"Atışma səsləri eşidir, oyananda deyir üstümdə qan var" - Əsgər anası
"Oğlum çarəsizlikdən özünü və uşağını öldürmək istəyir. Bir ana olaraq əlimdən heç nə gəlmir, sadəcə baxıb ağlayıram".
BiG.AZ xəbər verir ki, bu sözləri redaksiyamıza şikayət üçün gələn Bakı sakini Mətanət Ağayeva deyir. Şikayətçinin sözlərinə görə, oğlu 2004-cü ildə əsgərlikdə olan zaman başından zərbə alıb. Elə ailənin ağır günləri də bundan sonra başlayıb:
"Böyük oğlumdan sonra kiçik oğlum Tağını da əsgər göndərmişdim. Şəmkirdə hərbi xidmətdəydi, mənə məktub yazaraq kəşfiyyatçı olmaq istədiyini və bu səbəbdən də Murova keçəcəyini bildirdi. İdmançı uşaq idi, daha mən də bir söz demədim. Noyabrda zəng gəldi ki, oğlunuz Gəncədə hospitaldadır, tez yetişin. Oraya gedəndə övladımı tanımadım. Nə danışa bilirdi, nə başqa bir şey. Sadəcə ruh kimi gəzirdi. Dedilər ki, əlini it dişləyib, ondan sonra belə olub. Ancaq başının arxasında yumruq boyda hematoma var. Nə qədər soruşdumsa nə onlar, nə də oğlum mənə bir şey demədi. Birtəhər övladıma sənəd alıb Bakıya gətirdim. Üstündən 12 il keçməsinə baxmayaraq hələ də tutmaları var. Birdən özündən gedir. Yanına bir saniyə gec çatsaq, övladımı itirə bilərəm. Elə vaxt olub ki, hər gün evimizə təcili yardım gəlib".
"Bütün analar övladının xoş gününü görmək istəyər, ancaq mən evlənməməsi üçün çox dil tökdüm. Çünki belə olacağını bilirdim..."
Mətanət ananın sözlərinə görə, 1985-ci il təvəllüdlü Tağı Ağayev hadisədən sonra hələ təzə-təzə danışmağa başlayıb. İndi də əsəbiləşəndə kəkələyir. Birdən qulaqlarını tutub atışma səslərinin gəldiyini deyir, sonra da özündən gedir:
"Oyananda başlayır üstünü təmizləməyə. Deyirəm, nəyi təmizləyirsən? Deyir qan var, onu. Əsgər forması görəndə bilmir nə etsin. Nə qədər çalışdım ki, evlənməsin. Özü də, qız da, uşaq da bədbəxt olacaq, alınmadı. Qudalarıma vəziyyətini bircə-bircə danışdım, gəlinim dedi, sevirəm, evlənəcəyəm. İndi bir oğlan övladları var. Uşağım işləyə bilmir, kirayədə qalır. Sadəcə əlillik pensiyası olan 130 manatla da bilmir ki, evə çörək alsın, ya kirayə pulunu versin. Evlərdə təmizlik işi ilə məşğul olub 5-dən, 3-dən qazanıram. Onunla da dərmanlarına kömək etməyə çalışıram. Nəvəmi evdən çölə çıxarmırıq, uşaqdı, gözü nəsə görsə, istəyir. Vitamin çatışmazlığından saçları tökülməyə başlayıb. O gün oğlum deyir, daha belə yaşaya bilmirəm, özümü də, uşağı da öldürəcəyəm. Bu sözə ana necə dözsün axı?!"
