Bakı Şəhəri Ramazan Ayı`na Hazırlaşır (Video)
Allah Taala Qurani-Kərimdə buyurur: "Ey iman gətirənlər! Sizdən öncəkilərə buyrulduğu kimi, sizlərə də oruc tutmaq buyrulmuşdur ki, təqvalı olasınız" ("Bəqərə", 183)
Bildiyimizi kimi qarşıdan ayların sultanı Ramazan ayı daxil olmaqdadır. İnsanın mənəvi saflığında, onun əxlaqında, təkamül və ruhi tərəqqisində böyük rol oynayan və mühüm əhəmiyyət kəsb edən ibadətlərdən biri də orucdur. İlahi qonaqlıq adlanan bu ibadəti yerinə yetirən zaman insanın bütün günləri, saatları, dəqiqə və saniyələri belə onun üçün ibadət və savab sayılır. Ramazan ayında yerinə yetirilməsi vacib olan bu əməl özündə cəmləşdiyi xeyr və bərəkətlərə görə həmin aya xüsusi bir təravət və gözəllik verir. Hədislərdə və rəvayətlərdə bu ay "Allah ayı" və "mübarək ay" adlandırılmışdır.
BiG.Az Telegramda izləyin instagramda izləyin
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş