Şəhid pilotun gizli səsyazması yayıldı: "Gedib, qayıtmayacağam" - FOTOLAR

Şəhid pilotun gizli səsyazması yayıldı: "Gedib, qayıtmayacağam" - FOTOLAR"Həmişə deyirdi ki, hərbçiyəm uçub gedirəm, bir gün gedəcəyəm, qayıtmayacağam. Elə də etdi, uçdu getdi, qayıtmadı..." – bunu ann.az-a müsahibəsində şəhid pilot Təbriz Musazadənin anası Tovuz Musayeva deyib.

BiG.AZ şəhid mayor Təbriz Musazadənin evindən hazırlanana reportajı təqdim edir. Material Təbriz Musazadənin atası Tariyel Musayev, anası Tovuz Musayeva, xanımı Pərişan Musazadə, bibisi qızıl Şəhla Hümbətova və xalasının həyat yoldaşı ehtiyatda olan polkovnik Kamal Hacıyevin dedikləri əsasında hazırlanıb.

Şəhid pilot, mayor Təbriz Musazadə aprelin 2-sində cəbhədə baş verən döyüşlər zamanı helikopterini idarə edərkən erməni silahlı qüvvələri tərəfindən vurulub. Nəticədə pilot Musazadə və içərisində 2 ekipaj üzvü olan (Urfan Vəlizadə və baş leytenant Bəkir İsmayılov) helikopter düşmən səngərinin üzərinə çırpılaraq partlayıb. Hadisənin aprelin 2-də baş verməsinə baxmayaraq, qarşı tərəf şəhid pilotların nəşini aprelin 10-da Azərbaycan tərəfinə təhvil veriblər. Qəhrəman pilotlar aprelin 11-i ll Fəxri Xiyabanda dəfn olunublar.

Şəhid pilot Təbriz Musazadənin ailəsi danışır:

"Axırıncı dəfə aprelin birində Təbrizlə danışdım"
Şəhid pilotun gizli səsyazması yayıldı: "Gedib, qayıtmayacağam" - FOTOLARAnası Tovuz Musayeva: "Martın 31-i həyat yoldaşı ilə danışdı, deyib ki, paltarlarımı hazırla gəlib götürəcəklər. Mənlə danışanda dedi toya gedəcəm. Yoldaşı da onun paltar çantasını yığdı, elə həmin gün 3 hərbiçi yoldaşı gəlib apardılar. Axırıncı dəfə aprel 1-i, günorta radələrində Təbrizlə danışdım. Dedi, toya gedəcəm. Mən də elə bildim toya gedib qayıdacaq Qaladakı iş yerinə. Təbriz özü dedi ki, narahat olmayın, yaxşıyam, hər şey də yaxşıdır. Bir ana kimi mən də çox qorxurdum. Çox irəliyə getmə deyirdim, deyirdi ki, ay ana, indiyə qədər arxamda durmusuz, indi niyə belə söhbətlər edirsiz? Deyirdim, qorxuram, ay bala. Həmişə özünə arxayın idi".
Şəhid pilotun gizli səsyazması yayıldı: "Gedib, qayıtmayacağam" - FOTOLAR"Cəbhəyə gedəndə zəng edib deyirdi ki, döyüş əmrini yerinə yetir, paltarlarımı yığ"

Xanımı Pərişan Musazadə: Aprelin 2-si səhər saat 6-da mesaj yazmışdı. Təxminən saat 8 idi, zəng elədim cavab vermədi, telefonu bağlı idi. Bir iki saatdan sonra özü zəng vurdu. Dedim, çox narahatam, necədi vəziyyət? Dedi, narahat olma, hər şey yaxşıdır. Cəbhəyə gedəcəyini bilirdim. Sadəcə əksər vaxt cəbhəyə gedəndə valideynlərinə heç nə demirdi. Tək mən bilirdim. Özü də həmişə deyirdi ki, cəbhəyə getməsini heç kimə demiyim. İstəmirdi evdəkilər narahat olsun. Buna görə də hər dəfə deyirdi ki, ya işdə qalıb, ya da nəsə işi çıxıb, evə gələ bilməyib. Paltarını yığmağımı tapşıranda yenə zəng vurdu. Həmişə cəbhəyə və ya təlimə gedəndə zəng edib deyirdi ki, döyüş əmrini yerinə yetir, mənim paltarlarımı yığ (gözləri dolur)… Yenə zəng vurub dedi ki, sənə döyüş əmri verirəm. Paltarlarımı yığ, tələbələrim gəlib götürəcəklər. Ona görə də, cəbhəyə gedəcəyini bilirdim. Ümumiyyətlə, cəbhəyə gedəndə zarafatyana deyirdi ki, toya gedirik. Bu dəfə gedəndə də dedi ki, hamı bilsin, toya gedirik. Buna görə də evdəkilərdə məndən soruşanda, dedim toya gedib. Mütəmadi olaraq Təbrizlə əlaqə saxlıyırdım. Axırıncı dəfə aprelin 2-si saat 10:26-da əlaqə saxlaya bildim. Ondan sonra 10:38-də zəng vurub, amma mənə zəng çatmayıb. (rəhmətə gedəndən 4-5 gün sonra bu mənə mesaj şəklində gəlib çatmışdı)" – deyə xanımı əlavə edir.
Şəhid pilotun gizli səsyazması yayıldı: "Gedib, qayıtmayacağam" - FOTOLAR"Uşaqları ona hərbi salam verməsə, salamlarını almırdı"

