Kişilərin bu sözləri eşitmək üçün ürəyi gedir

Kişilərin bu sözləri eşitmək üçün ürəyi gedirXoşbəxt sevgi yaşamaq üçün bu sözləri sevgilinizə də söyləyin. Sevgilinizlə münasibətlərinizə təkcə öz nöqteyi-nəzərnizdən baxmayın, özünüzü onun yerinə qoyub qərar verin. "Sevdiyim insandan bu sözləri eşitmək istəyirəm", deyərək xoşbəxt olmaq mümkün deyil. Çünki kişilər də ən az qadınlar qədər yaxşı sözlər eşitməkdən zövq alırlar. Adi xoş söz belə qadınlarda olduğu kimi kişiləri də gün boyu özünü yaxşı hiss etməsinə səbəb ola bilər. Bu da təbii ki, sevginin güclənməsinə yardım edir.

"Çox yaraşıqlısan" - Kişilərin eqolarının şişirdilməsindən xoşları gəlir. Belə bir tərif eşitmələri sizin xoşunuza gəlməyi bacardıqlarını təsdiq edir. Xoş söz incikliyi və küskünlüyü də aradan qaldırmağa qadirdir.

"Təşəkkür edirəm" - Kiçik təşəkkür hər şeyi dəyişdirir. Sizin üçün iş gördüyü, ya da kömək etdiyi zaman bir təşəkkürü ona çox görməyin. Hətta təşəkkürünüzü onu sevindirə biləcək dərəcədə söyləyin. Sizə bir fincan qəhvə gətirdiyi, sizin üçün qapı açdığı zaman və.s işlərdə onun zəhmətini qiymətləndirin. Bir şeyi yaxşı gördükdə və qarşılığında "təşəkkür"lə mükafatlandırıldığı zaman eyni hərəkəti yenə təkrar edəcək.

"Sənə güvənirəm" - Hər şeyi öz nəzarətinizdə saxlamaqdan vaz keçsəniz, yaxşı olar. Bəzi işləri həyat yoldaşınızın ixtiyarına buraxın. Nəticə o qədər də mükəmməl olmaya bilər, amma ən azı cəhd etdiyini görüb qiymətləndirərsəniz. Sizin ona güvəndiyinizi hiss etməyə ehtiyacı və haqqı var. Güvənin sevgini gücləndirdiyini unutmayın. Kişilər qarşılıqlı olaraq güvənə və inana biləcəyi qadını daha çox sevir.

"Sənin yanındayam" - Başına nə gələrsə, hər zaman yanında olacağınızı hiss etdirmək ona olan bağlılığınızı göstərir. Dünya ona qarşı olsa belə, sevdiyi qadının ona inandığı və güvəndiyini bilmək hər bir kişini xoşbəxt edir. Ona necə dəyər verdiyinizi hər fürsətdə göstərin.

"Dinləyirəm" - Kişilər qadınlardan fərqli olaraq problemləri olduğu və sıxıldıqları zaman danışrlar. Bu halda onun yaxasından yapışıb danışdırmağa çalışmaq yerinə onun üçün orada olduğunuzu, onun istədiyi vaxt dinləməyə hazır olduğunuzu bilməsini təmin edin. Bir-birini dinləyə bilən cütlüklər həm daha xoşbəxt, həm də depressiya riski daha aşağı olur.

"Sabahın xeyir, əzizim! Gəl səni öpüm... " - Bu sözləri eyni ilə deməsəniz də, olar. Amma bunu istədiyinizi sevgilinizə göstərməlisiniz. Səhər yuxudan qalxandan xoş sözlər eşitməkdən, sevgi və qayğıdan hansı kişi imtina edər ki? Həm də gecə cinsəl əlaqədə olmaq istədiyinizi bu şəkildə bildirə bilərsiniz. Niyyətinizi özü başa düşəcək.

"Üzr istəyirəm" - İki insan arasında həmişə hər şey qaydasında olmur. Hərdən mübahisələr də ola bilər. Hətta "Çəkişməsən, bərkiməzsən" deyirlər. Yəni, mübahisələr sevginin duzu-istiotudur. Belə hallarda otaqdan çıxın və dərin nəfəs alın. Geri qayındanda isə üzr istəmək ən yaxşı çıxış yoludur. Mübahisəyə səbəb olan mövzunu uzadıb, mübahisəni böyütməyin. Mübahisənin böyümsəninin qarşını almaq üçün üzr istəmək ən yaxşısıdır. Qadınların çox emosional olduğunu nəzərə alsaq, özünüzü bəzən saxlaya bilmərsiniz. Ancaq sakitləşəndən sonra mədəni şəkildə üzr istəməyi bilməlisiniz. Təbii ki, eyni hal qarşı tərəf üçün də keçərlidir. Beləcə aranızdakı hörməti itirməmiş olarsınız.

