Küçələrə niyə tüpürürük?

Küçələrə niyə tüpürürük?Təmizlik hər insan üçün vacib xüsusiyyət, sağlamlığının ən önəmli şərtidir. Bunun üçün də insan özüylə yanaşı, ətrafını da təmiz saxlamalıdır. Evinin, geyiminin, yeməyinin təmizliyinə diqqət yetirdiyi kimi ətrafının, getdiyi küçənin, parkın, dükanın da təmizliyinə riayət etməlidir.

BiG.AZ xəbər verir ki, Bakıda insanların təmizliyə riayət etməməsi, küçədə gedərkən, hətta avtomobilin pəncərəsindən zibil atması, şəhərdə zibil qablarının azlığından dəfələrlə yazılmasına baxmayaraq hələ ki, bu sahədə problemlər tam həllini tapmayıb. Bizim bugünkü mövzumuz isə digər bir amilə yönəlib ki, bu da yerə zibil atmaq qədər qeyri-etik bir hərəkətlə bağlıdır. Çox təəssüf ki, bu gün paytaxtın küçələrində yol gedərkən yerə baxmamağa çalışırıq. Çünki hər addımda tüpürcək görürük. Bir çox insanlar yolda, pilləkanlarda, hətta metro stansiyalarında da tüpürməkdən çəkinmirlər. Xəstəlik yaymaqları bir yana, həmin yolun, küçənin, metronun hamıya aid olduğunu düşünmürlər belə.

Mütəxəssislərin fikrincə, yerə tüpürməklə yaranan xəstəliklər sırasında tənəffüs yolu ilə keçən vərəm, bronxit, qrip kimi xəstəliklər yer alır. Eləcə də psixoloji baxımdan tüpürmək hərəkəti insanlarda diksinmə, əsəbilik, stress kimi amillərə səbəb olur. Onu da qeyd edək ki, cəmiyyətin səviyyəsi baxımından tüpürmək, az inkişaf etmiş ölkələrdə müşahidə edilən bir davranış şəkli mədəniyyətsizlik kimi qəbul edilir.

Yerə tüpürənlərin sayı bu gün keçmişə baxdıqda daha da çoxalıb deyirlər. Ancaq keçmişə baxsaq, bu pis vərdiş əvvəlki dövrlərdə də olub. Hətta bəzi ölkələrdə sözlə, pul cəzası ilə bu pis vərdişin qarşısını ala bilməyənlər başqa üsul tətbiq ediblər. Belə ki, dövlətdən maaş alan bir qrup işçi əllərində küçə-küçə kül gəzdirir və yolda rast gəldikləri tüpürcəyin üzərinə tökürmüşlər. Beləliklə, yoldan keçən insanları iyrəndirən pis zərərlərin ortadan qaldırılmasını təmin edirmişlər. Hətta hazırda da bəzi ölkələrdə bununla bağlı "Yerə tüpürməyin!" sözləri yazılmış lövhələrə rast gəlmək mümkündür.

Bizdə isə hazırda günün hansı saatlarında küçədə gəzsəniz, ətrafınızda hayxıran, tüpürən, əlindəki siqaret kötüyünü yerə atan birinə mütləq rast gələcəksiniz. Belə insanların sayı kifayət qədərdir. Hətta onlar bu hərəkətləri çox rahat şəkildə edirlər.

Bəlkə də bu insanlar küçələrdə etdikləri bu hərəkətlə bir sıra xəstəliyin səbəbkarı olduqlarını düşünsələr, özlərinin də xəstələnmələrinə yol açacaq bu davranışlardan imtina edərdilər. Onu da qeyd edək ki, bu cür hərəkəti edənlər, demək olar ki, ancaq kişilərdir. Hətta belə insanların nəinki yoldan keçərkən, eyvanlardan aşağı siqaret kötüyü atdığının, tüpürdüyünün şahidi oluruq.

Niyə etiraz edilmir?

