İdmançımız: "Daha çox oğlanlarla gəzirdim" - FOTOLAR

İdmançımız: "Daha çox oğlanlarla gəzirdim" - FOTOLARBiG.AZ "Azəryol" voleybol klubunun üzvü Anita Bredisin qafqazinfo-ya müsahibəsini təqdim edir:

- Sizi gördüm, bir hadisə yadıma düşdü. Keçən il saytımızda ukraynalı voleybolçu Liza Rubanın şəkillərini vermişdik. Buna görə bizə çox zənglər gəldi. Dedilər, ailəsi əsəbləşəcək, şəkilləri silin... Sizdə belə problem olmayacaq?

- Bizdə də belə problemlər olur. Azərbaycanda belə şeylərə pis baxdıqları üçün klubda da etiraz edirlər. Narahat olmayın, bu müsahibədə olmayacaq.

- Adınızı ilk dəfə eşidən hər kəs əcnəbi olduğunuzu düşünür.

- Mən - Anita Bredis. Düzdür, bunu hər zaman məndən soruşurlar. Atam latviyalı, anam Bakı rusudur. Hər ikisi Azərbaycanda doğulub, burada tanış olub və evləniblər. Hələ də Bakıda yaşayırlar. Mən də Bakıda doğulmuşam, azərbaycanlıyam və voleybolu çox sevirəm.

- Latviyada qohumlarınız varmı? Ora gedirsiz?

- Atamın atası orada yaşayırdı. Rəhmətə getdi. Ümumiyyətlə, Latviyaya cəmi bir dəfə getmişəm. O da voleybolla bağlı idi. Oynadığım komandanın tərkibində atamın olduğu ölkəyə yollandım.

- Voleybola necə gəldiniz?

- Anam voleybolçu olub. Amma bu idman növündə irəli gedə bilməyib. Öz arzularını mənimlə reallaşdırmaq istədi. Ona görə də voleybola getməyimi məsləhət gördü. Əvvəlcə istəmirdim. Həmişə məşqə gələndə ağlayırdım. Çünki oxumaq, universitetə qəbul olunmaq fikrində idim. Sonradan isə voleybolu sevməyə başladım.

- Atanız ananıza etiraz etmədi?

- Yox, heç etiraz etmədi. O, elektrik firmasında işləyirdi.

- Məktəbi necə oxumusuz?

- Yaxşı. Universitetə girmək istəyim olduğu üçün yaxşı oxuyurdum.

- Yəqin ki, sinifdə ən uzun qız idiniz?

- Bəli. Buna görə də daha çox oğlanlarla gəzirdim. Məndən böyük qardaşım var. Onun dostları ilə birlikdə gəzərdik.

- Niyə qızlarla yaxınlıq etmirdiz?

- Bilirsiz, mən idmanla məşğul idim. Qızlar adətən idmanı anlamırlar, başa düşmürlər. Ona görə də alınmırdı. Həm də mən uzun idim, onların yanında böyük görünürdüm. İndi də istəyərdim ki, boyum bir az da uzun olsun.

- Voleybolçu olmasaydız da, eynisini istəyərdiz?

- Əlbəttə.

- Şəhərdə sizə təəccüblə baxanlara tez-tez rast gəlirsiz?

- Rast gəlirəm. Boyum uzun olduğu üçün təəccüblə baxıb, "voleybolçudur" deyirlər.

- Xanım idmançıların sevgiyə münasibəti necədir?

- Normal qızlar necədirsə, biz də elə. Sadəcə bir problem var. Biz idmançılar çox vaxt təlim-məşq toplanışında, oyunlarda komanda ilə oluruq. Normal bir oğlanla ailə qursam, o, məni başa düşməyəcək. Amma idmançı oğlan başa düşər. Çünki o da eyni halda yaşayır.

- Sevgiliniz var?

- İndi yoxdur, var idi.

- O da idmançı idi?

- Bu barədə heç danışmaq istəmirəm.

- Belə görünür, sevgilinizin idmançı olmasını istəyirsiz?

- Mənim üçün heç əhəmiyyəti yoxdur. Əslində, istəmərəm ki, idmançı olsun. Çünki elə olsa, o da, mən də təlim-məşq toplanışında olacağıq və bir-birimizə həsrət qalacağıq. Ona görə də idmançı olmasa yaxşıdır.

- Xaricdə qadın idmançılar bir müddət sonra modellik təklifi alır və hər iki peşə ilə eyni zamanda məşğul olurlar. Sizə belə təklif gəlsə, qəbul edərsiz?

- Problem olmasa, qəbul edərəm. Hər ikisi ilə məşğul olaram. Mənə görə, problem deyil. Amma qaydaları bilirsiz. Açıq-saçıq fotosessiyalara çəkilə bilməyəcəm. Həm də o qədər marağım yoxdur modellik sahəsinə.

- Oyun vaxtı heç özünüzü itirmisiz?

