"Dedim uşağımız fiziki qüsurlu olacaq, ərim məni atdı..." - Sığınacaqdan dəhşətli hekayətlər

"Dedim uşağımız fiziki qüsurlu olacaq, ərim məni atdı..." - Sığınacaqdan dəhşətli hekayətlərAzərbaycan Uşaqlar Birliyinin sığınacağında yaşayan ən kiçik uşağın anası hər şeyin o, hamilə olanda başladığını deyir. Həyat yoldaşı ilə müayinəyə gediblərmiş...

Şərti Rəna olan qadın belə danışır: "Mən hamilə olanda həyat yoldaşımla müayinə üçün xəstəxanaya getdik. Müayinə edən həkim dedi ki, uşağınız qız olacaq, özü də fiziki qüsurla doğulacaq. Yoldaşım bizi xəstəxanada atıb getdi...".

Rəna deyir ki, hamilə olana qədər həyat yoldaşı ilə heç bir problem yaşamayıb: "Həkim uşaqda fiziki qüsurlu olduğunu deyən kimi atası heç həkimlə də danışmadı. Çıxıb getdi. Nə edəcəyimi bilmədim. SOS təşkilatının xətti ilə Azərbaycan Uşaqlar Birliyinin Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzində yerləşdirildik".

Həmsöhbətimin sözlərinə görə, sığınacaq əməkdaşları dəfələrlə uşağın atası ilə əlaqə saxlayıblar, ancaq heç bir faydası olmayıb: "Hər dəfə işləmədiyini, maddi vəziyyətinin pis olduğunu bəhanə gətirib. Bir dəfə də özüm danışdım, dedi ki, mən o uşağı görmək istəmirəm, vəssalam.

Həyat yoldaşım bizi tərk edəndən sonra atam rəhmətə getdi. Bəlkə, atam sağ olsaydı bu gün mən sığınacaqda qalmazdım, o mənə və nəvəsinə sahib çıxardı... Anamın da səhhətində ciddi problem var, gəlib məni və nəvəsini görə bilmir. Qardaşım isə bizi qəbul etmir. Ara-sıra bacım gəlib baş çəkir".

Ötən ilin bu vaxtı Rənanın qızı dünyaya göz açıb. İndi ana bütün gününü uşağı ilə keçirir: "Övladım fiziki qüsurludur deyə onu atmaram, əksinə ona daha çox qayğı göstərirəm. Sadəcə görməsində problemi var. Həkimlər əməliyyata icazə vermirlər. 1 ildən artıqdır sığınacağa məskunlaşmışıq, qızımın ad gününü də burda qeyd etdik. Hələ buradayıq, taleyimizin necə olacağını bilmirik...".

Sığınacaqda 10 qız, 9 oğlan, azyaşlı 5 uşağın anası qalır. Buranın ən kiçik sakini 1, ən böyüyü 13 yaşındadır. Uşaqların burda qalma müddəti 2 ay nəzərdə tutulur, amma sənədlərində problemlər olduğu üçün onlar üçün müddət uzadılır.

Azərbaycan Uşaqlar Birliyi Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinin koordinatoru Vasif Akifli deyir ki, son 6 ayda sığınacağa bir neçə küçə uşağı gətirilib: "Onların sayı əvvəlki illərə nisbətən azalıb. Mərkəzə bir uşaq gətirilmişdi, Lənkəranın Quşçu kəndindən olduğunu deyirdi. Ağlımıza gəlməzdi ki, uşaq bizə yalan danışar. Deyilən kəndi ünvan tutub etdik. Məlum oldu ki, bu rayonda bu adda kənd yoxdur.

Bəzən sığınacağa gələn uşaqlar koordinatlarını gizlədirlər. Yanlış ad, yaş dediklərinə görə çarəsiz qalırıq. Məcbur olub uşağın ailəsini tapmaq üçün yerli televiziyalara məlumat verdik. Həmin uşağın ailəsi tapıldı və məlum oldu ki, uşaq tamam başqa rayonda yaşayırmış. Bəzən bu tip uşaqların qeyri-sağlam ailələrdə böyüdüyü üzə çıxır".

Sığınacaqda yaşayan Anar (ad şərtidir) deyir ki, anası ilə atası boşandıqdan sonra onu dayısının himayəsinə veriblər: "Anamla atam boşandı, məni dayım himayə götürdü. O da məni tez-tez döyürdü, dilənməyə məcbur edirdi. Bir gün evdən qaçdım. Bakıda avtovağzalda gizləndim. Polislər məni tapdılar, qolumdan tutub bura gətirdilər. Hazırda sığınacaqda çərpələng kursunda təhsil alıram, heç bir sənədim olmadığı üçün məktəbə gedə bilmirəm".

Vasif Akiflinin sözlərinə görə, bir-iki dəfə Anarın anası ilə əlaqə saxlayıblar: "Bizə bildirdi ki, sığınacağa gəlib oğlumu aparacam. Sonra məlum oldu ki, o, təzə ailə qurub. Uşaq bir müddət ümidlə anasını gözlədi. Sonra ümidləri qırıldı.

Uşaqda qəribə bir hal var, heç yerə getmək istəmir. Elə bilir, biz onu harasa, pis yerə göndərəcəyik. Atası ilə danışdıq, uşağın sənədlərini düzəltməyi xahiş etdik. Acınacaqlı fakt olsa da, uşağın həqiqi yaşını və adını dəqiq bilmirik. Çünki onun harada doğulduğu barədə də heç bir sənəd yoxdur".

