Ermənilər yenidən oğurladılar [Video]
Ermənilər növəbti dəfə Azərbaycan musiqisini oğurlayıb. Belə ki, Ermənistanı "Eurovision-2009" müsabiqəsində təmsil etmiş İnqa və Anuş bacıları Azərbaycanın əvəzedilməz bəstəkarı Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun" musiqili komediyası əsasında çəkilmiş eyni adlı filmdəki hamam səhnəsində ifa olunan mahnıya çəkdikləri mahına əl qoyublar. Erməni adı altında təqdim olunan mahnıya elə erməni dilində də sözlər yazılıb. Onların ifasında bu mahnı "Yerevan, Yerevan" adlanır.
Bununla kifayətlənməyən erməni bacılar Azərbaycanın milli rəqsi "Naz eləmə"yə də erməni dilində sözlər yazdırıblar. Bacılar oğurladıqları mahnıya klip də çəkiblər. Mahnını isə "Yerevancan" sözləri ilə yekunlaşdırırlar.
Qeyd edək ki, video-çarx Azərbaycan internet istifadəçiləri tərəfindən hazırlanıb.
BiG.Az Telegramda izləyin instagramda izləyin
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş