"Eltonu qısqanmıram, çünki ..." - Eks əri ilə yenicə barışan prodüser

Müğənni Elton həyat yoldaşı Tamilla Hüseynəliyeva ilə birgə BiG.AZ-ın kamerasına tuş gəlib.

Rəsmi şəkildə boşandıqdan sonra Eltonla barışan T.Hüseynəliyeva BiG.AZ-a danışıb:

-Tamilla xanım, son vaxtlar Eltonla sizi tədbirlər bir yerdə çox görürük...

- Əslində bir yerdə getmirik. Sadəcə ən yaxın dostlarımızın tədbirinə birgə gedirik. Hər yerdə bir yerdə olmuruq. Çox vaxt Elton tək gedir.

- Bəs həyat yoldaşınızı qısqanmırsınızmı?

- Mən qısqanc biri deyiləm. Eltonu heç vaxt qısqanmıram. Bilirsiniz niyə? Başa düşürəm ki, qısqanc olsam, ziyanı ancaq özümə vura bilərəm. Bəzi qadınlar kimi mənim xasiyyətimdə yoxdur ki, soruşam ki, "hardaydın", "Niyə gec gəldin"... Dır-dır etmək mənim xasiyyətimdə yoxdur. Təbii ki, onunla bağlı xoş söz eşitməyəndə xoşuma gəlməz. Amma başa düşürəm ki, Elton sənətdədir. Şükürlər olsun ki, bu gün onu qısqanmağıma ehtiyac da yoxdur.

- Ailədə söz-söhbətləriniz olurmu? Kim od olur, kim su?

- Bizim ailədə söz-söhbət həmişə birtərəfli olur. Mən çalışıram ki danışmayım(gülür - red). Misal üçün Elton bir də görürsünüz hansısa məclisə yubanır, elə olanda bilirəm ki, əsəbi olur. Və yaxud da, kənardan nəsə eşidəndə, gəlir ki, bu niyə belə oldu. Niyə elə oldu... Mən həmin vaxt susuram. Bilirəm ki, bir saat sonra bu söhbət soyuyacaq və hər şey düzələcək. Elə də olur. Çalışıram ki, ailəmizdə sakitçilik olsun. Söz-söhbətlərə yer vermirəm.

- Deyirlər qaynananız sizi yaman çox istəyir ...

- Düz deyirlər, qarşılıqlıdır. Qaynanamla da münasibətlərimiz çox istidir. Onu çox istəyirəm, o da məni. Qaynanamın ixtiyarı yoxdur ki, getsin bizdən ayrı qalsın (gülür - red). İnanırsınız ki, bu günə kimi onunla heç vaxt söz-söhbətimiz olmayıb.

- Eltonla barışandan sonra ətrafdakıların buna münasibəti necə oldu? Nə reaksiya verirdilər?

- Tanışlarımız çox sevindi, amma başqa adamların buna nə reaksiya verməsi heç mənə maraqlı da deyil. Ancaq xətrini istədiyim insanların fikri mənə maraqlıdır. İnanırsınız ki, heç yazılanları da oxumuram, kim nə deyir, desin. İnsanlar üçün o qədər maraqlı olduğumu düşünmürəm. Elton ola bilər bu deyilənlərə biganə qalmır, çünki müğənnidir, bu aləmdədir. Bizim kütləni daha çox qadınlar əhatə edirsə, yəqin ki, onu daha rahat görmək istəyiblər. Amma mənim üçün bu önəmli deyil.

Mirvari Nəcəf
Fotolar: Elçin Əkbərov

"Eltonu qısqanmıram, çünki ..." - Eks əri ilə yenicə barışan prodüser"Eltonu qısqanmıram, çünki ..." - Eks əri ilə yenicə barışan prodüser"Eltonu qısqanmıram, çünki ..." - Eks əri ilə yenicə barışan prodüser"Eltonu qısqanmıram, çünki ..." - Eks əri ilə yenicə barışan prodüser"Eltonu qısqanmıram, çünki ..." - Eks əri ilə yenicə barışan prodüser"Eltonu qısqanmıram, çünki ..." - Eks əri ilə yenicə barışan prodüser"Eltonu qısqanmıram, çünki ..." - Eks əri ilə yenicə barışan prodüser"Eltonu qısqanmıram, çünki ..." - Eks əri ilə yenicə barışan prodüser


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 9500   Tarix: 05 oktyabr 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Kasıb ölmək sənin səhvindir"

Müğənni Ayan Babakişiyeva paylaşımı ilə müzakirə yaradıb. OLAY yazır ki, o, ailə həyatından və maddi durumundan danışan imkansız gəncin müsahibəsini paylaşaraq sərt sözlər qeyd edib:. "Kasıb olmaq ayıb deyil, amma kasıb ölmək sənin səhvindir. Əgər yaşadığın ölkədə iş varsa, get, tap işlə. O qədə

01.05.2024 1041
.