"Dostların çox əyləncəlidir" - Həyat yoldaşınızın dostları ilə vaxt keçirməkdənsə, evdə oturub seriala baxmağı üstün tuta bilərsiniz. Amma unutmayın ki, ərinizin dostları siz onun həyatında olmazdan əvvəl var idi və onu hər şeyi ilə qəbul etməlisiniz. Həyat yoldaşınızın sosial çevrəsinə daxil olaraq onu başqalarının gözü ilə görə bilər və niyə onunla birlikdə olduğunuzu bir daha xatırlaya bilərsiniz.

"Əzələlərin çox böyüyüb" - Həyat yoldaşınız idman salonuna gedir və güzgüdən gözünü çəkə bilmir? Amma hələki nəzərə çarpacaq dərəcədə dəyişilik yoxdur. Bu halda nə etməlisiniz? Təbii ki, ağ yalana əl atmalısınız. "Çox güclü görünürsən" deyərək, onu idman etməyə həvəsləndirməlisiniz. Çünki onun sağlamlığının qeydinə qaldığını və daha yaxşı görünməsini istədiyinizi bəlli etmiş olursunuz.

"Çox dadlı idi" - Bütün kişilər qadınlar tərəfindən dəstəklənməyə və cəsarətləndirməyə ehtiyac duyurlar. Hətta yemək hazırlamaqda da... Hazırladığı yemək çox dadlı olmasa da, ona zəhmətindən dolayı dəyər verin. Əgər hazırladığı yeməyin çox pis olduğunuz desəniz, bir daha yemək hazırlamaq istəməyəcək.

"Səninlə qürur duyuram" - Kişilər yaxşı iş gördüklərindən əmin olmaq istəyirlər. Özünüz bilirsiniz ki, performans kişilər üçün çox əhəmiyyətlidir. Onunla qürur duyduğunuzu ifadə etməkdən çəkinməyin.

"Bred Pitdən daha yaraşıqlısan" - Ağ yalandan heç kimə zərər gəlməz... Onun özünün yaxşı hiss etməsi üçün nə qədər yaraşıqlı olduğunu deməlisiniz. Hətta Bred Pitlə müqayisə bahasına olsa belə... Sizin gözünüzə hər kəs tərəfindən yaraşıqlı qəbul edilən birindən belə daha yaraşıqlı göründüyünü söyləyərək onu sevindirə bilərsiniz.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 12839   Tarix: 26 iyul 2016  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bakıda dördəm doğulub - VİDEO

Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları

15.09.2021 942
.

Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO

Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları

14.09.2021 2022
.

Üz dərisini ağardan unikal vasitə

Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində

13.09.2021 741
.

Nərimanov rayon Montin qəsəbəsində tam təmirli mənzil satılır!

TƏCİLİ ŞƏXSİ ƏMLAKIMI SATIRAM !Nərimanov rayonu Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Tikili sahəsi 52 kv.m olan mənzil yataq otağı, zal+studio mətbəx, sanitar qovşaq, dəhliz və iki eyvandan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistem

15.09.2021 1181
.

3 milyon dəyərində sendviç hazırlandı - Ən bahalı qidalar

Dünyanın ən bahalı sendviçi hazırlanıb. Axşam.az-a istinadən xəbər verir ki, sendviç almaniyalı rəssam Tim Bengel tərəfindən saf qızıl istifadə olunaraq düzəldilib. Həmin qida 3 milyon dollar dəyərində qiymətləndirilib. Qeyd edək ki, bu ilk belə baha qida məhsulu deyil. Dünyanın ən bahalı yeməklərin

17.09.2021 877
.

"Atam anama deyirdi ki, mənə raxit övlad lazım deyil, at onu uşaqlar evinə" - 21 yaşlı "rezin qız"

Hal-hazırda 21 yaşım var, doğuşdan 5 yaşına kimi mən nə danışmışam, nə də yerimişəm. Allah bu rezinliyi oyuncağım olaraq vermişdi mənə. Anormal olsam da, əyilib-büzülürdüm, ayağımı başıma, başımı ayağıma qoymasaydım qala bilmirdim, çox sıxılırdım". Bunu -a anadangəlmə qeyri-adi istedada malik, "rezi

12.09.2021 5476
.

DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı

Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın

15.09.2021 1292
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

13.09.2021 1024
.

TOP MP3