Dünyanı dəhşətə gətirən təyyarə qəzaları

Dünyanı dəhşətə gətirən təyyarə qəzalarıBu gün daha bir sərnişin təyyarəsi qəzaya uğrayıb.

BiG.AZ xəbər verir ki, Rusiyanın Rostov şəhərində sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 61 nəfər həlak olub.

"Flydubai" aviaşirkətinə məxsus "Boeing-738" təyyarəsi aeroporta eniş edərkən qəzaya uğrayıb. Yayılan ilkin məlumatalara əsasən, təyyarə uçuş-eniş zolağına birinci dəfədən enə bilməyib, ikinci cəhd edərkən isə təyyarə yerə çırpılıb və partlayış baş verib. Təyyarənin göyərtəsindəki sərnişinlərin hamısı Rusiya vətəndaşları, ekipaj üzvləri isə xaricilər olub.

Qəzadan sonra hadisə yerində güclü yanğın başlayıb. Ölənlər arasında uşaqların da olduğu qeyd edilir. Təyyarənin Dubay - Rostov marşrutu üzrə uçduğu bildirilir.

Son vaxtlar təyyarə qəzalarının tez-tez baş verməsi tarixə nəzər salmağa məcbur edir. Tarixdə indiyə kimi bir neçə dəfə dəhşətli təyyarə qəzaları baş verib.

1977-ci il, martın 27-də aviasiya tarixinin ən böyük qəzası baş verib. İspaniyanın Tenerife adasının aeroportunda ABŞ-ın "Pen Ameriken" və Niderlandın "Kral Aviasiya Kompaniyası"nın təyyarələri toqquşub. Qəza nəticəsində 583 şərnişin həlak olub.

Həlak olanların sayına görə ikinci ən böyük təyyarə qəzası 12 avqust, 1985-ci ildə Yaponiyada baş verib. Göyərtəsində 520 sərnişin olan "Boinq 747" təyyarəsi Fudji dağının ətəyinə düşüb.

Təyyarə Yaponiya aviaşirkətinə məxsus olub. Araşdırmalar zamanı məlum olub ki, qəzaya təyyarənin nasaz olması səbəb olub. Qəzadan cəmi dörd nəfər sağ qalıb.

11 il sonra, 12 noyabr 1996-cı ildə Hindistan paytaxtı Dehli üzərində Qazaxstan hava yollarına məxsus "İl-76" ilə Səudiyyə Ərəbistanına məxsus Boinq 747" təyyarəsi toqquşub. Hadisə zamanı 349 nəfər həlak olub.

1974-cü ilin martın 3-də Orli hava limanında (Paris, Fransa) "Türk Hava Yolları"na məxsus "DC-10" təyyarəsi qəzaya uğrayıb. Hadisə zamanı 346 nəfər ölüb. Qəzaya səbəb təyyarənin yük hissəsinda hava yaranan nasazlıq olub.

19 avqust 1980-cı ildə "Saudi Arabian Airlines" aviaşirkətinə məxsus "Lockheed L1011 TriStar 200" təyyarəsində yanğın baş verib və layner Ər-Riyad hava limanında təcili eniş edib.

Elektrik avadanlıqlarında yaranan problemlə əlaqədar içəridən təyyarənin qapısının açılması mümkün olmayıb. Hadisə nəticəsində 301 nəfər dəm qazından boğularaq dünyasını dəyişib.

17 iyul 2014-cü ildə "Malayziya Hava Yolları"na məxsus "Boing 777" təyyarəsi Ukraynanın Donetsk vilayətində vurulub. Hadisə baş verən an təyyarənin göyərtəsində olan 295 nəfər ölüb.

19 fevral 2003-cü ildə Kerman şəhəri yaxınlığında əlverişsiz hava şəraiti nəticəsində İran İslam İnqilabı Keşikçilər Korpusuna məxsus "İl-76MD" hərbi-nəqliyyat təyyarəsi dağa çırpılıb. Hadisə nəticəsində 275 nəfər həlak olub.

25 may 1979-cu ildə Çikaqo (ABŞ) şəhəri yaxınlığında "American Airlines"-a məxsus "DC-10" təyyarəsi qəzaya uğrayıb. Qəza zamanı 273 nəfər ölüb.

12 noyabr 2001-ci ildə Nyu-Yorkda "American Airlines" aviaşirkətinə məxsus Airbus A300 təyyarəsi şəhərin Kuins rayonunda qəzaya uğrayıb. Hadisə 265 nəfərin ölümü ilə nəticələnib.

