İlhamə Quliyeva bu müğənniyə 200 min veribmiş

İlhamə Quliyeva bu müğənniyə 200 min veribmişAzərbaycan və Dağıstanın xalq artisti İlhamə Quliyevanın vəfatından aylar keçsə də, onun haqda söz-söhbətlər səngimək bilmir.

BiG.AZ xəbər verir ki, bizimyol.info-nun yaydığı məlumata görə, xalq artisti İlhamə Quliyeva ölümündən az əvvəl əməkdar artist Cavanşir Məmmədova 200 min manat pul verib. Cavanşir Məmmədov açıqlamasında əvvəl məlumatın doğru olmadığını bildirsə də, sonradan bir çox sirlərə aydınlıq gətirib:

"İlhamə xanım hələ ölməmişdən qabaq, bankda olan pulundan 200 min manat çıxarmışdı. Bir gün mənə zəng etdi ki, bankdan pulumu çıxarmışam, ev almaq istəyirəm. Evi axtarıb tapana qədər, pulun səndə qalmasını istəyirəm. Mən də pulu götürüb, evdə saxladım. İnanın istəmirdim saxlamaq, çünki böyük məsuliyyət idi. Hər gün pula görə evə 10 dəfə zəng edirdim ki, qapını heç kimə açmayın, pulu oğurlayarlar. İlhamə xanım pulu mənə əmanət edəndə dedim ki, oğlun yaxınların da bilsin ki, birdən sənə nəsə olar, pulun aqibətini bilim nə etmək lazımdı".

"Bəs pulu öz evində niyə saxlamırdı?" sualına Cavanşir Məmmədov belə cavab verib:

"O, mənə dedi ki, ev tapan kimi pulu səndən götürəcəyəm. Mənim evimdən oğurlayarlar. Heç kimin adını çəkmədi, sadəcə dedi ki, oğurlayarlar".

Daha sonra əməkdar artist açıqlamasında pulun aqibətinə də aydınlıq gətirib:

"İlhamə xanımın pulu iki ay məndə qaldı. Daha sonra biz ona ev tapdıq. Elə rəhmətə getdiyi evi, həmin pulun üstünə 120 min manat da əlavə edib, 320 min manata aldıq. "Hüseyn Cavid" parkından aşağıda, dənizə panaramalı evdir. Yəni bu məsələni onun oğlu da, əməkdar artist Firuzə İbadova da bilir. Oğlu Orxan evi 350 min manata danışmışdı, mən 320 minə aldım. İlhamə xanımı bu məsələdə 30 min qabaq saldım. Daha sonra evin mebellərini də mən almışam, orada da İlhamə xanımı 15 min manat endirim etdirmişəm. Mebelləri də 50 minə almışam.

Yəni məlumat doğrudur. Mən belə etibarlı adam olmuşam. O qədər pulu qardaş-qardaşa etibar etməz. Heç bir sənəd, razılaşma olmadan, pulu mənə əmanət edib. Görünür, kimsə məni çox istəyənlərdən biri, bu məlumatı sizin saytınıza verib. İlhamə xanımla mən çox yaxın olmuşam. Allah ona rəhmət eləsin. Çox yaxşı qadın olub. Çoxlarına yaxşılıqlar edib, amma nədənsə ancaq pisliyi danışılır".


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 2418   Tarix: 04 avqust 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Səyyad Əlizadə başqa xəstəxanaya köçürülüb

Səyyad Əlizadə müalicə olunduğu Zığ qəsəbəsində yerləşən modul tipli xəstəxanadan Mərkəzi Gömrük hospitalına köçürülüb. Bu barədə sənətçinin qohumu Razim Qasımov məlumat verib. Qeyd edək ki, müğənni Səyyad Əlizadə bir müddət öncə koronavirusa yoluxub. Hazırda vəziyyəti ağırdır

16.09.2021 2690
.