Dünən sığınacaqda yaşayan uşaqlardan 5-i 1-ci sinfə gedib.

Sonda onu da qeyd edək ki, mediaya həyat hekayəsi çıxmış Mişa artıq Rusiya göndərilib. O, Rusiya vətəndaşıdır. Valideynləri onu evdən qovandan sonra anbarda qalmış, hava soyuq olduğu üçün ayaq barmağı qanqrena olmuşdu. Buna görə uşağın barmaqları amputasiya edilmişdi. Mişa tək əlil arabasında hərəkət etməyə məcbur idi...

Mərkəzin koordinatoru deyir ki, Mişa Rusiyada uşaq reablitasiya mərkəzinə yerləşdirilib: "Biz də sevinirik ki, o, yaşadığı travmanı geridə qoymağa çalışır. Anası analıqdan məhrum edilib. Bizim sığınacaq öz üzərinə düşəni etdi. O, burada oxudu, səhhətindəki problemləri aradan qaldırmağa çalışdı. Azərbaycan dilini, adət ənənələrimizi öyrəndi. Hərdən əlaqə saxlayırıq, "yaxşıyam" deyir..."

Sığınacaqda "Özgə uşağı olmur" adılı layihə icraya başlayacaq. Məqsəd ölkə ərazisində uşaqların hüquqlarını maksimum müdafiə etməkdir.

Axı, doğrudan da özgə uşaq olmur... /telegraf/


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2278   Tarix: 16 sentyabr 2016  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Azərbaycanda gəlin qayınanası və baldızını qaynar çayla YANDIRDI

Astarada gəlin qayınanası və baldızına yanıq xəsarətləri yetirib. BİG.AZ -a istinadla xəbər verir ki, hadisə rayonun Şahağacı kəndində qeydə alınıb. Kənd sakini, 45 yaşlı Süsən İmanova (ad və soyad şərtidir) toy yığıncağında iştirak etmək üçün oğlu ilə birgə əmisi arvadı olan qayınanasının evinə gedib

13.12.2025 188
.

Ötən gün axtarışda olan 260 nəfər saxlanılıb

Azərbaycanda dekabrın 12-də axtarışda olan 260 nəfər saxlanılıb. "Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, ötən gün, həmçinin borclu şəxs qismində axtarışda olan 238 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib

13.12.2025 119
.

"Azərişıq" işçisini cərəyan vurub öldürdü

Abşeronda kişini cərəyan vuraraq öldürüb. xəbər verir ki, hadisə Mehdiabad qəsəbəsinin ərazisində baş verib. Elektrik dirəyində təmir işləri görən "Azərişıq" ASC-nin əməkdaşı, 31 yaşlı Fatmayı kənd sakini Ülvi Bəhrəm oğlu Məcidlini cərəyan vurub. Nəticədə o, hadisə yerində ölüb. Faktla bağl

13.12.2025 179
.

Azərbaycanın Türkiyədən avtomobil sənayesi məhsullarının idxalına çəkdiyi xərci açıqlanıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan Türkiyədən 82,688 milyon ABŞ dolları dəyərində avtomobil sənayesi məhsulları idxal edib. "Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1,1 % azdır. Təkcə noyabrda Türkiyə Azərbaycana 6,8

13.12.2025 131
.

Bu tarixdə Bakıya sulu qar yağacaq - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında dekabrın 14-ü günün birinci yarısında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin məlumat yayıb. Bildirilib ki, gecə və səhər bəzi şəhərətrafı ərazilərdə qısa müddətə yağışın sulu qarla qarışı

13.12.2025 309
.

Yük avtomobili yaşlı qadını vurub öldürdü

Gəncədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. BİG.AZ APA-ya istinadən xəbər verir ki, şəhər ərazisində hərəkətdə olan yük avtomobili yolun qarşı tərəfinə keçmək istəyən yaşlı qadını vurub. Qadın aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Onun kimliyi dəqiqləşdirilir. İlki

13.12.2025 151
.

Azərbaycanda məşğul əhalinin sayı açıqlandı

2025-ci il dekabrın 1-nə olan vəziyyətə görə Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 milyon 383.2 min nəfər olub. Onlardan 5 milyon 104.5 min nəfəri məşğul əhalini təşkil edib. rəsmi statistikaya istinadən xəbər verir ki, cari ilin noyabrın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1 milyon 782.

13.12.2025 105
.

Məşhur yazıçı vəfat etdi

Məşhur britaniyalı yazıçı Joanna Trollop 82 yaşında vəfat edib. Axşam.az xəbər verir ki, bu barədə onun ailəsi məlumat yayıb. Joanna Oksfordşirdəki evində dünyasını dəyişib. Onun ölüm səbəbi açıqlanmayıb. Qeyd edək ki, Joanna Trollop romantik və ailə hekayələrinə həsr olunmuş məşhur romanların müəllifidir

13.12.2025 141
.

Johnson & Johnson şirkəti müştərilərinə 40 milyon dollar təzminat ödəməli olacaq

Kaliforniya məhkəməsi Johnson & Johnson-un talk əsaslı məhsullarının təhlükəli olduğunu bildiyini, lakin istehlakçıları xəbərdar etmədiyini müəyyən etdi. BİG.AZ Sky News-a istinadən xəbər verir ki, Kaliforniya məhkəməsi Johnson & Johnson brendinin körpə pudrasının yumurtalıq xərçənginə səbə

13.12.2025 335
.

TOP MP3