"İlhamə dedi ki, sil şəkilləri, səni "poroşok"a çevirirərəm"

"İlhamə dedi ki, sil şəkilləri, səni "poroşok"a çevirirərəm"Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mərhum xalq artisti İlhamə Quliyevanın sabiq köməkçisi Mehriban Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"Qafqazinfo"nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə Mehriban Hüseynovanın rəfiqəsi Kəmalə Rüstəmova ifadə verib.

K.Rüstəmovanın sözlərinə görə, "üzr videosu" yayılmamışdan öncə İlhamə Quliyeva ona zəng edərək Mehriban Hüseynovanın ona xəyanət etdiyini deyib: "Əslində küçə qadınına aid söyüşlərlə dedi, amma mən onu burda deyə bilmirəm. Məni öz evinə dəvət etdi, orada Ülvi Qılınc, Faiq Ələkbərli, Vüqar, Orxan var idi. Səs yazılarını qoşdular qulaq asdıq. Orada Mehribanın danışıqları var idi, saxta vəsiyyətnamə hazırlanması barədə Vüqarla danışırdılar. Vüqara deyirdi ki, sənin bütün işlərinin üstünü açacağam. Vüqar da ona dedi ki, sənədləri gətir filan. Sonra mən Mehribanı ora çağırdım. Səs yazılarında mənim barəmdə də pis sözlər demişdi. Ona görə Mehriban içəri girən kimi ona bir sillə vurdum. İlhamə xanım tapşırdı ki, Mehribanın çantasını, pulunu, telefonunu götürün.

Sonra dedi ki, Mehribanın telefonundan deputatların, nazirlərin, bütün vəzifəli şəxslərin nömrələrini silin, yola salın. Bu zaman Vüqar (İlhamənin oğlu) Mehribanı o biri otağa apardı, orada dindirirdi. Vüqar Mehribandan bütün əməllərini etiraf edib-etmədiyini soruşdu, o da təsdiqlədi. Sonra Mehriban kövrəldi, üzr istədi. Bunu da Faiq Ələkbərli kameraya çəkdi. İlhamə dedi ki, Mehriban da mənim kimi sonsuzdu. Onu bağışlayıram, qoy Nazpərinin, Brilliyantın, Floranın, Elzanın yanında biabır olmayım".

K.Rüstəmova bildirib ki, Quliyeva onu da təhqir edib: "Görüşdən əvvəl mənə zəng edib dedi ki, telefonunda mənə aid şəkilləri sil, yoxsa səni "poroşok"a çevirirərəm. Onu da Faiq eləmişdi, qorxurdu ki, şəkillər yayılar".

Şahid qeyd edib ki, İ.Quliyeva əvvəl M.Hüseynovaya baş etibarnamə verib, bu hadisələr ərəfəsində ləğv etdirib: "İlhamə xanımın Mehribanı həbs etdirmək niyyəti yox idi, olsaydı onu bağışlayıb üzüyünü verməzdi".

K.Rüstəmova həmin hadisədən öncə baş verənləri danışıb: "Mənə zəng edib Mehribanın saxta sənəd düzəltdiyini deyəndən sonra Mehribana zəng etdim. Dedim nə məsələdi, cavab verdi ki, məni zibilə salıblar. Mən Mehribanın sui-qəsd hazırladığına inanmıram. Çünki İlhamə xanımın ayağı bərbad haldaydı, Mehriban onun sarğısını açıq-bağlayanda ağlayırdı".

Sonda K.Rüstəmova hadisələr zamanı adı hallanan Amil və iş adamı Arif Mehdiyev haqda danışıb: "Amili Mehribanın yanında görmüşəm, əvvəl dedi xaricə gedib-gəlir, sonra dedi MTN-də işləyib. Amillə bir dəfə Elmlərdə oturub çay içib söhbət etmişik, başqa heç bir şey olmayıb".

Məhkəmə prosesi sentyabrın 6-da davam etdiriləcək.

