Bakı-Sumqayıt şosesində 1 km yolun təmiri 4 aydır bitmir –FOTOLAR

Bakı-Sumqayıt şosesində 1 km yolun təmiri 4 aydır bitmir –FOTOLARLəng aparılan inşa işləri Ceyranbatan ərazisində xaotik vəziyyət yaradıb; burada hər gün qəzalar baş verir

BiG.AZ xəbər verir ki, may ayının sonlarından Bakı-Sumqayıt yolunun Ceyranbatan qəsəbəsindən keçən hissəsi təmirə bağlanıb. Təxminın 1 km məsafədə aparılan təmir-bərpa işləri isə düz 4 aydır ki, bitmək bilmir.

Məsələ ondadır ki, öncədən ləng gedən inşa işləri faktiki olaraq 1 aya yaxındır ki, dondurulub. Ərazidə günlərdir müşahidə aparan əməkdaşımız qazılıb-dağıdılmış ərazidə heç bir texnikanın işləmədiyinin şahidi olub.

Yalnız bir neçə fəhlə gözə dəyir ki, onlar da texnikaya nəzarət edirlər. Yolu qazıb, bir az çınqıl töküb dayanıblar.

Məsələnin narahatedici tərəfi odur ki, təmirə bağlanan yolda – Ceyranbatan qəsəbəsi ərazisində avtomobillərin hərəkəti aylardır iflic olub. Yol Ceyranbatanın əsas giriş-çıxışının qarşısından birtərəfli qaydada bağlanıb. Nəticədə Bakı-Sumqayıt yolu ilə intensiv hərəkət edən maşınlar burada tıxac yaradır, qəsəbəyə dönən maşınlar da bir yandan yolu bağladığı üçün hərəkət iflic olur. Burada hər gün pik saatlarda yol keçilməz olur, Ceyranbatana dönüşdə mütəmadi şəkildə qəzalar baş verir. Təmir bərpa işlərini həyata keçirənlər qəsəbənin digər (köməkçi) giriş-çıxış yolunu, həmçinin əsas girişə dönüş yerini də bağladıqları üçün burada xaotik bir vəziyyət yaranıb. Adətən, yolları təmir edəndə əsas yolda hərəkət çətinləşərkən köməkçi giriş-çıxışları açıq saxlayıb, hərəkətin intensivliyini bərpa edirlər. Ceyranbatanda isə bunun əksinədir, qəsəbəyə daxil olmaq üçün dönüş yerini belə lüzum olmadan qapadıblar.

Nəzərə çatdıraq ki, bu ərazidə yol hələ bir neçə il öncədən dağılmağa başlamışdı. Bu ilin əvvəllərindən isə həmin ərazidə yol tamamilə sıradan çıxdı və təmirə dayandırıldı.
Nəzərə çatdıraq ki, Bakı-Sumqayıt yolunu 2006-2009-cu illər ərzində "Akkord" şirkəti inşa edib. O zaman şirkət bu yolun 30 il müddətində dağılmayacağını, bu müddət ərzində fasiləsisiz istismar ediləcəyini bildirmişdi. Ancaq nəinki 30 il, təxminən 3 il sonra - 2012-ci ildən Bakı-Sumqayıt yolunda müxtəlif yerlərdə çökmə, qabarma və dağılmalar başladı. Hazırda yolun xeyli hissəsinin təmirə ehtiyacı var.

Qeyd edək ki, Bakı-Sumqayıt-Quba yolunun inşasına 600 milyon manata yaxın vəsait xərclənmişdi. (musavat.com)

Bakı-Sumqayıt şosesində 1 km yolun təmiri 4 aydır bitmir –FOTOLARBakı-Sumqayıt şosesində 1 km yolun təmiri 4 aydır bitmir –FOTOLARBakı-Sumqayıt şosesində 1 km yolun təmiri 4 aydır bitmir –FOTOLARBakı-Sumqayıt şosesində 1 km yolun təmiri 4 aydır bitmir –FOTOLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 898   Tarix: 25 sentyabr 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304