HAZIR OLUN! Azərbaycanda üçüncü devalvasiya dalğası

HAZIR OLUN! Azərbaycanda üçüncü devalvasiya dalğası"Dollara tələb yüksək olduğu üçün növbəti dövrlərdə də dolların məzənnəsində artım davam edəcək".

BiG.AZ xəbər verir ki, bu sözləri Sonxeber.az-a açıqlamasında İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçi-alim Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, ölkədə dollar qıtlığı olmasına baxmayaraq, dollara tələb yüksəkdir. Bu tələb 700 milyon dollara qədər artıb. Lakin bunun normadan artıq olmasına baxmayaraq, həmin tələb ödənilmir. Çünki Azərbaycan Dövlət Neft Fondu tərəfindən hərraca çıxarılan dolların həcmi 50 milyon dollardır. Təkliflə tələb arasında 12-14 dəfə fərq var. Buna görə də ölkədə dollara olan tələbin ödənilməsində ciddi çətinliklər yaranıb.

"Mənim proqnozum ondan ibarətdir ki, dollar manata nisbətən möhkəmlənməkdə davam edəcək. May ayından sonra dollar manata nisbətən 14 faiz dəyər qazanıb. Bu da birbaşa ABŞ valyutasına olan tələbin yüksəlməsi ilə əlaqəlidir. Növbəti dövrlərdə də dollara tələb olduğu üçün Azərbaycan valyuta bazarlarında manatın məzənnəsinin zəifləyəcəyi müşahidə ediləcək". - iqtisadçı deyib.

Azərbaycan növbəti devalvasiya baş verəcək?

Ekspert bildirib ki, bu mərhələdə Azərbaycanın növbəti devalvasiyaya getməsi Mərkəzi Bankın qəbul edəcəyi qərardan asılı olacaq. MB mövcud tənzimləyici valyuta rejimini davam etdirəcəksə, o zaman mərhələli şəkildə dollar möhkəmlənəcək. Lakin, Mərkəzi Bank tənzimləyici valyuta rejimindən liberal valyuta rejiminə keçərsə, manatın dollara nisbətən daha sıçrayışla zəifləyəcəyi müşahidə ediləcək.

V.Bayramov əlavə edib ki, son 3 ayda dollar manata nisbətən hər 100 dollarda 24 manat möhkəmlənib. Bu isə məzənnədə bahalaşmanın davam edəcəyindən xəbər verir. Bu valyutanın möhkəmlənəcəyi prosesi dollara olan tələbatın ödənildiyi halda dayana bilər. İndiki halda dollara olan tələbin ödənilmədiyi müşahidə olunmadığı üçün məzənnədə artım olacağı qaçılmazdır.

HAZIR OLUN! Azərbaycanda üçüncü devalvasiya dalğasıQeyd edək ki, dünəndən etibarən Azərbaycan bankları xarici valyuta satışını dayandırıb. Satışın dayandırılmasının səbəbini "Bank Respublika"da izah etməkdə çətinlik çəkiblər və bildiriblər ki. bu "bankın daxili qərarıdır". "AtaBank"da və AFB-də deyiblər ki, bu banklarda artıq bir neçə gündür dollar satılmır. "Nikoil Bank"dan verilən xəbərə görə, avqustun 30-dan bütüm növ xarici valyutanın satışını dayandırıblar.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 16544   Tarix: 31 avqust 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788