Sumqayıtda 3 yaşlı uşaq əməliyyatdan sonra öldü - FOTO

Sumqayıtda 3 yaşlı uşaq əməliyyatdan sonra öldü - FOTOSumqayıt şəhərində fəaliyyət göstərən "Real Sağlamlıq Klinikası"nda 3 yaşlı Qurbanlı Arzu Sənan qızı burun-boğaz əməliyyatı sonrası dünyasını dəyişib.

BiG.AZ xəbər verir ki, azyaşlını lor həkim İlham Ağayev əməliyyat edib. Uşaq iyunun 30-da saat 12:10-da əməliyyata daxil olub, 13:00-da isə palataya köçürülüb. Həkim İlham Ağayev hər şeyin qaydasında olduğunu desə də, axşam saat 21:30-da azyaşlı dünyasını dəyişib.
Mərhumun yaxınlarının sözlərinə görə uşağın dəfn öncəsi yuyulma zamanı ağız nahiyəsindən qan dayanmadan axıb. Uşağın yaxınları deyir ki, həkim müsahibə verib ki, guya azyaşlı yediklərini qaytarıb deyə boğulub dünyasını dəyişib, amma əslində azyaşlı nə yediyini, nə də içdiyini qaytarmayıb.

Onların sözlərinə görə, həkim bu məsuliyyəti üzərindən atmağa çalışaraq bəzi informasiya agentliklərində səhv məlumat dərc etdirməyə çalışıb: "İlkin başdan sizə məlumat verək ki, ekspertiza rəyi hələ çıxmayıb. Amma həkim müsahibəsində artıq ekspertiza qərarının çıxdığını və həkimin günahsız olduğunu deyib. Bu tam dezinformasiyadır."

Olayla bağlı klinikaya müraciət edilib və orada özünü hüquqşunas kimi təqdim edən xanım bildirdi ki, uşağın ölümünün əməliyyatla əlaqəsi yoxdur, bu, ekspertizanın nəticəsi ilə də sübut olunub.

Uşağı əməliyyat edən həkim İlham Ağayev ATV.az-a açıqlamasında iddiaların əsassız olduğunu bildirib:

"Uşaq saat 13 radələrində əməliyyat olunub. Əməliyyat tam normal keçib və 4 saat sonra uşağa su və süd içməyə də icazə vermişik. Saat 17:30-a qədər klinikada olmuşam və dəfələrlə uşağa baş çəkmişəm. Uşaq ayılmışdı, danışırdı, su və süd içirdi, vəziyyəti tam normal idi və boğazından heç bir qan gəlməyib. Daha sonra xəstəxanadan çıxdım və təxminən 19 radələrində yenidən xəstəxanaya qayıdıb uşağa baş çəkdim, hər şey normal idi. Xəstəxanadan çıxandan sonra saat 20 radələrində danışmışam, xəstəxanadan bildirilib ki, uşağın vəziyyəti normaldır. Təxminən axşam saat 9-a qalmış uşaq qaytarıb. Daha sonra halı pisləşib, müdaxilələrə baxmayaraq, dünyasını dəyişib. Uşağın meyitini ekspertizaya göndərmişik və cavab çıxıb ki, ölümün əməliyyatla bir bağlılığı yoxdur. Sadəcə olaraq, qusuntu uşağın nəfəs borusuna düşüb, bunun nəticəsində də o, ölüb".

Uşağın valideynlərinin həkimi günahkar bilməsinə fikir bildirən İ.Ağayev bildirir ki, bu, artıq ekspertizayla da sübut olunub ki, həkimin səhvi yoxdur:

"Sadəcə aydındır ki, uşaq dünyasını dəyişdiyi üçün valideynlər məni günahkar bilir, bu subyektiv fikirdir. Ancaq ölümün əməliyyatla bir bağlılığı yoxdur".

Ailə üzvləri isə uşağın ölümündə həkimi günahkar bilir. İddialara görə, həkim burunla-boğaz arasındakı damarı kəsdiyi üçün uşaq dünyasını dəyişib.

Xatırladaq ki, bir neçə gün öncə 81 yaşlı tanınmış cərrah Cəfər Quliyevin əməliyyat etdiyi 3 uşaq anası dünyasını dəyişmişdi.

Sumqayıtda 3 yaşlı uşaq əməliyyatdan sonra öldü - FOTO


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 8120   Tarix: 02 iyul 2016  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

TOP MP3