Qeyd edək ki, xalq artisti İ.Quliyevanın sabiq köməkçisi M.Hüseynova 2015-ci il oktyabr ayının 21-də həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 29,180.3.2-ci (soyğunçuluğa cəhd, zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

Xatırladaq ki, İ.Quliyeva 2016-cı il fevral ayının 25-də səhər saatlarında 73 yaşında dünyasını dəyişib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 4776   Tarix: 30 avqust 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Türkiyədə yaşayan azərbaycanlı aktrisa AİLƏSİ İLƏ - FOTOLAR

Ailə qurandan sonra Türkiyədə yaşamağa başlayan aktrisa Cəmilə Tağızadədən xəbər var. xəbər verir ki, aktrisa instaqram hesabında yeni fotolarını paylaşıb. Fotolarda onun həyat yoldaşı Murad Təmiz və oğlu da yer alıb. Onun paylaşımı izləyicilərin marağına səbəb olub. Fotolara çoxsaylı bəyəni gəlib. Qey

18.09.2021 4262
.

Mina Hüseynin arxiv fotosu ORTAYA ÇIXDI

Müğənni Mina Hüseyndən xəbər var. xəbər verir ki, Mina sosial media hesabında arxiv fotosunu paylaşıb. Uşaqlıq fotosu ilə izləyicilərin marağına səbəb olan müğənni paylaşımı ilə xoş rəylər alıb. Həmin fotonu təqdim edirik:

17.09.2021 6686
.

İlin ən gözəl qadını seçildi

"Glamour Magazine" jurnalında dərc olunan məqalədə ilin ən gözəl qadınının adı açıqlanıb. Axşam.az-a istinadən xəbər verir ki, bu ada türkiyəli aktrisa Hande Erçel layiq görülüb. Qeyd edək ki, aktrisa sonuncu dəfə "Sen çal kapımı" serialında baş rolu canlandırıb

17.09.2021 8355
.

Əməkdar artist vəfat etdi - FOTO

Əməkdar artist Çiçək Rzayeva vəfat edib. -ın məlumatına görə, Rzayeva Çiçək Məmmədhüseyn qızı ötən gün 77 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Çiçək Rzayeva 1944-cü ildə Bakıda anadan olub. Onun Azərbaycan arfa sənətində müəllimi Aida Abdullayevadan sonra böyük xidmətləri olub. Çiçək Rzayeva arf

16.09.2021 7387
.

Hacı Nuranla bu fotosunu paylaşdı, gündəm oldu

Tanınmış klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun Hacı Nuran ilə paylaşdığı foto böyük maraqla qarşılanıb. -a istinadən xəbər verir ki, o Hacı Nuranla foto çəkdirərkən üzünü bağlayıb. Klarnet ifaçısı fotonu bu başlıqla paylaşıb: "Diqqət! Diqqət!. Əziz Dostlarım, Hacı Nuranın 4-cu dalğasi başlayıb

17.09.2021 7467
.

Serenaya görə Umutu sildi

Aktrisa Melisa Şenols keçmiş sevgilisi iş adamı Umut Evirgeni instaqramda izləmədən çıxarıb. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb cütlük ayrıldıqdan sonra Umutun aktrisa Serenay Sarıkaya ilə eşq yaşaması iddiaları olub. O, bütün birlikdə çəkdirdikləri fotoları da hesabından silib. Umut is

17.09.2021 2293
.

Səyyad Əlizadə ECMO cihazına qoşuldu - YENİLƏNİB

Koronavirusa yoluxan sənətçi Səyyad Əlizadə ECMO cihazına qoşulub. Bu barədə -a onun qohumu Razim Qasımov məlumat verib. O bildirib ki, sənətçinin ağciyərlərinin yalnız 30 faizi çalışır:. "Ciyərlərin 70 %-də buzlu şüşə aşkarlanıb. Müalicəsi davam etdirilir. Süni koma vəziyyətində saxlanılır"

17.09.2021 4147
.

Bu da Pərvinin MAKİYAJSIZ HALI - FOTOLAR

Aktrisa Pərvin Abıyevadan xəbər var. xəbər verir ki, aktrisa "Instagram" hesabında canlı yayımda olub. Canlı yayım zamanı Pərvin makiyajsız və saçları dağınıq halda görünüb. İzləyiciləri onun bu halını bəyənməyib. Həmin fotoları təqdim edirik:

16.09.2021 4042
.

"O səs Türkiyə"nin münsifləri açıqlandı

Türkiyənin məşhur aparıcısı, TV 8-in rəhbəri Acun Ilıcalı "O səs Türkiyə"nin yeni mövsümdəki münsiflərini açıqlayıb. xəbər verir ki, münsif kürsüsündə Ebru Gündeş, Oğuzhan Koç, Bəyazid Öztürk və Murad Boz əyləşəcək. Qeyd edək ki, yarışmanın çəkilişlərinə noyabrda başlanılacaq

15.09.2021 2403