Türkiyədə yaşama izni alan Sima azərbaycanlıları aşağıladı: "Cahil, boşboğaz, mədəniyyətsiz..."

Türkiyədə yaşama izni alan Sima azərbaycanlıları aşağıladı: "Cahil, boşboğaz, mədəniyyətsiz..."Yaxın dostunun toyuna Bakıya gələn model Sima Şərafətdinova həmvətənlərindən narazılığını dilə gətirib.

BiG.AZ xəbər verir ki, Türkiyədə yaşama izni alan , "İşte benim stilim" proqramının qalmaqallı azərbaycanlı iştirakçısının sosial şəbəkədəki paylaşımında azərbaycan vətəndaşları təhqir olunub.

Paylaşımı təqdim edirik:

"Əziz dostumun toyuna 2 günlük Bakıya gəldim. 3 parfümümü (1-i Türkiyədə satılmayan və yeni aldığım) olmaqla sərhəddə əlimdən aldılar. Və yolda 80 yaşlı ahı gedib, vayı qalmış dayday qayıdıb yaşam bəlirtisi olaraq sadəcə nəfəs alan arvadına deyir ki, bu lap skeletdir ki...Ah, ah... İnsanların həyatlarına və görünüşlərinə o burnunuzu soxmaqdan haçan əl çəkəcəksiniz? Və AZAL-ın stüardessaları az qalmışdı ki, uje Hitler bığı yapışdırıb əmr verə. Onsuz da baqaja və içkilərə pul alırsınız, heç olmasa işə götürəndə bir az xoşdilli stüardesalar seçin. Hələ təyyarədə qabağımdakı kişi az qaldıkı məni əzə...Məndən öncə düşmək istəyirdi. Ay insan övladı, onsuz da ya 20 saniyə tez ya da gec çıxdın, qarşındakı xanımın gərək 60 yaşı olsun ki hörmət qoyasan? Hələ qaqaş mənim qolumu əzdi və çöndü bir üzr istəmək yerinə tərs-tərs də baxdı. Keçən dəfə də İstanbuldan gələndə azərbaycanlı bir xala gəldi, sırada keçdi qabağıma. Deyir yaxşı eledim. Dedim zəhmət olmasa sıranızı gözləyin. Hələ qayıdıb təhqir də etdi. Şükür eləsin yanımda anam və anamın verdiyi tərbiyəm var idi. O cavabı ona çox yaxşı yedirərdim yoxsa. Türk vətəndaşları üçün olan yoxlamadakı oğlan da dedi ki, bəs Sima xanım, sizin bildiyim qədəri ilə Türkiyədə oturma izniniz var. Siz də türk vətəndaşlarının sahib olduğu hüquqlara sahibsiniz. Sıra gözləmədən burada keçə bilərsiniz. Getdim qəşəng sırasız keçdim, getdim. Xalanın qabağında isə 50 nəfərlik sıra... Qaldı yana yana.

Mənim tanıdığım imkanı olmayan və ya yaşı az, amma insanlığı o qədər yüksək insanlar var ki...Yaşla, ağbirçekliklə, ya da millətlə deyil. Düşüncə ilədir. Zəka sıfır, mədəniyyət yox, uğur yox və əllərindən gələn tək şey boş-boş danışmaqdır. Qoy danışsınlar. Heç vaxt belə boşboğazların nə danışdığı vecimə olmayıb. Məndən soruşurlar bu qədər şeyi necə bacardın?Cahil, sadəcə boş danışmağı bilən insanlara qarşı kar oldum. Və istədiyimi etdim. Sonuncu dəfə Bakıdan gedəndə söz vermişdim ki, çox önemli bir şey olmasa birdə gəlməyəcəm. Gəldim və yenə də köhnə hamam, köhnə tas..."

Türkiyədə yaşama izni alan Sima azərbaycanlıları aşağıladı: "Cahil, boşboğaz, mədəniyyətsiz..."


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 13975   Tarix: 17 iyul 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

"Sevgilinizin adını sponsor qoymayın" - VİDEO

Məşhur prodüser və müğənni Mədinə Məlik qalmaqallı açıqlaması ilə diqqət çəkib. -ə istinadən bildirir ki, "Elgizlə izlə" verilişinə qonaq olan ifaçı müğənnilərin sponsor adlandırdığı şəxslərin elə onların öz sevgililəri olduğunu vurğulayıb:. "Onun adı sponsor deyil. Biz elə deyəndə verilişi

30.04.2024 759
.

