Biliyinizi artıracaq maraqlı və lazımi məlumatlar (3)

Biliyinizi artıracaq maraqlı və lazımi məlumatlar (3)

Paltardan ləkələri aparmağın 5 sadə üsulu

1. Tamat sousunun ləkəsi. Ləkəni su ilə yuyun və biraz ammiak əlavə edin. Nisbətən çətin aparılan ləkələr üçün ən yaxşısı perekis istifadə etməkdir. Lakin bu yalnız ağ paltarlar üçün uyğundur, çünki rəngli paltarda açıq ləkələr qalacaq.

2. Mürəkkəb ləkəsi. Paltarın ləkə olan hissəsini təmiz məhrabaya qoyun. Ləkəni paltardan məhrabaya keçirtmək üçün dırnaqdan lakı aparan mayeni (spirtlə) istifadə edin.

3. Kofe ləkəsi. Soyuq su, paltar yumaq üçün toz və açıq sirkədən məhlul hazırlayıb və ləkənin üstünə sürtürük.

4. Ot ləkəsi. Sirkəni qida sodası ilə qarışdırın və ləkənin üstünə sürtün. Qısa müddətə saxlayın, sonra yuyun.

5. Tər və dezodorant ləkəsi. Eyni miqdarda su və limon şirəsini qarışdırın, ləkəyə sürtün və paltarı günəş altında bir neçə saat saxlayın.

***

Vibrasiyalarda enerji: alimlər yeni mənbə tapıblar

Buffalo universitetinin alimləri texnologiyanın əsasına girə biləcək, avtoyolların və uçuş – eniş zolaqlarının vibrasiyasını, aeroportun səsini və "zibili" faydalı enerjiyə çevirə bilən riyazi model inkişaf etdiriblər, - "pozitivchik.info" xəbər verir.

Yeni enerqoqeneratorun konsepsiyası eynu ölçülü hissələrin zəncirindən ibarət xırdalanmış maddənin yaradılmasından ibarətdir.

Alimlər vibrasiyanı effektiv və optimal keçirən maddənin qranulasının formulunu hesablamağa müvəffəq olublar. Adi şəraitdə ideal dairəvi formasının hissələri "Hers qanunu"na əsasən, enerjini 3-5 diametr məsafəyə yayır.

Lakin hər hissəciyin üstünün forması qonşu hissəciklə birləşsə, digərilə enerjini yaymaq parametrlərini dəyişmək olar. Baxmayaraq ki, eksperimental olaraq bu kəşf öz təsdiqini tapmayıb, lakin riyazi hesablamalar göstərir ki, bu, böyük potensiala malikdir.

Belə formulun qranullarından vibrasiyanı effektiv keçirən məftil yaratmaq olar. Hissəciklərin parametrlərini yayaraq, səpələnmiş vibrasiyanı yığıb bir nöqtəyə aparmaq olar. Xüsusilə lazımi istiqamətdə vibrasiyanı effektiv yayan materiallar yaratmaq olar, yəni "zibil" enerjini lazımi istiqamətə keçirməyə qadir olan sazlanan energetik kanal yaratmaq olar. Bu, zərərli vibrasiya və səsləri faydalı istiqamətdə istifadə etməyə imkan verəcək, həmçinin zavodlarda, aeroportun yaxınlığında "səsli çirklənmələri" azaltmaq mümkün olacaq.

Bundan başqa, vibrasiyanı keçirən xüsusi qranullar mikrosxem zəncirində birləşə bilər. Belə mikroçiplərin qidalanmağa ehtiyacları olmayacaq, çünki ətraf mühitin titrəyişindən enerji alacaqlar. Bu, son dərəcə faydalı xüsusiyyət müxtəlif təhlükəsizlik sensorlarında və binaların bütövlüyünü yoxlanmasında istifadəsini tapacaq.

***

Tatuirovka – təhlükəli rəsmlər

Ven institutunun dərinin öyrənilməsi üzrə alimləri insanları dəriyə naxışların çəkilməsindən çəkindirirlər. Onların tədqiqatlarına görə, hətta bütün gigiyenik qaydalarına riayət olunması ilə edilmiş tatuirovka dermatitlərin (dəri xəstəliklərinin) çətin formalarının inkişafına gətirə bilər, - ".mhealth.ru" xəbər verir.

