Bakıda yetim uşaq özünü asdı - Ürəyi zəif olanlar oxumayın !

Bakıda yetim uşaq özünü asdı - Ürəyi zəif olanlar oxumayın !Dünən axşam Yeni Yasamal, D.Bünyadzadə küçəsi 12, mənzil 178 ünvanında özünü asan 16 yaşlı Taleh məktəb dostlarının xatirəsində belə qalıb.

BiG.AZ xəbər verir ki, Taleh Valeh oğlu Atakişiyev Bakı şəhəri Yasamal rayonu, 53 saylı orta məktəbin XI sinif şagirdi olub. İntihar etməsəydi, bu il məzun olacaqdı...

İntihar edən gəncin bu qısa həyatına sığışdıra bildiyi problemləri ürək ağrısız oxumaq mümkün deyil.

Lent.az-ın müxbiri Talehin müəllimləri ilə söhbətində onun həyatı barədə bəzi məlumatları əldə edə bilib.

"Atası Valeh kişi 2 il əvvəl qida borusu xərçəngindən dünyasını dəyişib. Anası tatardır. Talehin valideynləri o, uşaq olanda boşanıblar. Uşaq o vaxtdan atası ilə qalırmış. Atası iki il əvvəl dünyasını dəyişəndən sonra onu bibisi yanında saxlayır.

Taleh atasını itirib, anasız da qalmasın deyə bibisi onun anasını tapıb gətirir. Ancaq qadın içkiyə qurşandığı üçün Taleh onunla yaşaya bilmir və qadın yenə də çıxıb gedir, o gedən, bu gedən… Hələ də oğlunun ölümündən xəbərsizdir".

Bunları Talehin 10 il 29 gün təhsil aldığı 53 saylı orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Münəvvər Yusubova danışır. M.Yusubova həm də Talehin rəsmxət müəllimi olub. Onun dediyinə görə, atasının sağlığında Taleh çox intizamlı uşaq olub. Həm mənəvi, həm də maddi cəhətdən problemsiz görünürdü. Amma…

Münəvvər Yusubova danışır: "Atası iki il əvvəl birdən-birə xəstə düşdü. Mənə zəng etdi ki, Talehə icazə verin, qalsın evdə, iki gün boğazıma su töksün. İki gün sonra Taleh zəng vurub dedi ki, atam rəhmətə getdi...".

2014-cü ildə atasını itirdikdən sonra Talehin çətin günləri başlayır. Hətta evdə yemək tapa bilməməsi barədə də müəlliminə şikayətlənibmiş. Getdikcə sıxıntıları artan Talehin bu il məktəbli forması almağa belə pulu olmayıb:

"Köhnə bir köynək-şalvarı var idi, onunla dərsə gəlib-gedirdi. Səhər məktəbin qarşısında sıradan çıxarmasınlar deyə saat 7-dən gəlib sinifdə otururdu. Ona baxan yox idi. Axır vaxtlar çox arıqlamışdı, üst-başı baxımsız idi. Sakit uşaq idi. Düzdür, yaxşı oxumurdu, amma hər gün dərsə gələrdi. Bir mənfi cəhəti var idi ki, siqaret çəkirdi. Heç kimlə problemini bölüşməsə də, belə yaxın dostları onun dərdli olduğunu indi də deyib ağlayırlar…"

16 yaşlı Taleh bu gün Kürdəmirdə - 2 ildir ayrı qaldığı atasının yanında dəfn olunacaq.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilmişdi ki, Taleh Atakişiyev dərsə davamiyyəti ilə fərqlənən və orta qiymətlərlə oxuyan şagird olub.

Yasamal rayon prokurorluğundan verilən məlumata görə, faktla bağlı cinayət işi açılıb, istintaq aparılır.

Bakıda yetim uşaq özünü asdı - Ürəyi zəif olanlar oxumayın !


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 6851   Tarix: 30 sentyabr 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sabah 23° isti olacaq - Hava proqnozu

Mayın 2-də Azərbaycanda müşahidə ediləcək hava proqnozu açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperatur

01.05.2024 269
.

"Scooby-Doo" serial olacaq

Məşhur "Scooby-Doo" cizgi filmi serial olacaq. Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, ekran işi "Netflix"də yayımlanacaq. Hər bölümü 1 saat planlaşdırılan layihə orijinal cizgi serialına yaxın olacaq. Uyğunlaşdırma işini isə "Warner Bros" şirkəti görəcək. Qey

01.05.2024 242
.

COP29-un rəsmi saytı istifadəyə verildi

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) rəsmi saytı istifadəyə verilib. xəbər verir ki, sözügedən saytda COP29-un əhəmiyyəti barədə məlumat verilib. Həmçinin COP29-un Təşkilat Komitəsinin üzvləri barədə məlumatlar yer alıb. Bundan başqa

01.05.2024 247
.

Bu ilin üç ayında Azərbaycanda 9 minə yaxın şəxsi heyvan dişləyib

Bu ilin üç ayı ərzində Azərbaycanda 8 min 712 nəfər heyvan dişləməsinə məruz qalıb. BİG.AZ xəbər verir ki, bu barədə report-un sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən bildirilib. Qeyd olunub ki, bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə 24

01.05.2024 277
.

Mərkəzi Bank sərt pul siyasəti həyata keçirir

Hesablamalar onu göstərir ki, bizim neytral uçot faiz dərəcəmiz 6-7 faiz aralığındadır. Həmin məntiqlə getsək görərik ki, biz hələ sərt pul siyasəti həyata keçiririk çünki, ölkədə uçot faiz dərəcəsi 7.25% dir. BİG.AZ apa-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

01.05.2024 255
.

Azərbaycanda ardıcıl 5 gün iş olmayacaq - RƏSMİ

Bu il Azərbaycan xalqının Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq. apa-ya istinadən xəbər verir ki, 15 iyun Azərbaycan xalqının Milli Qurtuluş Günüdür. Nazirlər Kabinetinin "2024-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında"

01.05.2024 1383
.

İsrail 20 fələstinli əsir götürüb

İsrail qüvvələri İordan çayının qərb sahilində 20 fələstinlini əsir götürüb. xəbər verir ki, Fələstin Azadlıq Təşkilatının (FAT) Fələstin Məhbus İşləri Komitəsi və Fələstinli Əsirlər Dərnəyinin birgə bəyanatına görə, son həbslər Beytləhm, Elhalil, Nablus, Qalqilya, Tubas, Yerixo və Ramallah kimi şəhərlərd

01.05.2024 189
.

Kolumbiya ordusu milyonlarla sursat itirib

Kolumbiya prezidenti Qustavo Petro Kolumbiya ordusunun milyonlarla güllə, minlərlə qumbara və çoxlu raket itirdiyini bildirib. xəbər verir ki, itirilmiş əşyaların statistikası hərbi bazalarda son yoxlamalar zamanı ortaya çıxıb. O, itkilərə görə daxili korrupsiyanı günahlandıraraq, hərbçilərin silah alverçilərin

01.05.2024 213
.

Azərbaycanda korrupsiya əməliyyatının TƏFƏRRÜATI - Vəzifəli şəxslər cinayət başında TUTULUBLAR

Respublika Sanitariya-Karantin Mərkəzinin vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb ediliblər. Bu barədə Baş Prokurorluq və Səhiyyə Nazirliyi birgə məlumat yayıb. Bildirilib ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən əhalinin sağlamlığının qorunması sahəsində insan və vətəndaş hüquqlarını

01.05.2024 409