- Maraqlı bir şey danışacam. Bir dəfə çempionatda hansısa komanda ilə oynayırdıq. Rəqib topu vurandan sonra top üzərimə gələndə sağa baxdım, heç kimi tapmadım, sola baxdım, heç kimi tapmadım və topu tutdum. Azarkeşlər də, hər kəs də buna çox gülmüşdülər. Özümü itirdiyim üçün yox, heç kimi tapa bilmədiyim üçün topu tutmuşdum.

- Qolunuzdakı döymənin mənası nədir?

- İspan dilindədir. Azərbaycanca tərcümədə "əməllərə inan, sözlərə deyil" deməkdir.

- Niyə ispan dilində?

- Bu dili həddən çox sevirəm. Həmişə ispan dilini öyrənmək arzum olub.

- Yəqin ki, İspaniyanı da sevirsiz?

- Yox. Braziliyanı daha çox sevirəm. Məsələn, Rio-de-Janeyro şəhərində olmaq istəyərdim. Olimpiyadaya görə demirəm. Sadəcə gəzmək üçün oraya getmək istərdim.

- İdmançı qızların ən gülməli xatirələri adətən oğlan döyməklə bağlı olur. Siz də oğlan döymüsüz?

- Olub. Uşaq vaxtı döymüşəm. Amma indi bunu etmərəm. İstəsəm, döyə bilərəm, sadəcə etmərəm.

- Məşhur olduğunuza görə?

- Bəli. Döysəm, yəqin ki, mediada səs-küyə səbəb olacaq.

- Ötən mövsüm Türkiyədə oynayırdınız. Niyə Azərbaycana qayıtdınız?

- Həm ailəm, bütün tanışlarım burada olduğu üçün orada çox darıxırdım. Həm də milli komandaya düşmək üçün göz önündə olmalıydım. Bu səbəblər kifayət etdi ki, Azərbaycana qayıdım.

- Amma idmançı kimi düşünsəniz, düz etməmisiz. Çünki Türkiyə həm voleybol çempionatının güclü olmasına görə bizdən üstündür, həm də orada əsas heyətdə oynayırdız...

- Bəlkə də. Üç ildir ki, Azərbaycanda çıxış etmirdim. Ona görə geri döndüm. Bir az burada qalmaq niyyətindəyəm. Sonra yenidən legioner həyatı yaşamaq olar. Məsələn, indi "Azəryol"da əsas heyət üzvü deyiləm. Komandada 3 toppaylayıcı var və mübarizə aparmaq çətindir. Sadəcə sona qədər mübarizəmdən əl çəkməyəcəm. Komandada təcrübəli toppaylayıcı olduğu üçün çətindir.

- Mövsümün sonunda başqa komandanızı dəyişmək haqqında düşünürsüz?

- Mümkündür. Azərbaycanda başqa komandaya keçə bilərəm. "Lokomotiv"də oynamaq şansım var. Çünki əvvəllər də bu komandanın şərəfini qorumuşam. Keçən il təklif oldu, alınmadı. Mövsümün sonunda baxacağıq.

- Maddi baxımdan Türkiyə sizin üçün daha yaxşı deyildimi? Hazırki vəziyyətdə ora qayıtmağı düşünmürsüz?

- Düzdür, Türkiyədə daha yaxşı qazanırdım. Amma burada da pis deyil.

- Komandanızın baş məşqçisi Ziya Rəcəbov gənc olsa da, uğurlu nəticələr qazanıb. Sirri nədir? Adətən bizdə voleybolda nəticə qazanmaqda çətinlik çəkirlər...

- O, müasir məşqçidir. Həm komandaya dəstək olur, məşqləri kifayət qədər yaxşıdır. Gənc olsa da, voleybolda yaxşı təcrübəsi var. Fikrimcə, nəticələr də buna görə gəlir.

- Milli komandada sizin mövqeyinizdə Oksana Parxomenko karyerasını bitirəndən sonra yerinə əsas namizəd Kristina Yaqubova göstərilir. Bu sizi qıcıqlandırmır? Çünki o legioner, siz isə yerlisiz...

- Əlbəttə, bu məni qıcıqlandırır. Əvvəllər federasiya ilə bir az problemlər var idi. İndi hər şey qaydasındadır və millidə oynayacam.

- Devalvasiyaya görə 2 klub - "İqtisadçı" və "Rabitə" bağlandı. Qorxmursuz ki, eyni aqibət sizdə də olar?

- Yox. Düşünürəm ki, hər şey yaxşı olacaq.