Tatuirovkalarla çox həvəslə maraqlananlarda dəri xərçəngi riski dəfələrlə artır. ABŞ–nın Texas ştatında aparılan tədqiqat göstərdi ki, tatu salonları ziyarət etmək qaraciyərin Hepatit C ilə xəstələnməsini 9 dəfə artırır. Odur ki, tatu salona getməmişdən qabaq 100 ölçün bir biçin. Həmçinin nəzərə alın ki, rəsm il yarımdan sonra köhnələcək, çünki rəsmlərdə moda tez-tez dəyişir. Ona görə sağlamlığınıza təhlükə yaratmaqla risk etməyin.

***

Alma mədə və bağırsağın dərmanı imiş

Azərbaycanda almanın üç yüzə qədər müxtəlif növü və çeşidi vardır. Bunlardan altmışı sənaye üçün əhəmiyyətlidir. Digər şirəli meyvələrdən almanın üstünlüyü odur ki, onu bütün il boyu saxlayıb istifadə etmək mümkündür. Almanın yetişmə fəsli aşağıdakı kimidir: yay (iyul, avqust), payız (sentyabr, oktyabr), qış (noyabrdan fevral ayına qədərdir). Eyni sort alma iqlim şəraitindən asılı olaraq yetişmə dövrünü dəyişə bilər. Almanın növündən və sortundan asılı olaraq rəngi, dadı və ətri müxtəlif olur.
Almanın tərkibində 5-24 %-ə qədər şəkər, 1,3 %-ə yaxın üzvü turşular (alma, limon, kəhraba), pektin və aşı maddələri, B və C vitaminləri, karotin, mineral maddələrdən isə kalium, natrium və dəmir duzları vardır. Almada olan dəmir duzu böyük müalicəvi əhəmiyyətə malikdir. Almanın tərkibində olan şəkərin əsas hissəsini qlükoza və fruktoza təşkil edir ki, onlar da ürək-damar sistemi üçün çox faydalıdır.
Almadan təbii halda istifadə etməklə yanaşı, bir sıra qiymətli konservləşdirilmiş məhsullar - kompot, mürəbbə, şirə, püre və s. hazırlanır. Bu məhsulların çox böyük müalicəvi əhəmiyyəti vardır. Almanın və ondan hazırlanan müxtəlif konserv məhsullarının ürək zəifliyinə, qanazlığına, xroniki mədə-bağırsaq xəstəliklərinə, eləcə də vitamin azlığına çox yaxşı müalicəvi təsiri olur.
Azərbaycanın Quba rayonu əsas almaçılıq rayonu sayılır. Burada müxtəlif növ almalar yetişdirlir. Burada son dövrlər Quba regional aqrar elm mərkəzi tərəfindən "Frazer" layihəsi çərçivəsində Fransadan introduksiya olunmuş müxtəlif alma, gilas və armud sortlarının virussuz tingliyi salınmışdır.

***

İnsultun dərmanı zeytun yağı

Az adam tapılar ki ayıq başa insultdan ölmək istəsin. Fransanın Bordo universitetinin tədqiqatçıları bu xoşagəlməz insidenti əhəmiyyətli dərəcədə azaltmaq yolları tapıblar, - "mhealth.ru" xəbər verir.

7000 – dən artıq insanı dietalarında zeytun yağının iştirakı prinsipi ilə 3 qrupa ayırıblar: 1-ci qrup onu heç istifadə etməyib, 2-ci qrup mötədil istifadə edib, 3-cü qrup isə intensiv istifadə edib (yemək qızardanda, salata qatmaqda və adi çörəklə yeməkdə istifadə ediblər).

Nəticə göstərib ki, rasionda nə qədər çox zeytun yağı varsa, bir o qədər insult riski aşağıdır (41%!). Zeytun yağı trombların əmələ gəlməsinin qarşısını damarları təmizləyərək alır. Bundan başqa, yeməkləri də daha dadlı edir.

***

Dəvə tikanı haqqında bunları bilirdinizmi?

