Bakıda bu çimərliklərə getmək olar - SİYAHI

Bakıda bu çimərliklərə getmək olar - SİYAHIEkologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi Xəzər dənizinin Azərbaycana mənsub sahil zolağında, çimərlik zonalarında və mühüm rekreasiya əhəmiyyətli qumsallıqlarda mütəmadi olaraq ekoloji vəziyyətin monitorinqini həyata keçirir.

Nazirliyin mətbuat xidmətindən BiG.AZ-a verilən məlumata görə, Azərbaycan Xəzəryanı dövlətlər arasında yeganə ölkədir ki, dənizin və onun akvatoriyasının çirklənmədən qorunması üzrə kompleks tədbirlər görür. Azərbaycan Prezidenti tərəfindən imzalanmış 2007-ci il 20 iyun tarixli 2244 №-li "Xəzər dənizinin çirklənmədən qorunması üzrə bəzi tədbirlər haqqında" sərəncama əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Abşeron yarımadasının kanalizasiya şəbəkəsi olmayan Bilgəh, Buzovna, Mərdəkan, Pirşağı qəsəbələrinin sahil zolağında və "Amburan" çimərliyi ərazisində, eləcə də Novxanı və Corat bağlarının sahil boyu ərazilərində beynəlxalq standartlara cavab verən 17 ədəd modul tipli çirkab sutəmizləyici qurğu quraşdırılıb.

Nazirlik tərəfindən modul tipli çirkab sutəmizləyici qurğuların quraşdırıldığı ərazilərdə aparılan monitorinqin nəticələrinə görə 2007-ci illə müqayisədə mikrobioloji baxımdan çirklənmənin qarşısı alınıb. Artıq Abşeron yarımadasının şimal zonasındakı ərazilərdən dənizə axıdılan tullantı suları idarə olunur. Belə ki, təmizləyici qurğuların istismarı müddətində dənizdə mikrobioloji baxımdan çirklənmənin dərəcəsi tədricən azalmağa başlayıb, son illər ərzində qeyd olunan sahələrdə bağırsaq çöplərinin və şərti patogen bakteriya olan Escherichia coli-nin (E.coli) miqdarı minimum həddə çatıb. Aparılan tədqiqatların nəticələrinə görə qeyd olunan çimərlik ərazilərində çirklənmə dərəcəsi artıq norma daxilindədir. Lakin belə qurğuların quraşdırılmadığı məntəqələrdə ötən il olduğu kimi (Sumqayıt, Səbail rayonunun Şıx və Qaradağ rayonunun Sahil qəsəbəsinin çimərlik ərazilərində) bu il də mikrobioloji baxımdan çirklənmə qeydə alınıb.

Qeyd olunan bu ərazilərdə böyük həcmlə axıdılan tullantı suları müvafiq norma və standartlara uyğun təmizlənmədən və zərərsizləşdirilmədən dənizə axıdıldığına görə sözügedən ərazilərdə bağırsaq çöpü bakteriyalarının və şərti patogen E.coli-nin miqdarı normadan artıq müəyyən olunub.

2016-cı ilin may ayında Xəzər dənizinin sahilində təmizləyici qurğuların quraşdırıldığı ərazilərdə, eləcə də digər çimərlik sahələrində aparılan mikrobioloji təhlillərin nəticələri:
Bakıda bu çimərliklərə getmək olar - SİYAHIBakıda bu çimərliklərə getmək olar - SİYAHIQeyd: < 5000 – normal, >10000 – çirkli

*- lokal modul tipli təmizləyici qurğuların mövcud olduğu yerlər

Abşeron yarımadasının sahil zolağında modul tipli təmizləyici qurğular quraşdırılmadan əvvəl dənizdən götürülən su nümunələri üzərində aparılmış təhlillər zamanı mikrobioloji baxımdan bağırsaq çöpü bakteriyalarının və şərti patogen E.coli-nin miqdarı normadan dəfələrlə artıq təyin edilib. Lakin ETSN tərəfindən modul tipli təmizləyici qurğular quraşdırıldıqdan sonra həmin ərazilərdə mütəmadi keçirilən monitorinqlər nəticəsində çirklilik dərəcəsinin tədricən azalması qeydə alınıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən birgə keçirilən monitorinq zamanı dənizdən götürülən su nümunələri üzərində aparılan laborator təhlillərin nəticələri qeyd olunan sahələrdə bağırsaq çöplərinin və şərti patogen E.coli-nin miqdarının minimum həddə çatmasını təsdiq edir. Göründüyü kimi, son illər ərzində qeyd olunan sahələrdə bağırsaq çöplərinin miqdarı norma həddinə çatıb.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən modul tipli təmizləyici qurğular quraşdırılmış qəsəbələrin sahil zolağında aparılan son tədqiqatların nəticələri bunu deməyə əsas verir ki, qeyd olunan qəsəbələrin sahil zolağındakı çimərlik sahələri (Sumqayıt, Qaradağ rayonu Sahil qəsəbəsinin "Sahil" və Səbail rayonunun "Şıx" çimərliklərindən başqa) yay mövsümü ilə əlaqədar çimərlik kimi istifadəyə yararlıdır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1894   Tarix: 31 may 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Rəsmi Tələviv İrana qarşı beynəlxalq koalisiya yaratmağa çalışır" - RƏY

