Türkiyəni qarışdıran "canlı bomba" danışdı - "Mən orucam" - VİDEO

Türkiyəni qarışdıran "canlı bomba" danışdı - "Mən orucam" - VİDEOÖtən gün Türkiyənin Adana şəhərində cümə namazı zamanı yaşanan hadisənin bəzi təfərrüfatları bəlli olub.

BiG.AZ anspress-ə istinadən bildirir ki, bu barədə Türkiyə mətbuatı xəbər verib.

"Canlı bomba" olduğunu deyərək imamı girov götürmək istəyən 33 yaşlı Mahmud Kılıçarslanın əqli cəhətdən problemi olduğu iddia edilir. Kılıçarslanın İŞİD terror qruplaşmasına simpatiya bəslədiyi və üç dəfə Suriyaya getdiyi bəlli olub. Onun ailəsinin danışıqları nəticəsində Türkiyəyə geri gətirildiyi bildirilir. Hadisə zamanı onun üzərində partlayıcı olmayıb.

Onun qorxu yaratmaq istədiyi və ya İstanbuldakı hücumlardan təsirlənib fərdi olaraq belə bir hərəkət etdiyi ehtimal edilir. Mahmud Kılıçarslan polisə verdiyi ilkin ifadəsində "mən təbliğ vəzifəmi etdim" deyə bildirib.

Məlumata görə, məsciddə olan şəxslər tərəfindən tutularaq əlləri iplə bağlanıb polisə təslim edilən Mahmud - "Mən orucam. Mənə bir şey etməyin" deyə yalvarmağa başlayıb.

Aparılan araşdırma zamanı Kılıçarslanın Diyarbəkirin Çermik Mahalı qeydiyyatlı olduğu təyin edilib. Onun, həmçinin ailəsi tərəfindən də axtarıldığı ortaya çıxıb.

Dünən Türkiyənin Adana şəhərində cümə namazı zamanı yaşanan hadisə hər kəsi qorxuya salıb. Sabancı Mərkəz məscidində cümə xütbəsinə gələn əhali terror qorxusu ilə üz-üzə qalıb. Xütbə zamanı bir nəfər qəfildən ayağa qalxaraq imamın yanına gedib və onun əlindən mikrofonu alıb.

Şahidlərin sözlərinə görə, qara geyimli, saqqallı bir kişi "canlı bomba" olduğunu və özünü partladacağını deyib. "Belində sarı naqillər görünürdü. Sonra mikrofonu alıb dua oxudu. Vətəndaşlar qaçmağa başladılar. İzdiham zamanı əzilənlər oldu".

Lakin əhalinin müdaxiləsi ilə onu zərərsizləşdirmək mümkün olub. Namaza gələn onlarla insan tutulan gənci linç etməyə çalışıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2911   Tarix: 02 iyul 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999