Gəncədə "CinemaPlus" kinoteatrının açılışı oldu- FOTOLAR
Gəncədə "CinemaPlus" kinoteatrının açılışı olub.
BiG.AZ-ın məlumatına görə, "CinemaPlus" açılış tədbirinə Bakıdan KİV nümayəndələri, bloqerlər, tanınmış simalar və biznes tərəfdaşları üçün, üzərində kinoteatr reklam ilə bəzədilmiş avtobuslarda tur təşkil edib.
Tədbirdə iştirak edənlər Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev, "CinemaPlus" kinoteatrlar şəbəkəsinin baş direktoru Zaur Darabzadə və millət vəkili Naqif Həmzəyev açılış nitqi ilə hamını salamlayıb və təbrik edib.
Onlardan başqa "CinemaPlus" kinoteatrının repertuar üzrə direktoru Faik Kazımov və layihə rəhbəri Fəhrim Quluzadə də cıxış ediblər.
Xatırladaq ki, 2016-cı il Avropa Gənclər Paytaxtı olan Gəncədə məhz belə müasir avadanlıqlarla təchiz olunmuş kinoteatrın açılması sevindirici haldır.
Rəsmi hissədən sonra Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film, həmçinin Heydər Əliyev Fondunun dəstəyi ilə çəkilən "Bakı Media Mərkəzi"-nin Arzu Əliyevanın baş prodüserliyi ilə çəkdiyi "Əbədi ezamiyyət" filmləri izlənilib.
Foyedə qonaqlara xüsusi Amerika istehsalı olan pop-korn və sərin içkilər verilib.
Tədbirin növbəti hissəsi "Cinema Distribution" şirkətinin təqdim etdiyi "Ekipaj" və "Diverqent 3" filmlərinin nümayişi ilə davam etdi.
Gəncə şəhərində "CinemaPlus" kinoteatrının inşasını "UM Group" şirkəti həyata keçirib. Əsas tərəfdaşlarından biri isə beynəlxalq keyfiyyətə nəzarət sahəsində lider sayılan "İntertek" şirkəti idi.
Qeyd edək ki, dünyada 44 ölkədə 500-dən çox kinoteatrı dizayn işlərini reallaşdıran Kanadanın "Mesbur+Smith Architects" şirkəti "CinemaPlus" kinoteatrının da dizayn işlərini tam olaraq görüb.
"CinemaPlus" ən yeni Barco nəslindən olan proyektorlar, yüksək parlaqlığa malik kinoekranlar və səs sistemləri ilə təhciz olunub. 461 yerdən və 5 zaldan ibarətdir.
Bundan əlavə, "CinemaPlus" kinoteatrı Master İmage 3D texnologiyası ilə tətbiq olunur.
Kinoteatr, "Xəmsə Park" Ticarət Mərkəzi, Gəncə Bulvarın yaxınlığındakı Nizami küçəsi 8 ünvanın 4-cü mərtəbəsində yerləşir. Tədbirin informasiya dəstəyini Region TV, Avto FM və Kəpəz FM göstərirdi. Tərəfdaşlar isə "Sabina Perfumery & Cosmetics" magazalar şəbəkəsi idi. "CinemaPlus" kinoteatrlar şəbəkəsi hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən yaxşı premyeralar ilə sevindirməyə hazırdır.
Tədbirdən fotolar:
Mirvari Nəcəf













BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 5686 Tarix: 04 may 2016
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ərdoğan: Rusiya-Ukrayna münaqişəsində sülh uzaqda deyil
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya-Ukrayna münaqəsində sülhün uzaqda olmadığını deyib. "Report" "TRT Haber"ə istinadən xəbər verir ki, Türkiyə lideri bu barədə Türkmənistan səfərindən dönərkən təyyarədə jurnalistlərə açıqlaması zamanı danışıb. Ərdoğan Rusiya Prezident
13.12.2025 133 Elçin Əmirbəyov: Zəngəzur dəhlizi eyni anda bir neçə strateji marşrutu birləşdirir
Zəngəzur dəhlizi - bir neçə marşrutu özündə birləşdirən genişmiqyaslı layihədir. "Report" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə xüsusi nümayəndəsi Elçin Əmirbəyov Polşanın "TVP World" telekanalına verdiyi müsahibəsində bildirib. O xatırladıb ki, "Tram
13.12.2025 97 Cari ildə iki milyard sərnişin, 217.9 milyon ton yük daşınıb
2025-ci ilin yanvar-noyabr ayları ərzində yükdaşımaları əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2 faiz, sərnişindaşımaları isə 5.6 faiz artıb. Hesabat dövründə nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən ümumilikdə 217.9 milyon ton yük daşınıb. rəsmi statistikaya istinadə
13.12.2025 123 Azərbaycan "OpenAI" ilə suveren süni intellekt infrastrukturunun yaradılmasını müzakirə edib
Azərbaycan "OpenAI" şirkəti ilə suveren süni intellekt infrastrukturunun yaradılmasını müzakirə edib. "Report" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkəsindəki hesabında bildirib. Müzakirələr R.Nəbiyevin ABŞ-yə səfəri çərçivəsind
13.12.2025 134 Zelenski: Belarus həbsdə olan beş Ukrayna vətəndaşını azad edib
Belarus Ukraynanın beş vətəndaşını azad edib. "Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkədə bildirib. "Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov Belarusda olan mülki şəxslərin azad edilməsi üçün xüsusi tədbirin hazırlanmas
13.12.2025 100 Səidə Haqverdiyeva vəzifədən azad olundu
Azərbaycan Dövlət Kukla Teatrında kadr dəyişikliyi baş verib. xəbər verir ki, teatrın quruluşçu rejissoru Səidə Haqverdiyeva tutduğu vəzifədən ayrılıb. O, bu barədə özü məlumat verib. Bildirilib ki, S.Haqverdiyeva işdən öz ərizəsi əsasında azad olunub
13.12.2025 175 Şirvanda hamamda yıxılan şəxs xəstəxanada ölüb
Şirvan şəhərində noyabrın 27-də hamamda yıxılan qadın dekabrın 12-də xəstəxanada ölüb. BİG.AZ "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin L.İbrahimov küçəsindəki evdə baş verib. Belə ki, 1958-ci il təvəllüdlü Xuraman Nəsir qızı Səfərova hamam otağında yıxılandan sonra xəstəxanaya yerləşdirils
13.12.2025 172 Avropa Birliyi Rusiyanın 210 milyard avro dəyərində aktivlərini dondurub
Avropa Birliyi Rusiyanın birlik daxilində 210 milyard avro dəyərində aktivlərini qeyri-müəyyən müddətə dondurub. BİG.AZ DW-yə istinadən xəbər verir ki, bu qərar vəsaitin Ukraynaya yardım üçün istifadəsinə imkan verəcək. Əvvəllər Avropa Birliyi aktivlərin dondurulmasını hər altı aydan bir uzada bilərd
13.12.2025 163 Johnson & Johnson şirkəti müştərilərinə 40 milyon dollar təzminat ödəməli olacaq
Kaliforniya məhkəməsi Johnson & Johnson-un talk əsaslı məhsullarının təhlükəli olduğunu bildiyini, lakin istehlakçıları xəbərdar etmədiyini müəyyən etdi. BİG.AZ Sky News-a istinadən xəbər verir ki, Kaliforniya məhkəməsi Johnson & Johnson brendinin körpə pudrasının yumurtalıq xərçənginə səbə
13.12.2025 335