TQDK-dan keçid balları haqqında AÇIQLAMA

TQDK-dan keçid balları haqqında AÇIQLAMATələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu il ali məktəbə qəbul olmaq istəyən abituriyentlər üçün keçid balları haqqında açıqlama verib.

BiG.AZ xəbər verir ki, Komissiyadan trend-ə verilən məlumata görə, ixtisaslar üzrə keçid balları ixtisas seçimi başa çatdıqdan sonra müəyyənləşir. Buna görə də bu il ayrı-ayrı ixtisaslar üzrə keçid ballarının hansı səviyyədə formalaşacağı, keçid ballarının ötən illə müqayisədə artıb-artmayacağı, hansı ixtisaslar üzrə daha rəqabətli müsabiqə vəziyyətinin yaranacağı barədə indidən dəqiq məlumat vermək mümkün deyill: "Çünki bu, ixtisas seçimindən sonra bəlli olur. Abituriyentlər imtahan versələr də, ixtisas seçimini etməyiblər. İxtisas seçiminə iyulun 29-dan başlanacaq və avqustun 10-dək davam edəcək. Ona görə də biz indi deyə bilmərik ki, hansı ixtisas üzrə keçid balı nə qədər olacaq? Yalnız ixtisas seçimi bitdikdən sonra məlum olacaq ki, bu il hansı ixtisas üzrə keçid balı nə qədərdir".

Komissiyadan əlavə edilib ki, keçid balının formalaşmasına 3 əsas amil - abituriyentlərin sayı, imtahan nəticəsi və plan yerlərinin sayı təsir edir. Ona görə də keçid balları hər il dəyişərək fərqli olur.

TQDK-dan qeyd edilib ki, abituriyentlərin ixtisas seçimi zamanı müsabiqə vəziyyəti yüksək və aşağı olan ixtisaslar haqqında ümumi məlumat əldə edib, təxmini istiqamət götürə bilmələri üçün TQDK tərəfindən əvvəlki illərin keçid balları dərc olunur. Ötən ilki qəbul zamanı formalaşmış keçid balları həmin ötən il qəbul imtahanları yekunlaşdıqdan sonra "Abituiriyent" jurnalında çap edilib. Onların elektron versiyaları da TQDK-nın saytında yerləşdirilib. Amma həmin məlumatları əldə edə bilməyən abituriyentlər üçün ötən ilin keçid balları bu il yenidən çap edilib.

Komissiyadan qeyd edilib ki, bəzi abituriyentlər müsabiqə şərti ilə keçid balları anlayışlarını qarışdırırlar. Müsabiqə şərti TQDK tərəfindən hər hansı bir ixtisas qrupunun, yaxud ixtisasın müsabiqəsində (ixtisas seçimində) iştirak etmək üçün qoyulan minimal tələbdir. Belə ki, hər bir qrup üzrə ixtisasların müsabiqəsində yalnız tələb olunan müsabiqə şərtlərini ödəmiş abituriyentlər iştirak edə bilərlər.

Bu il I-İV qrup üzrə ixtisas seçimində ümumi balı 200-dən, ixtiyari bir imtahan fənni istisna olmaqla qalan hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.

I ixtisas qrupunun "Riyaziyyat", "Fizika", "Nəqliyyat tikintisi mühəndisliyi", "İnşaat mühəndisliyi", "İnformasiya texnologiyaları", "Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi" ixtisasları üzrə ümumi balı 250-dən, "Kompüter elmləri", "Geologiya" ixtisasları üzrə ümumi balı 300-dən və hər bir fənn üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.

"Aqromühəndislik", "Torpaqşünaslıq və aqrokimya", "Balıqçılıq və balıqçılıq təsərrüfatı işi", "Meşəçilik", "Aqronomluq", "Zootexniklik", "Baytarlıq", "Su bioehtiyatları və akvabitkilər" ixtisaslarının, həmçinin Azərbaycan Dövlət Aqrar Universitetinin "Meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi", "Ekologiya" və "Əczaçılıq" ixtisaslarının müsabiqəsinə ümumi balı 150-dən az olmayan abituriyentlər buraxılırlar. Bu zaman abituriyentlərin fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq edilmir.

I-IV ixtisas qrupları üzrə ümumi balı 350 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur (Azərbaycan Dillər Universitetinin "Tərcümə (dillər üzrə)", "Beynəlxalq münasibətlər" və "Regionşünaslıq (regionlar üzrə)", Bakı Dövlət Universitetinin I, II, III qruplarda tədrisi ingilis dilində olan ixtisasları üzrə xarici dil fənni istisna olmaqla).

