İxtisas seçimi başladı: 4 qrup üzrə KEÇİD BALLARI

İxtisas seçimi başladı: 4 qrup üzrə KEÇİD BALLARITələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə bütün qruplar üzrə müsabiqə şərtini ödəmiş abituriyentlər üçün ixtisas seçiminə başlayıb.

TQDK-nın mətbuat xidmətindən BİG.AZ-a verilən məlumata görə, ixtisas seçimi iyulun 29-dan avqustun 10-dək internet vasitəsilə aparılacaq.

Abituriyentlər qəbul olmaq istədikləri ixtisasları seçib onların kodlarını https://eservices.tqdk.gov.az/erizebak/ixtisas1/?frm=egov1 internet ünvanında yerləşən "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"nə daxil edib təsdiq etməlidirlər. Abituriyentlər ali təhsil müəssisələrinin imtahan verdiyi ixtisas qrupuna aid olan 15-ə qədər ixtisas kodunu qeyd edə bilər. I, II, III, IV ixtisas qruplarından hər hansı biri üzrə və V ixtisas qrupu üzrə qəbul imtahanlarında iştirak edən abituriyentlər TQDK-nın müəyyən etdiyi tələbləri ödədikləri halda, imtahanında iştirak etdikləri hər iki qrupun ixtisaslarını seçə bilərlər.

Abituriyent ixtisas seçərkən bu ixtisas üzrə dövlət sifarişi əsasında və ya ödənişli əsaslarla təhsil almaq istədiyini qeyd etməlidir. Hər hansı bir ixtisas üzrə həm dövlət sifarişi, həm də ödənişli əsaslarla olan yerlərin müsabiqəsində iştirak etmək istəyən abituriyent həmin ixtisasın kodunu ərizəyə iki dəfə daxil etməli və ayrılıqda bu ixtisas üzrə təhsilini dövlət sifarişi əsasında və ya ödənişli əsaslarla almaq istədiyini qeyd etməlidir. İxtisas kodlarını, onların sayını və ardıcıllığını abituriyent özü sərbəst şəkildə müəyyənləşdirir.

Dövlət hesabına ali təhsil almış abituriyentlər dövlət sifarişi üzrə ayrılmış yerləri seçə bilməzlər.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, qüvvədə olan qanunvericilikdə və dövlətlərarası razılaşmalarda digər hallar nəzərdə tutulmayıbsa, dövlət sifarişi üzrə ayrılmış yerləri seçə bilməzlər.

I qrup üzrə ixtisas seçimində ümumi balı 200-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.

"Riyaziyyat", "Fizika", "Nəqliyyat tikintisi mühəndisliyi", "İnşaat mühəndisliyi", "İnformasiya texnologiyaları", "Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi" ixtisasları üzrə ümumi balı 250-dən, "Kompüter elmləri", "Geologiya" ixtisasları üzrə ümumi balı 300-dən və ixtiyari bir imtahan fənni istisna olmaqla qalan hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər. Bakı Dövlət Universitetinin tədrisi ingilis dilində olan ixtisaslarının müsabiqəsində attestatında xarici dil fənni kimi ingilis dili göstərilən və qəbul imtahanında ingilis dili fənni üzrə nisbi balı 60-dan az olmayan abituriyentlər iştirak edə bilərlər. Ümumi balı 350 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur (Bakı Dövlət Universitetinin tədrisi ingilis dilində olan ixtisasları üzrə xarici dil fənni istisna olmaqla).

Dövlət sifarişi əsasında ayrılmış yerlərin ixtisas seçimində ümumi balı 250-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər. "Riyaziyyat", "Fizika", "Nəqliyyat tikintisi mühəndisliyi", "İnşaat mühəndisliyi", "İnformasiya texnologiyaları", "Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi" ixtisasları üzrə dövlət sifarişi əsasında ayrılmış yerlərin müsabiqəsində ümumi balı 300-dən, "Kompüter elmləri", "Geologiya" ixtisasları üzrə dövlət sifarişi əsasında ayrılmış yerlərin müsabiqəsində ümumi balı 350-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər. ümumi balı 350-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.

Azərbaycan Dövlət Aqrar Universitetinin "Yer quruluşu, torpaq və şəhər kadastrı" ixtisasının həm dövlət sifarişi üzrə, həm də ödənişli əsaslarla ayrılmış yerlərinin ixtisas seçimində ümumi balı 200-dən az olmayan abituriyentlər iştirak edə bilərlər.