Anası Tovuz Musayeva: "Orta məktbədə 8-ci sinifdə oxuyanda sinif rəhbəri deyirdi ki, Təbrizinki ancaq hərbidir. Bu uşaq çox intizamlıdır. Buna başqa peşə yaraşmaz. Qoy getsin hərbçi olsun. Özü də istəyirdi. Deyirdi ki, gedək imtahan verim, oxuyum. Elə 8-ci sinifdə getdi imtahan verdi, Naxçıvanski adına hərbi liseyə qəbul oldu. Sonra da getdi akademiyada oxudu. Bir iki ildən sonra orda ixtisas bölümü olur. Təbriz də hərbi hava qüvvələrini seçib pilot oldu. Təbrizimin özü evdə də qəhrəman idi, çöldə də. Təbrizin uşaqları da vətənpərvərdirlər. Evə gələndə uşaqlar ona hərbi salam verməsələr, salamlarını almırdı. Onları da öyrəşdirmişdi.

"Atam kimi pilot olacağam" – Onur Musazadə

Təbrizin oğlu Onur da atası kimi pilot olmaq istəyir.

- Atanın sənətini davam etdirəcəksən?

- Hə... Mən də atam kimi pilot olacağam. (qaş qabaqlı şəkildə cavab verir)

Pərişan Musazadə oğlu Onurun dediklərini təsdiqləyib əlavə edir: "Onur atasının çantasını çiyninə atıb, həmişə deyirdi ki, mən də atam kimi pilot olacam".

Böyük oğlum Tayfun "Facebook" səhifəsində atasının şəklini qoyub yazıb: "Ata, gec-tez sənin intiqamını alacağam, o zaman deyəcəyəm ki, Vətən sağ olsun. İndi hələ Vətən sağ olsun deyə bilmərəm". Atası haqqında "Facebook"da yazdığı statuslar çoxdur:

Şəhla xanım: "Onur deyir ki, atam mənə oxşayır. Ancaq uşaqlıq şəkilləri böyük qardaşım Tayfuna oxşayır".

"Təbrizin o səsi hələ də beynimdən silinmir"

Xanımı: "Təbrizi hələ orta məktəb vaxtından tanıyırdım. Sinif yoldaşımın xalası oğlu idi. Sinif yoldaşım sayəsində tanış olmuşdum. Ailə həyatı qurandan sonra da heç vaxt düşünmədim ki, hərbçi ilə ailə həyatı qurmaq çətindir, ya nə bilim belə şəraitə uyğunlaşa bilmərəm. Belə şeylər olmayıb. İki oğlumuz var. Tayfun 10 yaşında, Onur 8 yaşındadır. Uşaqlar barəsində çox diqqətli idi. Hərbçi olsunlar demirdi. Gələcəkdə hansı sənət seçəcəklərini uşaqların öz öhdəsinə buraxmışdı. Hərbçi idi, bəzən arada gedirdi, bir-iki həftə gəlmirdi. Amma adətən evdə olurdu. Axşam gec də olsa evinə mütləq gələrdi. Təlimə gedəndə də 4-5 gündən qayıdıb gəlirdi. Sonuncu dəfə helikopterdə olanda mənə səsli mesaj göndərmişdi. Həmin vaxtı evdə qonaqlar var idi. Soruşurdum ki, nə vaxt gəlirsən evə? Göydə uça-uça mesaj göndərmişdi ki, mən uçuşdayam. Qonaqların getdimi? Yoxsa evdədilərmi? Sonra da səs yolladı ki, hazırda uçuşdayam, özüm sənə zəng vuracağam. Təbrizin o səsi hələ də beynimdən silinmir... Səsli mesaj

"Azərbaycanın loru dillə desək, qaymaq sayılacaq 4 pilotu var idisə, onlardan ikisi Təbrizlə Urfan idi", – deyə P.Musazadə bildirib.

