Yaralı əsgərimiz: "Artıq ermənilərin səngərində idik" - FOTOLAR

Yaralı əsgərimiz: "Artıq ermənilərin səngərində idik" - FOTOLAR"Qarşımızda tanklar gedirdi. Tanklar yolu açırdı, biz də piyada arxasınca gedirdik. Artıq onların səngərində idik. Elə orada da vuruldum. Minomyot qəlpəsi 3 yerdən girib, 7 yerdən sındırıb qolumu".

BiG.AZ sputnik.az-a istinadən aprel döyüşlərində igidlik göstərən və yaralanan döyüşçü ilə bağlı yazını təqdim edir:

Aprel ayı Azərbaycan üçün həm zəfər, həm də itki ayı oldu. Bir neçə yüksəkliyi, kəndi geri almaqla yanaşı, onlarla əsgərimiz şəhid oldu, yaralandı. Aprel ayında yaralanan əsgərlər hələ indi özünə gəlir, ayağa durmağa çalışırlar.

Murad da onlardan biridir. Hələ 19 yaşı var, amma aprelin 3-də yaşadıqlarını bir ömür unuda bilməyəcək. İstəsə belə... Bir ömür, yanında şəhid olan əsgərləri xatırlayacaq, bir ömür minomyot səsi qulağından getməyəcək.

3 aprel onun həyatı üçün bir sınaq, bir imtahan günü idi. Və Murad o gündən əzabla da olsa, üzüağ çıxdı. İndi evdə müalicə alır. Ağır yaralanan və kontuziya alan Muradı, istədim, siz də tanıyasınız, onun məsum çöhrəsindəki saf təbəsümünün şahidi olasınız. Murad bizim qəsəbənin - Zabratın qəhrəmanıdır.

Murad Sakitoğlu 1997-ci il avqustun 16-da Bakıda anadan olub. Ötən ilin oktyabrında hərbi xidmətə çağırılan Murad hərbi xidmətə Gəncədə başlayır, 3 ay burada qaldıqdan sonra Naftalana, aprelin 1-də isə Tərtərə göndərilir.

"Qarşımızda tanklar gedirdi. Tanklar yolu açırdı, biz də piyada arxasınca gedirdik. Artıq onların səngərində idik. Elə orada da vuruldum. Minomyot qəlpəsi 3 yerdən girib, 7 yerdən sındırıb qolumu. Yara təzə olanda heç nə hiss etmirdim. Bircə bilirdim ki, qolum yox kimidir, tərpədə bilmirəm. Əvvəlcə heç nədən qorxmurdum. Amma yaralanandan sonra qorxu hissi də yarandı", - deyir Murad.

Onun sözlərinə görə, yaralıları görmək onun üçün adi hala çevrilib: "Yaralı çox idi, heç nə yadımda deyil. Bircə bilirəm ki, dedilər, ölən var. Zabratdan olan Əlizamin adlı oğlan da həmin səngərdə idi. O, şəhid oldu. Yaşıd idik. Aparıb Lənkəranda dəfn etdilər".

Murad danışdıqca həyacanlanırdı. Deyir, sağalıb yenidən cəbhəyə qayıdacaq, şəhid olmuş yoldaşlarının qanını yerdə qoymayacaq: "Xəstəxanada olanda mənimlə maraqlanan çox idi. İcradan da gəlmişdilər. Deyirdilər, evə yazıldıqdan sonra da gələcəklər. Amma evə gələndən sonra heç kimsə yadına salmadı məni. Bircə Zabrat Bələdiyyəsinin sədri Adil müəllim yardım edir. Sanki yaralanmamışam, sanki heç nə olmayıb".

Murad Vətənini çox sevdiyini, canını vətən üçün verməyə hazır olduğunu qeyd edir. Onun bir arzusu var - "Qəhrəman əsgər" adı almaq. Deyir ki, ona bu ad verilsə, özünü çox xoşbəxt hiss edər, qürur duyar, fəxr edər.

Atası Sakit müəllim danışır ki, Murad aprel döyüşlərində qəhrəmanlıqla döyüşüb. Ayın 1-dən 3 nə kimi döyüşə-döyüşə irəli gedib, torpaqların geri alınmasında iştirak edib. Elə aldıqları düşmən səngərində də yaralanıb.

