu Quli" ilə eyni həbsxanada cəza çəkən Hikmət Muxtarovla hansısa yolla yaxın münasibət qurub. Daha sonra "Lotu Quli"ni həbsxanada öldürmək üçün inanılmış adam tapdığını "Rövşən Lənkəranski"yə çatdırıb. Sonuncu bu təkliflə razılaşıb və məsələnin həllini İlqara həvalə edib.

Telefon danışıqlarından belə məlum olur ki, Hikmət "Lotu Quli"nin klanına mənsub olsa da ondan narazıdır və avtoritetin aradan götürülməsi üçün ona verilmiş sifarişi yerinə yetirməyə hazırdır. Lakin bu işi yerinə yetirmək üçün 500 min dollar haqq istəyib. Anlaşmaya əsasən əvvəlcə pulun 100 min dolları Hikmətə ( o, həbsxanada olduğu üçün ailəsinə) çatdırılmalıydı, qalanını isə sifariş yerinə yetiriləndən sonra almalıydı. Daha sonra şərtlər dəyişib və pulun 300 min dollarını əvvəlcədən vermək məsələsi qoyulub.

"Lotu Quli"nin öldürülməsi məsələsini tərəflər 2009-cu ilin dekabrında baş tutmuş bir neçə telefon danışığında müzakirə ediblər. Həmin vaxt "Rövşən Lənkəranski"nin adamı Rusiyadan Azərbaycana gəlmişdi və həbsxana ilə müntəzəm əlaqə saxlayıb "Lotu Quli"nin aradan götürülməsi ətrafında müzakirələr aparırdı.

Telefon danışıqlarına əsasən Hikmət Muxtarov 13 saylı cəzaçəkmə müəssisəsində "avroremont" kamerada tək qalan "Lotu Quli"ni zəhərləyərək öldürməli idi. Bu məqsədlə o, avtoritetlə yaxınlığından istifadə edib onun kamerasına girməliydi. Belə məlum olur ki, sifarişin şərtlərinə əsasən "Rövşən Lənkəranski" Hikməti öz himayəsinə götürəcəkdi və onun həbsxanadan buraxılması üçün çalışacaqdı.

Telefon danışıqlarında İlqarla Hikmət "Rövşən Lənkəranski"nin Azərbaycana ekstradisiyası və onun "oğru" adından məhrum edildiyi barədə "Ded Xasan"ın çıxardığı hökmdən də danışırlar. Habelə telefon söhbətlərindən birində İlqar "Lotu Quli"nin yaxın adamı, "Oleq Bakinski" kimi tanınan Oleq Krapivini Kiyevdə öldürəcəyi barədə danışır. "Sən bu işi burada həll edlə, mən də onu Kiyevdə o tərəfə yola salım" deyir.

"Lənkəranski 500 min dollara killer tutub Lotu Qulini öldürmək istəyirdi..." - VİDEOBelə məlum olur ki, İlqar "Lotu Quli"nin öldürülməsi üçün lazım olan məbləğin 300 min dollarını Hikmətin ailəsinə çatdırıb. Lakin hüquq-mühafizə orqanları bu şübhəli pul transferindən xəbər tutub, evdə axtarış aparılıb. Habelə Hikmətin qaldığı "zon"da "şmon" olub. Bu uğursuzluğa baxmayaraq tərəflər yenə də planı müzakirə ediblər və Hikmət sifarişi yerinə yetirəcəyinə tam arxayın edib. Ancaq ona çatacaq məbləğin 100, yaxud 200 min dollarının "Rövşən Lənkəranski" tərəfindən veriləcəyinə tam əmin olmaq istəyib. Ancaq plan baş tutmayıb, çox güman ki, "Lotu Quli"nin həbsxanada ona sui-qəsd hazırlanmasından xəbəri olub və zəhərləmə əməlyyatı alınmayıb.

Telefon söhbətlərindən məlum olur ki, həmin vaxtlar "Lotu Quli" özü də "gec-tez Rövşənin başını yeyəcəyi" haqda danışırmış...

BiG.AZ virtualaz.org-a istinadən həmin telefon danışıqlarını təqdim edir.

P.S. Oxucuların nəzərinə çatdırırıq ki, telefon danışıqlarında tərəflər kriminal jarqonlardan və senzuradan kənar ifadələrdən istifadə edirlər.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3458   Tarix: 25 oktyabr 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608