"Rəhmətə gedəndən sonra yuxuda gördüm ki, gəliblər. Təbrizin həlak olandan sonra şəkillərinə saytlardan baxmışdım. Yuxuda gördüm ki, ayaqlarının yaraları tikilibdi, soruşdum ki, bunun ağrısına necə dözürsən? Baxıb dedi, bu ağrıdır ki? Bu heç nədir. Sən buna ağrı deyirsən?"

"Həmişə deyirdi şərəfli ölüm yaxşıdır"

"Həmişə deyirdi ki, peşəmi bilirsən də nədir, gedişim var, dönüşüm olmaya bilər. Ona görə deyirdi ki, qapına gələcək hərbçilər sənə həmişə nakam gözlə baxacaqlar, sinələrindən yapışacaqsan, suallarına cavab verə bilməyəcəklər, bax o hərbçlərə həmişə hazır ol (ağlayır...). O baxışlara hazır ol. Bir də deyirdi ki, nə vaxtsa mənim ölüm xəbərim gəlsə sənə, heç vaxt mənim tabutum qabağında ağlama. Buna görə də ağlamadım... Deyirdi ağlama, iş yoldaşlarım, tələbələrim görsün ki, qürurlu, dik durmaq necə şeydir. Həmişə deyirdi ki, şərəfli ölüm yaxşıdır. Qoy desinlər ki, məndən geriyə nəsə qalıb.

"Əsas nigarançılığım o idi, o da getdi"

Təbriz dünyasını dəyişənə qədər ən böyük nigarançılığım o idi. Hər səhər saat 6-da gedəndə, deyirdim uğur olsun. Elə bilirdim belə deyəndə hər şey yaxşı olacaq...(ağlayır) Hər zəngində deyirdim, Təbriz ehtiyatlı ol. Əsas nigarançılığım o idi, o da getdi"

"Deyilənlərə görə, ön xəttən 24 kilometr içəri keçiblər"

Atası Tariyel Musazadə: "Təbrizin şəklini görüb danışa bilmirəm. Danışacaq nəsə qaldı ki? İş yoldaşları danışırdılar ki, Təbriz üç dəfə o tərəfə gedib. Birinci dəfə gedib gələndən sonra deyiblər ki, gedək günorta yeməyini yeyək, sonra yenə qayıdarıq. İkinci dəfə gedəndə, helikopter nasaz olub, qayıdıblar. Təbriz özü deyib ki, başqa vertolyotla özüm gedəcəm. Hətta iş yoldaşları ilə mübahisələri də olub ki, o qabaqda getməsin. Təbriz deyib ki, o yolu getmişəm, yaxşı tanıyıram. Mən qabaqda gedim, siz arxamca gələrsiz. Vurulan anda da görüblər ki, vəziyyət pisdi, o isə vertolyotu sürüb erməni postunun üstünə. Deyilənlərə görə, ön xəttən 24 kilometr içəri keçiblər.

"Təbriz helikopteri ermənilərin üstünə çırpıb"

Təbrizin bibisi qızı vəkil Şəhla Hümbətova: "Təbrizin son döyüşü barədə rəsmi məlumat yoxdur. Bildiyimiz budur ki, bir-iki dəfə gedib, bombalayıb qayıdıblar. Üçüncü dəfə gedəndə çox yaxına gediblər, görüblər ki, vurulacaqlar, Təbriz də helikopteri onların üstünə çırpıb. Yəqin neytral zonaya özü salmayıb, fikirləşib ki, mən ölürəmsə, qoy bu ermənilər də ölsünlər".

"Qəfildən erməni postunun üstünə çıxıblar"

Kamal Hacıyev - Təbrizin xalasının həyat yoldaşı, ehtiyatda olan polkovnik: "Təpəliyin arxasında ermənilərin iki üç postu var imiş. Ermənilərin postunun arxasına keçmək istəyəndə, tində onların postu olub. Bunlar birdən birə postun üstünə çıxıblar. Orda ermənilər vertolyotun qabağını vurublar. Amma ola bilsin, vurulandan sonra onlar qayıdıb neytral zonaya düşə bilərdilər. Ancaq Təbrizgil qayıtmayıblar, düz postun üstünə sürüblər. Vertolyot erməni postunun 3 metrliliyinə düşüb".