Yerusəlimdə hökumət başçısının ofisində İsrailin Baş naziri Benyamin Netanyahu ilə ABŞ dövlət katibi Antoni Blinken arasında qapalı görüş keçirilib. Politoloq Turan Rzayev -a bildirib ki, görüş İsrail-İran gərginliyi ilə bağlıdır. Rəsmi Tələviv İrana qarşı beynəlxalq koalisiya yaratmağa çalışır:. "İsrai

01.05.2024 194
.

"Poz-Qazan" oyunlarında apreldə 12 böyük uduş qazanılıb

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya" ASC müxtəlif məbləğli böyük uduşlarla şans oyun həvəskarlarını sevindirməyə davam edir. Çoxlarının sevimlisi "Poz-Qazan" oyunlarında aprel ayında ümumilikdə 12 böyük uduş qazanılıb. Ötən ay "Uğurl

01.05.2024 302
.

"Satışda gördüyümüz çiyələk bizə iki fərqli formada mənfi təsir edir" - Qida eksperti

Yaz fəslinin gəlişi ilə əlaqədar çiyələk bir çoxumuzun sevimli meyvəsidir. Lakin hazırda satışda olan çiyələklər bir o qədər də şirin deyil. Qida eksperti Fərid Səfərov -a bildirib ki, çiyələyin tez yetişməsi və uzun müddət saxlanması üçün böyümə hormonlarından və qatqılardan istifadə olunur, bu sağlamlığımız

01.05.2024 1110
.

Bu ilin üç ayında Azərbaycanda 9 minə yaxın şəxsi heyvan dişləyib

Bu ilin üç ayı ərzində Azərbaycanda 8 min 712 nəfər heyvan dişləməsinə məruz qalıb. BİG.AZ xəbər verir ki, bu barədə report-un sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən bildirilib. Qeyd olunub ki, bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə 24

01.05.2024 226
.

Azərbaycanda ardıcıl 5 gün iş olmayacaq - RƏSMİ

Bu il Azərbaycan xalqının Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq. apa-ya istinadən xəbər verir ki, 15 iyun Azərbaycan xalqının Milli Qurtuluş Günüdür. Nazirlər Kabinetinin "2024-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında"

01.05.2024 1196
.

Kemal Sunalın həyat yoldaşı evlilik ildönümlərini qeyd edib

Mərhum türkiyəli aktyor Kemal Sunalın həyat yoldaşı Gül Sunal evlilik ildönümlərini qeyd edib. xəbər verir ki, bu barədə Gül Sunal sosial şəbəkədə paylaşım edib. "Kemal, bu gün 30 apreldir. Yaxşı ki, evlənmişik. 30 aprel 1975" ,- deyə o qeyd edib

01.05.2024 383
.

İsrail 20 fələstinli əsir götürüb

İsrail qüvvələri İordan çayının qərb sahilində 20 fələstinlini əsir götürüb. xəbər verir ki, Fələstin Azadlıq Təşkilatının (FAT) Fələstin Məhbus İşləri Komitəsi və Fələstinli Əsirlər Dərnəyinin birgə bəyanatına görə, son həbslər Beytləhm, Elhalil, Nablus, Qalqilya, Tubas, Yerixo və Ramallah kimi şəhərlərd

01.05.2024 125
.

Axtarılan şəxs görün harda idi - VİDEO

Türkiyənin Mersin şəhərində 7 il 7 ay 15 gün axtarılan şəxs tapılıb. BİG.AZ xəbər verir ki, polis əməkdaşları onu öz evində yatağının altında gizlənərkən tapıblar. Onun gizləndiyi yer sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Həmin görüntüləri təqdim edirik:

01.05.2024 292
.

Çində yolun çökməsi nəticəsində 19 nəfər öldü

Çinin cənubundakı Quanqdonq əyalətində torpaq sürüşməsi olub. BİG.AZ xəbər verir ki, yolun çökməsi nəticəsində 19 nəfər ölüb. Milli medianın yaydığı məlumata görə, Meykou şəhərində normadan artıq yağıntının səbəb olduğu torpaq sürüşməsi şəhərlərarası magistral yolun 18 metrlik hissəsinin çökməsinə səbə

01.05.2024 90