Aşağıda göstərilmiş ixtisasların həm dövlət sifarişi üzrə, həm də ödənişli əsaslarla ayrılmış yerlərinin ixtisas seçimində ümumi balı 150-dən az olmayan abituriyentlər iştirak edə bilərlər (fənlər üzrə cavablara nisbi bal məhdudiyyəti tətbiq olunmur):

- Aqromühəndislik;
- Torpaqşünaslıq və aqrokimya;
- Balıqçılıq və balıqçılıq təsərrüfatı işi;
- Meşəçilik;
- Aqronomluq;
- Zootexniklik;
- Meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi (yalnız Azərbaycan Dövlət Aqrar Universiteti üzrə).

II qrup üzrə ixtisas seçimində ümumi balı 200-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər. Azərbaycan Dillər Universitetinin "Beynəlxalq münasibətlər" və "Regionşünaslıq (regionlar üzrə)" ixtisaslarının müsabiqəsində xarici dil fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər iştirak edə bilərlər. Bakı Dövlət Universitetinin tədrisi ingilis dilində olan ixtisaslarının müsabiqəsində attestatında xarici dil fənni kimi ingilis dili göstərilən və qəbul imtahanında ingilis dili fənni üzrə nisbi balı 60-dan az olmayan abituriyentlər iştirak edə bilərlər. Ümumi balı 350 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur (Azərbaycan Dillər Universitetinin "Beynəlxalq münasibətlər", "Regionşünaslıq (regionlar üzrə)" ixtisasları və Bakı Dövlət Universitetinin tədrisi ingilis dilində olan ixtisasları üzrə xarici dil fənni istisna olmaqla).
Dövlət sifarişi əsasında ayrılmış yerlərin ixtisas seçimində ümumi balı 300-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.

III qrup üzrə ixtisas seçimində ümumi balı 200-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər. Azərbaycan Dillər Universitetinin "Tərcümə (dillər üzrə)" ixtisasının müsabiqəsində xarici dil fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər iştirak edə bilərlər. Bakı Dövlət Universitetinin tədrisi ingilis dilində olan ixtisaslarının müsabiqəsində attestatında xarici dil fənni kimi ingilis dili göstərilən və qəbul imtahanında ingilis dili fənni üzrə nisbi balı 60-dan az olmayan abituriyentlər iştirak edə bilərlər. Bakı Dövlət Universitetinin "Filologiya (alman dili və ədəbiyyatı)" ixtisasını attestatında xarici dil fənni kimi alman dili göstərilən və qəbul imtahanında xarici dil kimi alman dilindən imtahan vermiş, "Filologiya (fransız dili və ədəbiyyatı)"ixtisasını isə attestatında xarici dil fənni kimi fransız dili göstərilən və qəbul imtahanında xarici dil kimi fransız dilindən imtahan vermiş abituriyentlər seçə bilərlər. Ümumi balı 350 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur (Azərbaycan Dillər Universitetinin "Tərcümə (dillər üzrə)" ixtisası və Bakı Dövlət Universitetinin tədrisi ingilis dilində olan ixtisasları üzrə xarici dil fənni istisna olmaqla).
Dövlət sifarişi əsasında ayrılmış yerlərin ixtisas seçimində ümumi balı 300-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.

IV qrup üzrə ixtisas seçimində ümumi balı 200-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər. Bakı Dövlət Universitetinin tədrisi ingilis dilində olan ixtisaslarının müsabiqəsində ingilis dili fənni üzrə attestat qiyməti "4" və ya"5" olan abituriyentlər iştirak edə bilərlər. Ümumi balı 350 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur.
Dövlət sifarişi əsasında ayrılmış yerlərin ixtisas seçimində ümumi balı 250-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.

Aşağıda göstərilmiş ixtisasların həm dövlət sifarişi üzrə, həm də ödənişli əsaslarla ayrılmış yerlərinin ixtisas seçimində ümumi balı 150-dən az olmayan abituriyentlər iştirak edə bilərlər (fənlər üzrə cavablara nisbi bal məhdudiyyəti tətbiq olunmur):

- Baytarlıq;
- Ekologiya (yalnız Azərbaycan Dövlət Aqrar Universiteti üzrə);
- Su bioehtiyatları və akvabitkilər;
- Əczaçılıq (yalnız Azərbaycan Dövlət Aqrar Universiteti üzrə).


