Tərtərdə dinc sakinlər atəşə tutulur - VİDEO - FOTOLAR

Tərtərdə dinc sakinlər atəşə tutulur - VİDEO - FOTOLARDüşmənin, demək olar ki, hər gün müxtəlif növ silahlardan atəşə tutduğu Qapanlı kəndinin sakinləri son günlər yalnız savaş arzusundadırlar.

BiG.AZ bildirir ki, musavat.com-un verdiyi məlumata görə, aprelin 27-dən 28-nə keçən gecə erməni silahlı qüvvələri Tərtərin Qapanlı kəndində sakinlərə məxsus iki evi artilleriya silahından atəşə tutublar. Hər iki evin üzərinə düşən mərmi tikililəri yararsız hala salıb.

Kənddə olduğumuz zaman söhbət etdiyimiz sakinlər bildirdilər ki, aprel ayında ermənilər daha da fəallaşıblar. Onlar əvvəllər avtomat və digər bu kimi silahlardan istifadə edirdilərsə, son zamanlar kənd yalnız artilleriya silahlarından atəşə tutulur. Kənd sakinləri, həmçinin qeyd etdilər ki, onlar ordumuza güvənirlər və düşmənin bu kimi təxribatlarından zərrə də olsa, çəkinmirlər.

Biz orada olduğumuz zaman (29 aprel 15:00 radələri) düşmən avtomat və pulemyotlardan kəndi ara-sıra atəşə tuturdu. Lakin müşahidə etdik ki, atəş səslərinə baxmayaraq, kənddə həyat öz axarı ilə davam edir, hər kəs işinin başında idi.

Kənd sakini Mahmud Əhmədov musavat.com-a bildirib ki, düşmənin atəşlərinə baxmayaraq, kənddə yaşamlarına davam edirlər: "Ordumuza güvənirik. Məhz buna görə də, kəndimizdə oturub, həyətimizdə öz təsərrüfat işlərimizlə məşğul oluruq. Ancaq düşmənin atəşinə görə sahələrimizə çıxa bilmirik. Artıq bir neçə gündür ki, ermənilər axşam saatlarından səhərə qədər atəşkəsi pozur, yaşayış məntəqələrini atəşə tuturlar".

Qapanlıda bərbər işləyən Zahid Cəfərov da işinin başında idi. O bildirdi ki, atışmaya artıq bir növ öyrəşiblər. Ona görə də, düşməndən çəkinmək barəsində söhbət belə, gedə bilməz.

Kəndin 84 yaşlı ahıl sakini Əli Əliyev bildirdi ki, son günlər düşmən fəallaşsa da, bir addım da olsun, kənddən kənara çıxmağı düşünmür: "Camaatımız da elə mənim kimi düşünür. Çünki ordumuza güvənirik. Biz onlara arxayın olub, burada oturmuşuq. Hər gün düşmən atəşkəsi pozur. Ancaq artıq öyrəşmişik".

Yuxarıda qeyd etdiyimiz kimi, düşmənin artilleriya zərbələri nəticəsində Qapanlıda iki evə ciddi zərər dəyib. Həmin evlərdə də olub, hazırkı vəziyyət ilə tanış olduq.

Evinin üstünə mərmi düşən Elbrus Tanrıverdiyev hadisəni bu cür danışdı: "Aprelin 28-də gecə saat 4 radələrində gördük ki, ermənilər kəndi intensiv atəşə tutublar. Biz də həyətimizdə olan hamama girdik ki, həyətə mərmi düşən zaman, qəlpələrdən özümüzü qoruyaq. Az sonra mərmilərdən biri bizim evin üzərinə düşdü. Mərminin partlaması nəticəsində evimizin üstü tamamilə dağılıb, bundan başqa otaqlara da ciddi ziyan dəyib. Eyni zamanda otaqda olan bir çox əşyalarımız da yararsız vəziyyətə düşüb. Düşmən, demək olar ki, hər dəfə artilleriya silahlarından kəndə atəş açır. Rayon İcra Hakimiyyətinin nümayəndələri bir neçə dəfə evimizə gələrək, dəyən zərərin miqdarını hesablayıblar. Evimizin üzərini müvəqqəti örtmək üçün xüsusi çadır da veriblər".

Daha sonra düşmənlə təmas xəttinə ən yaxın məsafədə yerləşən və 2 gün öncə üzərinə mərmi düşən digər evə yollandıq. Mənzilin sahibləri hazırda evdə olmasalar da, qonşu Rasim Hüseynovla söhbət etdik.

R.Hüseynov bildirdi ki, düşmənlə aralarındakı məsafənin 1 kilometrdən də az olmasına baxmayaraq, heç nədən çəkinmirlər: "Harasa getmək fikrimiz yoxdur. Erməni kimdir ki, biz ondan qorxub, harasa gedək. Hər kəs öz işinin başındadır. Heç nədən narahat deyilik. Lakin bu ərazidə düşmənin atəşi nəticəsində bütün evlərə ziyan dəyib. Qonşunun evinin də üzərinə mərmi düşüb, mənzili tamamilə yararsız hala salıb. Erməninin əlindən başqa heç nə gəlmir. Kənardan durub, dinc sakinləri atəşə tuturlar. Ancaq ordumuz da onlara layiqli cavabı verir. Ona görə də narahat deyilik".

Onu da qeyd edək ki, Tərtər rayon İcra Hakimiyyətindən aldığımız məlumata görə, düşmənin aprelin 27-dən 28-nə keçən gecə açdığı atəş nəticəsində zərər görən 58 yaşayış evinin təmiri ilə bağlı müvafiq sənədləşdirmə işlərinin aparılmasına başlanılıb. Yaxın zamanlarda müvafiq addımlar atılacaq.


Tərtərdə dinc sakinlər atəşə tutulur - VİDEO - FOTOLARTərtərdə dinc sakinlər atəşə tutulur - VİDEO - FOTOLARTərtərdə dinc sakinlər atəşə tutulur - VİDEO - FOTOLARTərtərdə dinc sakinlər atəşə tutulur - VİDEO - FOTOLARTərtərdə dinc sakinlər atəşə tutulur - VİDEO - FOTOLARTərtərdə dinc sakinlər atəşə tutulur - VİDEO - FOTOLARTərtərdə dinc sakinlər atəşə tutulur - VİDEO - FOTOLARTərtərdə dinc sakinlər atəşə tutulur - VİDEO - FOTOLARTərtərdə dinc sakinlər atəşə tutulur - VİDEO - FOTOLARTərtərdə dinc sakinlər atəşə tutulur - VİDEO - FOTOLARTərtərdə dinc sakinlər atəşə tutulur - VİDEO - FOTOLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1797   Tarix: 30 aprel 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264