Südün tərkibinə sabun, əhəng, təbaşir, turşu… qatılır

Südün tərkibinə sabun, əhəng, təbaşir, turşu… qatılırRusiyanın baytarlıq və fitosanitar nəzarəti xidməti (Россельхознадзор) yerli süd məhsullarının tərkibini yoxlayıb.

BiG.AZ bildirir ki, Rusiya mətbuatının yaydığı açıqlamada məhsullların istehsal dəyərinin azaltmaq və beləliklə də, mənfəət əldə etmək məqsədilə süd məmulatlarının tərkibinə nişasta, təbaşir, sabun, soda, əhəng, bor turşusu, salisil turşusu, hətta gips belə qatıldığı deyilir. Dövlət xidmətinin tənqid etdiyi şirkətlər yerli bazardan əlavə, həm də xarici ölkələrə məhsul satırlar. Bu ölkələrin arasında Azərbaycan da var.

Azərbaycan Rusiya ilə yanaşı, Belorusiya, Ukrayna, Türkiyə və bir neçə Avropa ölkələrindən süd və süd məhsulları alır. Bəs yerli məhsulların tərkibi yoxlanılırmı? Qeyd edək ki, təkcə xarici məhsullar deyil, elə yerli istehsalın keyfiyyəti də düşünməyə vadar edən suallardandır. Çünki yerli müəssisələrin istehsal etdiyi süd və süd məhsullarının qablaşdırılmasında 100 faiz təbii süddən istifadə olunduğu qeyd edilir.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov virtualaz.org saytına açıqlamasında deyib ki, çoxsaylı fermaların yaradılmasına baxmayaraq,ölkə bazarı saxta məhsullarla doludur.Xüsusilə də,son aylar dövlətin sahibkarlara yaratdığı şəraitdən, yəni yoxlamaların dayandırılmasındansui-istifadə edənlərin sayı artıb."Xaricdən gətirilən süd məhsulları ölkə bazarına birbaşa daxil olur. Bu məhsulların tərkibi yoxlanılmır. Hazırda satışda 6 ay yararlılıq müddəti olan süd məhsulları var. Məsələn, İrandan gətirilən xamaların yararlılıq müddəti 6 aydır.Xamalar dadı ilə, qoxusu ilə tam yaxşı xamanı mutasiya edir. Bu məhsulun tərkibi yoxlanılmayıb, yararlılıq müddətini uzatmaq üçün hansı qatqılardan istifadə edildiyi araşdırılmayıb.İstehlakçılar bilməlidirlər ki, məhsulun ömrünü nə uzadırsa, həmin şey insanın ömrünü qısaldır. Və ya "Fermerskaya smetana" deyilən bir brend var və neçə ildir Azərbaycanın əmtəə bazarına daxil olub. Bu məhsulun yararlılıq müddəti uzundur və tərkibi yoxlanılmır",-deyə hüquq müdafiəçisi əlavə edib.

E.Hüseynov iddia edir ki,ölkədə səhv bir tendensiya gedir. İstehsalçılar ölkənin tanınmış ekspertlərini dəvət edib onlardan rəy alırlar: "Onlar bir qrup adama pul verirlər. Adlarını ekspert qoyanlar pul alndan sonra guya ki, qatqıların zərərsiz olduğuna, yararlılıq müddətinin artırılmasına rəy verirlər".

Hazırda süd bazarında "İvanovka" mal nişanı ilə süd, pendir, xama və digər ağartı məmulatları satılır. E.Hüseynov isə deyir ki, "İvanovka" müəssisəsinin rəhbərliyi ilə danışıb və onlar Bakıya müntəzəm süd vermədiklərini, məhsul hazırlanmadığını deyiblər:"İvanovka"nın Bakıda cəmi 3 mağazası var. Digər 11 mağaza var ki, onlar bu fermanın adından saxta məhsullar satır".

Təşkilat rəhbəri onu da qeyd edir ki, xırda ticarət mərkəzində istehsal tarixi saxtalaşdırılmış ağartı məhsulları verilir."Qatığın, xamanın üzərində saxta istehsal tarixləri vurulur, hətta fevralın 30-dək yararlılıq müddətinin vurulduğunun şahidi olmuşuq. Belə məhsullar daha çox yas və toy mərasimlərində istifadə edilir".\virtualaz.org


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3189   Tarix: 26 iyun 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Scooby-Doo" serial olacaq

Məşhur "Scooby-Doo" cizgi filmi serial olacaq. Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, ekran işi "Netflix"də yayımlanacaq. Hər bölümü 1 saat planlaşdırılan layihə orijinal cizgi serialına yaxın olacaq. Uyğunlaşdırma işini isə "Warner Bros" şirkəti görəcək. Qey

01.05.2024 257
.