Bu gün çoxları həmin kobud hərəkətləri edən insanların yanından sakitcə keçib gedir, etiraz bildirmirlər. Xarici ölkələrdə ictimai qınağın önəm kəsb etməsinə baxmayaraq, bu hələ ki, bizdə reallaşmayıb. Bu da təsadüfi deyil. Əgər küçəyə zibil atan, yaxud tüpürən bir insana yaxınlaşıb bu hərəkəti ilə bağlı fikir bildirsən, onun sərt baxışları, qara-qışqırığı ilə rastlaşacaqsan. Hətta hərəkətinə bəraət qazandırmağa çalışacaq. Ancaq ictimai qınağın önəm kəsb etdiyi ölkələrdə insanlar hansısa tənqidə məruz qaldıqda bundan nəticə çıxarırlar. Bu gün ölkədə yerə zibil atılmasına qarşı müvafiq cəza növü olsa da mən dəfələrlə küçədə gedən vətəndaşın, avtomobildəki sürücünün, hətta metro stansiyalarında insanların yerə zibil atdıqlarının şahidi olmuşam və kimsənin bu hərəkətinə görə cəzalandırıldığını görməmişəm. Yəni, yerə zibil atmaqla bağlı konkret cəza növündən çəkinməyərək bu hərəkəti edənlər üçün, təbii ki, cəzası olmayan yerə tüpürməyin heç bir qorxusu yoxdur.

Ağız florası vacibdir

Maraqlı bir fakt isə odur ki, alimlərin fikrincə, insanlar tüpürməklə həm də özlərinə ziyan vururlar. Belə ki, tüpürcək dişləri çürüməkdən qoruyur. Sağlam bir insanın ağzında gündə 500-1500 millilitr tüpürcək ifraz edilir ki, bu da mikroorqanizmlərin diş səthindən uzaqlaşdırılmasını, mexaniki təmizləməni təşkil edir. Ağızda tüpürcəyin azalması "ağız quruluğu" kimi dəyərləndirilir, bu zaman diş çürüklüyü və dildə çatlar yaranır. Beləliklə, tüpürcək dişlər üzərinə bakteriya yığılmasının qarşısını alaraq ağız florasını tənzimləyir.

Xaricdə təmizlik cəzaları

Əgər faktlara nəzər salsaq, görərik ki, bu gün bir sıra ölkələrdə ətrafı çirkləndirmək, o cümlədən yerə tüpürməklə bağlı müxtəlif cəza növləri tətbiq olunur. Belə ölkələrdən biri olan İngiltərənin paytaxtı Londonda türklərin sıx yaşadıqları Enfild məhəlləsi ölkədə yerə tüpürmənin cəzalandırıldığı ilk bölgə olub. 2011-ci ildə çıxan qərarla küçəyə tüpürərkən yaxalananlara 80 funt-sterlinq pul cəzası kəsilir. Yerə tüpürərkən yaxalanan insanlar verilən cəzanı ödəmədikləri halda 5 min funt-sterlinq cərimə ilə üzləşirlər.

Dünyanın ən kiçik ölkələrindən olan Sinqapurda da yerə tüpürmək, zibil atmaq kimi gərəksiz hərəkətlərə görə insanlar cəza alırlar. Təkcə yerə tüpürməyə görə vətəndaşları 500 dollar məbləğində cəza gözləyir. Bu baxımdan ölkə sanki kiçik və təmiz bir evi xatırladır.

Qazaxıstanda saqqız çeynəyib yerə atan, tüpürən, ətrafı çirkləndirən, ətrafı narahat edən insanları isə üç gün həbs cəzası gözləyir.

Bu sahədə cəza tətbiq olunan ölkələrdən biri də Almaniyadır ki, burada yerə tüpürənləri 20 avro məbləğində cəza gözləyir. İspaniyada yerə tüpürmək qanunla cinayət sayılır.

Çində yerə tüpürən insanlara 800 dollar məbləğində cərimə tətbiq edilir.