İdmançımız: "Daha çox oğlanlarla gəzirdim" - FOTOLARİdmançımız: "Daha çox oğlanlarla gəzirdim" - FOTOLARİdmançımız: "Daha çox oğlanlarla gəzirdim" - FOTOLARİdmançımız: "Daha çox oğlanlarla gəzirdim" - FOTOLARİdmançımız: "Daha çox oğlanlarla gəzirdim" - FOTOLARİdmançımız: "Daha çox oğlanlarla gəzirdim" - FOTOLARİdmançımız: "Daha çox oğlanlarla gəzirdim" - FOTOLARİdmançımız: "Daha çox oğlanlarla gəzirdim" - FOTOLARİdmançımız: "Daha çox oğlanlarla gəzirdim" - FOTOLARİdmançımız: "Daha çox oğlanlarla gəzirdim" - FOTOLAR


BiG.Az
Telegramda izləyin
İdman   Baxılıb: 3351   Tarix: 16 fevral 2016  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Biabırçılıqdır, faciədir..." - Emin Mahmudov

"Neftçi"nin kapitanı Emin Mahmudov ötən gün Azərbaycan Premyer Liqasının 12-ci turunda "İmişli"yə 2:3 hesablı məğlubiyyətdən danışıb. "Qafqazinfo" xəbər verir ki, o, nəticəni biabırçı adlandırıb:. "Oyun barədə nəsə danışmağın mənası yoxdur. Bərbad. Biabırçılıqdır.Azarkeşləri

24.11.2025 620
.

"Fənərbağça" və "Qalatasaray" Superliqada 137-ci dəfə üz-üzə gələcəklər

Futbol üzrə Türkiyə Superliqasında bu gün İstanbul derbisi keçiriləcək. "Report"un məlumatına görə, "Fənərbağça" doğma azarkeşləri önündə "Qalatasaray"ı qəbul edəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. Tərəflər Superliqa tarixində 137-ci dəfə qarşılaşacaqlar

01.12.2025 449
.

"Barselona"nın yarımmüdafiəçisi "Çelsi" ilə matçda meydana çıxa bilməyəcək

İspaniyanın "Barselona" klubunun yarımmüdafiəçisi Pedri UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Çelsi" ilə matçda meydana çıxa bilməyəcək. "Report" "Diario AS"a istinadən xəbər verir ki, buna səbəb 22 yaşlı futbolçunun sol budundakı zədənin hələ də tam sağalmamasıdır

23.11.2025 604
.

"Qarabağ" Medinanın durumunu açıqladı

Xəbər verdiyimiz kimi, UEFA Çempionlar Liqasının liqa mərhələsində keçirilən "Napoli" – "Qarabağ" matçının 50-ci dəqiqəsində Kevin Medina rəqib komandanın atdığı top zərbəsindən sonra yıxılaraq huşunu itirib və meydandan çıxarılıb. Qaynarinfo xəbər verir ki, "Qarabağ" klub

26.11.2025 612
.

"Qarabağ" dünya reytinqində gerilədi

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb. "Qafqazinfo" xəbər verir ki, "Qarabağ" hazırda 68-ci pillədədir. Buna səbəb isə onun 3 sıra geriləməsidir. Ölkə çempionunun aktivində 187.5 xal var. "Sabah" 276-c

11.12.2025 261
.

Ronaldo DÇ-yə vəsiqə qazandıqlarına görə komanda yoldaşlarına 50 minlik saat verdi - Fotolar

Portuqaliya yığmasının ulduzu və kapitanı Kriştianu Ronaldo dünya çempionatına vəsiqə qazanan milli üzvlərinə saat hədiyyə edib. "Qafqazinfo" xəbər verir ki, o, üzərində Portuqaliya bayrağının rənglərini əks etdirən saatları komanda yoldaşlarına mükafat olaraq verib. Hətta, Ronaldo avtomobi

26.11.2025 690
.

"Qarabağ"ın Çempionlar Liqasında qazancı açıqlandı - TAM SİYAHI

UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turundan sonra klubların əldə etdikləri gəlir müəyyənləşib. Qaynarinfo xəbər verir ki, Azərbaycan təmsilçisi "Qarabağ" indiyədək 30 milyon avro qazanıb. "Köhlən atlar" bu göstəriciyə görə 33-cü pillədə qərarlaşıb. Birinci pillədə Fransanı

29.11.2025 418
.

"Böyük Dəbilqə": Hidayət Heydərov və Rəşid Məmmədəliyev yarışı mükafatsız başa vurub

Azərbaycan cüdoçuları Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən "Böyük Dəbilqə" turnirinin ikinci gününü də mükafatsız başa vurublar. "Report" xəbər verir ki, milli üzvlərindən Olimpiya, dünya və Avropa çempionu Hidayət Heydərovla Rəşid Məmmədəliyev (hər ikisi 7

29.11.2025 380
.

"Mənə heç yerdə heykəl qoyulmasın" - Qurban Qurbanov

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov ona heykəl qoyulmasını istəmir. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Sportinfo"ya müsahibəsində məşqçi özü bildirib. "Məncə, heç yerdə mənə heykəl qoyulmasın. Belə şeyin olmasını ümumiyyətlə istəmirəm. Mən bu xalqın övladıyam

26.11.2025 520
.

TOP MP3