Mərkəzi Bankdan likvidlik əməliyyatları üzrə - QƏRAR

Mərkəzi Bankdan likvidlik əməliyyatları üzrə - QƏRARAzərbaycan Mərkəzi Bankı öz mandatına uyğun olaraq, makroiqtisadi sabitliyin təmin olunmasına yönəlmiş tədbirləri davam etdirir.

Bankdan BiG.AZ-a verilən məlumata görə, pul siyasətinin başlıca məqsədi olan qiymət sabitliyini təmin etmək üçün çevik monetar əməliyyatların aparılması istiqamətində zəruri işlər görülməkdədir.

Qeyd olunur ki, milli iqtisadiyyatda və işgüzar fəallıqda müşahidə edilən son meyillər, məcmu tələbin həcmi və strukturunda baş verən son dəyişikliklər nəticəsində inflyasiyanın formalaşmış faktiki səviyyəsi və inflyasiyaya təsir edən əsas tsiklik və struktur amillərin davranışı, habelə inflyasiya gözləntilərinin sabitləşməsi faiz dəhlizinin yuxarı həddinin aşağı endirilməsini şərtləndirir. Eyni zamanda son dövrlər dövlət qiymətli kağızları üzrə gəlirlikdə, habelə banklararası pul bazarında faiz dərəcəsində müşahidə edilən meyillərdə buna əsas verir.

Digər tərəfdən, Mərkəzi Bank makroiqtisadi və maliyyə sabitləşdirilməsi siyasəti çərçivəsində müvafiq iqtisadi qurumlarla birgə razılaşdırılmış pul proqramına uyğun olaraq pul kütləsinin nəzərdə tutulan artım templərinə nail olmaq üçün müvafiq həcmdə likvidliyin sterilizasiyası əməliyyatlarının da aparılmasını planlaşdırır. Bu isə faiz dəhlizinin aşağı həddinin qaldırılmasını zəruri edir. Faiz dəhlizinin aşağı həddinin qaldırılması ilə sterilizasiya əməliyyatlarının aparılması milli valyutada yığımların cəlbediciliyini yüksəltməklə manata olan inamın artması və valyuta bazarında tarazlığın dəstəklənməsi baxımından da əhəmiyyətlidir.

Bütün bunları, habelə cari il üçün sıx kooordinasiya rejimində həyata keçirilməsi nəzərdə tutulan monetar, fiskal və maliyyə sabitliyi siyasətlərindən irəli gələn vəzifələri nəzərə alaraq, Mərkəzi Bankın İdarə Heyəti 3 may 2016-cı il tarixindən uçot dərəcəsini 7% səviyyəsində dəyişməz saxlamaqla likvidlik əməliyyatları üzrə faiz dəhlizinin aşağı həddini 2%-dən 4%-ə qaldırmaq, yuxarı həddini isə 17%-dən 15%-ə endirmək barədə qərar qəbul edib.

Xatırladaq ki, Mərkəzi Bank tərəfindən faiz dəhlizinin aşağı və yuxarı hədləri səviyyəsində olan faiz dərəcələri ilə 1 gündən 7 günədək olan müddətə likvidliyin verilməsi və cəlb olunması əməliyyatları həyata keçirilir. Banklar qısamüddətli likvidliyin idarə olunması məqsədilə Mərkəzi Bankın çərçivə aləti olan 1-7 günlük repo/əks-repo əməliyyatlarından öz təşəbbüsləri ilə məhdudiyyətsiz olaraq istifadə edə bilərlər.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 933   Tarix: 03 may 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qobustan Rayon Mərkəzi Xəstəxanasında nə baş verib?

Qobustan Rayon Mərkəzi Xəstəxanasında qalmaqal yaşanır. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, xəstəxananın işdən çıxarılan bir qrup işçisi məhkəməyə müraciət edib. Onlar rəhbərliyin qərarını qanunsuz hesab edirlər. Məhkəməyə müraciət edənlərin iddia tələbi əmək haqqının ödənilməsi ilə bağlıdır. Qobusta

01.05.2024 298
.

Hizbullah İsrailin sərhəddə yerləşən tankına raketlə hücum edib

Hizbullah Hərəkatı İsrailin sərhəddəki hərbi tankını idarə olunan raketlə hədəfə aldığını açıqlayıb. xəbər verir ki, Hizbullah tərəfindən verilən açıqlamada Livanın cənubundan İsraillə sərhəddə yerləşən Metula qəsəbəsinə hücumun təşkil edildiyi bildirilib. Açıqlamada İsrailin Metuladakı hərbi tankını

01.05.2024 142
.

Bu gündən I siniflərə sənəd qəbulu başlayır

Bu gündən 2024-2025-ci tədris ili üçün I siniflərə sənəd qəbulu başlayır. Axşam.az xəbər verir ki, elektron qaydada həyata keçirilən sənəd qəbulu sentyabrın 13-nə qədər davam edəcək. Azərbaycan bölməsi üçün məktəb və müəllim seçimi 3 may-13 sentyabr tarixlərində olacaq. Tədris digər dillərdə aparıla

01.05.2024 280
.

Milli Məclisin deputatı mandatdan məhrum edilir - MSK təcili toplanır

Sabah Mərkəzi Seçki Komissiyasının iclası keçiriləcək. İclasda Ramin Məmmədovun deputat mandatından məhrum edilməsi məsələsinə baxılacaq. Qeyd edək ki, Prezident İlham Əliyevin 8 aprel tarixli sərəncamı ilə Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilib. Ramin Məmmədov 6

01.05.2024 2888
.

Toyda qonağın bu hərəkəti Şəbnəmi əsəbiləşdirdi - Video

Müğənni Şəbnəm Tovuzlu toy məclislərindən birində xoşagəlməz hadisə ilə rastlaşıb. Axşam.az xəbər verir ki, görüntülər sosial mediada yayılıb. Videoda müğənni mahnı ifa edən zaman qonaqlardan ona pul verərək qolundan tutub rəqsə dəvət etdiyi əks olunub. Şəbnəm pul alıb və əli ilə ondan uzaqlaşmasın

01.05.2024 840
.

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə yeni hüquq verilib

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə yeni hüquq verilib. APA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Media haqqında" Qanuna dəyişiklikdə əksini tapıb. Beləliklə, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi çap mediası subyektinin təsisçisi ola biləcək. Qeyd edə

01.05.2024 175
.

12 min manat aliment borcunu ödəmədi - Həbs edildi

Şəkidə xeyli miqdarda aliment borcunu ödəməyən şəxs cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo" xəbər verir ki, rayonun Aşağı Daşağıl kənd sakini 1988-ci il təvəllüdlü Murad Buludov (şərti) barəsində Cinayət Məcəlləsinin 306.1-ci (məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə

01.05.2024 374
.

"YouTube" kanalları necə oğurlanır? - AÇIQLAMA

"Azərbaycanda "YouTube" kanallarına qarşı hücum var. Kanallar kibercinayətkarlar tərəfindən ələ keçirilib və saxta canlı yayımlar edilib. Yayımlarda kriptovalyuta ticarəti aparılır. Kanallar daha sonra "Bitcoin" qarşılığında hərracda satışa çıxarılır". Bu barədə BİG.AZ-

01.05.2024 164
.

Prezident: "İndi biz sülhə doğru gedirik"

Azərbaycan Prezidenti İlham Əliyev mayın 1-də Bakıda işə başlayan "Sülh və qlobal təhlükəsizlik naminə dialoq" mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxışında müharibədən sonra regionda yaranmış vəziyyətdən danışıb. AZƏRTAC xəbər verir ki, dövlətimizi

01.05.2024 211