Çernobıl faciəsinin nəticələri [Məlumat Video]

Çernobıl faciəsinin nəticələri [Məlumat Video]Çernobıl faciəsi — 26 aprel 1986-cı il Ukraynanın paytaxtı Kiyev şəhəri yaxınlığında yerləşən Çernobıl AESnda güclü nüvə partlayışı baş verdi.

Stansiya partlayandan sonra yaranmış radioaktiv buludun böyük hissəsi Şərqi Avropaya doğru hərəkət etmişdisə, belə "ölüm bulud"unun yerdə qalan hissəsinin küləklər cənuba "sürükləmişdi". Sonucda Azərbaycanda da Çernobıl faciəsi nəticəsində radioaktiv şüalanmaya məruz qalanlar var. Bundan başqa, AES-in partlamış 4-cü enerji blokunun təhlükəsiz hala salınması üçün keçirilən "Sarkofaq" əməliyyatında 129 Azərbaycan vətəndaşı da iştirak edib ki, onların hamısı müxtəlif səviyyəli radioaktiv şüalanma alıblar.

Hadisə zamanı 7000-ə yaxın insan həlak oldu, 25000 insan güclü radiasiya nəticəsində ömürlük şikəst oldu, on minlərlə insan isə sonsuz qaldı. Bu faciədən sonra Çernobılda doğulan uşaların 90 %-də əlillik yaranır. Hadisədən neçə illər keçsə də, radiasiyanın fəsadları hələ də Avropada dolanmaqdadır.

Əlavələr:

"Çernobıl Ukraynanın ən böyük başağrısı idi və hələ uzun illər boyu da başağrısı olaraq qalmaqda davam edəcək". Oleq Andreyev, Ukrayna fövqəladə hallar nazirinin sözçüsü.

Keçmiş SSRİ-ni təşkil edən 15 respublikadan biri olan Ukraynanın paytaxtı Kiyev şəhəri yaxınlığında yerləşən Çernobıl Atom Elektrik Stansiyasının 4 nömrəli reaktorunda növbəti yoxlama işləri aparılırdı. Məqsəd elektrik cərəyanını dövrədən ayırandan sonra turbinlərin nə qədər dövr edəcəyini və bu yolla onun növbəti iş gününə hansı səviyyədə hazır olacağını müəyyən etmək idi. Bu olduqca təhlükəli bir sınaq idi. Lakin əvvəllər də belə bir sınağa əl atılmışdı və ortaya hər hansı bir problem çıxmamışdı. Nəhayət, texniki personal nəzərdə tutulanları həyata keçirməyə başladı. Elektrik cərəyanı dövrədən çıxarıldı, 26 aprel saat 01.00-da turbinlərə gedən soyuducu su tədricən azalmağa başladı. 01.23-də operator aztəzyiqli reaktoru bağlamaq istədi. Amma artıq gec idi. Sınaq zamanı ilk anlardan özünü göstərən və olduqca cüzi bir təsir bağışlayan nasazlıq zəncirvari prosesə çevrilərək reaktorun sürətinin kəskin şəkildə artmasına gətirib çıxardı. Bu isə, öz növbəsində, reaktorun daxilində güclü buxarlanma və ardınca da dəhşətli partlayışlarla müşayiət olundu. Partlayışlar reaktorun xarici aləmlə əlaqəsinə imkan verməyən və onu əhatə edən 1000 tonluq qoruyucu çəmbəri yerlə yeksan etdi. Bir andaca dəhşətli buxar və şüalanma, toz qatı onlarla kilometr məsafəni bürüdü. Partlayışla eyni zamanda yanğın da başladı. Yanğını onlarla kilometr məsafədən seyr etmək mümkün idi. İlk anda nələrin baş verdiyini heç kim anlaya bilmədi. Çünki bu, atom elektrik stansiyaları tarixində bu günə kimi rast gəlinməmiş bir qəza idi və onunla necə mübarizə aparılacağını heç kim bilmirdi. Hamı çaşqın bir vəziyyətə düşmüşdü. Yanğını söndürmək və şüalanmanın qarşısını almaq məqsədi ilə dərhal vertolyotlar çağırıldı. 9 gün ara vermədən onlarla vertolyot partlayış baş verən 4-cü blokun üzərinə qum, çınqıl və digər maddələr tökdülər. Qısa müddətdə 4-cü blokun üzərində 5 min tondan ibarət qum və çınqıl dağı əmələ gəldi. Amma yenə də təhlükəli şüalanma davam etməkdə idi. Partlayış baş verən ilk anlardan isə heç bir sərhəd tanımayan radioaktiv şüalanma minlərlə kilometr məsafəni öz təsiri altına aldı və ətrafı radioaktiv tullantılarla çirkləndirdi. Radioaktiv şüalanma hətta hadisə yerindən minlərlə kilometr uzaqlarda olan İsveçdə belə, öz təsirini büruzə vermişdi. Qəzanın aradan qaldırılmasına SSRİ-nin hər yerindən on minlərlə "könüllü" cəlb edilmişdi və onlara bu işin təhlükəli olmadığı barədə dönə-dönə izahat verirdilər. Bu da o dövrdə SSRİ-nin hər işdə səmimi olduğuna inanaraq, qəzanın aradan qaldırılmasında iştirak edən yüzlərlə adamın ilk günlərdən güclü şüalanmaya məruz qalmasına yol açdı. Amma düşünülmüş şəkildə şüalanmanın gücü aşağı göstərilir və onun insan həyatı üçün bir o qədər də təhlükəli olmadığı vurğulanırdı. Bunun üçün şüalanma zonasında hamilə qalan qadın ətrafında bir mif yaradılmış və şüalanmanın qadına və uşağına hec bir təsiri olmadığı barədə əhali arasında güclü təbliğat da aparılmışdı. Amma uşaq, həqiqətən də, anadan olanda yarı ölü vəziyyətdə idi və nə ana, nə də uşaq uzun müddət yaşadı... SSRİ-də isə bu faktın üstündən sükutla keçdilər və bu qadın barədə bir daha danışmadılar. SSRİ hökuməti Çernobıl qəzasına səbəb olan və təsadüf nəticəsində bu bəladan canlarını xilas edə bilən texniki heyətin əksər üzvlərini uzunmüddətli həbs cəzasına məhkum etdi. Lakin onların çoxu güclü şüalanmaya məruz qaldığından bir neçə aylıq həbs həyatından sonra dünyalarını dəyişdi.