Aygün Kazımovanın sahildə çobanla maraqlı dialoqu - Video

Xalq artisti Aygün Kazımova sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. Axşam.az-ın məlumatına görə, Pop kraliça sahildə dincəldiyi anları izləyiciləri ilə bölüşüb. Görüntülərdə sahildə dayanan çobanın Aygün Kazımovanı tanıması və ona yaxınlaşması əks olunub. Onlar arasında maraqlı dialoq keçib

02.05.2024 5793
.

"Ailəmizin birlikdə olduğu son məclis" - FOTO

Nəvəsi Rəfiqə mərhum Əməkdar artist Cavanşir Məmmədovla bağlı yeni paylaşım edib. Axşam.az xəbər verir ki, o, öz nişan günündən foto yayımlayıb. Rəfiqə bildirib ki, son dəfə ailəsi həmin məclisdə bir arada olub. "Ailəmizin birlikdə olduğu son məclis" deyə, o, paylaşıma yazıb. Qeyd edək ki

29.04.2024 1112
.

Hüsniyyə Azərbaycandan köçdü

Aparıcı Hüsniyyə Məhərrəmova Azərbaycandan köçüb. Axşam.az xəbər verir ki, o, ABŞ-də yaşayır. Hüsniyyə artıq bir müddətdir ki, ora yerləşib. O bildirib ki, Bakıya yalnız tədbirlərə dəvət alanda gəlir

29.04.2024 1157
.

Bəhram "kənd-şəhər" söhbəti etdi, tənqid olundu

Əməkdar artist Bəhram Bağırzadə yenidən paylaşımı ilə gündəmə gəlib. OLAY yazır ki, sənətçi Heydər Əliyev Sarayının qarşısında yaranan növbənin videosunu çəkərək instaqramda izləyiciləri ilə bölüşüb. Aktyorun paylaşıma "şəhər mədəniyyəti" yazması, izləyicilərin hiddətinə səbəb olub. "Almaniyad

01.05.2024 929
.

Məşhur Xalq artistinin qızı nişanını qaytardı

Məşhur Xalq artisti Nəzakət Teymurovanın qızı Nigar Teymurova ailə quracağı şəxslə yollarını ayırıb. xəbər verir ki, Nəzakət Teymurova bununla bağlı qatıldığı proqramların birində açıqlama verib. O, qızı Nigarın təhsilini davam etdirdiyini bildirib. Qeyd edək ki, Xalq artisti qızı Nigar Teymurovanı

01.05.2024 1460
.

Britni Spirs boşandı

Adını River Red olaraq dəyişdirən müğənni Britni Spirs məşqçi həyat yoldaşı Sem Asqaridən rəsmi olaraq boşanıb. Axşam.az xəbər verir ki, bu barədə "PageSix" nəşri məlumat yayıb. Sənədlərə görə, 42 yaşlı müğənni müxtəlif zinət əşyaları və digər şəxsi əşyalarla yanaşı, cütlüyün toyuna qədər v

02.05.2024 328
.

Hamını aldadıblarmış…

Müğənni Təranə Qumralın qızı Qumral anasının yalan danışdığını etiraf edib. OLAY yazır ki, bu barədə o, "Xəbərin var?" verilişində danışıb. Qumral bildirib ki, anası 4-cü övladını dünyaya gətirməyib və "Rəngarəng səhər" verilişində edilənlər sadəcə şou imiş. O, "Bizim ideyamı

14:27 520
.

Pərvin çəkilişlərdə xəstəlik tapdı

Aktrisa Pərvin Abıyeva filmlərə çəkilməməyinin səbəbini açıqlayıb. OLAY yazır ki, o, bu barədə "Xəzər axşamı" verilişində danışıb. Abıyeva çəkildiyi layihələrdə ondan sponsor istədiklərini deyib. "İlk dəfədir bunu deyirəm. Amma artıq deyəcəyəm. Bilmirəm səbəbi nədir, məndənmi istəyirlə

30.04.2024 1075