İlk görüşdə həm kişi, həm də qadın bunları bilməlidir

İlk görüşdə həm kişi, həm də qadın bunları bilməlidirAraşdırmalara görə, kişi və qadınların bir çoxu ilk görüşdə sevgiyə inanır. İlk görüş üçün kişilər daha tələskən, qadınlar daha çox danışan olurlar. Telefonla çox maraqlanmaq isə hər iki tərəf üçün də mənfi haldır. İlk görüşdə qarşınızdakı insana mənfi təsir etmək istəmirsinizsə bu təkliflərə diqqət edin.

Kişi və qadınların çoxunu online tanış olduğu biri ilə ilk görüşün nə qədər müddət sonra olması sualı maraqlandırır. Araşdırmalar, internetdə tanış olan kişilərin daha tələsikən, qadınların isə daha təmkinli olduğunu ortaya çıxarıb.

Kişilərin 90% -i görüşmək üçün tanış olduqdan sonra 1 həftədən az müddət keçməsinin kafi olduğunu, qadınların 90% -i isə 1 aydan çox zaman keçməsi lazım olduğunu düşünür.

İlk görüşdə mənfi hiss meydana gətirəcək 3 məqam soruşulduqda iştirakçıların yarısı qarşısındakının telefonu ilə maraqlanması, süni və çoxbilmiş rəftarlar sərgiləməsini deyib. Qalan 30% -i soyuq və səssiz rəftarlar, dar dünyagörüş və kaprizli şəxsiyyətin itələyici olduğunu dilə gətirib. 20 % isə lazım olduğundan çox səmimiyyət, kobud danışıq üslubu və yemək yemə formasını nümunə gətirib.

"İlk görüşdə sizi müsbət təsir edəcək 3 məqam nədir?" - soruşulduqda isə iştirakçıların yarısı "gülümsəmə, baxımlı olma və danışma tərzi"nin olduğunu deyib. 10%-i yenə telefonu ilə maraqlanması, səmimiyyət və söhbət etmək qabiliyyətini vurğulayıb, 20%-i baxışların, əxlaqlı və özündən əminliyin əhəmiyyətli olduğunu dilə gətirib. 20% isə baxışlarla yanaşı, geyim tərzi və gözəl qoxunu bildirib.

İlk görüşmədə hesabın paylaşılması mövzusunda isə cavab dəqiqdir. İştirakçıların 90% -i hesabın kişi tərəfindən ödənməsi lazım olduğu mövzusunda həmfikirdir.

Kişi iştirakçıların 80%-i ilk görüşdə qadının evdən götürülməsinin uyğun olmadığını ifadə edər, 20%-i ancaq əgər qarşısındakı istərsə onu evindən götürə biləcəyini deyib.

"İlk görüşdə onu hara aparardınız?"- soruşulduqda isə iştirakçıların 80%-i restoran, kafe deyərkən, 20% -i sakit bir sahil kənarında görüşməyi seçim edir. İştirakçıların 40% -i ilk görüşüləcək yerin qadınların təyin etməsini lazım bilir, 40%-i isə ortaq qərar verilməsinin daha doğru olduğunu ifadə edib. Məkanın kişilərin təyin etməsini lazım bilənlər isə 20% təşkil edib.

İştirakçıların 80%-i ilk görüşdə eşq yarana biləcəyi mövzusunda ümidlidir. Üzvlərin 50%-i ilk görüşdə sevgiyə inanır, 30%-i isə aşiq olunmasa belə, münasibətin yaranması üçün müəyyən xoş duyğuların başlaya biləcəyini söyləyib. İlk görüşdə aşiq olmanın mümkün olduğunu düşünənlər isə 20%-dir.

"İlk görüş üçün təxmini nə qədər büdcə ayrılmalıdır?" soruşulduqda iştirakçıların 80%-i büdcə mövzusunu əhəmiyyət vermədiyini və xüsusi bir büdcə təşkil etmədiyini deyib. 10% 100 dollara qədər çıxa biləcəyini, 10% isə xərclərin görüşdükləri adama görə dəyişəcəyini bildirib.

İkinci görüş təklifinin kişidən gəlməsi lazım olduğu mövzusunda kişi və qadınlar həmfikirdir. Kişilərin 90%-i ikinci görüş təklifini qadından gözlədiklərini, qadınların 90%-i də təklifi kişilərdən gözlədiklərini deyiblər.

İlk görüşdə kişilər danışmaqla müqayisədə dinləməyi daha çox sevir. Kişi iştirakçıların 70%-i dinləməyi daha çox sevdiyini ifadə edib. Danışmağı daha çox sevdiyini söyləyən kişilərin 28%-i düşünmədən danışdıqlarını etiraf edib. Bu nisbət qadınlarda 42%-dir./ailelent.az/


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2172   Tarix: 01 sentyabr 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585