İkihəftəlik sirr:

Yuxarıda qeyd etdiyimiz kimi, SSRİ-də hər vasitə ilə bu hadisənin üstünü ört-basdır etməyə çalışırdılar. O dövrdə SSRİ-yə rəhbərlik edən Mixail Qorbaçov hadisənin dəhşətləri barədə mətbuata məlumat sızdırılmaması və ictimaiyyətin bu fəlakətin dəhşətlərindən daha ətraflı şəkildə xəbər tutmaması barədə gizli göstəriş vermişdi. Bu məsələni nəzarətdə saxlamaq isə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşlarına tapşırılmışdı. Buna paralel olaraq, Qorbaçov Çernobılda dəhşətli bir hadisə baş vermədiyini və bunun adi qəzalardan biri olduğunu sübut etmək üçün qəzanın baş verdiyi yerin yaxınlığında yerləşən Kiyevdə 1 May bayramının təntənəli şəkildə keçirilməsi barədə göstəriş vermişdi. Amma Kiyevdə əhalinin müəyyən hissəsi baş verənlərdən xəbər tuta bilmişdi və onlar 1 May mərasiminə qatılmaq istəmirdilər. Lakin milisin işə cəlb edilməsi nəticəsində yüzlərlə adam zorla evindən çıxarıldı və 1 May şənliklərində iştirak etməyə məcbur edildi. Qəza zonasına yaxın ərazilərdə yaşayan insanlar arasında kütləvi şəkildə müxtəlif xəstəliklərin yayılması əhalini təşvişə salmışdı. Nəhayət, əhalinin müəyyən hissəsi xarici radiostansiyaların vasitəsi ilə Çernobıl faciəsinin dəhşətlərindən xəbərdar oldular. May ayının 7-də artıq bütün SSRİ əhalisi Çernobılda dünyanı dəhşətə gətirən bir qəzanın baş verməsindən xəbər tuta bilmişdi. Əhali Ukraynada baş verən hadisələrin gizlədilməsi ilə bağlı açıq narazılığını bildirməyə və qeyri-rəsmi şəkildə dövləti ittiham etməyə başlamışdı. Ukraynada xalqın ayağa qalxa biləcəyindən ehtiyat edən Qorbaçov, nəhayət ki, iki həftədən sonra əsl həqiqətləri, üstüörtülü şəkildə olsa da, etiraf etməyə məcbur oldu. O bununla əlaqədar verdiyi açıqlamasında: "Bəli, əziz yoldaşlar, biz son günlərdə çox ağır anlar yaşadıq. Sanki tale və bəxt bizdən üz döndərmişdi. Bu qəza bütün xalqımızı ağır şəkildə yaraladı və dünyanı da şoka saldı. Qəza öz sərhədlərini aşaraq ətrafa yayıldı və biz onun gətirdiyi dəhşətlərlə üz-üzə qaldıq ", - dedi.
Onun bu açıqlamasından sonra Çernobıl ətrafında yaşayan əhali kütləvi şəkildə ərazini tərk etdi. Bölgəni tərk edənlərin evləri isə müəyyən qrup adamlar tərəfindən talan edildi. Nəticədə, radioaktiv şüalanmaya məruz qalan məişət əşyaları satışa çıxarıldı və bu, əhali arasında xəstəliyə tutulanların sayının daha da artmasına səbəb oldu.

