Azərbaycanlı aktyor xilas oldu: DONOR TAPILDI

Azərbaycanlı aktyor xilas oldu: DONOR TAPILDIBöyrək çatışmazlığı xəstəliyindən əziyyət çəkən Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının aktyoru Rəhim Rəhimovun səhhəti ağır olaraq qalır.

BiG.AZ "Report"a istinadən xəbər verir ki, R.Rəhimovun hazırda müalicəsi davam edir. O bildirib ki, xəstəliyinin əsas səbəbi kreatinin yüksək olmasıdır:

"Kreatin aşağı düşsə, böyrəklərimin fəaliyyəti artacaq. Sonuncu müayinədən həkimlər böyrəklərimin fəaliyyətinin 2 faiz artığını və 31 faizə qalxdığını dedilər. Əvvəlki göstəricilər 29 faiz idi. Həkimlər ən yaxşı göstərici kimi böyrəklərin fəaliyyətinin 40 faizə qalxmasını göstərirlər. Əgər belə olsa, əməliyyatın müddətini bir qədər də uzatmaq olar".

R.Rəhimov qeyd edib ki, hazırda ağır müalicə alır:

"Ciddi pəhrizdə olduğuma görə çəkim xeyli azalıb. Yenə də ümidimi üzmürəm. Həkimlər deyirlər ki, orqanizmdən çox şey asılıdır. Belə xəstəliklə 6 ay, bir il böyrəkləri dəyişdirilmədən yaşayan adamlar var. Amma təbii ki, bu müvəqqətidir. Sonda yenə də əməliyyat və böyrək köçürülməsi zəruridir. Yaxın adamlardan biri donor olmağa razılıq verib".

Aktyor deyib ki, əməliyyatla bağlı son qərar sentyabrda veriləcək:

"Həmin vaxta qədər müalicəm davam edəcək. Növbəti həkim yoxlamasından avqustun 2-də keçəcəm".

R.Rəhimov bildirib ki, xəstəliyi ağır olduğuna görə müalicəsi böyük vəsait tələb edir:

"Hər ay müalicəmə 1000 manat pul xərclənir. 3 aydır işləyə bilmirəm. Bu mənə çox ağır gəlir. Hər zaman işləyən adam olmuşam. İndi mənə çox ağırdır".


BiG.Az Telegramda izləyin instagramda izləyin
  Baxılıb: 2178   Tarix: 13 iyul 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda qərargah rəisinin faciəli şəkildə ölümü ilə bağlı araşdırma başladı - FOTO

Xəbər verdiyimiz kimi, bu gün saat 08:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Xudat" sərhəd dəstəsinin Quba rayonunun Xınalıq kəndi yaxın­lığındakı sərhəd zasta­vasına xidməti tapşırığın icrası ilə əlaqədar hərəkət edən "UAZ" markalı xidməti avtomobil qəzaya uğrayıb

20.07.2020 2697
.

Gəncədə yaşayan Abbas Bağırov xalqa ÇAĞIRIŞ ETDİ - FOTOLAR

Müğənni Abbas Bağırovdan xəbər var. xəbər verir ki, hazırda Gəncədə yaşayan əməkdar artist "İnstagram" səhifəsində erməni vandllarının oktyabrın 10-da törətdiyi Gəncə hadisələri ilə bağlı paylaşım edib. Müğənni paylaşımına belə şərh yazıb:. "Azərbaycanın döyüş nöqtələrində və dinc əhalini

12.10.2020 3727
.

Röya hamilədir? - YENİ FOTOSU şübhələndirdi

Müğənni Röya Ayxanadan xəbər var. xəbər verir ki, Xalq artisti "İnstagram"səhifəsində etdiyi paylaşımı ilə diqqət çəkib. O, yenicə doğulmuş uşaq ayaqlarının fotosunu paylaşaraq "dəyməyin keyfimə" yazıb. Bununla da xalq artisti sevdiklərinin qəlbinə şühbə toxumu səpib

22.09.2020 34279
.

Deren Talu və Serenay Sarıkaya arasında QALMAQAL - "O sənin ögey anandır"

Gündəmdən düşməyən Serenay Sarıkaya və Cem Yılmaz cütlüyü ilə bağlı yeni xəbər var. türk mediasına istinadən xəbər verir ki, bu dəfə yeni bir iddia Cem Yılmazın keçmiş sevgilisi Defne Samyelinin qızı Deren Talu tərəfindən irəli sürülüb. Bir şampun brendinin çəkilişinə dəvət edilən Deren Talu həmin təklif

26.08.2020 5459
.

Yağışa görə sürət həddi azaldıldı

Yağışlı hava şəraiti ilə əlaqədar H.Əliyev prospekti-Hava limanı-Mərdəkan və Zığ-Beton yolu-Hava limanı yollarında sürət həddi bütün zolaqlar üzrə müvafiq olaraq endirilib. BNA-dan daxil olan məlumata görə, məqsəd yağışlı havada yol hərəkəti təhlükəsizliyinin təmin olunmasıdır:. "Bir daha bütü

17.08.2020 461
.

Düşmənin daha bir PUA-sı məhv edildi

Oktyabrın 14-ü günorta saatlarında cəbhənin Füzuli rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinə məxsus PUA bölmələrimiz tərəfindən məhv edilib. Bu barədə -a Müdafiə Nazirliyindən məlumat verilib

14.10.2020 1779
.

Bakıda AİLƏ FACİƏSİ - Bacısı uşağının ölümünə səbəb oldu

Bakıda 1 yaşlı uşağın ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib. -a istinadən xəbər verir ki, Xətai rayonu Əhmədli kəndində yaşayan şəxs BMW markalı avtomobilini arxaya doğru hərəkət etdirərkən bacısının 1 yaşlı övladının üzərindən keçib. 2019-cu ildə anadan olmuş və yenicə ayaq açıb yeriyən körp

10.09.2020 3185
.

Bərbərxana və gözəllik salonları yenidən bağlanır

Xəbər verdiyimiz kimi, iyunun 21-dən iyulun 5-dək Bakı, Sumqayıt, Abşeron, Gəncə, Yevlax, Cəlilabad, Lənkəran və Masallıda xüsusi məhdudiyyətlər tətbiq olunacaq. "Qafqazinfo"nun məlumatına görə, məhdudiyyətləri tətbiq olunduğu müddət ərzində bərbərxana və gözəllik salonları bağlanacaq. Bun

18.06.2020 2779
.

Hot Shapers Neotex - Arıqlama jileti

Məhsul haqqında. Bu, sizə arıqlamağa kömək edən innovativ vasit' - Hot Shapers' arıqlamaq üçün jilet. Neotex, xətti və daxili temperaturu artıran, "ağıllı" parça texnologiyasının tətbiqi ilə hazırlanıb.Sizin gündəlik işlər ilə məşğul olaraq bədəninizin tər tökmək vasitəsiylə artı

31.07.2021 296