Uzun illər ərzində cavabdehsizlik mədəniyyəti yaranıb

"ELS" Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova mövzu ilə bağlı bildirdi ki, bu gün biz özümüz yaşadığımız, təmir etdiyimiz yerə cavabdehlik daşıya bilirik:

"Yəni mənzilin daxili bizlikdir. Ancaq mənzildən çıxanda o, bizlik deyil. Hamımızda uzun illər ərzində cavabdehsizlik mədəniyyəti yaranıb. Küçəyə çıxanda nə istəyiriksə, edə bilirik. Əlimizdəki zibili atmaqla yanaşı, bir sıra mənfi hərəkətləri də edə bilirik. Belə hərəkətlərdən biri kimi pis vərdiş olan küçələrə tüpürməklə bağlı mənə elə gəlir ki, qadağa qoymaq düzgün deyil və heç bir xeyir gətirməyəcək. Məsələn, küçələri zibilləməyə görə artıq cəzalandırma var. Ancaq bunların həyata keçirilməsində işlək mexanizm yoxdur. Yaxud avtomobil sürücülərinin siqaret çəkməyə icazəsi yoxdur. Bunun nəzarətini həyata keçirmək olurmu? Yolda sürücü siqaret çəkərkən ona etiraz etdikdə deyir ki, siz istəyirsiz ki, mən sonuncu dayanacağa qədər əsəbləşə-əsəbləşə gedim? Mənim siqaret çəkmək vaxtım gəlib. Hətta sərnişinlər etiraz edəndə ki, dayanacaqda saxla, siqareti çək, sonra yola davam edərsən, o zaman sürücü deyir ki, mənim qrafikim var, ona görə bu dayanacaqda artıq dayana bilmərəm və siqaretini çəkir. Ona görə bizdə qadağa yox, ümumilikdə o mədəniyyəti aşılamaq lazımdır".

"ELS" sədri deyir ki, ilk növbədə ictimai qınaq lazımdır və ictimai müzakirələr aparılmalıdır:

"Biz bu məsələni gündəmə gətirməliyik, daimi müzakirələr aparmalıyıq. Buraya KİV, televiziya kanallarını cəlb etmək olar. İctimai əsaslarla kampaniyaya başlamaq lazımdır, mütəmadi olaraq küçələrdə mədəniyyətsiz davranışlar qabardılmalıdır. Mənfi davranışlardan biri kimi, məsələn, şəhərdə itləri gəzdirirlər, bizim ofisin pəncərəsini açanda qoxudan dayanmaq olmur. Orada yaşayan bir nəfər itini gəzdirir və o da ətrafı murdarlayır. Ancaq sivil ölkələrdə it yiyəsi özü ilə torba gəzdirir ki, gəzdirdiyi heyvanın zibilini təmizləsin. Bizdə bu ənənə yoxdur. Ona görə ictimai qınaq mexanizmi işləməlidir. Ona görə ki, cəzalandırmaq, sərt tədbirlərlə heç nəyə nail ola bilməyəcəyik. Bundan başqa, parklarda görürük ki, oturacaqların yanına tumun qabıqlarını atıblar, halbuki 2 metrlikdə zibil qabı var. Hansısa nəticəni əldə etmək istəyiriksə, məsələn, televiziyada həftədə bir dəfə həmin adamları göstərməlidirlər. Biz küçələri çirkləndirməklə eyni zamanda xaricdən gələn qonaqlara mədəniyyətsiz, geridə qalmış xalq kimi görünürük. Bunu geniş fikirləşmək lazımdır, bu Azərbaycanın imicidir. Məsələnin həlli istiqamətində yalnız ictimai qınaq lazımdır".

Yüksək məbləğdə cərimə olmasa, bu problem həllini bütövlükdə tapmayacaq

Sosioloqun fikrincə, bu baxımdan ictimai mədəniyyətin formalaşdırılması məqsədilə sərt cəza tədbirlərinin mövcud olması vacib məsələlərdəndir: "Bu cür cəzaların verilməsi ilə müsbət davranışlar müəyyən müddətdən sonra insanlarda vərdişə çevrilir. Bir sıra ölkələrdə cəza tədbirləri ilə insanlarda müsbət əxlaqi davranışlar formalaşdırılıb ki, ictimai mədəniyyəti də buna aid etmək olar. Bu baxımdan ictimai nəqliyyatda davranış, küçələrin təmizliyi kimi məsələlər xüsusilə qeyd olunmalıdır. Təəssüflər olsun ki, hələ də Azərbaycan cəmiyyəti üçün bu cür məsələlər nə mənəvi dəyərlər sistemi, nə də qanunvericilik baxımından həllini tapmayıb".

