Səmranın anası: "Bizim cəmiyyətdə təəssüf ki, tərbiyə geyimlə ölçülür"/ MÜSAHİBƏ/ FOTOSESSİYA

Səmranın anası: "Bizim cəmiyyətdə təəssüf ki, tərbiyə geyimlə ölçülür"/ MÜSAHİBƏ/ FOTOSESSİYA"Eurovision 2016" təmsilçimiz Səmra Rəhimlinin anası İlahə Baxşıyevanın BiG.AZ-a müsahibəsini təqdim edirik:

- İlahə xanım, necəsiniz?
- Şükür, yaxşıyam.

- Qızınızdan seçilmirsiniz, heç demək olmaz ki, siz onun anasısınız...
- (gülür). Çox təşəkkür edirəm. Minnətdaram.

- Qızınız tez bir zamanda məşhur oldu. Siz bunu necə qarşıladınız? Bu məşhurluğu gözləyirdinizmi?
- Gözləyirdim. Çünki biz neçə ildir bunun uğrunda çalışırdıq. Səmra orta məktəbdə oxuyandan çalışmışam ki, onu bu mərhələyə gətirib çatdırım. Çox əziyyət çəkmişəm. Necə deyim sizə, çalışmışam ki, qızımı düzgün yolla bu mərhələyə gətirib, çıxarım. Doğrudur, onsuz da çoxları onun haqqında artıq-əksik sözlər nələrsə deyirlər. Amma Allaha min şükür, mən bunu bacara bildim.

- Müğənni olmaq Səmranın arzusu idi, yoxsa siz onu bu sahəyə yönləndirdiniz?
- Səmra uşaqlıqdan oxumaq arzusunda olub. Beş yaşı olanda artıq mahnılar oxuyurdu. Məndə ondakı bu istəyi görüb qadağa qoymadım. Demədim ki, yox olmaz. Çünki vaxtında valideynlərim mənə belə bir sərhəd qoydu. Mən özüm də müğənni olmaq istəyirdim. Amma mənə icazə vermədilər. Ona görə də öz arzumu Səmranın üzərində həyata keçirdim.

- Mühafizəkar valideynsiniz? Sizi Səmra ilə bağlı hansı vəziyyət qorxudur?
- Səmra ilə bağlı məni qorxudan bir şey yoxdur. Çünki az-çox risklərdən keçmişik.

- Səmranın geyimləri adətən müzakirə obyektinə çevrilir, onun haqqında yazılar da yer alır. Siz onu bu cür geyimlərdən çəkindirmək haqqında nə vaxtsa düşünmüsünüzmü?

- Xeyr, mən Səmranı sərbəst buraxıram. Çünki geyim heç də insanın əxlaqını biruzə vermir. İnsan var ki, çox qapalı geyinir, amma əqidəsi, tərbiyəsi yerində olmur. Doğrudur, bizim cəmiyyətdə təəssüf ki, tərbiyəni geyimlə ölçürlər. Amma belə olmamalıdır. Mən özüm bu cür düşünmürəm. Qızıma öz düşüncəmə görə tərbiyə verirəm. Necə lazımdır tərbiyə verirəm. Səmarının geyimlərini özüm tikirəm. İştirak etdiyi bir çox layihələrdə geyindi paltarlarının üzərində özüm işləmişəm. Amma təkcə "Eurovision 2016" müsabiqəsində onun geyimi üzərində bir çox stilistlər çalışırdı. Mən qarışmırdım. Müsabiqənin formatına uyğun geyinmişdi. Eyni zamanda sərhəd də qoymamışdım. Çünki mən övladımın ağlına, tərbiyəsinə, əxlaqına güvənirəm. Bilirəm ki, mən necə övlad böyütmüşəm.

- Siz özünüz Səmra yaşlarında olanda belə geyinirdinizmi?
- O dövr üçün mən deməzdim ki, qapalı geyinmişəm. Bizim vaxtımızda geyimlər bu qədər Avropalaşmamışdı. Başqa cür idi. Amma mən şalvar da geyinirdim, mayka da. Mənim öz ailəm - valideynlərim çox müasir düşüncəli olub. Müğənniliyə mənə qadağa qoysalar da, geyimlərimlə bağlı mənə heç vaxt valideynlərim qadağa qoymayıb.

- Müğənni ola bilmədiniz, bəs hansı sənətə yiyələndiniz?
- Əslində stilistəm. Amma uzun müddət bu sənətimdən istifadə etməmişəm. İndi də ancaq Səmranın stilisti kimi fəaliyyət göstərirəm. Səmranın həm də prodüseriyəm. Başqa müğənnilərlə işləmirəm, sadəcə qızımın stilistiyəm. Çoxları bilmir əslində, ilk dəfə bu barədə sizə açıqlayıram.

- Bir müddət öncə belə bir açıqlama vermişdiniz: Səmranın hələ ailə qurmasını istəmirəm?
- Bəli, amma ailə həyatı qurmaq da Allahın qismətidir. Vaxtı gəlib çatanda hər qız ailə həyatı qurmalıdır. Xanıma ailə lazımdır. Amma hazırda istəyərdim ki, karyerasını davam etdirsin. Ümumiyyətlə Səmranın ailə həyatı qurması haqqında heç vaxt düşünməmişəm. Amma yenə deyirəm qismət. Qismətə çox inanıram.

