Yeyərək arıqlayın: Qarın əridən 10 QİDA - FOTOLAR

Yeyərək arıqlayın: Qarın əridən 10 QİDA - FOTOLARQarın bölgəsində yağlardan şikayətçi olanlar müxtəlif vasitələrə əl atırlar. Lakin bəzi qidaları qəbul etməklə göbək yağlarından xilas ola bilərsiniz. Gündəlik qida menyunuza bu qidaları əlavə edin və bədəninizdəki artıq yağların əriməsini sürətləndirin. Unutmayın ki, qadın-kişi, yaşlı-cavan bilmədən problemə çevrilən artıq çəki və yağlanma bir çox ciddi xəstəliklərə zəmin yaradır.

BiG.AZ xəbər verir ki, Türkiyəli dietoloq Merve Karademir bildirir ki, kişilərdə 102 sm, qadınlarda 88 sm-dən çox olan qarın qatı yüksək risk əlamətidir. Yağlanmanın göstəricisi olan bu fakt birbaşa ürək xəstəlikləri, 2-ci tip diabet, yüksək təzyiq və iflic kimi problemlərə gətirib çıxarır. Bundan başqa, son zamanlar aparılan araşdırmalar unutqanlıq, metabolik sindrom, osteoporoz və xərçəng kimi xəstəlikləri meydana gətirdiyini də sübut edib:
Aile.lent.az bədəndəki yağların yandırılmasını sürətləndirən 10 təbii qida haqqında məlumatı təqdim edir.

YUMURTA: Sağlam zülal təchizatıyla möcüzəvi bir qida olan yumurta bədən üçün lazım olan amin turşuları ehtiva edir. Həzm olunma qabiliyyəti yüksəkdir. Əzələlər üçün əhəmiyyətlidir. Uzun müddət tox tutur və yağ yandırılmasını dəstəkləyir.

AVOKADO: Avokado tərkibindəki Omega-9 yağ turşuları sayəsində maddələr mübadiləsini sürətləndirir, yağların enerjiyə çevrilməsini təmin edir. Yüksək lif tərkibi ilə toxluq hissi yaradır.

ÇÖRƏK (tam buğda): Sağlam karbohidrat olan tam buğda çörəyi B qrupu vitaminlərilə zəngindir, lif qaynağıdır. Maddələr mübadiləsini sürətləndirir, yağ yanmasını dəstəkləyir. Bununla yanaşı, tam buğda çörəyi ağ çörəyə nisbətən 50% daha çox tox saxlayır.

ACI BİBƏR: Maddələr mübadiləsini, yağ yandırılmasını sürətləndirir.

SÜD və süd məhsulları: Xüsusilə az yağlı süd və süd məhsulları yağ yandırılmasını yüksək səviyyədə dəstəkləyir. Kalsium və zülal baxımından zəngindir. Gündə 2-3 qab az yağlı süd və süd məhsulları yemək sağlam formada çəkidən azad olmağı təmin edir.

QƏHVƏ: Enerji xərcləməsini artıran qəhvə maddələr mübadiləsini sürətləndirərək arıqlamağa kömək olur.

YULAF: Liflə zəngin səhər yeməyi istəyirsinizsə, yulaf süfrənizə başçılıq etməlidir. Lif tərkibi sayəsində tox tutur və həzmin uzun müddət davam etməsi yağ yandırmasına kömək olur.

GREYPFRUT: Qan şəkərini tənzimləyir. C vitamini tərkibi ilə detoks təsirlidir və sidikqovucudur. Yağ yandırılmasını dəstəkləmək məqsədilə hər gün qreypfrut yemək arıqlamağa da kömək olur.

BADAM: Zülal və doymamış yağlarla zəngin olması badamın yağ yandırıcı xüsusiyyətini təşkil edir. Gündə 5-6 ədəd badam yemək bel ətrafını incəldir.(lent.az)

DARÇIN: Qan şəkərini tənzimləyir. Qan şəkərinin nizamlanması bədəndə yağ yığılmasının qarşısını alır.
Yeyərək arıqlayın: Qarın əridən 10 QİDA - FOTOLARYeyərək arıqlayın: Qarın əridən 10 QİDA - FOTOLARYeyərək arıqlayın: Qarın əridən 10 QİDA - FOTOLARYeyərək arıqlayın: Qarın əridən 10 QİDA - FOTOLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 4829   Tarix: 11 avqust 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Yemiş yeyənlər bu xəstəliklərdən uzaqdırlar

Yay aylarında qarpızdan sonra ən məşhur meyvə sayılan yemiş bədəni sərinlədir və rahatlıq verir. Yemişin tərkibi bol su ilə yanaşı, yod və xrom mineralları, A və C vitamini ilə də zəngindir. Yemiş gözdə katarakta yaranmasının qarşısını alır, hamiləliyi asanlaşdırır, immun sistemini gücləndirir, sidikqovucudur

15.08.2021 2008
.