Qurudulmuş dəvətikanın köklərindən çay dəmləyib, soyuqdəymələrdə hərarətisalıcı, yarpaqlarından, çiçəklərindən və cavan budaqlarından hazırlanmış çay soyuqdəymələrdə tərlədici effektə malikdir. Bu səbəbdən də qızdırmanın salınmasında əvəz olunmaz vaistədir.
Dəvətikanın köklərindən, çiçək və meyvələrindən bir yerdə hazırlanmış sulu bişirmə ishala və dizenteriyaya qarşı istifadə edilir.
Dəvətikanın qurudulmuş yarpaqlarından çay dəmləyərək, mədə və onikibarmaq bağırsaq xorasında yarasağaldıcı vasitə kimi də işlədilir.
Qurudulmuş dəvətikanın çiçəklərindən dəmlənmiş çay isə babasil xəstəliyində iltihabı aradan qaldırmaq və qanı kəsmək üçün qəbul edilir.
Dəvədikanı qurudulmuş yarpaqlarından (5-10q -200q suda) çay dəmləyib soyuqdəymələrdən baş verən tənəffüs yolları xəstəliklərində sinəyumşaldıcı və bəlğəmgətirici öskürək dərmanı kimi, xüsusi bronxitdə və ağciyar xəstəliklərində iltihabı aradanqaldırıcı dərman kimi qəbul edilir.
Təzə dərilmiş yarpaqlarından alınmış şirəni şəkərdə və ya balla qarışdırıb bronxitdə, xüsusən bu xəstəliyin törətdiyi şiddətli öskürək zamanı gündə 4-6 dəfə xörək qaşığı ilə içsək, bu zaman xəstəliyin sağalmasını tezləşdirərik.

***

Qanazlığı dərmanı olan şaftalı

aftalı ağacının hündürlüyü 8 m-dək olur. Yarpaqları növbəli düzülür, çiçəkləri ikicinsiyyətli, meyvəsi çəyirdəklidir. Kütləsi 20-600 q olur. Adi şaftalı dağlıq rayonlarda becərilir. Meyvəsində 80-90% su, 6-14% şəkər, 0,5-1,2% pektin maddəsi, 0,08-1,02% üzvi turşu (əsasən, alma turşusu), 9,4-20 mq % C vitamini, 0,6-1 mq % karotin var. Azərbaycanda bir neçə sortu yetişdirilir.

Şaftalı şirəsi ürək ritminin pozulması, qanazlığı, azalmış turşuluq dərəcəsi ilə qarın xəstəlikləri zamanı qəbul olunur. Şaftalı şirəsi şlakların orqanizmdən kənarlaşdırılmasına kömək edir. Dərini qidalandırır və onun hüceyrələrinin yeniləşməsinə kömək edir. Oyadıcı xüsusiyyətə malikdir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 7128   Tarix: 30 avqust 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197
.

Yeni Zelandiyanın adı dəyişdirilir?

Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri

15.09.2021 1222
.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660
.

Prokuror küçədə çılpaq vəziyyətdə gəzdi: Sakinlər polisə şikayət etdi - FOTO

Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küçədə çılpaq vəziyyətdə gəzib. Ətrafdakı insanların çəkdiyi fotolarda çılpaq vəziyyətdə olan kişinin əlində dörd pivə butulkası ilə ərzaq mağazalarını gəzdiyi əks olunub. Digər görüntülərdə prokurorun tamamilə çılpaq bir vəziyyətdə küçələr

12.09.2021 1423
.

Bakıda dördəm doğulub - VİDEO

Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları

15.09.2021 942
.

Ofis daxilində yaranan havasızlıq işçilərin yaddaşına və diqqətinə təsir edir

Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, işçilərin ofisdə iş zamanı yorğunluğunun və halsızlığının əsas bir vacib səbəbi var. Belə ki, bu səbəb təkcə işçilərin işləmək istəməməsi ilə əlaqədar deyil. Söhbət iş yerində olan havasız şəraitdir. ABŞ-dan olan tədqiqatçılar işçiləri

12.09.2021 489
.

"Daha ağıllı və daha yaradıcı düşünməyə vadar edir" - Alimlər çayın faydasını araşdırdı...

Pekin Universitetinin alimləri bir fincan çay içməyin yaradıcı düşüncəni inkişaf etdirdiyini aşkar ediblər. Araşdırma nəticəsində mütəxəssislər çayın bioloji komponentlərinin deyil, çay içmək prosesinin özünün insanları "daha ağıllı və daha yaradıcı" olduqlarını düşünməyə sövq etdiyi qənaətin

12.09.2021 1068
.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817