Siqaret dollara görə bahalaşıb- RƏSMİ AÇIQLAMA

Siqaret dollara görə bahalaşıb- RƏSMİ AÇIQLAMABir sıra siqaretlərin qiymətləri 20-40 qəpik civarında artıb. Ümumilikdə əvvəlki satış qiyməti 2 manatdan yuxarı olan siqaretlər 30 qəpik, 2 manatdan aşağı olanlar isə 20 qəpik bahalaşıb.

Məsələ ilə bağlı açıqlama verən İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev bildirib ki, onlarda bununla bağlı məlumat yoxdur: "Siqaret qiyməti bizim tərəfimizdən tənzimlənən mallar siyahısına daxil deyil. Buna görə də qiymətlə bağlı sorğuları siqaret satışı ilə bağlı şirkətlər verə bilər".

Mövzu ilə bağlı danışan "European Tobacco Baku" ASC (ETB) şirkətinin İdarə Heyətinin sədri, deputat Rüfət Quliyev bildirib ki, bəzi siqaretlərin qiyməti qalxıb.

Rüfət Quliyev qeyd edib ki, "European Tobacco Baku" ASC (ETB) siqaret satışı ilə məşğul olmur: "Biz istehsalçıyıq. Azərbaycan bazarında satılan iki ailə siqareti - "Prima" və "Vaysroy"u biz istehsal edirik. Bunların qiymətində heç bir dəyişiklik yoxdur. Yerli istehsaldır. Düzdür, istehsal zamanı tələb olunan materialın 80 faizi xaricdən gəlsə də, bizdə qiymətlər qalxmayıb. Lazım olanda biz satan şirkətlərə xahiş edirik ki, bu qiymətləri qaldırın. Amma tələb-təklifı hər zaman nəzərə alırıq. İdxal olunan siqaretlərin qiyməti qalxıb. Bu da təbiidir. Çünki idxal olunan mallar dollarla alınır. Dollar-manat məzənnəsində müəyyən qədər dəyişikliyə görə qiymətlərin qalxması qaçılmazdır. Buna görə də bəzi siqaretlərdə qiymət artımı müşahidə olunur, bəzilərində isə olduğu kimi qalıb".

Rüfət Quliyevin sözlərinə görə, bəzi siqaretlərin 2-3 ay bundan əvvəlki qiymətlərilə müqayisədə azalma müşahidə olunur: "İstehsal etdiyimiz siqaretlər 2 manatdan 1 manat 40 qəpiyə düşmüşdü. İndi isə 1 manat 20 qəpiyə düşüb. Bizim ailəyə məxsus siqaretlərdə qalxma müşahidə olunmur".

Deputat vurğulayıb ki, artıq Azərbaycan brendi altında 2 cür siqaret istehsal etməyə başlayıblar: "Çalışacığıq ki, onun də qiymətini tənzimliyək. Artıq Azərbaycan tütünü almağa başlamışıq. Söz verdiyimiz kimi keyfiyyəti yüksək və qiyməti münasib olduğu halda xammal kimi öz tütünümüzdən istifadə edəciyik. İldən-ilə də artım olacaq. Bu il 26 ton Azərbaycan tütünü almışıq. Qiymətlər münasib və keyfiyyət uyğun olarsa, bundan 10 qat çox da almağa hazırıq"./qaynarinfo/


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1915   Tarix: 29 avqust 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788