Mirvari Nəcəf

Səmranın anası: "Bizim cəmiyyətdə təəssüf ki, tərbiyə geyimlə ölçülür"/ MÜSAHİBƏ/ FOTOSESSİYASəmranın anası: "Bizim cəmiyyətdə təəssüf ki, tərbiyə geyimlə ölçülür"/ MÜSAHİBƏ/ FOTOSESSİYASəmranın anası: "Bizim cəmiyyətdə təəssüf ki, tərbiyə geyimlə ölçülür"/ MÜSAHİBƏ/ FOTOSESSİYASəmranın anası: "Bizim cəmiyyətdə təəssüf ki, tərbiyə geyimlə ölçülür"/ MÜSAHİBƏ/ FOTOSESSİYASəmranın anası: "Bizim cəmiyyətdə təəssüf ki, tərbiyə geyimlə ölçülür"/ MÜSAHİBƏ/ FOTOSESSİYASəmranın anası: "Bizim cəmiyyətdə təəssüf ki, tərbiyə geyimlə ölçülür"/ MÜSAHİBƏ/ FOTOSESSİYA


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 11154   Tarix: 28 sentyabr 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Xalq artistinin əməliyyatdan sonra görmə qabiliyyəti tamamilə zəifləyib: Estetik cərrahı yenə məhkəməyə verdi

Xalq artisti Flora Kərimova özəl klinikalardan birini və Heydərova Sevinc adlı həkimi yenidən məhkəməyə verib. "Unikal"ın məlumatına görə, məhkəmə prosesi may ayının 17-də Nəsimi Rayon Məhkəməsində hakim Günay Abidovanın sədrliyi ilə keçiriləcək. Belə ki, Flora xanımla Sevinc Heydərova arasınd

28.04.2024 1036
.

İkinci övladı oldu

Bir vaxtlar məşhur olan "Hepsi" qrupunun keçmiş solisti Cemre Kemerin ikinci övladı olub. Axşam.az xəbər verir ki, bu barədə ifaçı özü paylaşım edib. O, ailəsi ilə olan fotosuna "Kerim, 22.04.2024" qısa şərhini yazıb. Qeyd edək ki, Cemre Emir Medina ilə ailəlidir. Cütlüyün 1 qız

28.04.2024 409
.

İki həftəyə 4 kiloqram arıqladı

"İki həftədir pəhrizdəyəm, 4 kiloqram çəki atmışam. Ciddi pəhrizdiz, çalışıram ki öz çəkimə qayıdım. Pilatesə gedirəm, yürüyüş edirəm. Səhnə bunu tələb edir". Axşam.az xəbər verir ki, bu sözləri müğənni Sevda Yahyayeva "İncə səhər" verilişində deyib. Sənətçi qida rasionundan da danışıb:

01.05.2024 0
.

Vüsalənin mini geyimi və rəqsi GÜNDƏM OLDU - VİDEO

Məşhur aparıcı Vüsalə Əlizadənin səhnə geyimi və rəqsi gündəm olub. xəbər verir ki, Vüsalə aparıcı olduğu verilişdə İzzət Bağırovun mahnısının sədaları altında rəqs edib. Görüntülər sosial şəbəkələrdə yayılıb. Sözügedən görüntüləri təqdim edirik:

28.04.2024 1596
.

Zeynəb Xanlarovanın yeni - Fotoları

Xalq artisti Zeynəb Xanlarovanın yeni görüntüləri yayılıb. Axşam.az xəbər verir ki, fotoları stilist Rəşad Əliyev sosial media hesabında paylaşıb. O, sənətçi ilə olan fotolarına "SSR-i Xalq artisti, dünya şöhrətli əfsanə, dəyişilməyən sənətkar! Azərbaycanı dünyada təmsil edən sənət kraliçası, əvəzolunma

28.04.2024 773
.

Əməkdar artist Cəlilabadda məscid tikdirib - VİDEO

Əməkdar artist Yusif Mustafayev Cəlilabadda məscid tikdirib. Bu barədə Xəzər TV-nin efirində yayımlanan verilişlərdən birində aşıq Zülfiyyə İbadova məlumat verib. Aşıq sənətçinin həmişə xeyirxah işlər gördüyünü qeyd edib

30.04.2024 633
.

"Evdar xanımlar estetik etdirməsin"

"Efir insanları əgər ehtiyac varsa, estetik etsinlər, amma evdar xanımlar yox. Hamı Cennifer Lopez kimi görünə bilməz. Onlar bunu etdikcə çox süni olublar, danışıqlarını da itiriblər. Siz adi qadın olun, həyat yoldaşınıza uyğun. Yoxsa ki, hamı Cennifer Lopez, Diva olub. Bunu qəbul etmirəm. Baxırsa

29.04.2024 1238
.

Toyda Şəbnəmin ovucuna GÖRÜN NƏ QOYDULAR- VİDEO

Müğənni Şəbnəm Tovuzlu paylaşdığı video gündümə səs salıb. Bizim.Media xəbər verir ki, sənətçi iştirak etdiyi toyda pul yağışına qərq olub. Mahnısını ifa edən Şəbnəmə ev yiyələri yaxınlaşaraq ovucuna 100 dollarlıq əskinaslar veriblər. Müğənni isə həmin pulları hər iki əlinin ovucunda tutaraq qonaqları

28.04.2024 3270
.

Əsəbiləşib izləyicinin telefonunu əlindən aldı

İki həftə əvvəl Qriqori Lepsin konsertində xoşagəlməz hadisə baş verib. Axşam.az xəbər verir ki, tamaşaçılardan biri səhnəyə yaxınlaşaraq sənətçini telefonu ilə yaxından lentə almağa başlayıb. Leps əsəbiləşib, qəfildən telefonu qızın əlindən alıb. Daha sonra müğənni davranışını izah edərək, bir neç

28.04.2024 548