Qəzadan sonra:

Qəzanın aradan qaldırılmasının ilk iki ilində 650 min insan xilasetmə işlərinə cəlb edildi. Rəsmi məlumatlara görə, onların 15 mini bir neçə ildən sonra dünyasını dəyişdi. Qeyri-rəsmi məlumatlara görə, qəzanın aradan qaldırılmasında iştirak edən təxminən 95-100 min adam məruz qaldığı şüalanma nəticəsində öldü. Xilasetmə işlərində çalışan təxminən 500-550 min adam isə ağır xəstəliyə tutuldu. Onların bir hissəsi artıq dünyasını dəyişib, digər hissəsi isə şüalanmanın fəsadlarını ağır şəkildə yaşamqda davam etməkdədir. Bu insanlar əslində ömürlük əzab çəkməyə məruz qoyulan faciə qurbanlarına çevriliblər. Onlar həyatla ölüm arasında can çəkməkdədirlər və ətraflarındakı yaxınlarına da bu dəhşəti yaşatmaqda davam edirlər. Bir vaxtlar xilasetmə işlərində çalışan və şüalanma zonasında yaşayan insanlar üçün müəyyən pulsuz müalicələr nəzərdə tutulmuşdu. Onlara dövlət tərəfindən az da olsa maliyyə yardımları göstərilirdi. Lakin SSRİ-nin dağılmasından sonra bu məsum insanlar unuduldular və onların ağır günləri başladı. Qeyd edək ki, qəza zonasında xilasetmə işlərində çalışan 650 min adamdan başqa, fəlakət bölgəsində və ona qonşu ərazilərdə təxminən 6- 8 milyon insan da şüalanmaya məruz qalıb. Bu gün şüalanmaya məruz qalan insanlardan dünyaya gələn uşaqlar içərisində xərçəng və müxtəlif xəstəliklər tüğyan etməkdədir. Onların çoxunu labüd ölüm gözləyir və bü, yüz illər boyu zəncirvari şəkildə öz təsirini göstərəcək.

O faciədə ölənlərə Allah rəhmət eləsin və faciədən zədə alanlara,pis vəziyyətdə sağ çıxanlara Allah kömək olsun...


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 7867   Tarix: 16 iyul 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660
.

Nərimanov rayon Montin qəsəbəsində tam təmirli mənzil satılır!

TƏCİLİ ŞƏXSİ ƏMLAKIMI SATIRAM !Nərimanov rayonu Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Tikili sahəsi 52 kv.m olan mənzil yataq otağı, zal+studio mətbəx, sanitar qovşaq, dəhliz və iki eyvandan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistem

15.09.2021 1181
.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164
.

Duz istifadəsi zamanı diqqətli olun, yoxsa...

Sağlam və düzgün qidalanma zamanı gündəlik qəbul edilən duzun miqdarına diqqət yetirilməlidir. Gündəlik duzun normal qəbulu üçün aşağıdakılara diqqət yerirmək lazımdır:. * Duz qəbulu və arterial təzyiq arasında bir yaxınlıq var. Belə ki, çox duz qəbulu artıq mayenin qəbuluna və təzyiqin yüksəlməsin

18.09.2021 882
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580
.

"Daha ağıllı və daha yaradıcı düşünməyə vadar edir" - Alimlər çayın faydasını araşdırdı...

Pekin Universitetinin alimləri bir fincan çay içməyin yaradıcı düşüncəni inkişaf etdirdiyini aşkar ediblər. Araşdırma nəticəsində mütəxəssislər çayın bioloji komponentlərinin deyil, çay içmək prosesinin özünün insanları "daha ağıllı və daha yaradıcı" olduqlarını düşünməyə sövq etdiyi qənaətin

12.09.2021 1068