"Mən elə bir qanunsuzluq etməmişəm ki..." – Zahid Oruc şikayət edəcək?

"Mən elə bir qanunsuzluq etməmişəm ki..." – Zahid Oruc şikayət edəcək?"Hansısa sözümün parlamentin İntizam Komissiyasında müzakirə olunacağı mənim özümə də maraqlıdır".

Bunu AzNews.az-a açıqlamasında millət vəkili Zahid Oruc Milli Məclisin sədri Oqtay Əsədovla arasında yaşanan olaya münasibətində deyib. Deputat bu gün parlamentdə spikerlə arasında yaşananlarla bağlı qeyri-adi heç nə görmədiyini qeyd edib: "Parlament üzvü kimi müzakirə olunan məsələlərlə bağlı fikirlərimi bölüşmüşəm. Bu çox normal yanaşmadır. Çünki millət vəkili müzakirə meydanında iştirak edərkən ölkənin həyatına, ictimai-siyasi proseslərə təsirini göstərmiş, dövlət quruculuğunda iştirak edir və ölkə həyatı üçün əlamətdar məsələləri, cəmiyyəti düşündürən fikirləri ora daşımış olur. Beləliklə də hər hansı insanların, sosial qrupların düşüncəsində olan bu gərginiklər, radikallıq əriyir və qeyd olunan proseslər daha çox məclisin içərisinə keçir və dövlət quruculuğuna parlament bu vasitə ilə özünün müsbət mənada töhfəsini verir. Mənim tərəfimdəm kiməsə qarşı hər hansı təhqiramiz hərəkət baş verməyib. Şəxsimi tanıyanlar bilir ki, media ilə münasibətlərimdə də ünvanımıza ağır ittihamlar yağdıran, bizi süngüyə taxmağa hazır olanlara belə ədəb-ərkanımızı qoruyub saxlamışıq. Heç kəsə qarşı hansısa nizamnamədən kənar mövqe tutmamışam. Lakin niyə belə reaksiya verilib, hansı ifadələr ünvanıma işlədilib, bunu dəyərləndirmək istəmirəm. O cümlədən parlamentin İntizam Komissiyasında bu məsələnin müzakirə olunmasına normal yanaşıram. Bu məsələdə qeyri-adilik yoxdur. Bir daha söyləyirəm ki, mənim hansı sözümün müzakirə olunacağı mənim özümə də maraqlıdır".

Z.Oruc onun bu günə kimi fəaliyyətində hansısa bir qanunsuzluğun olmadığını da deyib: "Mən elə bir qanunsuzluq eləməmişəm ki, ondan ötrü əsəbi reaksiya verilsin və məlum ifadələr işlədilsin. Reallıq budur. Lakin bununla bərabər ötən zamanlarda olan hər hansı hadisələri adi parlamentdaxli məsələlər kimi qiymətləndirmişik. Hər hansı emosiyaların müzakirə mühitinin tələbi olduğunu başa düşmüşük, heç zaman bunun şəxsi münasibətlər zəmininə keçməsinin tərəfdarı olmamışıq. Bu üzdən düşünmürəm ki, kimsə hesab eləsin ki, biz kin-küdurətlə yaşayan adamlarıq. Bir daha söyləyirəm ki, parlamentin müzakirə mühitinin normal və hüququ müstəvidə olması üçün çalışanlardan biri də mən olmuşam".

Deputat olanlarla bağlı hər hansı bir quruma şikayət etməyəcəyini vurğulayıb: "Qələmimiz, media ilə işləmələrimizlə dövlətimizə xidmətimizi davam etdiririk. Mənim üçün orada əlavə bir iddia meydanı yoxdur ki, kimdənsə şikayət edim. Şikayət müstəvisi mənim hərəkət meydanım deyil".

Xatırladaq ki, parlamentin növbədənkənar sessiyasının sonuncu iclasında MM sədri Oqtay Əsədovla millət vəkili Zahid Oruc arasında mübahisə düşüb. Vergi Məcəlləsinə təklif edilən dəyişikliklə bağlı müzakirələrdə, millət vəkilinin çıxışı saxlanılıb, o isə buna etiraz edərək danışmaq istədiyini bildirib. Spiker ona irad tutaraq deyib ki, Z.Oruc hər dəfə mövzudan kənar məsələlərə toxunur. O.Əsədov deyib ki, bir daha ona söz verməyəcək: "Çünki Zahid, sən özünü düzgün aparmırsan. Sənin səviyyən yoxdur. Bunu da bu gün gördüm".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1082   Tarix: 24 iyun 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589