Azərbaycanın ən güclü 11 tarixi lideri

1. Cavanşir (hakimiyyət illəri: 638-681)

Azərbaycanın ən güclü 11 tarixi lideriAlbanların son hökmdarı olmuşdur. Hələ Sasanilər İmperiyasının tərkibində olarkən ərəblərə qarşı öz sərkərdəlik məharətini göstərmiş və ona Sasani hökmdarı tərəfindən bir çox dəyərli hədiyyələr verilmişdir. Sasani imperiyasının zəifləməsindən istifadə edərək müstəqilliyini əldə edən Albaniyaya cənubdan Sasani İranı, Qərbdən Bizans təzyiq göstərmiş, şimaldan türk-xəzərlər ölkəyə soxulmağa can atmış, həm də ərəblər yürüş etmişlər. Belə bir zamanda Cavanşirin tarixi lider və siyasi xadim olaraq xilafət, Bizans və Sasanilər arasında etdiyi siyasi manevr ölkənin müstəqilliyini hələ onun ölümündən sonra da 20 ildən çox bir müddət davam etməsinə imkan yaratdı.

2. Babək (hakimiyyət illəri: 816-838)

Azərbaycanın ən güclü 11 tarixi lideriBabək Xürrəmi Azərbaycanda milli-azadlıq hərəkatının simvolu, görkəmli Azərbaycan sərkərdəsi və siyasi xadimi olmuşdur. Məhz Babəkin liderlik xüsusiyyətinin göstəricisidir ki, onun hərəkatın rəhbərliyini əlinə aldığı ilk zamanlardan Xürrəmilər hərəkatı bütün Azərbaycana yayılmış oldu. 819-cu ildə paytaxtın Xorasandan Bağdada köçməsi xürrəmilər hərəkatının yenidən çiçəklənməsindən və xilafəti xeyli qorxuya salmasından xəbər verir. Orta əsr mənbələrinin məlumatına görə, bu dövr ərzində xürrəmilər qarşı tərəfin 225500 əsgər və çoxlu sərkərdəsini məhv etmişlər. Babəkin təkcə sərkərdə kimi deyil, həm də bir siyasi xadim olaraq istedadı hərəkatın məğlub olduğu ərəfədə Bizans imperatoru ilə apardığı danışıqlarda da öz əksini tapmışdır. Bu hərəkat qüdrətli Abbasilər dövlətinin ayrı-ayrı dövlətlərə parçalanmasına səbəb olan əsas siyasi qüvvələrdən bir hesab olunur.

3. Şəmsəddin Eldəniz (hakimiyyət illəri: 1136-1175)

Azərbaycanın ən güclü 11 tarixi lideriEldənizlər dövlətinin qurucusu olmuş və Qafqaz dağlarından Fars körfəzinə qədər geniş bir ərazini öz hakimiyyəti altında cəmləşdirmişdir. Eldənizin tabeçiliyində olan torpaqlar Tiflis qapılarından Mekrana qədər uzanırdı. Azərbaycan, Arran, Şirvan, Cəbəl, Həmədan, Gilan, Mazandaran, İsfahan və Rey ona tabe idi. Şəmsəddin Eldəniz 2 əsrdən çox ölkəmizə ardı-arası kəsilməyən yürüşlər edən gürcü knyazlarına qarşı uğurlu mübarizə apararaq 1175-ci ildə gürcüləri məğlub etdikdən sonra qərb sərhədlərində vəziyyət sabitləşmiş, köhnə sərhədlər bərpa olunmuşdur.

4. Şeyx İbrahim Dərbəndi (hakimiyyət illəri: 1382-1417)

Azərbaycanın ən güclü 11 tarixi lideriŞeyx İbrahim Məzyədilər sülaləsinin qohumu olan Dərbəndi Şirvanşahları sülaləsinin ilk nümayəndəsidir. Bu görkəmli siyasi xadim Yaxın Şərqdə Teymurun işğalçılıq müharibələri ilə bağlı ağır xarici siyasi hadisələrin baş verdiyi bir dövrdə hökmdarlıq etmişdir.Teymur Azərbaycana hücum edərkən qarşısına çıxan hər şeyi yerlə-yeksan edən işğalçı ordunun qarşısında duruş gətirməyin çətin olacağını və Şirvanın viran ediləcəyini başa düşən Şeyx İbrahim Teymura itaət göstərərək ona tabe oldu və onun rəğbətini qazanaraq Şirvanın hakimi saxlanıldı. İbrahimin müdrik siyasəti Şirvanı fəlakətdən xilas etdi, bundan əlavə də Şeyx İbrahimin apardığı uğurlu diplomatik siyasətin nəticəsidir ki sonrakı dövrlərdə Teymur məhz onun xahişi ilə Şəki hakimi Sidi Əhməd və gürcü hökmdarı Georgiyə zamin durduqdan sonra onları bağışladı. 1406-cı ildə Təbrizdə hakimiyyətdaxili iğtişaşlardan istifadə edən və Teymurilərin asılılığından çıxmış Şeyx İbrahim öz qoşunları ilə Təbrizə doğru hərəkət etdi və əraziləri bir dövlətədə birləşdirmək məqsədilə Cənubi Azərbaycanı ilhaq etməyə can atdı. O, müəyyən mənada buna nail olaraq kiçik bir zaman kəsiyində də olsa da istəyinə çatdı.

5. Uzun Həsən (hakimiyyət illəri: 1468-1478)

Azərbaycanın ən güclü 11 tarixi lideri1468-ci ildə Ağqoyunlu dövlətinin əsasını qoymuşdur. Uzun Həsənin tolerantlığı – başqa məzhəbə və dinlərə etiqad edən əhaliyə qayğısı bu nəhəng və çoxtayfalı ölkədə sabitləşdirici rol oynamışdır. Uzun Həsən Osmanlı imperiyası, Venesiya Respublikası, Böyük Moskva Knyazlığı, Qızıl Orda, Polşa, Avstriya, Macarıstan, Çexiya, Almaniya, Papalıq, Burqundiya, Neopolitan Krallığı, Rodos, Kipr, Qaraman bəyliyi, Misir, Hindistan və başqa dövlətlərlə diplomatik münasibətlər saxlamışdır. Uzun Həsən ordunu təkmilləşdirmək və nizami ordu yaratmaq məqsədilə Avropadan mütəxəssislər də çağırmışdır. Venesiya və başqa ölkələrdən gəlmiş mütəxəssislər odlu silah istehsal etmək üçün Uzun Həsənə köməklik göstərmişlər. Bununla da ölkədə top istehsalına başlanılmış, topçu kadrlar hazırlanmasının əsası qoyulmuşdur.

6. Şah İsmayıl Xətai (hakimiyyət illəri: 1501-1524)

Azərbaycanın ən güclü 11 tarixi lideri1501-ci ilin payızında Təbrizə daxil olan İsmayıl özünü şah elan edərək paytaxtı Təbriz olan Səfəvilər dövlətinin əsasını qoymuşdur. Onun dövründə Azərbaycan türkcəsi ana dili kimi qəbul edilmiş və əsas yazışmalar rəsmi səviyyədə bu dildə aparılmışdır.Bütün əraziləri özündə birləşdirərək böyük bir dövlət yaratmağa hələ hakimiyyətinin ilk illərində nail olan Şah İsmayıl İran, İraq, Şərqi Anadolunu və Gürcüstanı özünə tabe etdirərək Səfəvilər dövlətini Yaxın Şərqdə qüdrətli dövlətə çevirmiş, onun ərazisini 2 milyon 800 min kvadrat kilometrə çatdırdı. Onu dünya tarixinə ən böyük təsir göstərmiş soydaşımız hesab etmək olar. İndi İslamda Şiəlik bu qədər yayılıbsa bu birbaşa onun siyasəti ilə əlaqələndirilə bilər.

7. Şah I Abbas (hakimiyyət illəri: 1587-1629)

Azərbaycanın ən güclü 11 tarixi lideriŞah I Abbasın hakimiyyətə gəldiyi zamanlar Azərbaycan, demək olar ki, bütünlüklə (Talış bölgəsi və Ərdəbil istisna olmaqla) Osmanlının nəzarətinə keçmişdi.Şah I Abbas sülh bağladıqdan sonra keçirdiyi islahatlarla tarixi liderlik statusu qazandı. Qeyri türklər, əsasən də farslar üzərində hakimiyyəti möhkəmləndirmək üçün paytaxtı onların sıx yaşadığı İsfahan köçürdü. Ordunu yenidən təşkil etdi. Belə ki orduda qızılbaşlarla yanaşı tüfəngçi, topçu və qulamalar adlanan birliklər yaratdı. Böyük tikinti işləri apardı, bəzi şəhərləri vergidən azad etdi. 1612-ci il Sərab və 1618-ci il Mərənd sülh müqavilələri ilə yenidən Səfəvilər dövlətinin əvvəlki sərhədlərini bərpa etməyə nail oldu və Portuqaliyalıları Hörmüzdən çıxarmaqla müstəqilliyə olan zərbələri birdəfəlik dəf etdi. Bununla da Səfəvilərin süqutunun qarşısını aldı və yenidən inkişafına rəvac verdi.

