Aygün Safuranın əri olan nazir oğlu ilə sevgili imiş... - VİDEO
Xalq artisti Aygün Kazımova məmur oğlu ilə yaşadığı sevgidən danışıb.
BiG.AZ xəbər verir ki, "Atv magazin onlarla" verilişində A.Kazımova məmur oğlu ilə bir-birilərini çox sevdiklərini, valideynlərinin onları ayırdığını deyib.
"Çox sevirdik bir-birimizi. Bizim sevgimiz şəhərə yayıldı. Ən çox da mənim ətrafımın sahəsində yayıldı. Ünlü bir iş adamının yeganə övladı idi. Səhnədə çıxış edirdim, gəlib məni dinləyirdi. Şəhərdəki qızların aşiq olduğu biri idi. Mən onu tanımırdım, aşiq olandan sonra tanıdım. Elə gözəl sevgimiz var idi ki. Hər şey çox gözəl idi. Onun valideynləri bundan xəbərdar oldular, düşündülər ki, oğullarını itirirlər. İtirmək qorxusunun qarşısında aciz qaldılar. Onu sevməkdən, ona sevgimi verməkdən başqa bir pisliyim dəyməmişdi. Konsertimə gəlirdi, otururdu, hamı bilirdi. Çox qürurlu biri idi. Bizi sevə-sevə ayırdılar. Onu başqa ölkəyə göndərdilər. Ondan sonra telefon bağlantılarına, ölkəyə gəlişini nəzarət altında saxlayırdılar. Bizim ayrılığımız dəhşətli bir ayrılıq idi. Həmişə zaraftalaşırdıq. Boğazında sep var idi və həmişə deyirdim ki, o sepi istəyirəm. Biz ayrılanda o sepi verdi mənə və getdi. Hazırda o sep məndədir amma taxmıram. İllər keçdi və onu güclə evləndirdilər. Ailə qurdu, gözəl bir övladı dünyaya gəldi. Bir-birimizi yenə izləyirdik. Sevə-sevə ayrıldıq. Nə xəyanət oldu, nə də sevgimiz bitdi. Bizi ayırdılar. Artıq taleyimizlə barışdıq. Durub ailəsini dağıtmayacaqdım ki? O, müğənni Aygün Kazımovayla evlənməməli imiş…Taleyi elə gətirdi ki, ailəsi dağıldı, ikinci dəfə isə müğənni ilə evləndi. Elə bir müğənni ilə evləndi ki, onun səhnəyə gəlməsində, ilk addımlarını atmasında mənim rolum, sevgim olub. Qismətində müğənni almaq var imiş. Bilirəm ki, xoşbəxtdirlər. O, məndən kişi kimi ayrıldı, valideynlərinin ayağına vermədi".
Qeyd edək ki, Aygün Kazımovanın adını çəkmək istəmədiyi şəxs energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevdir. Nazir oğlu hazırda müğənni Safura Əlizadə ilə evlidir. Cütlük Türkiyədə yaşayır, bir övladları var.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Mahmut Orhanın keçmiş sevgilisi ilə eşq yaşayır
Aktrisa Hande Erçel ilə münasibətinə son qoyan iş adamı Hakan Sabancı yeni eşqə yelkən açıb. Axşam.az türk mediasına istinadən xəbər verir ki, Hakanın adı bu dəfə Mahmut Orhanın keçmiş sevgilisi ilə hallanıb. Ayrıldıqdan sonra Hakanın adı bir neçə xanımla hallanıb. Amma hər dəfə o, xəbərləri təkzib edib
07.12.2025 624 Azərbaycan ilk dəfə Ermənistana xal verdi
"Uşaq Avroviziya 2025" mahnı müsabiqəsində Azərbaycandan verilən xallar açıqlanıb. Axşam.az xəbər verir ki, ölkəmizin adından 12 xal İtaliyaya verilib. Müsabiqədə ilk dəfə Azərbaycan Ermənistana xal verib. Ermənistanın çıxışı Azərbaycan tərəfindən 3 xalla dəyərləndirilib. Xallar Leyla Adıgözəlzad
13.12.2025 254 Afət toyunda bu gəlinliyi GEYİNƏCƏK - VİDEO
Xəbər verdiyimiz kimi, jurnalist və aparıcı Afət Rahilqızı yaxın zamanda meyxanaçı Fərhadla ailə qurmağa hazırlaşır. xəbər verir ki, cütlük artıq gəlinlik mağazasında olub. Afət toyda geyinəcəyi gəlinliyi də seçib. Bu barədə görüntülər sosial şəbəkədə yayılıb. Aparıcının sevincli halları izləyiciləri
13.12.2025 632 Aysel mini ətəkdə GÖZ QAMAŞDIRDI - FOTOLAR
"Avroviziya" təmsilçilərimizdən olan Aysel Adıgözəlzadənin (Teymurzadə) sosial mediada paylaşımı ilə maraq doğurub. xəbər verir ki, ifaçı yeni görüntülərini instaqram hesabında paylaşıb. Zərifliyi və gözəlliyi ilə diqqət çəkən sənətçinin paylaşımına təriflər yağdırıblar. Aysel mini geyimi il
00:08 595 "Survivor 2026" iştirakçıları bəlli oldu - FOTO
"Survivor 2026"da könüllülər komandasında iştirak edəcək kişi iştirakçıların adları bəlli olub. xəbər verir ki, bu barədə Acun Ilıcalı son paylaşımında qeyd edib. Könüllülər komandasında iştirak edən kişi iştirakçılar Engincan Tura, Eren Semerci, Erkan Bilben, Onur Alp Çam, Ramazan Sarıdır
00:21 332 Xanımı və oğullarının fotosunu paylaşdı
Aktyor Kamran Ağabalayev oğulları və xanımının fotosunu paylaşıb. Axşma.az xəbər verir ki, aktyor paylaşıma "Mənim ürəklərim" qısa şərhini yazıb. Qeyd edək ki, K.Ağabalayevin 2 oğul övladı var
13.12.2025 306 Sevgilisini tək buraxmadı
Türk aktrisa Hazal Subaşı sevgilisi Oğuzhan Koçu tək buraxmayıb. OLAY yazır ki, cütlük Oğuzhan Koçun baş rolunu canlandırdığı "Bugün güzel" filminin qala gecəsinə birgə qatılıb. Koçun Hazal Subaşını öpməsi kameralara yansıyıb. Pərəstişkarları onların sevgi dolu görüntülərini bəyənib
10.12.2025 521 "Kurtuluş Orhan"da daha bir aktyor - Foto
"Kurtuluş Orhan" serialına yeni aktyor daxil olacaq. Axşam.az xəbər verir ki, ekran işində Emre Kızılırmak rol alacaq. O, layihədə "Hector" obrazını canlandıracaq. Qeyd edək ki, serialda "Orhan bəy"i Mərt Yazıcıoğlu canlandırır
07.12.2025 456 Nadir Qafarzadə baba oldu
Müğənni Nadir Qafarzadə baba olub. Axşam.az xəbər verir ki, sənətçinin nəvəsi dünyaya gəlib. Qafarzadə Axşam.az-a açıqlamasında bildirib ki, oğul nəvəsi olub. Qeyd edək ki, müğənninin oğlu Loğman Əntiqə adlı xanımla ailəlidir. İfaçının ikinci övladı Əziz də bu il ailə qurub
10.12.2025 744