Dollarla bağlı PROQNOZ: Rəsmi məzənnə 2 manat...

Dollarla bağlı PROQNOZ: Rəsmi məzənnə 2 manat...Azərbaycanda ABŞ dollarının məzənnəsinin artması prosesi orta müddətdə davam edəcək.

BiG.AZ xəbər verir ki, dolların bahalaşmasının bir neçə səbəbi var. Bunlardan birincisi Azərbaycanın idxal mallarına olan tələbatının yüksək olması ilə bağlıdır. Belə ki, hazırkı iqtisadi şəraitdə Azərbaycanın ildə 5 mlrd. dollardan çox dəyərdə idxal mallarına ehtiyac duyur. Neft gəlirlərinin yüksək olduğu illərdə idxalın real həcmi hətta 10 mlrd. dolları üstələyirdi, baş verən devalvasiyalar isə idxalın həcmini əhəmiyyətli şəkildə azaldıb. Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) həftədə 100 mln. dollarlıq valyuta kütləsini hərracda satışa çıxarması illik valyuta satışının 5,2 mlrd. dollar həcmində olması deməkdir. Bu qədər valyuta birbaşa idxal tələbatının qarşılanmasına xərclənir.

Valyuta tələbinə təsir edən digər amil bankların və bir sıra böyük şirkətlərin xarici kredit borcları ilə əlaqəlidir. Qeyd edək ki, Azərbaycandakı kommersiya banklarının xarici borcları iyunun 1-nə 6,7 mlrd. manat və ya 4,2 mlrd. ABŞ dolları təşkil edir. Bu borcun əksər hissəsi qısamüddətli olduğundan, kommersiya banklarının xarici valyutaya tələbinin orta müddətdə davam etməsi gözlənilir.

Dollara tələbi artıran daha bir amil isə ümumiyyətlə əhalinin son aylarda məzənnənin artması səbəbindən dollara yaranan təbii tələbidir. Bununla yanaşı, lisenziyası ləğv edilən banklardakı əmanətlər Əmanətlərin Sığortalanması Fondu tərəfindən əsasən yerli valyutada geri ödənilir və bu vəsaitlərin əksər hissəsinin xarici valyutaya (əsasən dollara) çevrilməsi valyutaya tələbatı artıracaq.

Bundan başqa, dünya bazarında neft qiymətləri aşağı düşməyə başlayıb. Neft qiymətlərinin bundan əvvəlki kəskin azalmalarda devalvasiya ilə nəticələnməsi bu valyutaya tələbi hər zaman ən azından sabit saxlayacaq.

"Report"un analitik qrupu hesab edir ki, dolların məzənnəsi ilin sonuna qədər artım tendensiyasını qoruyacaq və rəsmi məzənnə 1,75 AZN/USD səviyyəsinə qədər yüksələcək. Nağd valyuta bazarında isə dolların 1,80 AZN/USD-yə qədər artması ehtimal edilir. Dolların məzənnəsinin sabitləşməsi ancaq ARDNF-nin valyuta hərracına 300-500 mln. dollar vəsait çıxarması ilə mümkün ola bilər. Lakin bu, müvəqqəti sabitliyin yaranmasına səbəb olacaq. Neft qiymətlərinin kəskin artımı baş verməsə, dolların ucuzlaşması mümkün görünmür.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 5475   Tarix: 03 avqust 2016  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

KİV: Ukrayna alternativ sülh planını təqdim etdi

Ukraynanın sülh planı ABŞ Prezidenti Donald Tramp tərəfindən hazırlanmış sənədin əsas müddəalarını rədd edir. Belə müddəalara Ukrayna qoşunlarının Donbasdan çıxarılması və Ukraynanın NATO üzvlüyündən imtinası daxildir. xəbər verir ki, bu barədə "The New York Times" yazır. Məqalədə qeyd olunu

15:20 119
.

WSJ: Heç bir ölkə ABŞ-nin Qəzzaya sülhməramlı yerləşdirmək təklifinə razılıq verməyib

Hələ heç bir ölkə ABŞ-nin öz qoşunlarını beynəlxalq sabitləşdirmə qüvvələrinin bir hissəsi kimi Qəzza zolağına yerləşdirmək barədə təklifinə razılıq verməyib. "Report"un məlumatına görə, bu barədə "The Wall Street Journal" (WSJ) mənbələrə istinadən məlumat yayıb. Nəşr qeyd edib ki

16:40 110
.

XƏBƏRDARLIQ: Sabahın havası bu insanlar üçün əlverişsizdir

Tibbi-meteoroloji proqnoz açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a verilən xəbərə görə, dekabrın 15-də Abşeron yarımadasında yağıntılı və küləkli hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir

19:10 0
.

KİV: Dörd Aİ ölkəsi Rusiya aktivlərinin Ukraynaya verilməsinə qarşıdır

İtaliya, Belçika, Malta və Bolqarıstan dondurulmuş Rusiya aktivlərinin Ukraynaya verilməsinə qarşı çıxıblar. "Politico"ya istinadən xəbər verir ki, onlar Avropa Komissiyasına bu plana alternativləri nəzərdən keçirməyi xahiş edən birgə məktub göndəriblər. Avropa Komissiyası israr edir ki, 18-1

13:10 124
.

Qreta Tunberqə qarşı cinayət işi açılıb

Finlandiyanın hüquq-mühafizə orqanları isveçli ətraf mühit fəalı Qreta Tunberqə qarşı cinayət işi açıblar. xəbər verir ki, bu barədə "Helsingin Sanomat" qəzeti məlumat yayıb. Qəzetin məlumatına görə, Tunberq 25 iyun 2024-cü ildə Helsinkinin mərkəzində "Extinction Rebellion" fəallarını

12:10 130
.

Rusiyada "Honkonq qripi"ndən ölüm hallarının baş verməsi təsdiqlənib

Rusiyada "Honkonq qripi"ndən ölüm hallarının baş verməsi təsdiqlənib. xəbər verir ki, bu barədə yerli mətbuata Rusiya Elmlər Akademiyasının akademiki Gennadi Onişenko məlumat verib. "Ölüm hallarının olmadığını demək mümkün deyil, təəssüf ki, bu, baş verir. Adətən, belə hallar xroniki ağciyər

17:20 109
.

Azərbaycan Türkiyədən metal idxalına çəkdiyi xərci 5 %-ə yaxın azaldıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan Türkiyədən 124,06 milyon ABŞ dolları dəyərində qara və əlvan metal idxal edib. "Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 4,9 % azdır. Təkcə noyabr ayında Türkiyə Azərbaycana 9,695 milyo

10:10 123
.

Merts: "Almaniya nəyə qadir olduğunu göstərməlidir"

Almaniya kansleri Fridrix Merts ideologiya dövrünün bitdiyini bəyan edib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. "Yəqin ki, biz yalnız uzun illərdən sonra dünyada yaşadıqlarımızın miqyasını anlayacağıq. Bu, dünyanın siyasi və iqtisadi güc mərkəzlərində əsl tektonik dəyişiklikdir. İdeologiy

17:10 96
.

Naim Qasem: "Hizbullah" İsrailin şərtlərini qəbul etməyəcək və ABŞ-yə təslim olmayacaq

İsrail ilə Livan arasında atəşkəs razılaşması qüvvəyə minəndən sonra başqa yanaşma tələb olunan yeni mərhələ başlayıb. "Report" xəbər verir ki, bunu "Hizbullah"ın baş katibi Naim Qasem "Al-Manar TV"nin canlı yayımında bildirib. Onun sözlərinə görə,Livan hökuməti ölkəni

14:40 126
.

TOP MP3