Afət Fərmanqızı qısa "şortik"də DİQQƏT ÇƏKDİ - FOTOLAR

Müğənni Afət Fərmanqızı istirahətə yollanıb. xəbər verir ki, müğənni istirahətindən sosial media hesabında paylaşımlar edib. Paylaşdığı fotolarda Afətin qısa şortikdə olması diqqətdən yayınmayıb. Həmin fotoları təqdim edirik:

16.09.2021 7310
.

Rumıniyanın ən gözəl qadını seçilən azərbaycanlı... - "Miss Playboy"

Andrea Mantea - Bir gün Buxarestdə ofisiant işlədiyi restoranda tanımadığı müştəri ona modellik təklif edir, fikirləşmədən bununla razılaşır. Beləliklə, şöhrətin qapıları bu yeniyetmə qız üçün aralanır. "Libertatea" qəzetində "Ən seksual qız" seçildikdə mətbuatın diqqətini çəkir

17.09.2021 1704
.

AzTV-nin Ceyranı ad günü etdi - Fotolar

AzTV-nin aparıcısı, uzun illərdir efirdən uzaqlaşan Ceyran Rəhimovanın ad günü olub. Axşam.az-a istinadən xəbər verir ki, o, özəl gününü yaxınları ilə qeyd edib. Ad günündən şəkilləri Xalq artisti Nəzakət Teymurova sosial şəbəkədə paylaşıb. Qeyd edək ki, C.Rəhimova AzTV-dən uzaqlaşdıqdan sonra televiziy

18.09.2021 9970
.

"Polislər bizi mühasirəyə alıb, şöbəyə apardı"

"Yaxşı maşınım, gəlirim, evim, yaşayışım var. Çox yaxşı yaşayıram. Pulunu yaxşı şeylərə xərcləməsən, heç vaxt yerinə gəlməyəcək. Mən də yaxşı şeylərə, xeyriyyəyə xərcləyirəm. Eləsi olur ki, pulu var, amma xeyriyyəçilik etmir. Kimsə yaxşılığa xərcləmirsə, canına xərcləyəcək". Axşam.az xəbə

16.09.2021 3763
.

Mina Hüseynin arxiv fotosu ORTAYA ÇIXDI

Müğənni Mina Hüseyndən xəbər var. xəbər verir ki, Mina sosial media hesabında arxiv fotosunu paylaşıb. Uşaqlıq fotosu ilə izləyicilərin marağına səbəb olan müğənni paylaşımı ilə xoş rəylər alıb. Həmin fotonu təqdim edirik:

17.09.2021 6686
.

Toyunda ürəkdən "hə" deməsi minlərlə baxış sayı topladı - VİDEO

4 ilə yaxındır sevgili olan tanınmış müğənni Ece Seçkin və pilot Çağrı Terlemez cütlüyü özünə toy edib. xəbər verir ki, bu barədə ifaçı instaqram hesabında bildirib. Seçkinin toyda geyindiyi iki fərqli gəlinlik böyük marağa səbəb olub. Bundan başqa, müğənninin nikah mərasimində "Çağrı Terlemezl

16.09.2021 1693
.

Əməkdar artist vəfat etdi - FOTO

Əməkdar artist Çiçək Rzayeva vəfat edib. -ın məlumatına görə, Rzayeva Çiçək Məmmədhüseyn qızı ötən gün 77 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Çiçək Rzayeva 1944-cü ildə Bakıda anadan olub. Onun Azərbaycan arfa sənətində müəllimi Aida Abdullayevadan sonra böyük xidmətləri olub. Çiçək Rzayeva arf

16.09.2021 7387
.

Özcan Dəniz hakim qarşısına çıxdı

Keçmiş həyat yoldaşı Feyza Aktana şiddət göstərməsi səbəbi ilə məhkəməlik olan türkiyəli aktyor Özcan Dəniz hakim qarşısına çıxıb. Axşam.az-a istinadən xəbər verir ki, 1 il 6 ay həbsi tələb olunan aktyor Feyza Aktanın yalan dediyini bildirib:. "Övladımın qəyyumluğunu istədiyim üçün məni çətin vəziyyət

16.09.2021 1271
.

TOP MP3