"Mənə deyiləndə ki, oğlun yaralanıb, vəziyyəti ağırdır, dünya gözlərimdə qaraldı. Günlərlə özümə gələ bilmədim. Hospitalın həkimi Eldəniz həkim çox yaxşı baxıb Muradıma. Bəlkə də onun diqqəti, qayğısı olmasaydı, yəqin, oğlumun qolunu kəsərdilər. Murad kontuziya da alıb. Bilirsiniz də, minomyotun səsi çox pis olur", - atası deyir.

Anası Mayisə xanım isə o dəhşətli günü belə xatırlayır:

"Aprelin 4-ü səhər zəng elədilər ki, oğlunu Bakıya gətirirlər. Dedilər, qolunun sümükləri xırda-xırda qırılıb. 7 günün içində Muradım 4 dəfə əməliyyat olunub. Vəziyyəti çox ağır idi. Hospitalda əməliyyat olunanda ürəyim dözmürdü. Səsi götürmüşdü bütün binanı".

Muradın qardaşı İbad da hərbi xidmətini başa vurub, amma deyir ki, iş tapa bilmir: "Evdə heç kim işləmir. Çətinliklə dolanırıq. İş yoxdur. Sərhəd Qoşunlarında xidmət eləmişəm. "Azərbaycan Bayrağı" ilə mükafatlandırılmışam. Kiçik çavuşam. Polis işləmək istəyirəm. Amma..."

İbad deyir ki, qardaşı yaralanandan çox qorxub... Qorxub ki, onu itirər. Murad yaralanandan sonra orqanizmi zəiflədiyi üçün digər qolunun da altına herpes düşüb. Anası deyir ki, bütün müalicəsini özləri edirlər. İmkanları da yaxşı deyil.

Muradın üzünə baxıram, arzu doludur baxışları, hərbi xidmətini başa vurmaq, işləmək, valideynlərini daha yaxşı yaşatmaq arzusundadır. Elə gülümsünür, qolu ağrısa da, özünü sındırmır. Hətta zarafat da edir, deyir, qəşəng şəkillərimi verərsən.

Sağollaşıb ayrılıram. Ertəsi günü anası Mayisə xanım sevinə-sevinə axtarır məni. Deyir ki, əlin yüngüldür, Muradın sığortasını veriblər: "Uşağın müalicəsini davam edə biləcəyik".

Biz hamımız bu ölkənin bütövlüyü üçün mübarizə apardığına görə Murada və onun kimi əsgərlərimizə borcluyuq. Allah sizi qorusun! Allah şəhidlərimizə rəhmət eləsin!

Yaralı əsgərimiz: "Artıq ermənilərin səngərində idik" - FOTOLARYaralı əsgərimiz: "Artıq ermənilərin səngərində idik" - FOTOLARYaralı əsgərimiz: "Artıq ermənilərin səngərində idik" - FOTOLARYaralı əsgərimiz: "Artıq ermənilərin səngərində idik" - FOTOLARYaralı əsgərimiz: "Artıq ermənilərin səngərində idik" - FOTOLARYaralı əsgərimiz: "Artıq ermənilərin səngərində idik" - FOTOLARYaralı əsgərimiz: "Artıq ermənilərin səngərində idik" - FOTOLARYaralı əsgərimiz: "Artıq ermənilərin səngərində idik" - FOTOLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 7287   Tarix: 26 may 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İsrailin Rafah şəhərində evlərə hücumu nəticəsində 2 uşaq öldü

İsrailin Qəzzanın cənubundakı Rafah şəhərində evlərə hücum olub. BİG.AZ xəbər verir ki, səhiyyə mənbələrindən alınan məlumata əsasən, hücum nəticəsində 2 uşaq ölüb, xeyli insan yaralanıb. Mənbələrin verdiyi məlumata görə, xəsarət alanlar şəhərdəki "Kuwait Research Hospital"a çatdırılıb. Digə

01.05.2024 148
.