8. Nadir şah Əfşar (hakimiyyət illəri: 1736-1747)

Azərbaycanın ən güclü 11 tarixi lideriNadir şah hаkimiyyətə gəlməsi ilə ölkə dаxilində türk tаyfаlаrının bir dövlət hаlındа birləşməsinə nаil оlmuş, yaranmış məzhəb ayrılığının qarşısının alınmasında müstəsna xidmətlər göstərmiş, hərbi sаhəni yеniləşdirmiş və möhkəmləndirmişdir.Nadir Şah, 1736-cı ildə hakimiyyətə gələn kimi Qəndəhаr və Pişəvаrı kеçib, Аttоk və Cəlum çаylаrını аdlаyıb 1738-ci ildə Lаhоru fəth etmişdir. O, 1739-cu ildə Dеhlini də öz hakimiyyəti altına almış və bеləliklə, İraqdаn, Dəmirqapı Dərbənddən Kəşmir və Dеhliyədək geniş bir əraziyə sahib olmuşdur. Nadir Şah sаysız vаrdаn, kаrvаnlа yüklənmiş dаş-qаşdаn bаşqа 3 milyаrd hind gümüş rupisi ilə gеri qаyıtmışdır. Osmanlı və Rusiya ilə müqavilələr imzalayaraq ölkədə sabitliyi qısa bir müddətə də olsa bərpa edə bilmişdir.

9. Fətəli xan Əfşar (hakimiyyət illəri: 1747-1763)

Azərbaycanın ən güclü 11 tarixi lideriXVIII əsrin ortalarında Urmiya xanlığının əsasını qoymuş və Azərbaycanın bütövləşməsi uğrunda öz səylərini göstərmişdir. 1759-cu ildə Qarabağ xanlığını tutmaqla Urmiya xanlığının güclənməsinə şərait yaratmışdır. Nəticədə Urmiya, Təbriz, Xoy, Qaradağ, Marağa və Sərab xanlıqları, yəni Ərdəbil və Maku xanlıqları istisna olmaqla bütün Cənubi Azərbaycan xanlıqlarını birləşdirməklə tarixi liderlik missiyasını həyata keçirmişdir. Ölkənin paytaxtı əvvəllər Urmiya, sonralar isə Tərbriz şəhəri olmuşdur. Fətəli xan İranda ali hakimiyyət uğrunda mübarizə aparan Kərim xan Zəndin üzərində qalib gəldikdən sonra hakimiyyətini Mərkəzi və Qərbi İrana da yaya bilmişdir.

10. Cavad xan (hakimiyyət illəri: 1748-1804)

Azərbaycanın ən güclü 11 tarixi lideriGəncə xanlığının son hakimi olmuşdur. Hələ hakimiyyətinin ilk illərində Nadirin verdiyi Şəmşəddil mahalını geri qaytarmışdır. 1786-cı ildən Gəncəni idarə edən Cavad xan 1804-cü ilə qədər Rusiya təbbəliyini qəbul etməmiş və xanlığın azadlığı uğrunda mübarizə aparmış və yalnız yanvarın 3-dən 4-nə keçən gecə general L. Sisiyanovun başçılığı ilə uzun müddət şəhəri mühasirədə saxlayan rus işğalçı qoşunları ilə qeyri-bərabər döyüşdə qəhrəmancasına həlak olmuşdur.

11. Qubalı Fətəli xan (hakimiyyət illəri: 1758-1788)

Azərbaycanın ən güclü 11 tarixi lideriNadir şah Əfşarın ölümündən sonra Qubalı Fətəli xan Quba, Dərbənd və Salyan xanlıqlarını birləşdirməklə Şərqi Qafqazın tarixi lideri kimi tanınmışdır. O, Şamaxı, Şəki, Bakı xanlıqlarını, Car-Balakən azad cəmiyyətini və Ərəş sultanlığını ittifaqa çağırmış, ittifaqa gəlməyən xanlıqları birləşdirmək üçün silaha əl atmağa məcbur olmuş və 1785-ci ildə Şəki xanlığını, 1787-ci ildə Şirvan xanlığını və bir az sonra Bakı xanlığını özünə tabe etmişdir. Otuz illik silahlı mübarizədən sonra Fətəli xan Azərbaycanın əsas xanlıqlarını birləşdirməyə nail oldu.
pahoo.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 4124   Tarix: 31 mart 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197
.

Borşa da abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. -a istinadən xəbər verir ki, abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrin

10.09.2021 1189
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121
.

Duz istifadəsi zamanı diqqətli olun, yoxsa...

Sağlam və düzgün qidalanma zamanı gündəlik qəbul edilən duzun miqdarına diqqət yetirilməlidir. Gündəlik duzun normal qəbulu üçün aşağıdakılara diqqət yerirmək lazımdır:. * Duz qəbulu və arterial təzyiq arasında bir yaxınlıq var. Belə ki, çox duz qəbulu artıq mayenin qəbuluna və təzyiqin yüksəlməsin

18.09.2021 882
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580
.

İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA

Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü

11.09.2021 2356
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

Ofis daxilində yaranan havasızlıq işçilərin yaddaşına və diqqətinə təsir edir

Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, işçilərin ofisdə iş zamanı yorğunluğunun və halsızlığının əsas bir vacib səbəbi var. Belə ki, bu səbəb təkcə işçilərin işləmək istəməməsi ilə əlaqədar deyil. Söhbət iş yerində olan havasız şəraitdir. ABŞ-dan olan tədqiqatçılar işçiləri

12.09.2021 489