Dövlət sifarişi əsasında ayrılmış yerlərin ixtisas seçimində ümumi balı 250 dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2812   Tarix: 26 iyul 2016  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Evdə tək"in ulduzları 35 il sonra görüşdü - Fotolar

90-cı illərin məşhur komediya filmi olan "Evdə tək"in aktyorları Makoley Kalkin, Co Peşi və Daniel Sternin yenidən bir araya gəlib. Axşam.az xəbər verir ki, aktyorlar 35 ildən sonra görüşüblər. Həmin anları əks etdirən görüntülər sosial mediada yayılıb

12:24 158
.

Alp dağlarında dəhşət: xizəkçi dik yamacdan yıxıldı

Fransa Alp dağlarında bir xizəkçi dik yamacdan yıxılaraq ölüb. xarici mediaya istinadən xəbər verir ki, bu barədə The Sun qəzeti məlumat yayıb. 24 yaşlı britaniyalı xizəkçi tarazlığını itirərək 300 metr hündürlükdən yıxılıb. Hadisə yerində xizəkçi ürək tutması keçirib. Polis və təcili tibbi yardım işçilər

12:17 107
.

AYNA-nın avtobusu qəzaya düşdü

BİG.AZ xəbər verir ki, bu gün saat 19:35 radələrində Bakı-Sumqayıt istiqaməti üzrə hərəkət edən 595 saylı avtobus Biləcəri ərazisində minik avtomobili ilə toqquşub. Hadisə nəticəsində ölən və xəsarət alan yoxdur. Lakin hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib. İlkin məlumatlara görə, qəza mini

18.12.2025 408
.

Bir rəqəm səhvi, böyük problem: pulu necə geri almaq olar?

Bəzən başqa birinin kartına pul göndərərkən kart nömrəsini səhv yaza bilərik. Məbləğ kiçik olanda vətəndaşlar pulun geri qaytarılması üçün banka müraciət etmirlər. Lakin məbləğ çox olanda isə bu hal vətəndaşları narahat edir. Belə bir hal baş verəndə nə etmək lazımdır? Bu pulu geri qaytarmaq mümkündürmü?

18.12.2025 308
.

Dostlarını yığıb 56 yaşlı kişinin başını kəsdi

Hindistanın Carxand ştatında üç gənc təhqirə görə kişinin başını kəsiblər. xarici mediaya istinadla bildirir ki, 56 yaşlı Karinath Luqunun başı kəsilmiş cəsədi dekabrın 16-da meşəlik ərazidə aşkarlanıb. Polisin versiyasına görə, o, kənd yarmarkasından evə qayıdarkən üç dost qarşısını kəsib. Hadisə il

18.12.2025 261
.

"Sizin heç birinizə borcum yoxdur" - Zaur özündən çıxdı

"Nə mənim, nə də çalışdığım kanalın heç kəsə borcu yoxdur. Bura gələn insanlar dərdlərini danışır, biz də qurumlardan xahiş edib onu həll edirik. Kiminsə "Mənə bunu etmədiniz" deyib gileylənməyə haqqı yoxdur. Mən də insanam. xəbər verir ki, bu sözləri aparıcı Zaur Baxşəliyev deyib. O

18.12.2025 530
.

Mobil operatorların illərdir iflic olan zəng mərkəzləri... Tarıma çəkilən əsəblər, saatlarla xəttdə gözləyən abonentlər

İllərdir mobil operatorların telefon mərkəzlərinə zəng etdikdə abonentlər ən azı 30-40 dəqiqə xəttdə gözləyirlər. Zəng zamanı abunəçilər sözün əsl mənasında operatora bağlanmaq uğrunda mübarizə aparırlar. Mobil rabitə sahəsində qiymətlərin günü-gündən bahalaşdığına baxmayaraq, xidmət səviyyəsi və keyfiyyə

12:09 148
.

Ukrayna üçün milyardlıq kredit: Avropada çat yaranır

Macarıstan, Çexiya və Slovakiya 2026-2027-ci illər üçün Ukraynaya ayrılması nəzərdə tutulan 90 milyard avroluq sıfır faizli kreditdə iştirakdan qanuni şəkildə imtina ediblər. xarici mediaya istinadən xəbər verir ki, bu barədə TASS Avropa İttifaqının (Aİ) Ukrayna üzrə sammitinin yekun bəyanatına əsasə

10:45 142
.

1 milyon manatlıq dələduzluq edənlərə HÖKM OXUNDU

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə "056" avto salonunun sahibləri, 14 nəfərə qarşı bir milyon manatlıq dələduzluq edən Fərid Cəlalov və Kamil Habillinin cinayət işi üzrə məhkəmədə hökm oxunub. xəbər verir ki, məhkəmə Kamil Habillinin və Fərid Cəlalovu

18.12.2025 244
.

TOP MP3