Əri tərəfindən başı kəsilən Sevincin TOY GÖRÜNTÜLƏRİ - VİDEO

Xəbər verdiyimiz kimi aprelin 28-də Xırdalan şəhərində Sevinc Əhmədağayeva yaşadığı evdə həyat yoldaşı tərəfindən qətlə yetirilib. O, 29 aprel tarixində doğulduğu Oğuz rayonunda torpağa tapşırılıb. Yaxınlarının sözlərinə görə, altı il öncə ailə quran Sevinc qaynının ailəsindəki söz-söhbətə görə döyülübmüş

10:14 441
.

Şöbə müdiri televiziya rəhbəri təyin olundu

Qərbi Azərbaycan İcmasının tərkibində fəaliyyət göstərən Qərbi Azərbaycan Televiziyasına rəhbər təyin olunub. "Qafqazinfo"nun məlumatına görə, bu vəzifəyə Qərbi Azərbaycan İcmasının İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ülviyyə Zülfüqar təyin olunub. Ü.Zülfüqar jurnalistlərə açıqlamasınd

01.05.2024 487
.

ABŞ ölkədə qohumları olan fələstinliləri qaçqın kimi qəbul etməyə hazırlaşır

ABŞ administrasiyası ABŞ ilə əlaqəsi olan fələstinliləri qaçqın kimi ölkəyə gətirməyi planlaşdırır. xəbər verir ki, ABŞ qurumlarında yüksək səviyyəli rəsmilərin Qəzzada İsrailin hücumlarına məruz qalan fələstinlilərin ABŞ-a köçürülməsi üçün müxtəlif variantları müzakirə etdiyi bildirilib. Xəbərdə AB

01.05.2024 213
.

Azərbaycanda korrupsiya əməliyyatının TƏFƏRRÜATI - Vəzifəli şəxslər cinayət başında TUTULUBLAR

Respublika Sanitariya-Karantin Mərkəzinin vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb ediliblər. Bu barədə Baş Prokurorluq və Səhiyyə Nazirliyi birgə məlumat yayıb. Bildirilib ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən əhalinin sağlamlığının qorunması sahəsində insan və vətəndaş hüquqlarını

01.05.2024 461
.

AFFA nümayəndəsi ilk dəfə Avropa çempionatına təyinat alıb

AFFA-nın vitse-prezidenti və AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Könül Mehtiyeva bu il Almaniyada keçiriləcək Avropa çempionatının final mərhələsinə UEFA tərəfindən təyinat alıb. BİG.AZ AFFA-nın rəsmi saytında istinadən xəbər verir ki, ilk dəfə Azərbaycandan olan nümayəndə belə mötəbər turnir

01.05.2024 259
.

"Rəsmi Tələviv İrana qarşı beynəlxalq koalisiya yaratmağa çalışır" - RƏY

Yerusəlimdə hökumət başçısının ofisində İsrailin Baş naziri Benyamin Netanyahu ilə ABŞ dövlət katibi Antoni Blinken arasında qapalı görüş keçirilib. Politoloq Turan Rzayev -a bildirib ki, görüş İsrail-İran gərginliyi ilə bağlıdır. Rəsmi Tələviv İrana qarşı beynəlxalq koalisiya yaratmağa çalışır:. "İsrai

01.05.2024 274
.

"YouTube" kanalları necə oğurlanır? - AÇIQLAMA

"Azərbaycanda "YouTube" kanallarına qarşı hücum var. Kanallar kibercinayətkarlar tərəfindən ələ keçirilib və saxta canlı yayımlar edilib. Yayımlarda kriptovalyuta ticarəti aparılır. Kanallar daha sonra "Bitcoin" qarşılığında hərracda satışa çıxarılır". Bu barədə BİG.AZ-

01.05.2024 221
.

"Satışda gördüyümüz çiyələk bizə iki fərqli formada mənfi təsir edir" - Qida eksperti

Yaz fəslinin gəlişi ilə əlaqədar çiyələk bir çoxumuzun sevimli meyvəsidir. Lakin hazırda satışda olan çiyələklər bir o qədər də şirin deyil. Qida eksperti Fərid Səfərov -a bildirib ki, çiyələyin tez yetişməsi və uzun müddət saxlanması üçün böyümə hormonlarından və qatqılardan istifadə olunur, bu sağlamlığımız

01.05.2024 2939