XİN rəhbərlərinin Bakı görüşündə nələr oldu?- VİDEO Yenilənib

XİN rəhbərlərinin Bakı görüşündə nələr oldu?- VİDEO YenilənibAzərbaycan Respublikası xarici işlər naziri Elmar Məmmədyarov, İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun aprelin 7-də Bakıda keçirilən görüşündə tərəflər XİN rəhbərlərinin üçtərəfli görüşünün dialoq və ölkələrin regional, beynəlxalq məsələlərdə qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsində əhəmiyyətini bir daha qeyd ediblər.

Bu barədə nazirlərin Bakı görüşünün yekunlarına dair mətbuat açıqlamasında deyilir.

Açıqlamada bildirilir ki, tərəflər bərabərlik, qarşılıqlı hörmət və bir-birinin daxili işlərinə müdaxilə etməmək prinsipləri əsasında hökumətlərarası əlaqələrin inkişaf etdirilməsi və gücləndirilməsi ilə bağlı razılığa gəliblər.

XİN rəhbərləri regional stabillik və təhlükəsizliyə qarşı yeni çağırışlarla mübarizəyə sadiqliklərini təsdiqləyib, bu mənada terrorizm, ekstremizm, transmilli mütəşəkkil cinayətkarlıq və narkotik qaçaqmalçılığı ilə mübarizədə yaxın qarşılıqlı fəaliyyət göstərməyə hazır olduqlarını bildiriblər.

Tərəflər iqtisadiyyat, enerji, nəqliyyat, infrastruktur, mədəniyyət, turizm , gənclər mübadiləsi, eləcə də konsul və gömrük məsələlərində üçtərəfli formatda əməkdaşlıqla bağlı razılığa gəliblər. Həmçinin, üç ölkənin regionları və əyalətləri arasında əlaqələrin təşviq edilməsi barədə razılıq əldə olunub. Onlar Xəzər dənizinin sülh, dostluq, təhlükəsizlik və əməkdaşlıq dənizi kimi qorunmasına yönəlik müfəssəl səylərin davam etdirilməsinə sadiqliklərini təsdiqləyiblər.

Tərəflər Xəzərin hüquqi statusu ilə bağlı Konvensiyanın tezliklə başa çatdırılması ilə bağlı razılığa gəliblər.

Nazirlər Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı ilə bağlı layihələrə dəstəyin vacibliyini bir daha vurğulayıblar.

Tərəflər dövlət başçılarının göstərişi əsasında ilk üçtərəfli sammitə hazırlıqların başlanması ilə bağlı razılığa gəliblər.(APA)

***
12:48

Xəbər verdiyimiz kimi, Azərbaycan, Rusiya və İran xarici işlər nazirinin Bakıda üçtərəfli görüşü keçirilir.

Görüşdən videonu təqdim edirik:

***
10:45
Azərbaycan, Rusiya və İran xarici işlər nazirinin Bakı görüşü başlayıb.

Hazırda nazirlər Elmar Məmmədyarov, Sergey Lavrov və Cavad Zərifin işgüzar səhər yeməyi formatında görüşü keçirilir.

Daha sonra rəsmi danışıqlar başlayacaq.

Danışıqlar zamanı Dağlıq Qarabağdakı mövcud gərgin vəziyyət və Xəzər dənizinin hüquqi statusu müzakirə olunacaq./azvision/


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2952   Tarix: 07 aprel 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281