DİQQƏT! Energetik içkilər öldürür - sübut olundu

DİQQƏT! Energetik içkilər öldürür - sübut olunduBir bankada yuxu qovan, yorğunluğu aradan qaldıran, konsentrasiyanı dəfələrlə artıran, uzunmüddətli enerji mənbəyinin olması necə də cazibədar görünür! Əgər cibində cəmi 2-3 manatın varsa, səhərə qədər gecə klubunda rəqs edə bilərsən, imtahandakı bütün sualları yazıb gələcək taleyini həll edə bilərsən, istəsən qarşındakı divarı bir yumruqla uçura bilərsən, ən əsası da "qanadlana" bilərsən...

Bu içki ilə günə başlayan, hətta Ramazan ayında energetik içki ilə imsak edən insanlar var. Amma enerji verici içkilərin "qanadlandırması" ilə bağlı yayılan miflərlə yanaşı, zərərləri ilə bağlı faktlar da kifayət qədərdir. Xarici mətbuata bir neçə dəqiqəlik səyahət yetərlidir ki, yüzlərlə belə fakt tapasan. Məsələn, 2001-ci ildə İçveçdə 30 yaşlı Tereza diskotekada iki banka energetik içki ilə spirtli içkini qarışdıraraq içdikdən sonra ürəyi dayanıb. 18 yaşlı basketbolçu Ross Kuni 3 banka energetik içki qəbulundan sonra elə idman meydançasında dünyasını dəyişib. Bunlar mətbuatın yazdıqlarıdır, yazmadıqları, xəbərsiz olduqları isə "N" qədərdir.

Hətta bir müddət əvvəl energetik içkilərin tərkibinə öküz spermasının qatılması ilə bağlı məlumat da yayıldı. Foto ilə paylaşılan xəbərdə spermanın və sidiyin tərkibindən taurin maddəsinin alınaraq energetik içkilərə qatıldığı bildirilirdi.

Araşdırmalara görə, yalnız 2005-ci ildə kofeinin həddən artıq dozada qəbulu zamanı 1000-dən artıq insan dünyasını dəyişib. 2008-ci ildə bu rəqəm 16000-dən çox olub. Bəs həqiqətənmi energetik içkilər insana bu qədər güclü təsir edir, enerji verir, yoxsa bizdən pul qoparmaq üçün istehsalçıların növbəti tələsidir? Doğrudanmı, biz bir banka içki ilə həyatımızı riskə atırıq?

Kofein, taurin, quarana, asginin...

Araşdırmalara görə, bütün mağazalarda satılan bir banka enerji verən içkinin tərkibində 0,5 l su, 75 mq kofein, 500 mq taurin, şəkər, qlükoza, qlükoronolakton, rəngverici, aromatizator, limon duzu, duzluluğu tənzimləyici, karbon 4 oksid, və bəzi vitaminlər var. Ekspertlər hesab edirlər ki, əksər televiziyaların "qanadlandırıcı" kimi reklam etdiyi "XL", "Pitbull", "Rox", "Red Bull", "Hell", "Jaquar", "Blue", "Reo Line", "Monster" və s. kimi içkilər əslində daha çox insanı öldürür. Onların insana əlavə enerji verməsi ilə bağlı iddialar yanlışdır. Yəni əslində bu içki insana enerji vermir, onun daxilindəki enerji ehtiyatını xərcləyir. Gec-tez biz bu enerjini yorğunluq, yuxusuzluq, əsəb və depressiya şəklində faizlə geri qaytarırıq. Aminturşular, karbon oksid, mineral və vitaminlərə gəlincə isə, onlar enerji sərfinin bir hissəsini ödəyir. Alkoqolsuz energetik içkilərində sintetik kofeinin miqdarı gündə istifadəyə icazə verilən 150 mq dozadan yuxarı olub, 320 mq/l-a qədər təşkil edir.

İstənilən başqa stimulyator kimi, kofein də əsəb sisteminin gərilməsinə gətirir. Onun təsiri orta hesabla 3-5 saat qalır. Bundan başqa, kofein insanda asılılıq yaradır. Mümkün dozanın aşılması halında əlavə təsirlər meydana çıxır: taxikardiya, əsəbilik psixoloji gərginlik və depressiyaya səbəb olur.

Energetik içkilərin zərəri sübut olunub

Tibb üzrə ekspert Adil Qeybullanın virtualaz.org-a bildirdiyinə görə, energetik içkilərin zərəri sübuta yetirilib:

"Energetik içkiləri hazırlayan zaman orqanizmi stimulyasiya edən maddələrdən istifadə olunur. Bunların içərisində insanların ən çox tanıdığı kofeindir. Bu maddələr orqanizmdə stimulyasiya yaradaraq ürək fəaliyyərini artırır, arterial təzyiqi yüksəldir. Daimi olaraq bu cür maddələrin təyin olunması ürəyi yorur. Adətən bu cür xəstələtrdə taxiaritmiyalar müşahidə olunur. Bu kardiomiopatiyaya qədər gətirib çıxara bilir. Bu içkilərin ziyanlı olması sübuta yetirilib. Onların uzun zaman qəbulu məqsədəuyğun deyil. Texnologiyanın düzgün olmaması ilə bağlı zəhərlənmə halları da ola bilər".

Ekspert də son vaxtlar naməlum mənşəli energetik içkilərin sayının çoxaldığını və xüsusən də gənclər arasında meylin artdığını deyir.

Araşdırmalara görə, energetik içkilərdən daha çox gənclər, xüsusən də, 17-24 yaş arası kişilər istifadə edirlər. Bəzi Avropa ölkələrində qadağan edilən bu içkilər bəzi ölkələrdə, o cümlədən, Fransa, Danimarka, Norveçdə yalnız apteklərdə satılır.

"İnsan onu içəndə heyvana çevrilir"

Energetik içkilərin mənfi təsirləri ilə bağlı araşdırma aparan Azərbaycan Su İstehsalçıları Birliyinin sədri Dövlət Məmmədovun virtualaz.org-a bildirdiyinə görə, əslində bu içkilər 3-cü tip ölkələr, o cümlədən Afrikanın bir sıra geridə qalmış ölkələrinin əhalisi üçün nəzərdə tutulub:

"Energetik içkilərin hamısının adı heyvan adları ilə bağlıdır. Bu onunla əlaqədardır ki, insan onu içəndə "heyvanın günü"nə düşür. Bu içki əslində heç bir enerji vermir, əksinə qan dövranını sürətləndirir, təzyiqi qaldırır. Onu ilk dəfə amerikalılar Vyetnam müharibəsində öz əsgərlərinə veriblər. II Dünya Müharibəsi vaxtı sovet ordusunda da əsgərlərə döyüşdən əvvəl araq verilirdi. Bu içkinin 2-3 qabını içən adam elə bil yarım litr araq içir. O, özünü dünyada ən qoçaq adam hesab edir, heç nədən qorxmur. Bəzi Avropa ölkələrində enerji verən içkilərin satışı qadağandır. Bəzi ölkələrdə isə satışına yalnız apteklərdə icazə verilir. Energetik içkilər əslində 3-cü tip ölkələrə, bir sıra geridə qalmış Afrika ölkələrində əhali üçün nəzərdə tutulub".

Ekspertin sözlərinə görə, 18 yaşınadək uşaqlara, yaşlılara, qan təzyiqi yüksək olan, ürəyi zəif olan insanlara, hamilə qadınlara energetik içki içmək olmaz. Bu həm də kişi və qadınlarda sonsuzluq yaradır, hətta bəzən narkomaniyaya yol bu içkilərdən keçir:

"Əgər biz uşaqlarımızı sağlam görmək istəyiriksə, bilməliyik ki, bu araqdan və siqaretdən çox dəhşətlidir. Hələ heç kim oxumur, hamı alıb içir. Burada səhiyyə işçiləri susurlar. Məlumat vermirlər. Bununla bağlı həyacan təbili çalınmalıdır. Heç kim bu içkidən zəhərlənmə və ya ölüm faktı ilə bağlı arayış verməyəcək. Çünki bu biznes elə qurulub. Məncə, respublikanın baş pediatri bununla bağlı təcili tədbir görməlidir".

Artıq bu içkinin Azərbaycanda da istehsal olduğunu deyən mütəxəssisin sözlərinə görə, bir neçə il əvvəl parlamentdə qadağan edilməsi ilə bağlı müraciət etsə də, nəticəsi olmadı.

Qadağa heç nəyi dəyişməyəcək?!

Energetik içkilərin zərərli olmasını rəsmilər də təsdiqləyirlər. Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Musa Quliyevin virtualaz.org-a bildirdiyinə görə, bu içkilərin qadağan olunması heç nəyi dəyişməyəcək. Əksinə, satış şəbəkəsini azaltmaq və qiymətləri qaldırmaqla zərərli içkidən istifadə edənlərin sayını azaltmaq olar.

"Energetik içkilərin, xüsusən də, yeniyetmələr tərəfindən istifadə edilməsi məqsədəuyğun sayılmır. Çünki bunun orqanizmə heç bir faydası yoxdur. Onun tərkibində çox ziyanlı maddələr var. Çox içəndə psixoloji asılılıq yaradır, səhhətə, o cümlədən ürək-damar sisteminə, qan təzyiqinə mənfi təsir göstərir. Qadağan olunması və ya satışının apteklərə keçirilməsi üçün gərək hökumətin müvafiq qurumları tərəfindən monitorinq aparılsın. Müəyyən olunsun ki, nə qədər istifadə halları var və nə qədər ağırlaşmalar var. Valideynlər də öz övladlarına nəzarət etməlidirlər. Qadağa heç nəyi həll etmir. Əgər qadağan olunsa, başqa yollarını axtarıb tapacaqlar. Bu zaman spirtli içkilərə və ya narkotiklərə meyl artacaq. Bunu apteklərə keçirsək, nə olacaq? Marketdən aldıqlarını gəlib aptekdən alacaqlar".