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 64678   Tarix: 29 iyul 2016  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Almaniyada Milad bazarına hücum planlaşdıran beş nəfər saxlanılıb

Almaniya polisi ölkənin cənubundakı Dinqolfinq (Bavariya) yaxınlığındakı Milad bazarında hücum planlaşdırmaqda şübhəli bilinən 5 nəfəri həbs edib. "Report" xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb. Qəzetin məlumatına görə, həbs cümə günü baş tutub. Şübhəlilərin üçü mərakeşli

15:30 112
.

Taksi sürücüsü həbs edildi: Hava limanından müştəri götürübmüş

Bakı Beynəlxalq Hava Limanında icazəsiz sərnişin daşıyan taksi sürücüsü həbs edilib. BİG.AZ "Qaynarinfo"ya istinadla xəbər verir ki, hadisə dekabrın 11-i gecə saat 3 radələrində baş verib. Belə ki, 1997-ci il təvəllüdlü G.H. İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə barəsind

15:10 166
.

Azərbaycan Türkiyədən kimyəvi məhsullar idxalına çəkdiyi xərci 1,5 % artırıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan Türkiyədən 488,154 milyon ABŞ dolları dəyərində kimyəvi maddələr və məhsullar idxal edib. "Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1,5 % çoxdur. Təkcə noyabrda isə Türkiyə Azərbaycan

11:30 116
.

Ukraynanın Trampın sülh planına cavabının təfərrüatları məlum olub

Ukrayna ABŞ Prezidenti Donald Trampın sülh planına cavab olaraq qoşunların Donbasdan çıxarılması və NATO üzvlüyündən imtinası ilə bağlı təklifləri rədd edib. "Report" xəbər verir ki, Kiyevin cavabının təfərrüatlarını "New York Times" açıqlayıb. "Cavabda bildirilib ki, Kiyev Ukraynanı

14:30 114
.

Qızıl, gümüş və mis konsentratının hasilatı artıb

Bu ilin yanvar-noyabr aylarında ölkədə metal filizlərinin hasilatında artım qeydə alınıb. rəsmi statistikaya istinadən xəbər verir ki, hesabat dövründə Azərbaycanda 2 min 815 kq qızıl və 3 min 505.5 kq gümüş hasil edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə qızıl hasilatı 9.7 faiz və ya 247.8 kq, gümü

11:20 122
.

Bayram günlərinin üst-üstə düşməsi - Məzuniyyətə necə təsir edəcək?

Əmək məzuniyyəti ilə bağlı qanunvericiliyə dəyişiklik olunur. "Qafqazinfo" xəbər verir ki, bu məsələ Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb. Layihəyə əsasən, əmək məzuniyyəti dövrün

00:25 365
.

Tramp: "İŞİD ABŞ əsgərlərinin öldürülməsinə görə cavab verəcək"

"Vaşinqton Administrasiyası Suriyada iki ABŞ əsgərinin və bir amerikalı tərcüməçinin öldürülməsindən sonra terrorçu İŞİD qruplaşmasına qarşı cavab tədbirləri görəcək. xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "Truth Social" platformasında yazıb. O, Suriyada "ABŞ-yə qarşı İŞİ

16:20 111
.

Azərbaycan Türkiyədən mebel idxalına çəkdiyi xərci 9 %-ə yaxın azaldıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan Türkiyədən 126,667 milyon ABŞ dolları dəyərində mebel, kağız və meşə məhsulları idxal edib. "Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 8,8 % azdır. Təkcə noyabrda isə Türkiyə Azərbaycan

11:50 116
.

WSJ: Heç bir ölkə ABŞ-nin Qəzzaya sülhməramlı yerləşdirmək təklifinə razılıq verməyib

Hələ heç bir ölkə ABŞ-nin öz qoşunlarını beynəlxalq sabitləşdirmə qüvvələrinin bir hissəsi kimi Qəzza zolağına yerləşdirmək barədə təklifinə razılıq verməyib. "Report"un məlumatına görə, bu barədə "The Wall Street Journal" (WSJ) mənbələrə istinadən məlumat yayıb. Nəşr qeyd edib ki

16:40 106
.

TOP MP3