"İnanmıram ki, onu əri..." -qətlə yetirillən 7 günlük gəlinin atası/ VİDEO

"İnanmıram ki, onu əri..." -qətlə yetirillən 7 günlük gəlinin atası/ VİDEOGülnar Vəliyevanın Sankt-Peterburqda aprelin 22-nə keçən gecə itkin düşdüyü deyilirdi.

Rusiyada toyundan bir həftə sonra itkin düşən və bir neçə gün əvvəl əri tərəfindən öldürüldüyü məlum olan Gülnar Vəliyevanın meyiti bu gün baba ocağına gətirilib.

BiG.AZ ANS TV-yə istinadən məlumatına görə, 23 yaşlı gəlin Masallı rayonunun Ərkivan qəsəbə qəbristanlığında torpağa tapşırılıb. Rusiyadakı universitetlərdən birinin stomatologiya ixtisasının 1-ci kurs tələbəsi olmuş Gülnar Vəliyevanın Sankt-Peterburqda aprelin 22-nə keçən gecə itkin düşdüyü deyilirdi.

Yaxınları bildirir ki, Samir və Gülnar aprelin 15-də evləniblər və bundan sonra qız həyat yoldaşının "Marşal Jukov" prospektində yerləşən mənzilinə köçüb. Bir həftə sonra isə cavan gəlin yoxa çıxıb. Baş verən hadisə barədə danışan Gülnarın atası Samirin Gülnarı sevərək evləndiyini və institutda oxumağına mane olmadığını, amma çox qısqanc olduğunu, anası ilə əlaqə saxlamağa icazə verdiyini deyib. Atanın bildirdiyinə görə, ailənin Samirin 2004-2009-cu illərdə Rusiyada həbsdə olmasından xəbəri olmayıb. Ona görə qız itkin düşəndə valideynlərin ürəyinə xal düşsə də qarşı tərəf əksinə, Vəliyevləri günahlandırıb.

"Ata-anası başladı ki, 1-ci gündən, "biz bilmirik, bizlik deyil. Bizim xəbərimiz yoxdur. Samir deyir ki, bəlkə, sevəni olub, onunla qaçıb". Dedim, sən onu il yarımdır tanıyırsan", - deyə qətlə yetirilən gəlinin atası Şücaət Vəliyev bildirib.

Gülnardan 11 yaş böyük olan həyat yoldaşı 34 yaşlı Samir Həbibov may ayının 26-da istintaq tərəfindən saxlandıqda hadisənin ehtiyatsızlıq səbəbindən baş verdiyini söyləsə də zərərçəkən tərəf buna inanmır və ona ən ağır cəza tələb edir.

""Zaryadnoyu" istədim, dedim onu ver, vermədi, mən də vurdum, uşaq dəydi harasa, özündən getdi deyir. Mən amma inanmıram. Burada başqa nəsə var. Qoy müstəntiqlər araşdırsın. Cəzasını alsın qanunla", - deyə Gülnar Vəliyevanın atası söyləyib.

Ötən həftə gənc gəlinin həyat yoldaşı Samir Həbibov həyat yoldaşının qətlində şübhəli bilinərək saxlanılıb. İndi onu törətdiyi əmələ görə Rusiya qanunvericiliyinin müvafiq maddələri ilə 15 ilədək həbs cəzası gözləyir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 9881   Tarix: 30 may 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən himayədar ailələrə verilən uşaqların sayı 12-yə çatıb. Qanunvericiliyə uyğun olaraq Nazirliklə həmin uşaqları himayəyə götürən şəxslər arasında uşağın himayədar ailəyə verilməsinə dair müqavilələr imzalanıb

02.05.2024 810
.

Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını AÇIQLADI

Bu gün Naxçıvan Muxtar Respublikasının keçmiş maliyyə naziri Rafael Əliyev və Dövlət Gömrük Komitəsinin tariflərin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi vəzifəsində işləmiş Mənsur Əsgərovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. APA xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Ağı

02.05.2024 287
.

Tarkan yoldaşı ilə evlilik ildönümünü belə qeyd etdi- FOTOLAR

Türkiyəli müğənni Tarkan yoldaşı ilə evliliyinin 8-ci ildönümünü qeyd edib. xəbər verir ki, bu barədə müğənni sosial şəbəkədə paylaşım edib. "Evlilik ildönümümüzün olduğu bu günlərə romantik bir tbt yaraşır. 2016-cı ildə evlənəndən bir neçə həftə sonrakı günlərdən şirin kadrlar" ,- deyə o bildiri

02.05.2024 533
.

"Azərbaycan Rusiya üçün əhəmiyyətli tərəfdaşdı"

"Prezident İlham Əliyevin 22 aprel tarixində Moskvada Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşü keçirildi. Bu görüş olduqca əhəmiyyətli xarakter daşıyır. Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri regionda baş verən maraqlı proseslər fonunda xüsusilə diqqət çəkdi. Hər şeydə

02.05.2024 130
.

"Həyatımda heç kim yoxdur" - Hadise

"Həyatımda heç kim yoxdur". xəbər verir ki, bu sözləri türkiyəli müğənni Hadise deyib. "Yenə deyirəm, həyatımda eşq yoxdur. Özümlə çox xoşbəxt olduğum dönəmdəyəm" ,- deyə o bildirib

02.05.2024 153
.

İsrail əsgərləri 1 nəfəri yaralayıb, 15 nəfəri əsir götürüb

İsrail əsgərləri İordan çayının qərb sahilində keçirdiyi reydlər zamanı 1 nəfəri yaralayıb, 15 nəfəri saxlayıb. xəbər verir ki, bu barədə Fələstin Əsirlər Dərnəyi ilə Fələstin Azadlıq Təşkilatının (FAT) Əsir və Azad Edilən Nümayəndəliyinin birgə bəyanat verib. İsrail qüvvələri Ramallah şəhərinin şimalındak

02.05.2024 157
.

"Siyahını mənə atırlar, mən deyirəm bu olar, bu olmaz"

Müğənni Roza Zərgərli baş prodüseri olduğu "Kanal S" televiziyasıyla bağlı açıqlamalar edib. olay-a istinadən bildirir ki, ifaçı "Xəzər axşamı" verilişində aparıcı Mətanət Əliverdiyevanın "Küsülü olduğun bir müğənniylə çəkiliş edilməsinə icazə verirsənmi" sualını cavablandırıb

02.05.2024 984
.

"Azərbaycandan Cenevrə və Vilnusa birbaşa uçuşların açılması zəruridir" - Turizm eksperti

İstirahət fəsli yay yaxınlaşır. Maddi imkanı olan insanlar yay fəslini ölkə xaricində keçirirlər. Lakin Azərbaycan bir çox Avropa ölkələrinə birbaşa uçuşlar hələ də mövcud deyil. Turizm eksperti Rəhman Quliyev -a bildirib ki, bu gün 2 ölkəyə birbaşa uçuşların olması vacibdir: İsveçrənin Cenevrə şəhər

02.05.2024 228
.

"Azərbaycan insanların hüquq və azadlıqlarının,media azadlığının yüksək səviyyədə təmin olunduğu, tolerant, humansit dövlətdir"

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Almaniyaya səfəri iki ölkə arasındakı mövcud əlaqələrin daha da dərinləşməsinə və münasibətlərin gələcək inkişafına təkan verəcək. Ölkə Başçımızın Almaniyada yüksək səviyyədə qarşılanması və. Berlində keçirilən "15-ci Petersberq İqli

02.05.2024 125