Millət vəkili hesab edir ki, məsələyə sağlam münasibət bəsləmək lazımdır. Yəni energetik içkilərin satışını tənzimləmək olar. Qiymətləri bahalaşdırmaq və ya satış şəbəkələrini azaltmaqla energetik içki istifadəçilərinin sayının azalmasına nail olmaq olar.


BiG.Az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 6183   Tarix: 17 iyul 2016  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Saçlarını uzatmaq istəyən xanımlara 7 MƏSLƏHƏT

Saçların tez uzanması üçün bir sıra şərtlərə əməl etmək lazımdır. -a istinadən bildirir ki, mütəxəssislərin verdiyi 7 məsləhəti gözardı etmək olmaz:. 1. Saçların sürətlə uzanması üçün tez-tez saçqıranları təmizləmək lazımdır. 2. Saçlarınızı çox isti və çox soyuq su ilə yumayın. İsti su saç köklərin

19.08.2021 1451
.

COVID-19-u öldürən maska

Meksika Milli Muxtar Universitetinin tədqiqatçıları, COVID-19-a səbəb olan SARS-CoV-2 virusunu zərərsizləşdirə bilən unikal SakCu qoruyucu maska ​​hazırlayıblar. -ın -a istinadla verdiyi xəbərə görə, o, gümüş və misdən ibarət üç nano qatdan ibarətdir. Yaradıcıların fikrincə, gümüş və misdən ibarət bi

31.08.2021 1798
.

"Delta"dan sonra yeni mutasiya daha sürətlə yayılır

Cənubi Afrika tədqiqatçıları yeni koronavirus variantının aşkarlandığını açıqlayıblar. Alimlər 2021-ci ilin may ayında C.1.2 adlı bir mutasiya aşkarladıqlarını açıqlasalar da, bu variantın ilk dəfə Uhanda aşkar edilən COVID-19-dan daha çox fərqləndiyini bildiriliblər. -a istinadən xəbər verir ki, Cənub

30.08.2021 1188
.

"Miasteniya Gravis" xəstələri vaksin vurdura bilər? - AÇIQLAMA

Elə xəstəliklər var ki, tibb elmi səbəblərini 100 illərdir, sonadək müəyyən edə bilmir. XVII əsrdən tibbə bəlli olan Miasteniya ("əzələ zəifliyi" anlamını verir) xəstəliyi də bu siyahıya aiddir. Miasteniya - immunitetin pozulması nəticəsində baş qaldıran klassik autoimmun əsəb-əzələ xəstəliyidir

08.09.2021 863
.

Yay aylarında çəki atmaq istəyənlərin NƏZƏRİNƏ!

Sizə "Lipotrim" arıqladıcı kapsullarını təqdim edirik:. 1 İştahı kəsir ✔️. 2 Metobalizmanı gücləndirir✔️. 3 Piy qatlarını əridir✔️. 4 Kapsullar bitki tərkibli və ziyansızdır. Bir kurs ərzində orqanizmdən asılı olaraq qadınlarda 1 aya 20 kq və kişilərdə arıqlamaq mümkündür. Səhər tezdən ac qarın

23.08.2021 561
.

Vitamin artıq qəbul olunarsa nələr baş verər? - XƏBƏRDARLIQ

Koronavirus pandemiyası dövründə immun sisitemini gücləndirmək üçün D vitamininə tələbat artıb. Bu gün çoxları immuniteti gücləndirmək üçün əlavə olaraq D vitamini qəbul edir. Çox zaman isə bu, qanda D vitamini səviyyəsini öyrənmədən, həkim tövsiyəsi olmadan baş verir. Mütəxəssislər isə bildirir ki

11.09.2021 998
.

Əncirlə süd - 10 dərdə dərmandır

İnsan orqanizminə ən faydalı qidalar sırasında süd, bal, yumurta, əncir və s. bir çox qida məhsullarının adını çəkə bilərik. Ayrı-ayrılıqda onların hər biri insan orqanizmini lazımı vitaminlərlə təmin edir. Bəs siz südlü əncirin inanılmaz faydalarını bilirdinizmi?. xəbər verir ki, əncirin insan sağlamlığın

10.08.2021 2433
.

Saç tökülməsi sizi qorxutmasın - ÇARƏ TAPILDI

Saçlarınızın tökülməsi sizi narahat edir? "BLACK SERUM" saç losyonu ilə bunun qarşısını almaq indin daha rahatdır. - Saç tökülməsinin qarşısını alır. - Yeni tüklər əmələ gətirir. - Saçlar daha tez uzanır. - Saçda kəpəyin qarşısını alır. - Saç yağlığını aradan qaldırır. - Saç tökülm

08.09.2021 598
.

ŞOK: Uşaqların müalicəsində istifadə olunan dərmanın tərkibində də "patı" var

Son zamanlar dillərdən düşməyən, xüsusilə gənclər arasında yayılan və "patı", "şüşə" adı ilə tanınan metamfetamin digər narkotik vasitələrdən nə ilə fərqlənir? Eyni zamanda "patı"dan asılılığın müalicəsi nə dərəcədə mümkündür?. xəbər verir ki, Bakı Şəhər Narkoloji Mərkəzi

07.09.2021 3113
.

TOP MP3