Bakı metrosunda qorxulu anlar - VİDEO

Bu gün Bakı metrosunda qorxulu anlar yaşanıb. -in xəbərinə görə, bir nəfər metronun "Gənclik" stansiyasında qatar yoluna düşüb. Sözügedən şəxs digər şəxslərin müdaxiləsindən sonra platformaya çıxarılıb. "Bakı Metropoliteni" QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat

01.05.2024 1117
.

Sabah güclü maqnit qasırğası gözlənilir - XƏBƏRDARLIQ

Mayın 3-də Yer kürəsini maqnit qasırğası bürüyə bilər. Bu barədə Rusiyanın Tətbiqi Geofizika İnstitutunun alimləri xəbərdarlıq ediblər. Onlar vurğulayıblar ki, mayın 1-də güclü günəş partlayışı artıq baş verib və 41 dəqiqə davam edib. İnstitutun alimlərinin fikrincə, mayın 2-də Günəşdə "X"

01.05.2024 742
.

"Siyahını mənə atırlar, mən deyirəm bu olar, bu olmaz"

Müğənni Roza Zərgərli baş prodüseri olduğu "Kanal S" televiziyasıyla bağlı açıqlamalar edib. olay-a istinadən bildirir ki, ifaçı "Xəzər axşamı" verilişində aparıcı Mətanət Əliverdiyevanın "Küsülü olduğun bir müğənniylə çəkiliş edilməsinə icazə verirsənmi" sualını cavablandırıb

11:10 505
.

Ankaraya kəskin yağışlar yağdı

Türkiyənin paytaxtı Ankara şəhərində kəskin yağışlar yağıb. BİG.AZ xəbər verir ki,yağışlar zamanı evləri, iş yerlərini, metro stansiyaları suyun altında qalıb. Hava şəraiti gündəlik həyatı iflic edib. Ərazidən olan görüntüləri təqdim edirik:

01.05.2024 369
.

Şöbə müdiri televiziya rəhbəri təyin olundu

Qərbi Azərbaycan İcmasının tərkibində fəaliyyət göstərən Qərbi Azərbaycan Televiziyasına rəhbər təyin olunub. "Qafqazinfo"nun məlumatına görə, bu vəzifəyə Qərbi Azərbaycan İcmasının İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ülviyyə Zülfüqar təyin olunub. Ü.Zülfüqar jurnalistlərə açıqlamasınd

01.05.2024 497
.

Müğənninin aylıq gəliri ŞOKA SALDI – VİDEO

ATV-nin "Rəngarəng Səhər" proqramının növbəti qonağı gənc müğənni Camilla olub. xəbər verir ki, maraqlı keçən verilişdə aparı gənc müğənniyə "Aylıq gəliriniz nə qədərdir?" sualını ünvanlayıb. Camilla isə buna cavab olaraq "Şou proqramlara getmirəm" deyərək, ayda 10-15 mi

11:56 500
.

Kemal Sunalın həyat yoldaşı evlilik ildönümlərini qeyd edib

Mərhum türkiyəli aktyor Kemal Sunalın həyat yoldaşı Gül Sunal evlilik ildönümlərini qeyd edib. xəbər verir ki, bu barədə Gül Sunal sosial şəbəkədə paylaşım edib. "Kemal, bu gün 30 apreldir. Yaxşı ki, evlənmişik. 30 aprel 1975" ,- deyə o qeyd edib

01.05.2024 814
.

İsrailin Rafah şəhərində evlərə hücumu nəticəsində 2 uşaq öldü

İsrailin Qəzzanın cənubundakı Rafah şəhərində evlərə hücum olub. BİG.AZ xəbər verir ki, səhiyyə mənbələrindən alınan məlumata əsasən, hücum nəticəsində 2 uşaq ölüb, xeyli insan yaralanıb. Mənbələrin verdiyi məlumata görə, xəsarət alanlar şəhərdəki "Kuwait Research Hospital"a çatdırılıb. Digə

01.05.2024 149