"Gözlədiyimiz 8 gün ərzində, elə bilirdik sağdılar"

Şəhla xanım: "Təbrizgilin nəşi 8 gün sonra gətirildi. Müdafiə Nazirliyinə, Qırmızı Xaç Komitəsinə müraciət etsək də, cavab yox idi. Həmin vaxt ərzində biz düşünürdük ki, bizimkilər yaralanıblar, hardasa olsa evə gələcəklər. Aprelin 10-u bildik ki, rəhmətə gediblər. Həmin ərəfələrdə internetdə ermənilərin yazdıqları xəbərləri çox oxuyurdum. Ara Xaçaturyan adlı bir erməni var, özü Nyu Yorkda yaşayır. Bu şəxs hər bir şəhidi ayrı-ayrı araşdırır. Harda doğulub, doğum tarixi, şəkilinə kimi bizim şəhidlərimizin siyahısını tərtib edib. Onun özü Azərbaycanda doğulub, bizim dili də bilir. Şəhid olan hərbiçilərimiz haqqında məlumat topladıqdan sonra öz facebook səhifəsində yazırdı ki, bu da nömrə on altı, on yeddi və.s nömrələyib şəhidlərin siyahısını düzəldirdi. Ermənilərin formlarını belə oxuyurdum, Təbrizgilin helikotperi vurulandan sonra onlar yazırdılar ki, azərbaycanlıların bizdə dəyişmək üçün dəyərli bir şeyləri var. Biz bunu yaxşı istifadə edə bilərik. Ermənilər öz meyidlərini götürməkdə maraqlı deyildilər, bəlkə də ola bilsin, Təbrizgilin nəşini ona görə gec verdilər. Biz gözlədiyimiz bu 8 gün ərazində inanırdıq ki, onlar hələ sağdılar.

"Vurulan an Təbriz arxadakı helikopterlərə deyib: "Vurulduq qayıdın arxaya""

Anası: "Təbriz harasa sağ düşsəydi, ordan elə çıxıb gələrdi ki, heç onların ruhu belə inciməzdi. Uşaq vaxtından heç bir şeydən qorxmazdı. İstəyir lap ayağı qırılsın, hər şeyə adi baxırdı ki, nə olsun düzələcək. Yıxılıb edəndə gəlib əzizliyirdim ki, başı qarışsın. Deyirdi ki, ay ana sən belə edəndə, daha çox ağrıyıram. Ona görə də bilirdim ki, əgər sağ qalıblarsa, hər nə cür olsa da ordan çıxıb gələcək. Ölümdən heç vaxt qorxmurdu, deyirdi hamımız öləcəyik də, bu qadınlar niyə ağlayırlar bu qədər. Həmişə deyirdi ki, hərbiçiyəm, uçub gedirəm, bir gün uçub gedəcəm, qayıtmıyacam. Elə də etdi, uçdu getdi, qayıtmadı... (gözləri dolur). Deyirlər ki, Təbrizin vertortolyu vurulanda, arxadakı 2 helikopterə deyib: "Biz vurulduq, qayıdın arxaya". Təbriz özü yoldaşlarına xəbərdarlıq edib.

Anasının sözlərinə görə, Təbrizin təqaüdə çıxmasına 3 il qalıbmış…

Vəkil Şəhla: "Bilirsiz necədi, Təbrizdən heç vaxt eşitməmişdim ki, desin, filan vaxtı pensiyaya çıxmaq istəyirəm. O ancaq deyirdi ki, müharibə olsun, torpaqları alaq".

"Milli qəhrəman adı verilməsini gözləyirik"

Anası: "Təbrizə Milli Qəhrəman adının verilməsini gözləyirdik. O özünü, sinəsini qorxmadan düşmənin qabağına verib, şəhid oldu. Ölümündən belə qorxmadı. Balam qəhrəman idi, getdi öz qəhrəmanlığını da göstərdi. Buna görə də layiq olduğu Milli Qəhrəman adı verilməlidir. Təbriz buna layiqdi".

Şəhid pilotun gizli səsyazması yayıldı: "Gedib, qayıtmayacağam" - FOTOLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 9789   Tarix: 04 may 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133