26 aprel 1994-cü ildə Naqoya (Yaponiya) aeroportunda "China Airlines" Airbus A300 təyyarəsi uçuş-eniş zolağında yerə çırpılıb. Hadisə nəticəsində 264 nəfər ölüb. Qəzaya səbəb ekipajın idarəetməni itirməsi olub./azvision.az/

Dünyanı dəhşətə gətirən təyyarə qəzalarıDünyanı dəhşətə gətirən təyyarə qəzalarıDünyanı dəhşətə gətirən təyyarə qəzaları


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1894   Tarix: 19 mart 2016  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Yadplanetlilər bənövşəyi rəngədidirlər? - Yeni ARAŞDIRMA

Yer xaricində həyatın axtarışı alimləri onun necə görünə biləcəyi ilə bağlı ənənəvi fikirləri yenidən nəzərdən keçirməyə vadar edir. Yeni araşdırmalar göstərir ki, yadplanetli orqanizmlər Yer bitkiləri kimi mütləq yaşıl olmayacaq. xarici mediaya istinadən xəbər verir ki, alimlər Yer xaricində həyat formalarını

18:15 172
.

Sumqayıtda kuryoz hadisə: Bu obyekt kimindir? (VİDEO)

Sumqayıtın mərkəzində, Heydər Əliyev prospekti 40-cı məhəllədə avtobus dayanacağına bitişik gecəqondu peyda olub. Daşınan konsturuksiyadan gecə saatlarında inşa olunan bu obyekt avtobus dayanacağının ərazisini və səkini zəbt edib. Gecəqondu obyektin yaxınlığında Sumqayıt Tibb Mərkəzi, o cümlədən 1 nömrəl

14:59 310
.

Günəş pullu olacaq - ABŞ Yer kürəsini işıqlandıracaq güzgüləri kosmosa buraxır

ABŞ-da fəaliyyət göstərən Reflect Orbital şirkəti gecə vaxtı Yer səthini işıqlandırmaq üçün orbitdə yerləşdirilən güzgülər sistemi yaratmağı planlaşdırır. Layihə on minlərlə reflektor qurğunun orbitə çıxarılmasını nəzərdə tutur. Bu güzgülər Günəş işığını əks etdirərək sifariş əsasında planetin müəyyə

19:45 119
.

ABŞ kəşfiyyatı: İranın hərbi arsenalının yarısı qorunub saxlanılıb

ABŞ kəşfiyyatı hesab edir ki, ABŞ və İsrailin kütləvi hücumlarına baxmayaraq, İranın hərbi arsenalının əhəmiyyətli hissəsi toxunulmaz qalıb. " xarici mediaya istinadən xəbər verir ki, kəşfiyyat qiymətləndirmələri ilə tanış olan mənbənin sözlərinə görə, "Onlar bölgədə xaos yaratmaqda qərarlıdırlar"

10:33 233
.

Növbəti yarımfinalçı kim olacaq?

ATV-nin "Kəlmə-Kəlməyə" meyxana şousunda növbəti yarımfinalçının adı məlum olacaq. xəbər verir ki, Kərim Kərimov və Cəlil Əliyevdən sonra 3-cü yarımfinalçının adı bu həftənin şənbə günü keçiriləcək görüşdə məlum olacaq. Belə ki, ¼ mərhələnin 3-cü görüşündə Nəsimi Allahverdiyev və Fariz Zeynalo

15:16 236
.

İrəvan-Moskva xəttində yeni razılaşmalar

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putin ilə görüşünü "çox uğurlu" adlandırıb. " xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ermənistan lideri mətbuat konfransında bildirib. "Bir sıra sahələrdə konkret razılaşmalar əldə etdik və səfəri çox uğurl

10:25 219
.

Küveyt dövlət mediası İranın pilotsuz təyyarələrinin hücumuna görə neft emalı zavodunda yanğın baş verdiyini bildirib

Dövlət mediasının verdiyi məlumata görə, cümə günü Küveytin milli neft şirkətinə məxsus neft emalı zavoduna edilən dron hücumu nəticəsində bir neçə bölmədə yanğın baş verib. BİG.AZ The Times of İsrael-ə istinadən xəbər verir ki, rəsmi KUNA xəbər agentliyi bildirib ki, "Küveyt Neft Korporasiyas

11:13 245
.

Cinayət yolu ilə gələn pulları "təmizləmək" səni 12 il həbsə apara bilər!

"Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması dedikdə, cinayət yolu ilə əldə edildiyini bilə-bilə əmlakın həqiqi mənbəyini gizlətmək və ya cinayət törətmiş şəxsin məsuliyyətdən yayınmasına kömək etmək məqsədilə belə əmlakın konversiyası, köçürülməsi və ya istifadə olunması ilə maliyy

14:47 263
.

Bu ərazilərdə yenidən subasmalar ola bilər - Xəbərdarlıq edildi

Bakıda və Abşeron yarımadasında aprelin 4-ü səhərdən 6-sı gündüzədək arabir yağış yağacağı gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın bəzi yerlərində yağışın intensivləşəcəyi, 4-də gün ərzində isə qısa müddətə güclü olacağı, şimşək çaxacağı ehtimalı var

15:35 316
.

TOP MP3