"Həmin verilişə çıxmağı heç birimiz Sədaqətə məsləhət görməmişik" - Lalə Dadaşova

"Həmin verilişə çıxmağı heç birimiz Sədaqətə məsləhət görməmişik" - Lalə DadaşovaXalq artisti Brilliant Dadaşovanın bacısı, müğənni Lalə Dadaşova lent.az-a müsahibəsi zamanı bacısı Sədaqət Dadaşovanın Türkiyədə "Zuhal Toralla İzdivac" adlı evlilik proqramına qatılmasına münasibət bildirib.

O bildirib ki, Sədaqət Dadaşova azad ölkənin vətəndaşıdır. Hamı onun qərarlarına hörmətlə yanaşmalıdır.

"Bu, bacımın şəxsi işidir. O, azad ölkənin azad vətəndaşıdır. Yetkin, yaşa dolmuş bir insandır. Onun qərarlarına hörmətlə yanaşmalıyıq. Həmin verilişə çıxmağı heç birimiz ona məsləhət görməmişik. Böyük bacımıza nə məsləhət görə bilərik ki? İzdivac proqramına getməsi şəxsi işidir. Onun bu addımını Azərbaycandan fərqli olaraq, Türkiyədə yaxşı qarşıladılar. Gözəl sənətkarlarımız Gülşən Qurbanova, Xanım Qafarova bu həyatda tək oldular. Yanlarında onlara ruhən dayaq olan bir kişi olmadı. Onlara dayaq olan bir kişi olsaydı, məncə, indi onlar həyatda olardılar. Amma bəzi jurnalistlər bacımın evlilik proqramına çıxması xəbərini yazanda bu cür nüanslara fikir vermirlər.

Lalə Dadaşova sosial şəbəkə istifadəçilərinin Sədaqət Dadaşovanın evlilik proqramına çıxmasını tənqid etməsi məsələsinə də münasibət bildirib.

"Sosial şəbəkədə tənqidi fikirlər yazanların özləri kimdir ki? Onların nə sənətdən, nə insanlıqdan anlayışı yoxdur. Axtarsaq, onların qohum-əqrəbalarında elə şeylər taparıq ki.... Məəttəl qalarsınız. Ağıllı insanlar bacım barədə pis şeylər fikirləşməz. Yalnız qəlbi qara insanlar bacım barədə pis rəylər yaza bilər. Jurnalistlərə gəldikdə isə sənətdən yazsınlar. Gərək şəxsi həyatdan yazalar?"


BiG.Az Telegramda izləyin instagramda izləyin
  Baxılıb: 6450   Tarix: 21 fevral 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Arılar kütləvi şəkildə ölür - DÜNYANIN SONU YAXINLAŞIR - VİDEO

Böyük alim Albert Eynşteyn vaxtilə vurğulayıb ki, planetimizdə arılar yox olduğu zaman dünyanın sonu çatacaq. İnsanlar arılar olmadan cəmi 4 il yaşaya bilərlər. O, həmişə bəşəriyyətin Yer kürəsindəki bütün bal arılarını məhv etməklə özünü məhv edəcəyindən qorxub. BİG.AZ-ın -ya istinadən verdiyi xəbər

22.06.2020 7696
.

Golf topu boyda albalı REKORD QIRDI, lakin... - VİDEO

İtaliyada bacı-qardaş öz fermalarında golf topu boyda albalı tapıbdılar. BİG.AZ-ın ren.tv-yə istinadən verdiyi xəbərə görə, giləmeyvə 0.88 unsiya (25 q) çəki ilə dünya rekordunu yeniləyib. Qeyd olunur ki, 25 yaşlı Sebastiano Zanoni və onun 22 yaşlı bacısı Selena nəhəng albalını Treviso ştatının Pae

23.06.2020 2438
.

"Mülki əhali arasında 20-dən çox şəxs HƏLAK OLUB" - Tural Gəncəliyev

Təcavüzkar Ermənistan ordusu artıq 7-ci gündür ki, azərbaycanlı mülki əhaliyə qarşı müharibə cinayətlərini davam etdirir. Bu günlər ərzində işğal edilmiş ərazilərimizdən və Ermənistandan şəhər və kəndlərimiz məqsədli şəkildə raket və ağır artileriya atəşinə tutulur. Report-a istinadən xəbər verir ki

03.10.2020 745
.

Argentinanın prezident sarayında "yadplanetli" görüntüləndi - VİDEO

Tanınmış ufoloq Skott Uorinq Argentinadakı prezident sarayında qəribə "məxluqun" görüntülərinə rast gəlib. BİG.AZ-ın -ya istinadən verdiyi xəbərə görə, tədqiqatçı bu anomaliyanı "Google Earth" xidmətindən istifadə edərkən aşkarlayıb. Onun fikrincə, bu, Argentina prezidentini "güdən"

29.06.2020 6809
.

"Keşlə"də vəziyyət GƏRGİNDİR:Baş məşqçi və futbolçu arasında QALMAQAL

"Keşlə"nin futbolçusu Aleksandr Kriştovao ilə komandanın baş məşqçisi Yunis Hüseynov arasında qalmaqal baş verib. xəbər verir ki, hər iki şəxs "Report"a açıqlamasında bir-birini yalan danışmaqda günahlandırıb. Klubun düşərgəsini icazəsiz tərk etməsi ilə bağlı ittihamları rədd edə

21.09.2020 1308
.

"Qızlar açıq geyimdə İnstaqrama şəkil qoyurlar, onun atası hara baxır?"

"12-13 il ərzində, sənətdə olduğum ərəfədə belə video çəkməmişəm. Ürəyim doludur. Maşınla evə qayıdanda polis bizi saxladı, tanışım idi. 8 Martda video paylaşmışdım ki, qədrinizi bilin, kişilərə aldanmayın. Polis soruşur ki, niyə belə demisən? Soruşuram ki, ola bilməz ki, kiməsə yalan vəd verməmisən

15.08.2020 1681
.

ŞAD XƏBƏR: Bu şəxslərə MÜAVİNƏT TƏYİN OLUNDU

Bu ilin əvvəlinədək və cari ilin ötən dövründə pensiya yaşına çatan, lakin pensiya hüququ yaranmayan 23 min şəxsə yaşa görə müavinət təyin olunub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən -a verilən məlumata görə, bununla həmin vətəndaşlar əvvəlki qanunvericilikdə nəzərdə tutulan yaş hədlərin

11.09.2020 3286
.

Hot Shapers Neotex - Arıqlama jileti

Məhsul haqqında. Bu, sizə arıqlamağa kömək edən innovativ vasit' - Hot Shapers' arıqlamaq üçün jilet. Neotex, xətti və daxili temperaturu artıran, "ağıllı" parça texnologiyasının tətbiqi ilə hazırlanıb.Sizin gündəlik işlər ilə məşğul olaraq bədəninizin tər tökmək vasitəsiylə artı

31.07.2021 296
.

Daha bir məhşur cütlük BOŞANIR

Məşhur dicey Doğuş Çabakçor və Begüm Yücel cütlüyü boşanıb. axşam.az-a istinadən xəbər verir ki, ayrılığa səbəb xəyanət olub. Çabakçor sosial şəbəkədə eyni anda 20 qızla birdən yazışıb. Begüm təsadüfən ərinin yazışmalarını tapıb. Aldadıldığı öyrənən kimi Yücel ərini evdən qovub. Daha sonra boşanmaq üçü

21.09.2020 565