Problemin həllinə gəldikdə isə G.Nəzərovanın sözlərinə görə, bu problemin həlli üçün sistemli yanaşma vacibdir, çünki biz fərdi qaydada bununla mübarizə aparmağa çalışsaq da sadəcə bir neçə belə halın qarşısını ala biləcəyik: "Məsələn, küçəyə tüpürməsək, zibil atmasaq və bunu edən insana irad tutsaq, bu cür bir neçə faktın qarşısını alacağıq. Lakin bununla bağlı hər hansı yüksək məbləğdə cərimə olmasa, bu problem həllini bütövlükdə tapmayacaq. Bu cür problemin həlli ancaq kütləvi və sistemli müdaxilə ilə mümkün ola bilər".

Beləliklə, bu gün ölkəmizdə yerə tüpürməklə bağlı heç bir cəza növü yoxdur. Əgər olsa belə, insanların bu qaydaya tam şəkildə riayət edəcəyinə inanmaq çətin olardı.

Bunun üçün yalnız insanların etik davranışları və mədəni rəftarı dəyişməlidir ki, belə bir dəyişikliyi də tezliklə gözləmək çətin olardı. Fikrimcə, bunun yeganə çıxış yolu odur ki, bu gün xarici ölkələrə səfərlər edən vətəndaşlarımız həmin ölkələrdə yalnız alış-veriş etməklə kifayətlənməsinlər, həm də təmizliklə bağlı bu cür qaydaları da öyrənsinlər. O zaman nə cəzaya, nə ictimai qınağa, nə də küçələrin yuyulmasına ehtiyac olar. Alman yazıçısı Gerhart Hauptmanın sözləri ilə desək, "Çirkləndirməmək təmizləməkdən daha ucuzdur".(milli.az)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1709   Tarix: 09 oktyabr 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA

Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü

11.09.2021 2356
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121
.

On ildən sonra övladı doğuldu, tearda baş verənlər ölümünə səbəb oldu - Arzusu ürəyində qalan Xalq artistimiz

BİG.AZ -a istinadən Xalq artisti İlham Əsgərov haqqında maraqlı faktları təqdim edir. İlham Təvəkkül oğlu Əsgərov 16 iyul 1958-ci ildə Masallı rayonunun Xançobançı kəndində anadan olub. Hələ uşaqlıq illərindən teatra həvəs göstərib. Məktəb illərində ilk dəfə səhnəyə 9-cu sinifdə çıxıb. O, Abbas Səhəti

11.09.2021 2055
.

"Daha ağıllı və daha yaradıcı düşünməyə vadar edir" - Alimlər çayın faydasını araşdırdı...

Pekin Universitetinin alimləri bir fincan çay içməyin yaradıcı düşüncəni inkişaf etdirdiyini aşkar ediblər. Araşdırma nəticəsində mütəxəssislər çayın bioloji komponentlərinin deyil, çay içmək prosesinin özünün insanları "daha ağıllı və daha yaradıcı" olduqlarını düşünməyə sövq etdiyi qənaətin

12.09.2021 1068
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

13.09.2021 1024
.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi

15.09.2021 1571
.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877
.

Duz istifadəsi zamanı diqqətli olun, yoxsa...

Sağlam və düzgün qidalanma zamanı gündəlik qəbul edilən duzun miqdarına diqqət yetirilməlidir. Gündəlik duzun normal qəbulu üçün aşağıdakılara diqqət yerirmək lazımdır:. * Duz qəbulu və arterial təzyiq arasında bir yaxınlıq var. Belə ki, çox duz qəbulu artıq mayenin qəbuluna və təzyiqin yüksəlməsin

18.09.2021 882
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580