Şikayətçi deyir ki, yardım üçün Sosial Müdafiə Fonduna, İcra Hakimiyyətinə və bir neçə yerə müraciət etsə də, kömək edən olmayıb:
"Deyirəm, bir balaca daxma verilsə, heç olmasa, 130 manata evə çörək alardılar. Fond deyir, biz ev vermirik, İcraya müraciət et. Ordan da deyirlər ki, torpaq al kömək edərik. Daha torpaq almağa pulum varsa, verərəm uşaqlara qarnını doydurar, niyə ona-buna ağız açıram? Çox çarəsiz qalmışam, media vasitəsilə aidiyyatı qurumlara, Heydər Əliyev fonduna səslənib bir kömək etmələrini xahiş edirəm. Övladım illərdir, gözümün qarşısında məhv olur, mənim dərdimə bir əncam çəkilsin"./qafqazinfo/

BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2560 Tarix: 19 aprel 2016
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu şəxslər də gələn ildən daha çox vergi ödəyəcək
"Vergi Məcəlləsi"nə edilən yeni dəyişikliklərə əsasən, sabit qəbz və ailə kəndli təsərrüfatları üçün mövcud rejim saxlanılsa da, dərəcələr artırılacaq. Belə ki, gələn ildən qüvvəyə minməsi nəzərdə tutulan dəyişikliklərə əsasən, sabit qəbzdə regional əmsallarda 3 faizlik dərəcə 5 faizə, 5 faizli
13.12.2025 183 TƏCİLİ: Bu, baş versə pensiya yaşı 60-a endiriləcək
Azərbaycanda cəmiyyəti narahat edən əsas sosial məsələlərdən biri də pensiya yaşının ilbəil artmasıdır. Maraqlıdır, pensiya yaşı yenidən artırıla bilərmi?. Mövzu ilə bağlı -a açıqlama verən iqtisadçı Rəşad Həsənov bildirib ki, pensiya yaşının artırılması prosesi yeni deyil və buna 2017-ci ildə qanunvericiliy
00:13 141 Azərbaycan Türkiyədən metal idxalına çəkdiyi xərci 5 %-ə yaxın azaldıb
Bu ilin yanvar-noyabr aylarında Azərbaycan Türkiyədən 124,06 milyon ABŞ dolları dəyərində qara və əlvan metal idxal edib. "Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 4,9 % azdır. Təkcə noyabr ayında Türkiyə Azərbaycana 9,695 milyo
10:10 0 Azərbaycanda gəlin qayınanası və baldızını qaynar çayla YANDIRDI
Astarada gəlin qayınanası və baldızına yanıq xəsarətləri yetirib. BİG.AZ -a istinadla xəbər verir ki, hadisə rayonun Şahağacı kəndində qeydə alınıb. Kənd sakini, 45 yaşlı Süsən İmanova (ad və soyad şərtidir) toy yığıncağında iştirak etmək üçün oğlu ilə birgə əmisi arvadı olan qayınanasının evinə gedib
13.12.2025 188 "Azərişıq" işçisini cərəyan vurub öldürdü
Abşeronda kişini cərəyan vuraraq öldürüb. xəbər verir ki, hadisə Mehdiabad qəsəbəsinin ərazisində baş verib. Elektrik dirəyində təmir işləri görən "Azərişıq" ASC-nin əməkdaşı, 31 yaşlı Fatmayı kənd sakini Ülvi Bəhrəm oğlu Məcidlini cərəyan vurub. Nəticədə o, hadisə yerində ölüb. Faktla bağl
13.12.2025 179 Gizli mikrokameraların satışına qanun icazə verir? - Dələduzluğun yeni növü
Sosial şəbəkələrdə gizli kameraların, GPS-lərin reklamı və satışı geniş yayılıb. Belə ki, vint, maşın açarı, qələm və s. şəklində mikrokameralar ucuz qiymətə təklif olunur. Bu cür satış təklif edənlər həm də kiberdələduzluqla məşğul olurlar. Baku TV-nin əməkdaşı "TikTok"da ucuz gizli kamer
13.12.2025 155 Ürəyi 45 dəqiqə dayanan qadın danışdı: "Həkimlər deyirlər ki, iki dəfə olub"
Şirvan Şəhər Mərkəzi Xəstəxanasında cərrahi əməliyyatdan təxminən bir həftə sonra ürəyi dayanan qadın 45 dəqiqəlik reanimasiya tədbirlərindən sonra həyata qaytarılıb. Hadisədən sonra özünə gələn pasiyent yaşadıqlarından danışıb. Belə ki, altı uşaq anası Sevinc Əliyeva öd kisəsindəki daş səbəbindən əməliyya
01:19 107 Dövlət mülkiyyətinə keçirilmiş mallar üzrə hərrac keçiriləcək
Gələn il yanvarın 9-da dövlət mülkiyyətinə keçirilmiş malların satışı üzrə növbəti gömrük hərracı təşkil olunacaq. Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir ki, hərraca müxtəlif kateqoriyalar üzrə dövlət mülkiyyətinə keçirilmiş mallar çıxarılacaq. Onların arasında avtomobil ehtiyat hissələri
13.12.2025 108 Ərdoğan: Rusiya-Ukrayna münaqişəsində sülh uzaqda deyil
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya-Ukrayna münaqəsində sülhün uzaqda olmadığını deyib. "Report" "TRT Haber"ə istinadən xəbər verir ki, Türkiyə lideri bu barədə Türkmənistan səfərindən dönərkən təyyarədə jurnalistlərə açıqlaması zamanı danışıb. Ərdoğan Rusiya Prezident
13.12.2025 133