60 yaşında gözəllik müsabiqəsinin qalibi oldu, tarixə düşdü

60 yaşlı jurnalist və hüquqşünas Aleksandra Marisa Rodriges "Miss Argentina" müsabiqəsində Buenos-Ayres əyalətini təmsil edib. Axşam.az xəbər verir ki, ölkənin ən gözəl qızı adı uğrunda mübarizə aparmaq üçün Rodriges öz bölgəsində 34 digər namizədi geridə qoyub. Beləliklə, Rodriqes "Kaina

28.04.2024 775
.

"Estetik deyil, fotoşopdur" - Rafet El Roman

Son zamanlar üzündəki dəyişikliklə gündəmə gələn türkiyəli müğənni Rafet El Roman estetik etdirməsi ilə bağlı iddialar haqqında danışıb. Axşam.az xəbər verir ki, ifaçə şəkillərinə fotoşop edildiyini və estetik əməliyyat olunmadığını açıqlayıb. "5 ay əvvəl botoks edib, peşman olduğumu açıqladım

14:59 73
.

Kıvanç Tatlıtuğun oğlu ilə yeni fotoları

Aktyor Kıvanç Tatlıtuğun oğlu Kurt Efe ilə şəkilləri yayılıb. xəbər verir ki, aktyor şəkilləri sosial şəbəkədə paylaşıb. Qeyd edək ki, Kıvanç Tatlıtuğ və Başak Dizer cütlüyünün oğlu 2 yaşındadır

29.04.2024 856
.

Kərimin biznesi batdı

Müğənni Kərim Abbasov ilin əvvəlində açdığı restoranı bağlayıb. Axşam.az xəbər verir ki, bu barədə sənətçi "Xəbərin var?" verilişində qonaq olarkən danışıb. O, müəyyən problemlərlə üzləşdiyini bildirib:. "Yanvarda açdığım restoranı bağladım, çox getmədi. Müəyyən problemlər yarandı. He

01.05.2024 1035
.

Murat Dalkılıç 9-cu dəfə əməliyyat keçirdi- FOTO

9-cu dəfə əməliyyat keçirən müğənni Murat Dalkılıç burun əməliyyatı olub. xəbər verir ki, əməliyyatdan sonra o ilk dəfə görüntülənib. Müğənninin yeni görünüşü Maykl Ceksona bənzədilib

29.04.2024 746
.

Oğlu Ağakərimin səhhətindən danışdı

Bu gün meyxanaçı Ağakərimin (Kərim Novruzov) 60 yaşı tamam olur. Axşam.az xəbər verir ki, Meyxanaçının övladı Kamil Kərimoğlu "Elgizlə izlə" verilişində telefon zəngi ilə qoşularaq atasının səhhətindən danışıb. "Desəm ki, atam yaxşıdır, yalan olar. Səhhəti stabildir. Nəfəsi gedib-gəlir

01.05.2024 613
.

O da "Bahar"a gəldi - Foto

"Bahar" serialına yeni aktrisa daxil olacaq. Axşam.az xəbər verir ki, ekran işində Yasemin Sakallıoğlu rol alacaq. O, layihədə qonaq rollardan birinə həyat verəcək. Qeyd edək ki, serialın baş rolunu aktrisa Demet Evqar canlandırır. Serialda eyni zamanda Mehmet Yılmaz Ak və Buğra Gülsoy da çəkili

28.04.2024 582
.

Məşhur Xalq artistinin qızı nişanını qaytardı

Məşhur Xalq artisti Nəzakət Teymurovanın qızı Nigar Teymurova ailə quracağı şəxslə yollarını ayırıb. xəbər verir ki, Nəzakət Teymurova bununla bağlı qatıldığı proqramların birində açıqlama verib. O, qızı Nigarın təhsilini davam etdirdiyini bildirib. Qeyd edək ki, Xalq artisti qızı Nigar Teymurovanı

01.05.2024 1458