Naxış Mustafayeva: Qoy nəvələrim də Çingiz kimi olsunlar

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin doğum günüdür. Bir çoxlarımız üçün o, peşəkar reportyor, bəzilərimiz üçün bir idealdır. Müsahibimiz Naxış Mustafayeva üçün isə o, sadəcə olaraq 19 il bundan əvvəl Qarabağda itirdiyi oğuldur.

Naxış Mustafayeva: Qoy nəvələrim də Çingiz kimi olsunlarNaxış xanım ilə öz evində, nəvəsi Fuadla (Çingiz Mustafayevin oğlu red.) birgə söhbətləşdik.

- Deyirlər ki, vaxt hər şeyin dərmanıdır. Vaxt yaranıza az da olsa, məlhəm olubmu?
- Qətiyyən yox. 19 ildir mən onun yolunu gözləyirəm. Görünür, o küsüb gedib, məni gözləyir. Axır vaxtlar yuxuma da gəlmir. Ancaq Fuadın səsini eşidəndə bir az təskinlik tapıram. Vahid, Seyfulla çalışırlar ki, çox fikir çəkməyim. Amma ürəkdəki ürəkdə qalır...

- İndi Çingiz yoxdur. Amma artıq 6 nəvəniz var. Onlar yəqin sizi ovundurur.
- Əlbəttə... İndi Çingizin oğlu Fuad Almaniyada təhsil alır. Nə vaxt desəm ki, Fuadı istəyirəm. O dəqiqə təşkil edirlər gedirik Fuadın yanına. Amma ürəkdəki yara sağalmır.

11 il mən hər gün onun qəbri üstünə getmişəm. 1 həftə idi, Almaniyada idim. Gələn kimi getdim qəbri üstünə. Öpüb qəbrini dedim ki, bağışla burada yox idim, cüməaxşamı gələ bilməmişəm.

Həmişə deyirəm ki, Allah onun qalan ömrünü, iki qardaşına və bir balasına versin. Onlar onu yaşatsın.

Naxış Mustafayeva: Qoy nəvələrim də Çingiz kimi olsunlar-Çingiz arxada 9 aylıq körpə qoymasına baxmayaraq, qorxmadı, cəsur oldu. Seyfulla və Vahid Mustafayevlər də elə qaynar nöqtə yoxdur ki, orada olmasınlar. Mənə həmişə maraqlı idi ki, siz onları necə
yetişdirmisiniz?
- Yəqin ki, bu bizim verdiyimiz tərbiyədən əlavə qanla, genlə gələn bir şey idi. Mənim atam da müharibəyə gedib. Müharibədən I qrup əlil qayıdıb. Biz beş uşağı atam 3 barmağı ilə böyüdüb. Bir əli ümumiyyətlə işləmirdi, bir əlində isə 3 barmağı var idi.

Bundan başaqa, Çingizin əmisi Çingiz Mustafayev 30-cu illərin repressiyalarının qurbanı oldu. 17 nəfəri tutmuşdular. Aralarında o da var idi. Hamısı boynuna almışdı ki, guya nə isə planlaşdırıblar. Təkcə, Çingiz boynuna almırdı. Başına nələr gətirmişdilər. Sonra buraxdılar. Amma artıq xəstə idi. O vəziyyətdə olub ki, geri qayıdıb ki, gedə bilmirəm. 20 yaşı var idi. Göyçayda rəhmətə gedib. Onun adını oğluma qoymuşduq. Eyni taleni yaşadılar...

Bundan əlavə, bir əmim ümumiyyətlə müharibədən qayıtmadı. Yoldaşım da hərbçi idi. Görünür, bütün bunlar Çingizə təsir edib. Üstəlik, o, tibb institutunu bitirsə də, orta təhsilini Naxşıvanski adına hərbi məktəbdə almışdı.

-İndi nəvələriniz var. İstərdiniz ki, onlar da Çingiz kimi qorxmasınlar, cəsur olsunlar.
-İş belədir ki, mən desəm ki, ora getməyin, əksinə gedəcəklər. Elə Fuadın özü, desəm ki, getmə. Deyəcək ki, niyə getməyim? Gedirəm!

Sözsüz ki, belə olmalarını arzulamıram. İstəyirəm ki, cəsur olsunlar, qorxmaz olsunlar. Amma Vətənə qurban olmasınlar. Sağ qalıb Vətənə qulluq etsinlər.

Eyni sualı Fuada da ünvanladıq

Naxış Mustafayeva: Qoy nəvələrim də Çingiz kimi olsunlar-Heç demisən ki, ata, kaş belə etməyəydin. Bizi tək qoymayaydın.
-Əvvəllər fikirləşmişdim. Anama görə, çünki anam ağlayırdı, əziyyət çəkirdi. Amma mənə hər şey normal gəlir. Düşünürəm ki, atamın belə etməsi lazım idi. Mən atamın tərəfindəyəm.
Mən başa düşdüyümə görə, atam üçün ən vacibi Vətən, anası, sonra mənim anam olub. Bu Vətən onun üçün daha vacib idi. Mənə də Vətən çox vacibdir. İndi mən Almaniyada oxuyuram və ali təhsil alacam. Amma mən heç vaxt əcnəbi sayıldığım ölkədə daima qala bilmərəm. Hər yay nənəmi görməyə gələndə, Bakının hava limanında artıq insanların istiliyini hiss edirəm və deyirəm ki, bəli, mən Vətəndəyəm. Bəlkdə də sizə qəribə gələcək. Amma mən hər yay ANS-də oluram. Və heç kim mənə nə etməli olduğumu demir. Mən yalnız həvəsim olan şeyləri edirəm. Elə bu yaxınlarda ANS-in dəhlizində idim. Eşitdim ki, müxbirlər qaçırlar operator axtarırlar. Soruşdum ki, hara gedirsiz, dedilər Pakistanda qəzaya uğrayan təyyarədə həlak olan Milli Qəhrəman oğlunun ailəsi ilə müsahibəyə gedirik. Dərhal kameranı götürüb onlarla getdim. Bunu mənə heç kim məcbur etmir. Amma hər halda gen öz sözünü deyir.

-Naxış xanım Çingizi həkim görmək istəyirdiniz. Bəs Fuadı necə?
-Fuad iqtisadçı olacaq. Gəlib Azərbvaycanı düzəldəcək. (Gülür..)

Naxış Mustafayeva: Qoy nəvələrim də Çingiz kimi olsunlarNaxış Mustafayeva: Qoy nəvələrim də Çingiz kimi olsunlarNaxış Mustafayeva: Qoy nəvələrim də Çingiz kimi olsunlar


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 14878   Tarix: 02 sentyabr 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789