Yoluxucu xəstəliklərdən qorunmaq üçün belə qidalanın

Payızda immuniteti yaxşılaşdırmaq və bədəni gücləndirmək üçün sitrus meyvələrindən istifadə etmək məsləhət görülür, çünki tərkibində olan efir yağları əhval-ruhiyyəni yüksəldir. Bundan əlavə, faydalı yağlar unudulmamalıdır, onları qoz-fındıq, zeytun yağı, avokado və yağlı balıqdan əldə etmək olar. B

12.09.2021 1388
.

Vitamin artıq qəbul olunarsa nələr baş verər? - XƏBƏRDARLIQ

Koronavirus pandemiyası dövründə immun sisitemini gücləndirmək üçün D vitamininə tələbat artıb. Bu gün çoxları immuniteti gücləndirmək üçün əlavə olaraq D vitamini qəbul edir. Çox zaman isə bu, qanda D vitamini səviyyəsini öyrənmədən, həkim tövsiyəsi olmadan baş verir. Mütəxəssislər isə bildirir ki

11.09.2021 998
.

Koronavirusa qarşı 7 peyvənd vurdurdu

Kolumbiyanın qərbindəki Kali şəhərində bir kişiyə yeddi dəfə koronavirus əleyhinə peyvənd vurulub. -a istinadla xəbər verir ki, kolumbiyalı fərqli peyvəndləmə mərkəzlərində peyvəndləndiyi üçün dərhal aşkar edilə bilməyib. Şəhərin səhiyyə naziri Mierlandi Torres, kişinin yaşının 60-dan yuxarı olduğun

26.08.2021 986
.

Baş ağrılarının ƏSL SƏBƏBİ BU İMİŞ - Məşhur həkim AÇIQLADI

Keçmişdə yaşanan xəsarətlər kəskin baş ağrısının ən çox yayılmış səbəbləridir. Bu barədə Osteopat Vladimir Jivotov "Moskva danışır" radiostansiyasına müsahibəsində açıqlayıb. Onun sözlərinə görə, bütün məsələ diaqnozu çətin olan sümüklərin mikro yerdəyişməsidir: "Heç bir araşdırma bun

05.09.2021 2454
.

Yuxusuzluğu aradan qaldıran məlhəm

Yay girəndən bir çoxları yuxusuzluq sindromundan əziyyət çəkir. Yatmaq istəsəniz də, yuxuya getməyə əziyyət çəkirsiniz. BİG.AZ Axşam.az-a istinadən xəbər verir ki, yuxu dərmanı qəbul etmək heç də çıxış yolu deyil. Həm də dərman mədəni zəhərləyir. Yuxusuzluq sindromundan xilas olmaq üçün aşağıdakı məlhəm

22.08.2021 2428
.

Günəşlənmənin xeyri və ziyanı - Diqqətli olun!

Hamımız bir az günəşi sevirik. Lakin işıq şüalarına daha çox məruz qalsanız səhhətinizə həqiqətən ziyan vura bilərsiniz. Xeyri. Günəş şüaları bədənimizə dəydiyində D vitamininə çevrilir. Bu güclü sümüklər və dişlər üçün çox əhəmiyyətlidir. Ekzema və sızanaq problemləri olanlar günəşdən faydalanırlar

29.08.2021 641
.

Beyin və yaddaş üçün faydalı olan idman

Alimlər üzgüçülük ilə müntəzəm olaraq məşğul olmağın beynin idrak funksiyalarını yaxşılaşdırdığını, eyni zamanda beyində yeni sinir əlaqələrini yaratdığını bildirir. Mardi Hardin-Baylor Universitetinin nevrologiya kafedrasının professoru Cena Metyu qeyd edir ki, belə bir aerob (nisbətən aşağı intensivlikdə

15.08.2021 882
.

Saç tökülməsi sizi qorxutmasın! Çarə TAPILDI!!!

Dəmir, zülal və sinkin orqanizdə çatmamazlığı saçların tökülməsiinə səbəb olur. Hamiləlik, tiroid, şəkər, qaraciyər və böyrək xəstəlikləri də saçı tökür. Həddindən artıq diaeta, xərçəng xəstəliklərinin müalicəsində istifadə edilən bəzi dərmanlar da saçları tökər, həmçinin rənglənmədə istifadə edilə

17.09.2021 1439